NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

bilməz.  Allaha  çox  şükür olsun ki,  hələlik bir neçə şahidim  həyatdadır”. (20) Bu 
tərcümə ilə bağlı M. Musazadənin Bakıda yaşayan oğlu N. Musayev də mətbuatda 
öz etirazını bildirmiş, atasının müəllif hüquqlarını müdafiə etmişdır. (166) 
Qeyd  edək  ki,  M.  Musazadənin  1990-cı  ildə  Azərbaycan  mətbuatına      -   
“Gənclik”  jurnalına  göndərdiyi  məktub  onun  məcburiyyətdən  legioner  həyatı 
yaşamağını  göstərirdi.  Həmin  məktubda  o  yazırdı:  “Stalin  əmr  etmişdi  ki,  hər 
cəbhəçi əsgərə əlli güllə verilsin. Bunlardan 49-nu o, düşmənə atmalı, əllincisi ilə 
öz həyatına son qoymalıdır. Düşmənə əsir düşmək olmaz. Bunu hər kəs bilməlidir. 
Sən  saydığını  say,  gör  fələk  nə  sayır,  demişlər.  Hər  şeydən  əvvəl,  güllə  tüfənglə 
atılır. Ön cəbhədəki əsgərlərdən bir çoxunun tüfəngi yox idi. Cəbhəyə sürülən ordu 
nəfərlərinə  əmr  vermişdilər  ki,  silahlarımız  qıt  olduğundan  cəbhədə  həlak  olan 
yoldaşlarınızın  silahını  alıb  mübarizəni  davam  etdirməlisiniz. Hərbi ləvazimat, 
ərzaqla  təminat  haqqında  danışmağa  dəyməz.  Milyonlarla  qızıl  əsgərin  əsir 
düşməsi  də  elə  bu  başsızlığın,  kor  siyasətin  nəticəsi  idi.  ABŞ,  İngiltərə,  Fransa 
hökumətləri, Qırmızı Xaç Cəmiyyətinin vasitəsi ilə öz əsirlərinin qeydinə qaldığı, 
onların  ailələri  ilə  məktublaşmalarını,  bağlama  göndərmək  imkanlarını  təmin 
etdikləri halda, sovet əsirləri tif, ishal və digər xəstəliklərdən düşərgələrdə milçək 
kimi  qırılırdılar.  Stalinin  ən  qiymətli  kapital  adlandırdığı  biçarə  insanlar  beləcə   
məhv olurdular. Hələ bu da kafi deyilmiş, Stalinin rəzil tərəfdarlarından insafsızlıq   
iliyinə hopmuş qorxunc İlya Erenburq müharibə bitəndən dərhal sonra mətbuat və 
radio ilə bəyan etmişdi ki, biz düşmənə əsir düşən Sovet əsgərlərini göydə, suyun 
və  torpağın  altında  gizlənmiş  olsalar  belə,  tapıb  lazımi  cəzalarını  verəcəyik. 
Marksizm-leninizm  “mərhəmətinə”,    kommunizm  “insafına”  bundan  daha  bariz 
misal zənnimcə çətin tapılar”. (164, s. 38). 
Azərbaycanın  görkəmli  mətbuat  xadimi  olan,  xalqının  azadlıq  və 
müstəqilliyi  uğrunda  çətin  bir  mücadilə  aparmış  M.  Musazadənin  məqalələrinin 
ciddi, geniş araşdırılmasına böyük ehtiyac vardır. (21) 
Azərbaycan legionerlərindən Fuad Əmircanın da mətbu irsi olduqca maraqlı 
və zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Azərbaycanın  
Maliyyə Naziri işləmiş Əbdüləlibəy Əmircanın oğlu olan Fuad Əmircan bolşevik 
ordularının  gəlişi  ilə  1923-cü  ildə  Türkiyəyə  getmək  məcburiyyətində  qalır.    
İstanbulda  Qalatasaray  məktəbini  bitirdikdən  sonra  əvvəl  Parisdə,  sonra  da 
Almaniyada təhsil alan F. Əmircan 1941-ci ildə “Təsviri Əfkar” qəzetinin müxbiri 
olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. 
F.  Əmircanın  fəallığı  ilə  Azərbaycan  legionerlərinin  “Azərbaycan”,  “Hücum” 
qəzetləri və “Milli Birlik” jurnalı nəşr edilir. F. Əmircan 1943-cü ildə Azərbaycan 
Milli  Birlik  Məclisi  sədrinin  müavini  seçilir.  1943-cü  ilin  noyabr  ayında  Milli 
Azərbaycan Komitəsinin birinci qurultayında F. Əmircana böyük etimad göstərilir 
və o, Azərbaycan Milli Komitəsinə Başqan yardımçısı seçilir. (147, s. 26). 
İkinci  Dünya  hərbindən  sonra  F.  Əmircan  müxtəlif  mətbu  orqanlarda 
“Dəryal”  təxəllüsü  ilə  məqalələrlə  çıxış  edir.  Bu  baxımdan  onun  “Kafkasya” 


jurnalındakı  yazıları  maraqlıdır.  F.  Əmircan  mətbuat  sahəsindəki  fəaliyyəti  ilə 
yanaşı, yüksək dövlət vəzifələrində də çalışmışdır. Belə ki, o, 1955-1961-ci illərdə 
Türkiyənin Almaniya səfirliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat 
İşləri  Komitəsinin  direktoru  olaraq  çalışmışdır.  O,  1961-1974-cü  illərdə 
“Amerikanın  səsi”  Radiosunun  Türkiyə  şöbəsinin  direktoru  işləmişdir.  1974-cü 
ildə Verner Hoferlə birgə onun “Dünyaya iki baxış” kitabı nəşr edilmişdir. 
F. Əmircanın mətbu fəaliyyəti sırasında bədii-publisistik yazılar, hekayələr, 
qeydlər  xüsusi  yer  tutur.  Onun  yazılarında  Azərbaycanı  işğalda  saxlayan  Sovet 
rejimi  kəskinliklə  tənqid  edilir.  F.  Əmircanın  legioner  mətbuatında  və  sonradan 
Almaniyadakı,  Türkiyədəki  qəzet  və  jurnallardakı  yazıları  ciddi  öyrənilməyə  və 
tədqiq olunmağa layiqdir. 
Azərbaycan  legionerlərinin  ən  fəallarından  biri  də  doktor  Məhəmməd 
Kəngərlidir. Hazırda Türkiyənin Ankara şəhərində yaşayan M. Kəngərli mətbuatda 
çoxlu sayda məqalələrlə, yazılarla çıxış etmiş, kommunist ideologiyasına qarşı sərt 
mübarizə  aparmışdır.  M.  Kəngərlinin  fəaiiyyətində  diqqəti  cəlb  edən  bir  mühüm 
cəhət  də  onun  Azərbaycanın  müstəqilliyi  mübarizəsində  inamlı  olması,  o  dövrdə 
keçirilən bir sıra konfranslarda fəallıq göstərməsidir. 
M.  Kəngərli  əsası  1949-cu  ilin  fevralında  qoyulan  Azərbaycan  Kültür 
Dərnəyinin fəallarından olmuş, Ankarada bu günə qədər yayınlanan “Azərbaycan” 
dərgisində çoxlu sayda məqalələrlə çıxış etmişdir. 
M.  Kəngərli  1951-ci  ilin  noyabr  ayının  30-da  Münhendə  Şərqi  Avropa, 
Qafqaz  və  Türküstan  mühacirlərinin  keçirdiyi  toplantıda  iştirak  etmiş,  digər 
xalqlarla  birgə  Azərbaycanı  da  istismar  edən  Sovetlər  Birliyinin  imperialist 
siyasətini tənqid etmişdir (142, s.48). 
1986-cı  ilin  mayın  10-da  məhz  M.  Kəngərlinin  də  yaxından  fəallığı  ilə 
Azərbaycan  Kültür  Dərnəyi  Türk  Standartlar  İnstitutunun  konfrans  salonunda 
“Ermənilərin  Şərqi  Anadoluda  və  Azərbaycanda  yapdıqları  qətliam  və  terror” 
mövzusunda  elmi  seminar  keçirmişdir.  Seminarı  toplantı  Başqanı  olaraq 
Məhəmməd  Kəngərli  açmışdır.  Seminara  Türkiyənin  əsgər  dövlət  nazirlərindən 
təşəkkür  dolu  teleqramlar  göndərilmişdir.  Türkiyə  mətbuatında  geniş  yer  alan 
seminar haqqında məlumat “Türkiyənin səsi” radiosunda 16 dildə yayınlanmışdı. 
Qeyd  edək  ki,  mühacirətdə  yaşamağına  baxmayaraq  M.  Kəngərli  yaxın 
əməl  dostları  ilə  birgə  Azərbaycan  ictimai-siyasi  mühitinə  təsir  göstərməyə, 
əlaqələr  qurmağa  çalışırdılar.  Bu  əlaqələr  vasitəsi  ilə  onlar  M.  Ə.  Rəsulzadənin 
əsərlərini,  yayınladıqları  mətbu  yazıları  müxtəlif  vasitələrlə  Azərbaycana 
çatdırırdılar.  Tanınmış  alimimiz  Xudu  Məmmədov,  şair  Bəxtiyar  Vahabzadə, 
dirijor  Niyazi,  professor  Abbas  Zamanov  və  başqaları  ilə  M.  Kəngərli  sıx 
münasibətlər yaratmışdı. 
1988-ci  ildə  ermənilərin  Azərbaycana  ərazi  və  Qarabağ  torpaqlarını  ələ 
keçirmək iddiaları xalqda böyük etirazlar doğuranda M. Kəngərli də mətbuatda və 
keçirilən konfranslarda ermənilərin hərəkətlərini, Sovetlər Birliyi rəhbərlərinin isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə