Nəsr isa Muğanna



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix28.06.2018
ölçüsü0,75 Mb.
#52120
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
74
 
 
 
Bəy bir az yüngüllük hiss etdi. 
 
 
 
- Omar ağa əhali arasında gəzərgi imiş. Başında coban papağı, əlində çomaq, enişlərdə atı 
yedəkləyə - yedəkləyə, yoxuşlarda minə-minə eldən-elə gəzirmiş. "Ay oğlum, EvƏr nədi, mənim 
adım Xəlifənin adıdı. Vəzifəm də sudyanın köməkçisidi. Çalışıram oğrunuzu, əyrinizi kişi 
eləyim, getsinlər qaçaqlara qoşulsunlar, ƏsƏlMəndən dərs alsınlar, Cömərddən igidlik. "Omar" 
deyin mənə. Omar Koxa! Kim EvƏr desə, bax bu çomağın dəmirli tərəfiynən sirtini sındıraram, 
Qorxurmuşlar Omar koxadan. 
 
 
 
Bu belə... 
 
 
 
- Sonrasını danış. 
 
 
 
- Sən həddən ziyadə incə qatilsən. Necə başa düşdün sözümü, a kişi? Mən axı həqiqi mənada 
deyirəm ki, "tarixi yaradan"lar özləri deməlidilər mənim şəhərimin adını !.. Yəni "qəbirdən 
çıxartmalısan o adamları". Ötən gecə mən sənin agentlərini, arvadını qəbirdən necə çıxartdımsa, 
bunu da bildin, sən də elə çıxartmalısan tarixi yaradanları. 
 
 
 
Bəyin ağzı açıq qaldı. "Beynin"də hər şey bərpa olundu.: Ay, hurilər, sərvinaz, şəhvət dərsi, 
İblis, hər şey. 
 
 
 
Səməd şüşəni kənara qoydu: boşalmışdı şüşə. 
 
 
 
Musa hardasa asta-asta saz çalırdı, Ağ məmmə nazik kövrək səslə zümzümə eləyirdi:  
 
 
 
Qaranlıq dünyadı bu Yerin Adı 
 
 
 
Xilaskar Simurgum, harda qalmısan, 
 
 
 


 
75
Məzlum bəndələrə qılasan çarə... 
 
 
 
Səməd bir az da Sakit, qəmli-qəmli: 
 
 
 
- Mənim bilmədiyim şeylər də var, a bəy, musiqidən zövq almaq qabiliyyəti necə qalıb səndə? 
İzah eləyə bilərsən? 
 
 
 
Bəy köksünü ötürdü. 
 
 
 
- Niyazidən soruş. Ölür sazdan ötrü. 
 
 
 
Səməd eyni qüssə ilə: 
 
 
 
- Niyazi öləli hər yerdə elə onu xəbər alıram. Mərhum oğlu Xəlil gözəl qarmon çalardı, oxuyardı. 
Niyazi hardadı? Mənə niyə deyilmir? Ölüb deyəsən. 
 
 
 
Ağ Məmmə: 
 
 
 
- Xəlil köyrək oğlandı. mənə də deyilmir. - dedi. - Başlayırdı çalmağa, oxumağa. Özü də çox pis 
sözlər oxuyurdu: 
 
 
 
Cənnət olardı Qarayazı, 
 
 
 
Olmayaydı Niyazi. 
 
 
 
Bunun dalınca Ağ Məmmə oxudu: 
 
 
 
Kişiləri söyürdü 


 
76
 
 
 
Arvadları döyürdü 
 
 
 
Bağdadda kor Xəlifə, 
 
 
 
Burda mənəm deyirdi. 
 
 
 
Musanın sazı gəraylının zilinə qalxdı. Ağ Məmmə susdu. Çünki zildən oxuya bilmirdi. 
 
 
 
Hər yerə sükut çökdü. Elə sükut ki, Çinar gölündən tək-tək ördək səsləri də eşidilmədi; Musanın, 
Ağ Məmmənin kədərini elə bil quşlar da duyurdular. 
 
 
 
Səmədin gözü bəydə idi. Soruşdu ki, 
 
 
 
- Niyə susdun, a Bəy? 
 
 
 
Bəy yenə köksünü ötürdü: 
 
 
 
- Axşamlar Niyazi sovxozunda, palıdın kölgəsində dayanıb Kamandara qulaq asardım. Hərdən 
Niyazi duyurdu, çıxırdı evdən, gəlib yanımda dayınırdı. Xəbər alırdım ki, məni niyə evə dəvət 
eləmirsən, a Niyazi? Deyirdi: "məndə bir az Bünyadlıq var, səndə də Niyazlıq. Biz bir stolun 
dalında oturammarıq, a bəy. Mən axı qohumam muğannalara. Omar ağanın bacısı nəvəsiyəm, 
bilirsən. Sənin gizlin işlərinə az-çox bələdəm, - deyirdi. - Hərdən fikirləşirəm ki, belə savadlı 
Bəydə, qocaldıqca nuraniləşən Bünyadda bu Niyazilik hardandı? 
 
 
 
Bir dəfə xəbər aldım ki, "sən kommunizmə nifrət eləyirdin, partiyaya niyə girmisən?" Güldü, 
dedi: "Stalin öləndən sonra başa düşdüm ki, Xruşşov da kommunizmə nifrət eləyirmiş. Dərhal 
ərizə yazdım girdim Xruşşovun partiyasına. 
 
 
 
Bir ara sükut oldu. 


 
77
 
 
 
Sonra bəy dilləndi: 
 
 
 
- Musiqini hiss eləməyim də yəqin sizdəndi.  
 
 
 
Səməd: 
 
 
 
- Afərin! - dedi, - Bağışla, bir az danışdıracam səni. 
 
 
 
"İncə" Bəy bu dəfə sadəlövh göründü: 
 
 
 
- Sən hardan bildin mənim Aya aparıldığımı?! Bunu, ola bilər görmüsən. Bəs agentlərimlə, 
arvadımla görüşdüyümü necə bildin?! Mən çox oxumuşam, OdƏr dili - Təfəkkür dili 
deyilənimiz barədə. 
 
 
 
Dünən də hiss elədim orda - ayda ki, deyəsən doğrudan oxuyurlar fikrimi. Əmma, açığı inana 
bilmirəm! 
 
 
 
Səməd fikirdən ayıldı. 
 
 
 
- Sənin, sadəcə, təcrübən - vərdişin yoxdu hələ, Bəy. - Adı Pünhanımızın "İdeal", "GürÜn" 
əsərlərini, əlyazmalarını oxumusan. Sən o kişinin evində ötən yay öyrəndiyin Kainat 
həqiqətlərinə elə qovuşmuşdun ki, o evdən çıxanda hətta qapını bağlamağı da unutmuşdun. 
Pilləkəndə "Qoca"ya deyirdin: "Harda, kimə nə danışıram, hamısını göydən alıb ötürürlər 
Müğannaya, yazır". Mən yazmıram, əmma gördüyün kimi, fikirlərini eşidirəm. Sənin özündə də 
bəzi vərdişlər yaranıb. Dünən "Sahib"in iqamətgahında qumral deyəndə ki, "Qumral" deyiləm 
mən, Furakam - EvƏrAğam, sən hiss eləmədin ki, SafAğ İşıqla hiss olunmadan sifətini 
dəyişdirdi o!.. Səfəvi adı ilə Təbrizə doluşanların qabaqlarına çoxlu pələng, şir çıxarılırmış. 
Müaviyələr o dəqiqə başa düşüblər ki, OdAğÜzdən işıqla göndərilir o heyvanlar - şəkillər. 
Deyiblər: "Əgər Muğları qırmasaq, hamımızı dəli edəcəklər". Nə qədər oxumusan sən bu barədə 
o evdə - Adı Pünhanın mənzilində?!. Bizik səni idarə eləyən, a Bəy, biz bədbəxtlər gör nə qədər 
işləyirik sən təki belə murdar qatillərlə! Niyə? Bilirsən?.. "Hurilər"in o məclisində biz sənin 
SafAğa aid biliyini almışdıq beynindən. Əsil mənada "İNS"ə, vəhşiyə dərs deyirdik orada, niyə 
bilmədin?.. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə