Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
148
 
Səməd dedi: 
 
 
 
- Bax, bu çılğın səsin səslənəcək öz beynində! Danış! Fasiləsiz səslənəcək o it kimi öləcəyəin 
günlərdə. Məsləhət görürəm, tarixi danış. De görüm, ƏlƏsKər də Ün eşidirdisə. Omar ağa niyə 
məktub yazırdı? Sözünü Göy Qılıncdan Göyçəyə birbaşa deyə bilməzdi? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Ağ Əmir, Boz Əmir kimi, ƏlƏsKər də Ün eşitmirdi o vaxt. 
 
 
 
- Niyə? 
 
 
 
- Necə niyə, ay sadist! Bir-birindən eşşək çar Ağaları, çar bəyləri gecə-gündüz qapısını kəsdirib 
kef məclislərinə aparırdılar! İçib keflənib, o səksən yaşlı kişinin gözü qabağında Rus, Erməni 
zənənlərini soyundurub min oyundan çıxırdılar! Mühiti çox pis idi ƏlƏsKərin. Hətta mən 
Bünyad kimiləri heyrətlənirdik onun dözümünə. 
 
 
 
"Qanlıda qonaq qalanda, aşığa sataşdı birə. Əl atdım birini tutam, tutammadım, qaçdı birə". 
"Birə"yə yox, qansoranlara yazılıb bu. 
 
 
 
"Güləndam", "Pəri"... bəylərin sifarişilə yazılıb hamısı. SafAğ alimi Molla Pənah Vaqif, xanın 
təkidi ilə yazdığı erotik şeirlərdən necə işgəncə çəkibsə, ƏlƏsKər də elə işgəncə çəkirdi. Murdar 
mühitdən qaçıb Omarağalıya, Göy Qılınca gedəndə beyni açılırdı, Ağa, bəy mühitinə gedəndə 
yenə kar olurdu. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bir yersiz sualım var, Bəy. SafAğ Elmini incəliyinə qədər bilə-bilə murdar mühitdən niyə 
qurtara bilmirsən yaxanı?! 
 
 
 
Bünyad bəyin səsi endi: 


 
149
 
 
 
- - Gecdi! Çürümüşəm mən! Axirətdə yerim yoxdu! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bir də təkrar sualım var. De görüm, Axirətdə yeri olmayan bu canlı meyidə niyə dərs deyirəm 
mən? Özün də soruşursan bunu. Cavab ver. 
 
 
 
- Deyirsən "sonra biləcəksən". 
 
 
 
- De görüm. Ağın içində deyilən dərsdən nə nəticə çıxartmısan? 
 
 
 
Bünyad bəy bir xeyli baxa-baxa qaldı. 
 
 
 
- Ay sadist, bayaq danışmadın mənə hər şeyi?! 
 
 
 
Səməd dedi:  
 
 
 
- Yol ayrıcında, ya Ağın içində, nə fərqi var, bəy? Gördüyünü gördün, eşitdiyini eşitdin. Dərs - 
dərsdi. Mən səndən soruşuram: nə nəticə çıxartmısan? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Kutləşmişəm. 
 
 
 
Səməd dedi: 
 
 


 
150
 
- Səhv eləmə, bəy. Birinci nəticən budur ki, Kainatla Yer arasında gediş-gəliş var. Bax, o meyidi 
"öz əlinlə dəfn elədin”. Səməd Əmirlinin "Ruh"undan - ƏrAğından yeni Səməd-SimOd yaranıb. 
İşıq gəmisində Yerə gəlib. Sənin həyatına müdaxilə eləyib. İkinci nəticə: Axırət - AğƏr 
planetlərində "İns" Yerdəki bütün cismani, mənəvi noqsanlardan azad olur, cavanlaşır, 
gözəlləşir, əbədi olur. Üçüncü: sənin Yerdə tamam nöqsansız kimi tanıdığın adamlar da Ağ 
planetinin içində Odda-həqiqətdə yanır, təmizlənirlər, yalnız bundan sonra AğƏrə uçurlar. 
 
 
 
Bəy dedi:  
 
 
 
- Bunları mən dəfələrlə oxumuşam, dəfələrlə eşitmişəm. 
 
 
 
Səməd dedi:  
 
 
 
- İndi isə inam qazandın? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Ola bilər. 
 
 
 
- Yəni doğrudan da dərs aldın. Düzdü? 
 
 
 
Bəy təsdiq elədi. 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- İndi de görüm, Ağın içində inanırdınmı ki, Sərvinaz doğrudan da dərs deyir sənə? 
 
 
 
- İnanırdım. Əmma o qədər yox. 
 


 
151
 
 
Səməd dedi: 
 
 
 
- Səni inandıran da mənəm, inamını alan da, verən də mənəm. Bax bu da bir nəticə! Beynin 
ovcumdadı də. 
 
 
 
Bəy yandı-yaxıldı. 
 
 
 
- Siçan-pişik oyunu oynayırsan, ay sadist! Sənin nəyinə lazımdı bu beyin?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bütün Ün eşidən Muğannalar kimi, mən də EySarın hökmü ilə işləyirəm, bəy. EySar deyir: 
"dərs de o təhrifimizə", mən də deyirəm. 
 
 
 
Bünyad bəy hirslə: 
 
 
 
- Allahımız desin görək, onun nəyinə lazımdı bu dərs? 
 
 
 
Səməd: 
 
 
 
- Deyib... Sonra biləcəksən, - dedi. 
 
 
 
- Bu "Sonra" nə vaxt olacaq? 
 
 
 
Səməd əlini alnına çəkib: 
 
 
 


 
152
- O vaxtı da demişik: "İt kimi öləndə”, hər şeyi, yenidən görüb, yenidən eşidəcəksən! Budu Od - 
həqiqət, ey bədbəxt təhrif! Qadın dərsi adı dərs deyil, fantastikasız fantastika deyirlər buna 
Yerdə.  
 
 
 
Yaratdığın tarixi danış. 
 
 
 
PirVəlinin çobanları qanın izi ilə gedib otryadınızı gülləyə basdılar, qovdular. Səhərisi 
Omarağalıda, Omar ağanın həyətindən üç cənazə birdən qaldırıldı. Harda idin sən onda? 
İşıqsaçanın cənazəsi altında idin. Niyə qabaqda getmirdin? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- İstəyirdim camaatın söhbətini eşidim. 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Nə deyirdilər? 
 
 
 
- Deyirdilər, "Mustafa körpədi. Bir İsa əfəndisi qaldı Omar ağanın. Onu da vursalar, qapısı 
bağlanacaq". 
 
 
 
Səməd sərtləşdi: 
 
 
 
- Danış görək, necə bağladın Omar ağanın qapısını?! 
 
 
 
Bəy ağır-ağır başını tərpədib: 
 
 
 
- Bağladım, bağladım, - dedi. - PirVəlininin, Hüseynin Salahlı Musanın qırxına qədər yedim, 
yatdım Omar ağanın su quyusunun yanındakı qonaq otağında - çəpərə evdə1. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə