Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
119
 
 
 
- "Bibliya"dakı fraza yadımdadı: "Poyavilas belaya ruka i na stene na bojem yazıke napisala: 
"Səni TəkƏL aparsın"1 . Bu "bojıy yazık" bizim indi danışdığımız həmincə "Tərik" - "Türk", 
"Azərbaycan" dilidirsə, Nərimanov qəhrəmanının adını "Ömər" yazmaqla niyə qeyri-kamil 
olsun?! 
 
 
 
Səməd ucadan gülürdü. Kolun dalında Musa da şaqqıldadı. 
 
 
 
Səməd:  
 
 
 
- "Omar"ın yazısı "O" "bociy yazık" dandı, Bəy! Fəhmini niyə itirirsən, yazıq, yorulma! "Mar" 
axı "ne bojiy yazık"! Kainatda, planetlərdə "Omar" ağanı indi kim belə adlandırar? "EvƏr AğEy" 
deyirlər də! "Mər" nədi, Bəy? Heç nə! "Mərə" olsaydı, yenə məna vermək olardı. 
 
 
 
  
 
 
 
Danış görək necə güllələdin Omar ağanın oğullarını! 
 
 
 
Bünyad bəy deyəsən doğrudan da xeyli üzülmüşdü: 
 
 
 
- Yaxşı, danışım, - dedi. - Əliheydər Tiflisə Ayollonun üstünə teleqramma göndərdi: "İz Baku 
vışli tri vsadnika. Poydut po qornomu xrebtu, çerez Şabran, Zakatala, Turmen yataq. Vstreçayte 
na Sarıyoxuşe". 
 
 
 
Nərimanın Qazaxlılar polku Poylu körpüsündə idi. Poyludan o yan, o cümlədən Türmən yatağı, 
Sarıyoxuş da Gürcülərin əlində idi. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Düz danış! 


 
120
 
 
 
Bünyad bəy duruxdu. 
 
 
 
- Gürcü Qrekləri deyim?! 
 
 
 
Səməd: 
 
 
 
- Bəs necə?! Bədbəxt Gürcü xalqı hətta indiki "Müstəqil Gürcüstan"ın da Gürcü Qreklərinin 
əlində olduğunu bilmir. Dağlarda Qreklər yaşayırlar, onların da heç nədən xəbəri yoxdu. Şərq 
səmtindəki dağlarda "Nidri"lər deyilən bədbəxt təhrif ÜnOdƏrlərin də heç nədən xəbəri yoxdur: 
"Tərikcə" danışırlar, bilmirlər ki, "milli azlıq" zad deyillər, nəhəng OdƏr bəşəriyyətinə 
mənsubdurlar! Bax buna görədi faciələrin hamısı! Bütün incəliyinə qədər danış görüm, o 
"vsadnik"lərin qanlarını necə içdin?! 
 
 
 
Bünyad bəy nəfəsini dərib elə bil adi bir şey danışmağa başladı: 
 
 
 
- Əliheydərin teleqrammasını alan kimi Ayollo libasını dəyişdi, otryad götürdü, gəldik. Tiflislə 
Sarıyoxuşun arası əlli verstdi. İndiki hesabla təxminən yetmiş beş kilometr. Gecəni Qardabanidə 
qaldıq. O vaxtkı Qaratəpədə... 
 
 
 
Səməd dedi: 
 
 
 
- Dayan, Ayollanun elə bir adamı yoxdumu ki, göndərəydi? Niyə özü gəldi? 
 
 
 
Bünyad bəy gözlənilməz əsəbilik hiss etdi: 
 
 
 
- Bu sual da "dərs" üçündü?! 
 
 
 
Səməd: 
 


 
121
 
 
- Daha çətinə salmayacam səni. Omar ağanın altı oğlundan hansını harda ölüdrmüsən? Danış! 
 
 
 
Bünyad bəy: 
 
 
 
- Belə sualların cavabında mən çətinlik çəkmirəm, - dedi. Bədbəxtin hələ xəbəri yoxdu ki, o 
oğlulların ölümləri barədə burada dilinə gətirdiyi hər bir kəlmə sabahısı, birisigün - ta son 
nəfəsinə qədər, beynində öz səsi ilə daimi səslənəcək, kəlmələrdəki hadisələr isə gözlərinin 
qabağında kino lentindən də aydın görüntülərlə fırlana-fırlana qalacaq və bu Od - həqiqət dəhşəti 
onu çırpına -çırpına tərə batmağa, hətta başını yerə döyməyə məcbur edəcəkdi. 
 
 
 
Tamam sakitcə başladı ki, - On səkkizinci ilin yazında Nəriman Nərima-nov indi "İyirmialtılar" 
adlananlardan ayrılmışdı. İndi deyirlər başda Stepan Şaumyan, hamısı Erməni idi. Əslində, indi 
AXC-lərin termini ilə desək, Demokrat idi hamısı. Yəni Yevrey. Nərimanov, Məşədi Əzizbəyov, 
Vəzirov lazım gələndə çox vaxt azərbaycanca danışırdı onlarla, hətta SafAğ Elmindən bəzi çox 
lazımlı cəhətləri izah eləyirdi. İkinci Sovetlər qurultayında, Nərimanov hökumət başçısı olanda 
dedi: "Ərazlər məsələsi SafAğ əqidəsinə görə sərhədlərə bölünməməlidi, bəs sən niyə Göyçəni 
Ermənilərə vermək istəmirsən?". Nərimanov dedi: "Ya vınujden budu skazat: dadim bratyam 
zemlyu. A vot vı xoteli bı razdelit Sibir s yaponsami". Sərhədlərin götürülməsi üçün bütün 
xalqlar eyni əqidədə olmalıdırlar, biri-birinin dilini asan anlamalıdırlar, yəni cəmi Yer üzündə 
Vahid Ədalət səltənətinin yaranmasına heç olmasa minimum şərait yaranmalıdır". Buna görə də 
Zəngəzurun Ermənilərə verilməsinə razılıq versə də, Sovet sədrliyindən çıxdı, xəstələndi, 
Həştərxana getdi ki, həm orda müalicə olunsun, həm də Leninlə əlaqə saxlayıb, Azərbaycanda 
vəziyyətin həddən artıq mürəkkəb olduğunu başa salsın. Sovetdə Müsavat sosialistləri Daşnak 
sosialitsləri ilə, Eser fraksiyası ilə birləşib İngilisləri Azərbaycana çağıranda məsələ daha da 
mürəkkəbləşdi, hərc-mərclik başlandı. Türk ordusu Azərbaycana gəldi ki, qırğınları yatırtsın. O 
günlərdə Müsavatçılardan "Türk"ün kimliyini bilənlər də, qalan Müsavatçılar da Ermənilərlə 
gizlin danışıq apardılar ki, Türk ordusunu elə bəri başdan zəiflətmək lazımdı. O vaxt Anastas 
Mikoyan on yeddi - on səkkiz yaşlarında, Sovetdə əl buyruqçusu kimi bir şey idi. Əmma 
azərbaycanlılara qarşı çox qəddar idi. O vaxt çox məşhur olan polkovnik Amarazspın dəstəsi tez-
tez ora-bura hücum çəkəndə Mikoyanla qarış-qarış gəzmişdi, yaxşı tanıyırdı hər yeri, 
Amazaspın, bir də o vaxt "Kobra" kliçkasıynan tanınanın tapşırıqlarıynan gəldi məni tapdı, dedi: 
"Qazaxda Şirinin qalası deyilən yerdə yerləşdirilmiş türk qoşununu təkbaşına zəhərləməlisən. O 
qonşu Gəncədəki, bakıdakı türklərlə birləşsə, Erməni, Müsavat hissələri gərək buranı tərk 
eləsinlər. Beş-altı gün möhlət verilib sənə, Bünyad!.. 
 
 
 
Omar ağanın altı oğlunun altısı da sağdı onda. Böyük oğlu PirVəli, Türməndə qanadlı ilanları 
xançalla havada vuran idi. Boyca lap balaca adam olsa da, yaman cahil idi. Sonra Hacı Alı, 
kommersant adı ilə Məkkəyə qədər gedirdi, zəvvarları xəlvəti yerlərə çəkib SafAğdan dərs 
deyirdi. hacı Alıdan kiçiyi İsa əfəndi hərbi gimnaziyanı qurtarandan sonra Müsavatçıların Bakı 
kəndlərində qadınların sırğalarını qopardan zabitlərdən aralandı, getdi Dərbənd səmtində 
Denikinlə döyüşdü. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə