NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

Qeyd  olunmalıdır  ki,  legionerlərimizin  məhz  bu  istiqamətdəki  fəaliyyəti 
haqqında  ilk  geniş  məlumat  1995-ci  ildə  “Müsavat”  jurnalının  5-ci  sayında 
verilmişdir.  (157)  Sonradan,  2001-ci  ildə  “Ekspress”  (103-104)  və  “525-ci 
qəzet”lərdə  legion  ədəbiyyatı  nümunələri  çap  olundu.  Beləliklə,  XX  əsr 
tariximizin,  eləcə  də  XX  əsr  Azərbaycan  ədəbiyyatımızın  böyük  bir  sahəsinin 
öyrənilməsi imkanı yarandı. 
Legionerlərimizin  ədəbi-tarixi,  ideoloji-siyasi  və  mətbu  fəaliyyətinin 
öyrənilməsinin  bir  əhəmiyyəti  də  Azərbaycanın  müstəqilliyi  haqqına  sahib 
olmasının,  zəngin  keçmişə  malik  xalq  kimi  yaşamasının  dünya  ictimaiyyətinə 
çatdırılmasında  idi.  Legionerlərin bu sahədəki  fəaliyyəti  göstərirdi ki,  onlar hansı 
ölkədə  və  necə  şəraitdə  yaşamalarından  asılı  olmayaraq  Azərbaycanın 
ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmış və təbliğ etmişlər. 
Şübhəsiz  ki,  legion  irsini  Azərbaycan  mühacirətindən  ayrılıqda  təsəvvür 
etmək  qeyri-mümkün  olsa  da,  lakin  özünəməxsus  spesifik  xüsusiyyətləri  də  yox 
deyildir. 
Azərbaycan  legionerlərinin  mətbu,  siyasi  və  ədəbi-tarixı  irsinin 
yaşadılmasında  onların  nəşr  etdikləri  qəzet  və  jurnalların,  broşuraların, 
məcmuələrin  böyük  əhəmiyyəti  vardır.  Bu  mətbu  orqanlarda  xalqımızın  tarixi, 
ədəbiyyatı,  dili  təbliğ  edilmiş,  milli  ruh,  vətənpərvərlik  hissi  qorunub 
saxlanılmışdır. 
Legion  ədəbiyyatının  ilk  nümunələrinə  1942-ci  ildən  Almaniyanın  Berlin 
şəhərində    nəşrə  başlayan    “Azərbaycan”  qəzetində  rast  gəlmək  mümkündür.  M. 
Musazadənin (Qarsalani) redaktorluğu ilə nəşr edilən qəzet toxunduğu əhəmiyyətli 
məsələlərə  və  dairəsinə  topladığı  ədəbi  qüvvələrin  mədəni,  mənəvi  əlaqələri 
qoruyub saxlamasma görə dəyərli idi. 
“Azərbaycan” qəzetinin ədəbiyyat səhifəsində legionerlər müxtəlif adlar və 
təxəllüslərlə  öz  yazılarını  çap  etdirirdilər:  legionçu  Ucadağlı,  Bülövlü  Əhməd, 
Əsiri-Şirvani,  R.  Ümid,  legionçu  Qürbətzadə,  Əsəd  Eldost,  M.  Çələbioğlu, 
legionçu T. Mustafayev, legionçu Daşqın, H. Əli, legionçu Miskin, legionçu Nəbi, 
legionçu Miryaqub, legionçu Bəxtiyarlı və s. 
Qeyd edək ki, legion ədəbiyyatında əsas başlıca mövzu Vətən həsrəti, Vətən 
sevgisidir. Bu şerlərdə və ədəbi nümunələrdə  Azərbaycanın həsrəti, doğma  yurdu 
görmək,  oraya  qayıtmaq  istəyi  çox  təsirli  səhnələr  yaradır.  Legioner  Ucadağlı 
“Mən” şerində bu həsrəti belə ifadə edirdi: 
Soruşma halımı vəfalı dostum,  
Çünki vətənimdən aralıyam mən.  
Uçan durnalarla uçmaq istərəm.  
İncə qanadlardan yaralıyam mən. (7) 
Legioner Ucadağlının “A dağlar” şerində də vətən məhəbbəti, yurd həsrəti 
əsas aparıcı motivə çevrilmişdir. Müəllif uzaq düşdüyü elinin-obasının həsrət dolu 
ağrısından əzab çəkərək bir zaman qoynunda gəzdiyi dağlara üz tutaraq deyir: 


Bir gözəl ceyranım, bəyaz sinəlim,  
Gəzərdi sinəndə sənin, a dağlar!  
Ürəyim sevinib qəlbim şad olur,  
Camalın görəndə sənin, a dağlar! 
 Güllərin xəzana dönəndən bəri,  
Sönübdür könlümün bil ki, şəhpəri.  
Qırat ilxıları, qoç sürüləri  
Toplanmır dövrəndə sənin, a dağlar! (157) 
Vətən  sevgisi,  yurd  həsrəti  legioner  Bülövlü  Əhmədin  də  yazılarında  öz 
əksini tapırdı: 
Mən sevirəm milləti, həm vətəni,  
Millətim Türk, vətənimdir Azəri!  
Şanlı bir ölkədir, yoxdur heç misli,  
Hər dürlü səfası vardır ölkəmin. (7) 
Legion  ədəbiyyatında  Stalin  rejimini  pisləyən,  bolşevik  ideologiyasını  sərt 
tənqid  atəşinə  tutan  poeziya  nümunələri  də  çoxluq  təşkil  edir.  Şerlərin  birində 
göstərilirdi: 
Vuraq bolşevizmin dağılsın kökü, 
 Azadlığın əsl zamanı gəlmiş. (104) 
 
Digər legioner T. Mustafayev isə “Ana” şerində yazırdı: 
Şir kimi girmişəm bu gün meydana, 
 Soyğunçu bolşevik məhv olsun deyə.  
Qoy ağ günəş doğsun Azərbaycana,  
Məhəbbət bayrağı ucalsın göyə. (104) 
 
Vətənin  azadlığı  və  istiqlalı  mövzusunda  legion  ədəbiyyatında  çoxlu 
nümunələrlə  qarşılaşmaq  mümkündür.  Belə  nümunələrdən  birinə  -  legioner 
Yıldırımın “Var bizim ellər” şerinə diqqət yetirək: 
Yüksələr göylərə ziynətli taxtım,  
Açılar bağlanmaz taleyin, baxtın.  
Vətən! Yaxınlaşır azadlıq vaxtın,  
Parlaq gələcəyin var, bizim ellər. (103). 
 
Legioner  Nəbinin  şerlərində  isə  vətən  məhəbbəti,  vətən  ayrılığı  hissləri 
olduqca emosional və təsirlidir: 
Mən sənə qurbanam vətən, sən nə qədər şirinsən,  
El bilir, aləm bilir Fərhad mənəm, Şirin sən.  
Oylağısan, yurdusan pələngin sən, şirin sən,  
Sən mənim ürəyimsən, ürək bəndsiz olmaz. 
 Könül vətənsiz olmaz! (103). 


 
Legionerlərin şerlərində doğma Azərbaycana həsrət, vüsal ümidləri, vətənin 
hüsnünü, gözəlliyini tərif elementləri oxunaqlı və poetikdir. 
Legioner  M.  Çələbioğlu  öz  fikir  və  duyğularını  qoşma  janrında  da  ifadə 
edərək yazırdı: 
Mən ağlaram, can ağlar,  
Canlarda vicdan ağlar.  
Qara geyir, a dostlar,  
Azərbaycan qan ağlar. (103) 
Legioner  Miskin  isə  “Ey  cavanlar”  şerində  vətən  azadlığı  hisslərini  belə 
ifadə edirdi: 
Sən bir cəsur türk oğlusan, qəhrəman!  
Azad elə öz yurdunu düşməndən! (7) 
Qeyd edək ki, legionerlərin yaradıcılığında sevgi, məhəbbət duyğulu şerlər 
də  üstünlük  təşkil  edir.  “Əsiri-Şirvani”  təxəllüslü  bir  legioner  “Can,  a  sevgilim” 
şerində yazırdı: 
Nə qədər istərəm olum mən də şad,  
Əsla olmayıram qüssədən azad.  
Gecə-gündüz edirəm dərd əlindən dad,  
Dönübdür ürəyim qana, sevgilim! (157). 
 
Legioner Daşqının “Gözəl qız” şeri də bu baxımdan oxunaqlıdır: 
Nə gözəl çəkibdir kamil sənətkar,  
Qaşların bənzəyir yaya, gözəl qız.  
Gözlərin göylərin sürəyyasıdır, 
Buxağın şux salır aya, gözəl qız. 
 Qırqovul bəzəkli, tuti dilli sən,  
Tovuz yaraşıqlı, durna tellisən,  
Mina gərdənlisən, incə bellisən,  
Heyranam qamətə, boya, gözəl qız! (103) 
 
Qeyd edək ki,  legionerlərimizin ədəbi yaradıcılığında  qəzəl  janrına  da  rast 
gəlmək  mümkündür.  Legioner  şair  Şamil  Atabəyin  “Bu  imiş”  qəzəli  təsirli  və 
ifadəlidir: 
Bəxtimin, taleyimin hökmü-qisası bu imiş,  
Həm səadətli günün sonda sədası bu imiş.  
Bir bəla ilə qərib qürbətə düşdüm, nə edim,  
Tanrının mən yazığa rəhmi-rəvası bu imiş. (13, s. 22) 
 
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının gözəl nümunələrini yaratmış bəzi 
legionerlərin  də  şəxsiyyətini  müəyyənləşdirmək  mümkün  olmuşdur.  Belə  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə