NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

“Legionçu Daşqın” imzası ilə çıxış edən müəllif tanınmış şair Məzahir Daşqındır. 
(86)  “Legionçu  Qürbətzadə”  təxəllüsü  Sovet  İttifaqı  Qəhrəmanı  olmuş  Mehdi 
Hüseynzadəyə,  “Əsiri-Şirvani”  imzası  isə  hazırda  Azərbaycan  radiosunda  çalışan 
Əlihəsən Şirvanlıya məxsusdur. 
Sovet  İttifaqı  Qəhrəmanı  olmuş  Mehdi  Hüseynzadənin  legioner  həyatı 
yaşaması  bəzi  mübahisələrə  səbəb  olsa  da  və  bununla  bağlı  Azərbaycan 
mətbuatında  bir  çox  müxtəlif  mövqeli  yazılar  çap  olunsa  da,  (256)  onun 
“Azərbaycan”  qəzetində  şerlərinin  və  bəzi  sənədlərin  tapılması  faktların 
doğruluğunu sübut etdi. 
Qeyd  etdiyimiz  kimi,  Mehdi  Hüseynzadə  şerlərini  “Qürbətzadə”  təxəllüsü 
ilə yazırdı. (104) Onun yaradıcılığından bəzi nümunələrə diqqət edən müəllif “Yar 
gəlir dedim” şerini aşıqvari bir üslubda oxuculara təqdim edirdi: 
Neylərəm nəşəni o nazlı yarsız,  
Sevginiz olarsa, bunu duyarsız.  
Baxıb qəhqəhəmə söyləmə arsız, 
Bəlkə uzaqlardan yar gəlir, dedim! (104) 
Müəllifın  “Görən  olsaydı”  şerində  də  həsrət,  kədər,  ayrılıq  motivləri 
üstünlük təşkil edir: 
Qərib bir ölkədə təkcə qalanda, 
 Baxıb üfüqlərə ilham alanda,  
Acıqlanma mənə yada salanda,  
Vətəndə qoyduğum nazlı dilbəri. (104) 
Göründüyü  kimi,  Qürbətzadənin  şerləri  olduqca  oxunaqlıdır.  Qeyd     
etdiyimiz kimi, legionerlərimizin bəzilərinin yaradıcılığında felyeton nümunələrinə 
də rast gəlinir və bir neçə tarixi əsərlərin də yazıldığı haqqında məlumatlar vardır. 
Əllinci illərdən başlayaraq legionerlorin fəaliyyətində siyasi, mətbu, ideoloji 
yazılara üstünlük verilirdi. Türkiyənin Ankara şəhərində “Azərbaycan” jurnalında, 
Almaniyanın  Münhen  şəhərində  isə  eyni  adlı  dərgidə  legionerlər  fəaliyyətlərini 
davam etdirirdilər. 
Mayor  Ə.  Fətəlibəyli  Düdənginskinin  əllinci  illərdəki  mətbu  fəaliyyəti 
xüsusi  olaraq  dəyərləndirilməlidir.  Məşhur  legionerin  həmin  dövrdəki  ilk   
məqalələrindən  biri  tanınmış  musiqi  xadimimiz,  böyük  bəstəkar  Ü.  Hacıbəyliyə  
həsr  edilmişdir. Müəllif öz məqaləsini belə adlandırmışdır: “Azərbaycan xalqının 
böyük  oğlu”.  Ə.  Düdənginski  məqalədə  Üzeyir  bəyin  Azərbaycan  musiqisi 
tarixindəki  mövqeyini  yüksək  dəyərləndirir  və  böyük  bəstəkarın  Sovetlər  
Birliyində  kommunist  rejiminin qurbanı olduğunu göstərirdi. Belə ki, 1920-ci ilə 
qədər “Leyli və Məcnun”, “Şah Abbas”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm 
və Söhrab” kimi operalar yazan, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal 
alan”  operettalarını  hazırlayan  Ü.  Hacıbəyli  Sovet  dövründə  1938-ci  ilə  qədər 
susmağa məcbur oldu. Üzeyir bəyi isə hər tərəfdən təzyiq altında saxlayırdılar. Ə. 
Düdənginski  yazırdı:  “Üzeyir  bəyin  bu  susma  dövründə  Azərbaycan  musiqisi  və 


bilhassə opera sənəti olduqca gerilədi. Sovetlər başqa yollara baş vurdular. Bir çox 
kompozitorlar  dəvət  etdilər.  Bunların  içərisindən  kompozitor  Qliyer,  sevimli 
kompozitorumuz Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını, çox fikirləşmədən 
və  utanmadan  “Şah  Sənəm”  operasına  “çevirdi”.  Rus  və  başqa  Avropa 
operalarından  istifadə  etmək  istədilər.  Bu  səmərəsiz  təcrübələrə  çox  vaxt  və  para 
məsrəf  etdikdən  sonra,  Sovetlər  18  il  yaradıcı  illərdən  məhrum  etdikləri  Üzeyir 
Hacıbəyliyə həyasız üzlərini çevirməyə məcbur oldular”. (112, s. 6-7) 
Ə.  Düdənginski  haqlı  olaraq  qeyd  edirdi  ki,  Sovetlər  Birliyində  hansı 
cəhdlər göstərilsə də, Ü. Hacıbəylinin adını Azərbaycan tarixindən, Şərq və Türk-
müsəlman musiqisindən ayrı tutmaq qeyri-mümkündür. 
Ə.  F.  Düdənginskinin  “Sovet  təcavüzünün  Koreyada  məhvi”  məqaləsində 
isə  Sovetlər  Birliyinin  siyasəti  tənqid  edilməkdədir.  Müəllif  yazırdı:  “Koreyada 
müharibəni  törədən  Kreml  bütün  dünyada  müharibə  alovunu  yaymağa  çalışır. 
Siyasi  Büro  bütün  Asiyada  müharibəni  genişləndirmək  üçün  Koreya 
avantürasından birbaşa  Yaponiyaya hücum etmək  üçün istifadə  məqsədini  güdür. 
Eyni  zamanda  Sovetlər  bütün  imkanlarından  istifadə  edib  Avropada  müharibəyə 
hazırlığı  davam  etdirir,  Şərqi  Almaniyada  Silahlı  Qüvvələrini  bərpa  edir,  azad 
dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbərliyə alır”. (355, s. 
3) 
Ə.  Düdənginski  sovetlərin  təcavüzkar  siyasətini  ifşa  edərək  göstərir  ki, 
Sovet  dövləti 1950-ci  ilin iyunun 25-də  Koreyanın  şimalında  hazırladığı ordunun 
köməyi  ilə  Cənubi  Koreyaya  qarşı  müharibəni  başladı.  Sovet  dövlətinin  bu 
təcavüzkar  siyasətini  ABŞ-ın  BMT-dəki  nümayəndəsi  belə  açıqlayırdı:  burada 
sxem  çox  asandır:  hansısa  ölkədə  kommunist  üsyanı  təşkil  etmək,  sonra 
təcavüzkara  kömək  üçün  öz  diviziyalarını  göndərmək  və  onları  “könüllülər” 
adlandırmaq,  sonra  isə  hücumun  qurbanlarına  göstəriləcək  beynəlxalq  köməyə 
etiraz etmək. 
Ə.  Düdənginski  ABŞ  nümayəndəsinin  bu  fikrini  əsas  götürüb  qeyd  edirdi 
ki,  burada  Stalinin  hərbi  doktrinasının  qısa  və  dəqiq  xarakteristikası  verilmişdir. 
Müəllif göstərir ki, Kreml təəssüflər ki, Sovet təcavüzünün dünya xalqlarının ciddi 
etirazı ilə qarşılanacağını unutmuşdu. 
Belə ki, məhz bu təcavüzdən sonra bütün dünya xalqları vahid, azad dünya 
uğrunda  mübarizə  aparmaqdadırlar.  Ə.  Düdənginski  məqalənin  sonunu  belə 
yekunlaşdırırdı:  “Azad  xalqların  müasir  mübarizəsinin  əsas  əlamətlərindən  biri 
odur  ki,  o  yalnız  öz  ölkəsi  daxilində  kommunizmə  qarşı  yönəlməmişdir,  eyni 
zamanda  bu  mübarizə  dünya  xalqlarının  azadlığını  və  milli  müstəqilliyini 
təhlükəyə  salan,  yeni  müharibə  təşkilatçısı  olan  Sovet  imperializminə  qarşı 
istiqamətlənmişdir”. (355, s. 5) 
Ə.  F.  Düdənginski  “Kommunizm  xalqlara  həyat  təmin  edə  bilərmi?” 
məqaləsində  isə  kommunist  ideologiyasının  mənasızlığını  sübuta  yetirir.  Müəllif 
göstərir  ki,  bolşeviklərin  marksizmdə  diqqət  yetirdikləri  başlıca  xətt  proletariatın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə