Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
131
 
Səmədin rəngi ağarmışdı.  
 
 
 
- Necə sadistləşməyim, ay nəslimin kökünü kəsən qaniçən1 
 
 
 
- O iy çəkəni at ora, lapatkanı götür, başla torpalamağa! Bircə həftə katorqa cəzasından sonra 
danışarsan! 
 
 
 
Musanın gülüşü səsləndi: 
 
 
 
- Səməd, qoy itlərə ünsüyyətinə baxsın! 
 
 
 
Səməd dedi: 
 
 
 
- İyrəncliyinə sonra da baxar. Get, lapatkanı görür, a Bəy! 
 
 
 
Bünyad bəy ayaqlarını sürüyə-sürüyə, üzülə-üzülə gedib, körpünün üst tərəfində təzə göyərməyə 
başlayan xırda, qoşayarpaq qamışların aralarına yapıxmış köhnə, boz qamışların altından 
lapatkanı tapıb qayıtdı. 
 
 
 
Səməd dedi: 
 
 
 
- İndi küllüyün quyuya lap yaxın yerini qaz, görək nə çıxacaq ordan. 
 
 
 
Bünyad bəy lapatkanı yerə çırpdı. 
 
 
 
Səməd güldü: 
 
 
 


 
132
- Nə oldu, Bəy? 
 
 
 
Bünyad bəy xırıldayırdı: 
 
 
 
- Sən... Sən bunu da bilirsən?! 
 
 
 
Səməd istehzalı idi: 
 
 
 
- Nəyi, Bəy? O küllükdəki iki küpə qızılı deyirsən? 
 
 
 
Bəy lapatkanı götürüb küllüyün quyuya lap yaxın yerini eşdi, hər biri bir səhəng irilikdə iki küpə 
çıxarıb, quyudan bir neçə addım kənara qoydu. Yəni ehtiyatlandı ki, küpələr enişə dığırlanıb 
quyuya düşər. 
 
 
 
Səməd yenə qəhqəhə çəkdi. 
 
 
 
- Varisin - zadın da yoxdu ki, deyəsən vərəsədi. Bir ayağın burda, bir ayağın gorda, o qədər qızılı 
neynirsən, ey "ins"? 
 
 
 
- Bu işgəncənin arasını kəs, küpənin birini apar ver Muğannalara. 
 
 
 
- Rüşvət verirsən? Bilmirsən ki, Muğlar torpağı qızıldan qiymətli sayırlar, ey "ins"? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Başa düşmürəm, niyə çıxartdırdın bu küpələri? 
 
 
 
Səməd dedi: 


 
133
 
 
 
- Sovxozdan bura həm də qızılı aparmağa gəlmirdin? Apararsan də! 
 
 
 
Bəy dedi: 
 
 
 
- "Qoca" yoxdu daha. Maşınını da bilmirəm harda gizlədib. Tək aparammaram. Bir də ki... sən 
yəni doğrudan imkan verəcəksən qızıl aparım, yaşayım mən? 
 
 
 
Səməd dedi: 
 
 
 
- Mən qatil deyiləm. Musa da əl qaldırmaz Sənə. 
 
 
 
Küllüyün tarixinə keç! Sarıyoxuşa! Atlılar gəldilər dayandılar otryadın qabağında. Sonra nə 
oldu?  
 
 
 
Bəy dedi: 
 
 
 
- Sonrasını, şübhəsiz, bilirsən. Ha fikirləşirəm, tapammıram, niyə axı danışdırırsan məni?! 
Cəhənnəm əzabını başqa cür də çəkdirirsiniz siz, bayaq lap aydın oldu. Bu danışmağımın nə 
mənası var, ay Səməd?! 
 
 
 
- Bayaq dedim, sonra biləcəksən. Dərsdi bu. Dərs! Başa düşmürsən? 
 
 
 
- Yəni mən doğrudan yaşayacam?!  
 
 
 
Səməd dedi: 
 
 
 
- Qızılın əlində, Rusiya, İran arasında, niyə yaşamıyasan?! 


 
134
 
 
 
Danış! Ayolla mauzerini qoburdan çıxaranda nə oldu? 
 
 
 
Bünyad dedi: 
 
 
 
- Ayolla mauzeri o işıqsaçan Hüseyninizin sinəsinə qaldıranda, Pirvəli dedi: "Qardaşım toy 
üstədi, muradını gözündə qoyma. Yanındakı da sağdışıdı. Cavanlara qıyma. Sən də məntəki 
yaşlısan. Yəqin oğul-uşağın var, toy-şan gözləyirsən. Qıyma cavanlara. Vurursan, məni vur. O 
pal-paltardan da nə istəyirsən götür". 
 
 
 
Yalvardı PirVəliniz.  
 
 
 
Bandit Ayollanın qolu boşaldı. 
 
 
 
Banditlərin otryadında pıçıldaşma düşdü. Gördüm hamısının heyfi gəlir Hyseynə.  
 
 
 
Naqanımı çıxartdım, əvvəlcə PirVəlinin sağ qoluna atdım. Dedim: "Get Hüseynin toyunda tək 
qollu oyna". 
 
 
 
PirVəliniz baxdı, tanıdı məni. Dedi: "Sən hara, bunlar hara, Bünyad bəy?!" 
 
 
 
Dedim: "Sən hara, mazutun içində fəhləlik hara, ay Sərkər çoban?!" 
 
 
 
Dedi: 
 
 
 
- Bu müxənnətliyi heç Müaviyə də eləməyib. Yezidi göndərib ki, get Kufədə qır Hüseyngili, 
gözüm görməsin. "Yezid"in də əsli ƏSOd olub, ay "Muğ". Ta qədimdən dəyişmişik, dönük 
olmuşuq. Bir-birimizin qanını tökməsək işimiz yerimir! 
 
 


 
135
 
PirVəliniz ayıldı, tanıdı düşmənini. Üzünü döndərdi ki, Ayollaya nəsə desin. Üzünü döndərəndə 
ikinci güllə ilə ağzında dilini vurdum. Dedim: "İndi get atana xəbər ver ki, Bünyad bəy Rusun 
adamıymış. Şəkər bəyin qalasında Türk qoşununa çuma saldıran da Bünyad imiş, kiçik qardaş 
Musanı böyük qardaş Hacı Əlinin qucağında çumaya yoluxdurub öldürən də Bünyad imiş. 
 
 
 
PirVəlinizin ağzının qanı qolunun qanına qarışdı. İşıq saçanınızla "sağdiş" Musanın rəngləri 
saraldı. 
 
 
 
Dedim: "İndi "murad üstə" olan Hüseyninlə sağdışına bax!" 
 
 
 
Döndü baxdı. 
 
 
 
İşıqsaçanınız dedi: 
 
 
 
- İndi - indi başa düşürəm ki, yuxuda yaşamışam, insanı tanımamışam. Aman ver bir az yaşayım! 
 
 
 
Üçüncü gülləm sağdışın kəlləsini deşdi. Dördüncü gülləm Hüseyninizin alnını deşdi. Bu itdən 
öyrənmişəm alnın düz ortasına atmağı. Bu meyit belə atardı həmişə alnın ortasına. Beşinci 
gülləni PirVəlinizin ardınca atdun. Çünki cavanların meyitlərini görəndən sonra Sarıyoxuşun 
yarğanından özünü atıb. Türmən yatağına qaçdı. Demə, Mustafa Kamala məktubun yerini düz 
deməmişəm mən, PirVəli özü ilə aparıb. Ağlıma bir fikir gəldi: O vaxt Mustafa Kamal Trabzona 
təzəcə getmişdi. Ordusu Gürcüstanın bəri tərəfində Qreklər olan səmtindən meşəliklərə, kiçik - 
kiçik hissələrlə topxana, ərzaq daşıyırdı. Fikirləşdim ki, məktubu paltarın arasından çıxardım, 
gedim orduya qoşulum. Məktubu təqdim eləyim, Mustafa Kamalın əzizi olum. Əmma, demə 
məktub PirVəlinizin özündə imiş. Paltarın, hətta yəhərin içini atım-atım elədik, məktub 
tapılmadı. Ayollaya dedim: "mən Omar ağanın evinə gedəsi oldum. PirVəlinin paltarı 
soyundurulanda birtəhər eləyib məktubu ələ keçirməliyəm!" Özüm getdim çobanları eşiyə 
çağırdım, dedim, Gürcülər vurdular, öz gözümlə gördüm. Atlanın xəbər çatdırın. Omar ağa dava-
dərman gördərsin, rahat araba göndərsin. Bir-ikiniz də gedin Hüseynnən, Musanın meyitlərini 
gətirin. 
 
 
 
Səməd soruşdu: 
 
 
 
- "PirVəliniz", "PirVəliniz", Niyə belə deyirsən? 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə