Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   2   3   4   5   6   7   8   9   ...   47

 
7
 
 
- Sahibim də, sən "Qumral və sairələri də Sovetə xidmət eləmirdinizmi? 
 
 
 
Furak ciddiləşdi. 
 
 
 
- Biz hamımız bilirik ki, Stalin Qretsiyanın köhnə kəşfiyyatçılığından sonra Vatikanın ixtiyarına 
keçdi. Vatikan isə, bilirsən ki, bütün planetdə Yevreyin kökünü kəsmək üçün dünya 
müharibələrini biri-birinə çalayır. Düzdü bu? 
 
 
 
Bünyad bəy başını endirdi. 
 
 
 
- Düzdü. Sonra? 
 
 
 
- Biz bunu da bilirik ki, İran inqilabı da "müsəlman" adı altında yaşayan Cənubi Azərbaycan, 
Şimali Azərbaycan, Əfqanıstan, Pakistan, Hindistan, Orta Asiya və başqa yerlərdə Yevreyi 
qurmaq üçündü. Düzdü? 
 
 
 
Bünyad bəy bir qədər əsəbiləşdi: 
 
 
 
- Bu nə söhbətdi? 
 
 
 
Furak yenə müəmmalı idi: 
 
 
 
- De görüm, Sahibimizin Yevrey olduğunu səndən, məndən başqa bilən var? 
 
 
 
Bünyad bəy bir az düşünüb:  
 
 
 
- Yoxdur, dedi, - ancaq russkoyazıçnı yevreylərdən bilən var. Yevreylər isə, bu müharibə bizim 
qələbəmizlə qurtarandan sonra açıq deyə bilərlər ki, üçüncü dünya müharibəsini Vatikan başlasa 


 
8
da, Yevreylər indi Vatikanı əllərinə alıblar. Etnik məsələ çıxıb ortğalığa, bütün planet elə 
Yevreylərdən ibarətdi. Ümumi çaşqınlıq yaranıb. Köhnə "Midiya" - Bağday, indiki Azərbaycan 
Vaşinqtonla Moskvanı, Çini, İranı, hamını inandırır ki, planetdə düşmən ayrıılıqlar yaranıb. 
Məni, görünür, köhnə işçi kimi ruhən rahatlayıb, fikrimi təzələyib, yenidən istifadə eləmək 
istəyirlər. Bu, deyək ki, aydındı, sən özün danış, düz! Birinci, aydın, sərrast qandır, necə cavan 
qalmısan? İkinci, təhrif "Muğ" sözü işlətdin, niyə?.. Niyə Bağ demədin? Üçüncüsü, İmamımın 
Qumralı, mənim agentim, Stalinə, Xruşşova, Brejnevə xidmət eləyibsə, bəs bu Furak nədir?! 
 
 
 
Furak gülürdü. 
 
 
 
- Səni diriltməyə göndəriblər iqamətgaha, ya yox? 
 
 
 
Bünyad bəy köksünü ötürdü. 
 
 
 
- Qumral Zversovxozdan gedəndən sonra zənən üzü görməmişəm. Dedilər, inandım ki, doğrudan 
da "massaj"a göndərirlər. Axırıncı dəfə soruşuram, "Furak" kimdir? 
 
 
 
Furak: 
 
 
 
- Sahibimizin özü dərs alıb məndən. Bəli! Lap körpə idim o vaxt. On altı yaş! Sahibimiz gəldi, 
dedi: "Gecələr ilanlar yeyir məni, həşərat qaynaşır canımda. Sabibini xilas elə, "Bakirə balam". 
Soyundu, uzandı təxt xaba. 
 
 
 
Dedim: "İlanları, həşəratı Axirətdən göndərirlər, ya sahib. Mənə toxunsan, məni də ilana 
çevirərlər. Qorx məndən". Yazıq bilirmiş OdAğÜz BağÖdərdən necə göndərirlər bura o canlı 
işıq ilanları, həşəratı, cin-şəyatinləri. Başına gəlibmiş. Qorxma, sənə elə işgəncə verməzlər 
OdAğÜzdən, bəyim. Sənin dərsin başqadı... Yazıq sahibimiz qalxdı, geyindi, əllərimdən öpdü, 
diz çökdü qarşımda. Dedi: "Aşiq oldum sənə, Bakirə balam! Sən birinci zənənsən ki, yaxşılıq 
elədin, İmam nüfuzundan sui-istifadə eləmək əvəzinə, eşq verdin mənə".  
 
 
 
Yer üzündə xoşbəxtlik üçün işıq bəxş olunub insana, bəyim. O işıqdan - eşqdən xəbəri yoxdu 
insanın. Ehtirasın sehrinə qapılıb, vəhşi ehtirası eşq zənn eləyir. Aldanır. Yanıb məhv olur. 
Diqqət yetir, gör nə danışır sənin Bakirən - Qumralın! Bozqurdlar, Cəbhəçilər Arazın şimalında 
hakim olandan sonra, bilirsən ki, çox dağıntılar eləyiblər orda, millət tamam lütlənib. Türkiyəyə, 
buraya axın başlanıb, çörək dalınca gələnlərin arasında bizim "Bakirə"lərlə işləyən ruslar da var. 
Saçlarını boyayıblar, türkdən seçilmirlər. Sahibimizin canişının tapşırığı ilə əvvəlcə bura - 


 
9
mənim yanıma gəlirlər. O qədər adamın arasında bircə nəfər də ləyaqətli kişi görmədim, Bəy. 
Təsəvvür eləyə bilməzsən nə qədər əzab çəkmişəm hər birini insan sifətinə salmaq üçün... Sən 
xoşbəxt adamsan, Bəy. Bu yaşında səni də göndəriblər mənim sərəncamıma. Rütbəcə indi mən 
səndən böyüyəm, Bəy. Diqqət yetir, deyirəm xoşbəxt adamsan sən. Əgər məndən dərs 
almalısansa, demək, hələ də nə isə çox məsuliyyətli, şərəfli işə göndərəcəklər səni... Min doqquz 
yüz altıncı ildə nə iş görmüsən bu tayda? Lap qədimlərdən "Türkə-EvƏrEyə - Yevreyə düşmən 
olan Asorulardan ibarət dəstələr toplamısan, İranda dərs demisən, hazırlayıb, silahlandırıb 
keçirmisən Şimali Azərbaycana, guya Ermənidilər. Erməni - müsəlman davası başlamısan. Sənin 
həyatın, nümunə-vi fəaliyyətin haqqında danışırdım mən burda, deyirdim öyrənin o kişinin 
təcrübəsindən. Məhz onun işi sayəsində Türkün - "Yevrey"in - EvƏrEyin başı qarışdı milli 
ədavətə, Rus yeridi doldu Azərbaycana. Yoxsa bu gün biz burda belə sərbəst işləyə bilərdikmi?! 
Belə bəxtəvərsən sən, Bəy! İndi, necə eləyərlər, bil və agah ol, yüz on üç yaşında ikən yeni-
yetmə oğlan eləyəcəm səni. Bəli! Burda eşq yolundasan sən. Keç, yuyun, paltarını dəyiş, dincəl, 
başlayaq. Nəyə? Eşq dərsinə! - - Qumral qumrova dönüb, cingildəyə - cingildəyə bəyi 
soyundurub, hücrədən dala açılan qapıdan o yanda ilıq, ləzzətli hovuza itələdi, öz əli ilə çimdirib
öz əli ilə qurulayıb, yumşaq ipək xalat geyindirdi. 
 
 
 
Alçacıq, dəyirmi stolun üstündə çay buğlandı. 
 
 
 
Qumral elə ötürdü: 
 
 
 
- Eşq yolunda tələsməzlər. Nizami deyir: "Elmin yolu tükdən də incədir". Eşq qışqırmır, sakit, 
rəvan danışır. Susur, dinləyir. Elmin sozünü kəsmir. Nizami deyir: Mənim eşq bağımda meyvə 
çoxdu. Meyvənin acısı var, şirini var. Zəhərlisi, zəhərsizi var. Hər bir nemətin dadına 
baxmalısan”. 
 
 
 
Bəy nə yediyini, nə içdiyini bilmirdi. Gözəlliyin sehrindən gözləri dumanlanırdı. 
 
 
 
Qumral qolunu Bəyin boynuna doladı. Susuzlaqdan yanan torpaq yağışdan necə yumşalarsa, 
qocanın qaysaqlı, quru dodaqları da eləcə yumşaldı, titrəyib, Qumralın dodaqlarına yönəldi. 
Əmma yenə də qəribə, sakit təbəssümlə qarşılaşdı. 
 
 
 
- Bir iqlimdən başqa iqlimə düşəndə çox yeyən adamın məcazı pozulur, sonra heç nə yeyə 
bilmir, Bəyim. O taydan, zversovxozdan gəlmişən sən. Mən istəməzdim ki, Mazandaran meyvəsi 
Bünyad bəyin məcazını pozsun və Bəyim eşq hücrəsində xəcalətli olsun. Hələlik bu əlim, 
qolumdur eşq bağının meyvəsi. Nemətini bəyəndinsə, səbr elə, iqlimə alış. Əgər dərsimdən 
bəhrələnsən, Cənnətə düşəcəksən. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə