NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

diktaturasıdır.  Burada  bütün  qalan  suallar  ona  tabe  edilmişdir.  Proletariatın 
diktaturası  üçün  başlıca  vasitə  sinfi  mübarizə  və  vətəndaş  müharibəsidir.  Marksa 
görə proletariat diktaturasının başlanğıc mərhələsi bütün köhnəni və keçmiş dövlət 
maşınını dağıtmaq, ikinci mərhələdə isə yeni dünya qurmaqdır. Müəllif göstərir ki, 
marksizmi  əsas  götürən  Stalin  özünün  qəddar  prinsipləri  ilə  üzərində  qurduğu 
sosializmdə  siniflər  mübarizəsini  əsas  götürür  və  qeyri-proletar  elementləri  məhv 
edir.  Ə.  Düdənginski  Lenin  və  Stalinin  dövlət  quruculuğundakı  səhvlərini 
açıqlayaraq  U.  Çörçillin  Lenin  haqqında  dediklərini  əsaslı  sayır:  “Proletar 
inqilabının dahi rəhbəri öz həyatında iki dəfə səhv etmişdir: birincisi, o, doğulanda; 
ikincisi,  dünyadan  köçəndə.  Əgər  o,  doğulmasaydı,  kommunizm-bolşevizm  və 
bolşevik  inqilabı  olmazdı.  Əgər  o,  ölməsəydi,  kommunizmin  məhvini  və  həyata 
keçmədiyini  böyük  bir  realist  kimi  anlayıb  öz  enerjisini  başqa  istiqamətə 
yönəldərdi”. (356, s. 24) 
Ə.  Düdənginski  bu  məqaləsində  sosialist  quruluşunun  ciddi  nöqsanlarını 
göstərir və haqlı əsaslandırır  ki,  kommunist inqilabı başqa ölkələrdə  baş tutmadı. 
Bu  müddətdə  həmin  dövlətlərdə  orta  təbəqə  artdı,  möhkəmləndi  və  varlandı. 
Maraqlıdır  ki,  Ə.  Düdənginski  bu  yazısında  bolşeviklərin  nəzəriyyəsini  tənqid 
edərkən bir çox tanınmış filosofların əsərlərini, ideyalarını da təhlil edir. Məsələn, 
Feyerbaxın  materialist  təlimlərindən  danışarkən  onun  Hegelə  münasibətindəki 
nöqsanları da göstərir. (356, s. 27) 
Ə.  Düdənginskinin  “Kommunizm  xalqlara  həyat  təmin  edə  bilərmi?” 
məqaləsi  də  Sovet  gerçəkliyinin  tənqidi  baxımından  dəyərlidir.  Azərbaycan     
Milli  Birlik  Məclisinin    birinci  sessiyasındakı  çıxışını  sonradan  bu  adla  nəşr   
etdirən  Ə.  Düdənginski  kommunizmi  bir  nəzəriyyə  olaraq  təhlil  etdikdən  sonra 
belə qənaətə gəlir: “Kommunizm nəzəriyyəsi hələ Rusiya inqilabına qədər həyatda 
inkar  edilmişdi.  Hakimiyyəti  ələ  keçirən  Lenin  onu  yalnız  NEP-lə  (Yeni  İqtisadi 
Siyasət)  qoruyub  saxlaya  bildi  ki,  bu  da  bütünlüklə  kommunizmdən  uzaqlaşmaq 
demək  idi.  Nə  vaxt  ki,  dünya  proletar  inqilabı  özünü  doğrultmadı,  Avropa 
xalqlarının geniş inkişaflı milli hissləri buna imkan vermədi və Türkiyədəki milli 
azadlıq  hərəkatı  milli  inqilabla  başa  çatdı,  onda  Lenin  partiyadakı  ideoloji 
parçalanmanı  və  Sovet  hökumətinin  mövcudluğunu    dünya    qarşısında    qorumaq  
üçün  “Bir  ölkədə sosializmin qurulmaq imkanları” nəzəriyyəsini irəli sürdü” (226, 
s. 11) 
Ə.  Fətəlibəyli  “SSRİ-yə  qarşı  psixoloji  müharibə  haqqında”  olan  əsərində 
isə  Qərb-SSRİ  münasibətlərini  ciddi  təhlil  edir.  Kommunist  rejiminə  qarşı 
müharibənin  vacibliyindən  danışan  Ə.  Fətəlibəyli  məqaləsini  belə  yekunlaşdırır: 
“SSRİ-yə  qarşı  psixoloji  müharibənin  digər  növləri  aşağıdakılardır:  “iqtisadi 
tədbirlər,  Marşall  planı,  Trumen  doktrinası,  qərb  ölkələrinin  birgə  diplomatik 
fəaliyyəti,  Atlantika  Paktı  və  s.  SSRİ-yə  qarşı  psixoloji  müharibənin  ən  öldürücü 
zərbəsi Vahid Azad Dünya Uğrunda Hərəkat olacaq ki,  onun  da  əsasını  Amerika   


Komitəsi  ilə  əməkdaşlıq  edən  Sovet  xalqlarının  Azadlığı  Liqası  təşkil  edəcək”. 
(354, s. 22) 
Ə.  Fətəlibəyli  məqalələrində  Sovet  dövlətinin  siyasətini  kəskinliklə  tənqid 
edir,  onun  iç  mahiyyətini  göstərirdi.  O,  “Kreml  hürr  dünyanın  gözü  önündə 
hürriyyət  əleyhinə  “Xalqlar”  Konqresi  çağırdı”  adlı  yazısında  Moskvanın 
təşəbbüsü  və  maddi  yardımı  ilə  1952-ci  ilin  dekabrın  12-də  Vyanada  keçirilən 
“Xalqların Sülhü Müdafiə” Konfransını “Politbüronun” növbəti oyunu adlandırırdı. 
Göstərirdi  ki,  Sovet  dövləti  əslində  bu  konfransla  öz  daxili  və  xarici 
siyasətindəki  neqativ  cəhətləri  pərdələmək  məqsədi  güdür.  Ə.  Fətəlibəyli  fikrini 
belə  yekunlaşdırırdı:  “Dağınıq  halda  olan  antikommunist  ictimai  təşkilatlarının 
birləşərək tək və hürr bir dünya uğrunda böyük bir hərəkət yaratmalarının zamanı 
artıq  gəlmiş.  Bu  hərəkət  bütün  dünya  hürriyyəti  uğrunda  Sovet  imperializminə 
qarşı amansız hərəkətə keçməlidir”. (113, s. 26) 
Ə.  Fətəlibəyli  “Sovet-Fin  hərbi”  əsərində  isə  sovet  dövlətinin  bəzi  gizli 
hərbi planlarını açıqlayırdı. Göstərir ki, Qızıl Ordunun Siyasi İdarə müdiri Kremlin 
tapşırığını ifadə edərək bildirirdi ki, almanlar Polşanı 18 gündə məğlub etdi, biz isə 
3  milyon  800  minlik  Finlandiyanı  bir  həftəyə  məğlub  etməliyik  ki,  bütün  Avropa 
bizə  baş  əysin.  Lakin  bunun  əksinə  olaraq  Sovet  qoşunları  finlərin  qəhrəman   
müqaviməti  ilə  üzləşdilər,  tezliklə  7-ci  ordunun  rəhbərliyi  də  dəyişdirildi.  Bu, 
Sovet  Ordusunda  ciddi  problemlərin  olduğunu  göstərirdi.  Ə.  Fətəlibəyli  yazırdı: 
“Bütün  dünya  Fin  əsgərlərinin  qəhrəmanlığına  heyran  idi.  Finlərin  həyatı      və 
zəhmətsevərlikləri daha artıq heyranlığa layiqdir”. (114, s. 13). 
Ə.  Fətəlibəyli  “Kommunizm  –  utopiyadır”  məqaləsində  öz  fikirlərini   
“Proletar  diktatorluğu”,  “Proletarlaşma  və  dövlət  nəzəriyyəsi”,  “Diamat” 
bölmələrində  qruplaşdırır,  geniş  təhlillər  aparır,  kommunizmin  nəzəri  fıkirlərinin 
puçluğunu  göstərir  və  yazırdı:  “Əgər  cəzalandırdığı  Sovet  xəncəri  kommunizmin 
özünə büsbütün zidd olan hansı bir forma yaradardı, əcəba? Şübhəsiz ki, bu forma 
bütün  insani  hürriyyətləri  ehtiva  edən  kommunizmə  daban-dabana  zidd  olan 
demokrasi olacaqdı”. (115, s. 26). 
Ə.Fətəlibəyli  yazılarında  Azərbaycan  legionerlərinin  vətənimizin  azadlığı 
və  müstəqilliyi  uğrunda  döyüşən  insanlar  olduğunu  daima  vurğulayırdı.  Onun 
general  Lazar  Biçeraxova  yazdığı  açıq  məktubda  bu  məqamlar  belə  açıqlanırdı:  
“Stalin  Hitlerlə  Polşanı  bölən,  Baltik  ölkələrinin  müstəqilliyini  əlindən  alan, 
Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib İngiltərə,  Fransa,  
Skandinaviya  və  b.  Avropa  ölkələri  tərəfindən  SSRİ-yə  qarşı  müharibə 
başlanacağını  gözləyirdik.  Biz  o  vaxt  həm  Stalinə,  həm  də  Hitlerə  qarşı  onlarla 
təbii  müttəfiq  ola  bilərdik.  Lakin...  məsələ  başqa  cür  oldu.  Qərb  ölkələrinin 
vətənpərvərlik borcu onları SSRİ, bizi isə  Almaniya ilə bağladı. Bizim xatirimizə   
Qərb dövlətləri Kremilə ittifaqdan imtina etmədikləri kimi biz də onların xatirinə, 
atalarımızın ənənələrini tapdalayıb xalqımızı kölə  halına  salmış Böyük Rusiya və 
Sovet İttifaqı uğrunda vuruşa bilməzdik”. (116) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə