Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
136
 
 
Bəy dedi: 
 
 
 
- Çünki, bütün Omarağalıya ət, yağ, motal, yun, dəri verən, HacıAlıdan tutmuş Hüseynə qədər, 
hamını gimnaziyaya göndərib özü savadsız qalan PirVəliniz bütün nəslin pənahı idi. 
Peterburqdan Bakıya gələndə mənim cibimdə gimnaziya, institut qurtaran Muğannaların siyahısı 
vardı. O vaxt bilirdim ki, o siyahının dalınca Muğannaların daha böyük siyahıları göndəriləcək. 
Başda da çoban Pirin adı. 
 
 
 
Səməd soruşdu: 
 
 
 
- Başda Omar ağa olmalı deyildimi? 
 
 
 
Bünyad bəy: 
 
 
 
- O çörək qazanan adam deyildi, - dedi. - Çünki günü dağlarda, dərələrdə Qaçaqların arasında 
keçirdi. 
 
 
 
Dağlarda atışmaların arası kəsiləndə Dəli Alı həmişə Omar ağanın dalınca atlı göndərirdi ki, 
qohumu AgBizənli Aşıq Alıynan getsin Qaçaqları ruhlandırsın. Siyahıda Omar ağanın adını lap 
axıra salmışdılar. 
 
 
 
- Niyə? 
 
 
 
- Məlumat çatmışdı ki, guya savadsızdı. Mən bilirdim ki, Amasiyada, AğBabada təhsil alıb. 
Muğlarla, Qaçaqlarla onun vasitəsi ilə əlaqə saxlayırdım. Qəribə, heyrətli adam idi Omar ağa. 
Beynimi görürdü, hər şeyi bilirdi, deyirdi: "Səntəki qaniçəni anası doğmayıb". Əmma əl 
qaldırmırdı mənə, kəmərində qılınc kimi uzun, enli, gümüşdəstə xançalı vardı. Mənə 
qəzəblənəndə, xançalla azı yarım saat qanqal döyəcləyirdi, yığırdı, qucaq-qucaq gətirib 
camışların arxasına tökürdü, qan-tər içində, lənət oxuyurdu mənə: "İttəki öləcəksən!" - deyirdi. - 
Sənə görə mən əbədiyyəti əldən vermərəm. 
 
 
 
Səməd dedi: 


 
137
 
 
 
- Sən kimisini öldürməklə əbədiyyətini itirməz Bağ. Bəs səncə niyə vurmurdu səni Omar ağa? 
 
 
 
- Deyirdi səntəki adamların cəzası dərgahdan gəlir. 
 
 
 
- Sən inanırdın buna? 
 
 
 
- İnanırdım... Qəzəblənəndə Omar ağanın gözləri dəhşətli olurdu. Yaşıl-təhər kül rəngindəydi 
gözləri. Qəzəblənəndə elə bir ağarırdı. Qorxurdum bir az. Bilirdim vurmaz, əmma qorxurdum. 
 
 
 
- Niyə? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Bilmirəm. 
 
 
 
- Bilirsən, Bəy! De! 
 
 
 
Bünyad bəy anlaşılmaz hirslə: 
 
 
 
- Başa düşmürəm, niyə soruşursan? - dedi. - Sənə ki, hər şey məlumdu hər şey!.. 
 
 
- Məsələn? 
 
- Məsələn, Ulu Bağ ƏsƏlMən SağSan BağSar - "Süleyman", "Solomon" padşah deyiləndə mənə 
elə gəlirdi ki, bizim Yer, yurdla heç bir əlaqəsi olmayan, qədim, nağılvarı bir varlıq olub, ölüb 
gedib. Əmma İsa əfəndi, Məmməd ağa - filan (rusca danışanlar) hərdən "Solomon" deyəndə 
canıma üşütmə dolurdu. "Solomon" adı çox real, həm də doğma gəlirdi mənə, "Bibliya", 
"Quran"dan doğma görünəntəki. İstər-istəməz fikirləşirdim ki, axı bu Ulu Bağ ƏsƏlMən nəsli 
"Solomon" nəslidisə, mən bunlarla bir cəbhədə olmaq əvəzinə, niyə öldürürəm bunları?! 
 


 
138
 
 
Səməd "hm" eləyib, qəmli-qüssəli soruşdu: 
 
 
 
- İndi bildinmi kimsən? 
 
 
 
Bəy bu sualdan heyrətləndi: 
 
 
 
- Necə yəni "kimsən?" 
 
 
 
Səməd dedi: 
 
 
 
- Sadəcə, təhrif!.. Hər şeyi dərk edə-edə heç nə dərk etməyən qeyri-adi təhrif "ins", bədbəxt!.. 
Otuzuncu illərdə Qarayazı meşəsində "Zversovxoz" tikmək, "nutra" dərisi istehsal eləmək 
ideyası təzə-təzə ortalığa çıxırdı, əmma Omar ağa sənə deyirdi: "İt kimi öləcəksən!" Sən hiss 
eləyirdin ki, "Solomon" nəvəsi deyir bunu sənə! Ulu Bağ ƏsƏlMən SağSan BağSar "Süleyman" 
rütbələrini hiss eləməyən təhrif "Yevrey" təhrif "Solomon" rütbəsindən üşürgələnirdi.. Sən 
həqiqətən it kimi öləcəksən, Bəy! Bu heç. Başqa söhbət var. 
 
 
 
De görüm, "Şəhriyar"dan sürgün olunan yüz bir Bağdan yüzünün yurdları Muğanlı, Muğlar, 
Muğan, OdƏsmən və sairə adlandığı halda, Musa babanın kəndi niyə Padişahlıq adlanırdı? 
 
 
 
İndiki suallarıma dərhal, həm də yerli-yataqlı cavab versən, axşama qədər o itin iyindən 
öləcəksən, Bəy. Danış! 
 
 
 
Bünyad bəy inlədi: 
 
 
 
- Musa ağanın gizlin BağSar ağEy - AğEy Sarlarının Bağı olduğunu AğEy OdƏrlərinin 
hökmdarı olduğunu o vaxtkı Qazax mahalında heç kəs bilmirdi. Nəslin "Muğanna" adı altında 
gizləndiyini Məmməd xozeyinin xanımı, beş-altı adam bilirdi: "Məmməd xozeyinin xanımı 
Hilal, Omar ağanın oğlu Mustafa, qardaşı oğlu Xanbaba bilirdilər. 
 
 
 


 
139
Xanbaba çox ayar, danışan-gülən, yeyən-içən adam idi. Arağı içər, əlini qoyardı qulağının 
dibinə, başlayardı oxumağa. Həmişə bircə bənd oxuyardı: 
 
 
 
Dolayı-dolayı yolun olaydım1, 
 
 
 
Ay qız,2 ağzındakı dilin3 olaydım. 
 
 
 
Hamı gülürdü ki, bu Xanbaba niyə elə həmişə bu beyti oxuyur? 
 
 
 
Kim idi bilən? 
 
 
 
Xanbaba gizlin dərs dediyi cavanları başına yığıb qumar oynayırdı. "Əşi, heç bilmirəm məntəki 
belə sərdanənin kəndinin adını niyə Padişahlıq qoyublar? Biz hara, padşah hara?" Sonra da 
başlayırdı hündürdən hönkür-hönkür ağlamağa! 
 
 
 
Bu cür "cavab"ıma bunu da əlavə eləyim ki, altıncı ildə mən Peterburqdan Bakıya gələndə "xeyli 
sonralar da Bakı qubernatorunun "Upravleniye po delam pereselensev" siyahasında kənd hələ 
"Padişaxlıq" adlanırdı. "Upravleniye"nin o vaxtkı gizlin rəisi Əlibəyova dedim: "BağSarı Arazın 
bu tayında camaatdan gizlədirsiniz. Bəs Arazın o tayında öz gizlin adlarını da gizlədib "BagOd", 
"Səfəvi", "Bəhayı", "Əmirli" adlanan Bağları gizlətməyi lazım bilmirsiniz?!" 
 
 
 
Əlibəyov bilirdi ki, Birinci Aleksandrın zamanından qalan "soverşenno sekretnıy" departament 
materiallarının hamısı mənim beynimdə idi. 
 
 
 
Dedi: "Padişahın özünün izni olmasa, kəndin adını biz necə dəyişdirə bilərik?" 
 
 
 
Dedim: "Hüseyn ağa ölüb. Omar ağanın BağSar olduğunu, Zeynalabdin Tağıyev, bu tayda 
oğululları, üç qardaşı ilə onların oğlulları, Məmməd ağa, Nəriman Nərimanov, Aşıq Ələsgər, 
Aşıq Alı, bir də qaçaqbaşı Dəli Alı bilirlər. Əgər Padişahlıq adını yalnız "Upravleniya"nın 
siyahısında saxlayıb, köhnə Qazax mahalının "Naloqovaya kniqa"sında "Omarağalı" yazsaq, 
necə olar?!" 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə