Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   2   3   4   5   6   7   8   9   ...   47

 
4
beləcə məntək cavan, təravətlidirlər. Niyə? Deyəcəm hər şeyi! Gəl, Bəyim, gəl! Sahibimizin 
xidmətində olan qızlar kimi, adım elə Bakirədir. Burda türklərimizin içində Qumral olmuşam. 
 
 
 
Bünyad bəy içəri keçdi. 
 
 
 
Hücrədə hər şey, o cümlədən alçacıq təam stolu, təxtxabın ipəkləri, hətta balınc da tünd qara 
rəngdə idi. Qumralın qumral üzü, badamı gözləri ən müasir diskoteka lampalarının titrəşən 
"işıqlarını əks edib içəridən şölələnirdi. Bünyad bəy maşında nə qədər silkələnib əzilsə də, bir 
necə andaca dirçəlib bu sifətin şöləsinə qapılıb daha heç nəyə diqqət yetirə bilmədi. Ətrafında 
hər şey dumana büründü.  
 
 
 
Qumral elə bil qocanın fikrini oxuyurdu: 
 
 
 
- Hə... səndə günah yoxdu, Bəy. Necə ildi o meşədəki "Zversovxoz"da1, itlərini yemləyə-
yemləyə zənən üzü görməmisən. Elə ona görə demisən ki, istefaya gedənlərə pul verməyin siz, 
tovrişşi, mən zənənlərlə işləyəndə dirilirəm. 
 
 
 
Qumralın köksdən gələn sehrli səsinin hərarəti qocanı vururdu. Yaxınlaşanda, əzabkeş, üzgün 
Bəy bu yaxınlıqdan od alıb alışdı. Sinəsi qabarıb - enib dalğalandı. Ağ, ipək saqqallı, zərif 
üzünün gözəlliyi ilə o qədər də uyuşmayan nəhəng, sümüklü, kobud əlləri Qumralın şabalıdı ipək 
saçları üzərində titrəyib, zərif, uzun boynuna, çiyinlərinə, sonra gərdəninə endi. Yüz on üç yaşlı 
quru sümük əllər deyildi daha bu əllər, acıxmış şir pəncələri idi. 
 
 
 
Əmma Qumralın silahı daha güclü idi. Bu silah onun müdrik sakitliyi idi.  
 
 
 
- Tələsmə, ey səksən pud qızıl sahibi!.. Düz səksən pud qızıl var burda, lap cavanlaşaqsan, Bəy. 
Əmma qızıl görüb qızıl ilana dönən Bəyimi xəbərdar etməliyəm ki, eyş-işrətlə bahəm Bakirə 
Qumraldan həm də dərs almağa göndəriblər səni. Bəli! Təəccüblənmə!.. Sonra biləcəksən necə 
dərsdi bu dərs. SSRİ çekistləri arasında çekist dərsi. İran siyasiləri arasında polis dərsi almısan. 
Yadına sal, Peterburqdan Bakıya, ordan da uyezdə göndəriləndən bəri kimlərlə işləməmisən! 
Artistlər arasında artist Bəyim, mollalar arasında molla Bəyim, inqilabçılar arasında inqilabçı 
Bəyim ömrünün son illərini meşədə Zversovxozda itlərin arasında yatıb kobudlaşıb, elə yetişən 
kimi əlini aşağı atır! 
 
 
 
Bəlkə zversovxozdakı o zverlərdi səndəki şəhvətin sirri, bəyim? Bayaq da eyham vurdum. Bir az 
da açıq deyim. 


 
5
 
 
 
Açıq danışıram. Zversovxozda su itlərini yemləyə-yemləyə murdar-laşmışan! 
 
 
 
Saflaşmağa göndəriblər səni bu iyirmi altı yaşlı alim zənən yanına. Təəccüblənmə! "Verbovka" 
vaxtından çox keçsə də, yaşım artmayıb. Bunun üçün xüsusi şərait var. Vallah, billah, Bəy. Düz 
iyirmi altı yaşımdayam! Vaxtı çatanda deyəcəm bu nə sirri - xudadı. Hələlik sirlərlə 
culğalanmalısan sən. Nəhayət, mən bunu da deməliyəm ki, nə Qumralam, nə də Bakirəyəm mən. 
Sənin Qumralıyın eyni olan tamam başqa bir zənən dərs deyəcək sənə, Bəyim. Onda özüm kimi 
adım da dəyişək. Uzaq yoldan gəlmisən. Öz təcrübəmdən bilirəm, maşında beş-altı saat fasiləsiz 
yol gedən adamın beyninə uğultu düşür, qulaqları tutulur. Çalış dediyimi eşit, bəyim. Təkrar 
edirəm, nə sahibimizin Bakirəsiyəm mən, nə də sənin Qumralın. Eyni zamanda həm Bakirəyəm, 
həm də Qumral. Özüm kimi adım da dəyişəcək. Əmma həqiqi adım başqadı. Özüm də 
başqayam, Bəy. Sən bir yaxşı-yaxşı bax mənə, sənin Qumralıyın kopyası olan tamam başqa 
zənən deyiləm?!.. 
 
 
 
Bünyad bəy baxıb-baxıb başını bulada və nəhayət dilini tərpədib: 
 
 
 
- Yox... sən Qumralsan. Allada bilməzsən məni, - dedi. 
 
 
 
Qumral qumrov kimi gincildədi - güldü. 
 
 
 
- Sən Qumralı verbovat eləyəndə neçə yaşı vardı onun? On altı? Mən də elə o yaşdaydım o vaxt. 
Əmma gör neçə il keçib? Hesabladın? - qırx olmalıdı, düzdü? Mən başqayam, Bəy. Xüsusi dərs 
keçmişəm: siz kimilərə dərs demək, pozğunluğunuzu pozmaq, əxlaq saflığı vermək! Çox çətin 
işdi bu, Bəy. Əmma bacarıram. 
 
 
 
- Köhnə əhvalat olsa da, məntək onlarla Bakirəni verbovat eləyən "master jenskix del" Bünyad 
bəy bilməlidi ki, biz çoxduq o vaxt. Verbovat günü dedin: "hamınız soyunun, mən soyunuram". 
To yest "doloy stıd" Bu bir. İkincisi, "mənim kliçkalarımdan biri "Qızıl ilandı", ikincisi "Çax-
çuxdu (alverçi), üçüncüsü - “hökmdar". Yəni mənə tabe olmayanı qızıl ilan kimi çalıram, ikinci, 
alverçi hökmən alladır, üçüncüsü, hökmdarın hərəmi olur. Siz mənim hərəmimsiniz".. Sonra 
dedin "kliçkalarınızı özünüz deyin. Düzdü? Unutmusan. Bu, əlbəttə, qocalıq əlamətidi. Əmma 
eybi yoxdu, bu düzələcək!.. Yadına salıram. Bundan sonra Furak de mənə. Hind qızı Furak. 
"Qumral desən, bağımın meyvələrinin hamısı zəhərli olar. "Bakirə" desən, bağımın meyvələri 
lap zəhri-mar olar. Yəni bədrəftarlıq eləyərəm ha! 
 
 
 


 
6
Bünyad bəy özünü itirmişdi. 
 
 
 
Qapıya tərəf baxıb, bayaqkı, soyuq əli xatırlayıb, barmaqlarını gözlərinin kənarlarında soyuq 
yapışqanlı yerlərə sürtdü. Ömrünün yarısından çoxunu bir-birindən mürəkkəb kəşfiyyat işlərində 
keçirmiş, qorxu bilməyən "SSRİ çekisti, İran siyasisi" indi nədənsə üşürgələndi. 
 
 
 
- Öldürülməyə gətirilməmişəm mən. Bunu bilirəm. Elə orda da öldürərdilər... Sarsılmışam. Çox 
qocalmışam. Əmma hələ xeyir verə bilərəm. Beş-altı ay dincəlməyə ehtiyacım var... Sən 
"Bakirə" mənim agentimsən. İmamımıza xidmət eləyəndə "Qumral" olmusan. Bəs "Furak" 
kimindir? 
 
 
 
Furak, qəribə bir sual verdi: 
 
 
 
- Üçüncü dünya müharibəsi neçənci ildə başlanıb, Bəy? İkinci dünya müharibəsi hələ 
qurtarmamışdı. Stalin Çörçili "Ərəb dünyasının yeni renessansı" ilə qorxudub İsrailə müstəqillik 
aldı. Bunu təsdiq eləyirsən? 
 
 
 
Bəy üzünü turşutdu: 
 
 
 
- Məni xatirələrə çəkmə! 
 
 
 
Furak, inadla: 
 
 
 
- Lazımdı bu söhbət, bəyim! Lazımdı! - dedi. 
 
 
 
- Mən sənə lap açıq, lap çılpaq danışmalıyam, bəzi həqiqətləri olduğu kimi deməliyəm. İsrail üç 
sverxderjavadan (SSRİ-dən, Amerikadan, İngiltərədən) gizlin silah aldı və dərhal Fələstinlə 
müharibəyə başladı. Sən o vaxtdan Rusiyanın bilavasitə dərsi nəticəsində etnik xəstəliyə 
tutulmusan, təhlükəli saydığınız "Muğ"ları qırırsan, bəyim. Buna etirazın yoxdu ki? 
 
 
 
Bünyad bəy təəccüblə dedi: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə