Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
161
 
- Yer alimlərinin mülahizəsinə görə, ikimininci ildə bu planetdə bəşəriyyətin sayı beş milyarda 
çatmalı idi. Bədbəxt təhriflərin gözlərinin qabağında qan su yerinə axır. Atom stansiyalarından, 
katakombalardakı atom silahlarından yayılan şüa təbiəti məhv edir, Yeri Su basır, yoluxucu 
xəstəliklər baş alıb gedir, ölüm artır. Doğuluşun məhvə getdiyini dərk edə-edə niyə xidmət 
eləyirsən bu təhrif bəşəriyyətə! 
 
 
 
Bəy dedi: 
 
 
 
- Özüm də məəttəl qalmışam. 
 
 
 
Səməd gülüb gözlənilməz sözlər dedi: 
 
 
 
- Sən hələ də AğƏsEyin içindən çıxmamısan! Cəhənnəmdəsən! 
 
 
 
Bünyad bəy qarşısındakı meyitə, lapatkaya, küpələrə, küllüyə, bağıyeyən tağına, quyuya baxdı. 
Sonra Çinar gölünə, köhnə bulaq yerinə, çinarın altına, ocaq tüstüsünə və nəhayət, birbaşa 
şüşədən çaxır içən Səmədin özünə baxıb, ağır-ağır başını buladı. 
 
 
 
Səməd: 
 
 
 
- Nə fikirləşirsən? - dedi. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Mən ki Yerdəyəm. Niyə alladırsan məni? 
 
 
 
Səməd dedi: 
 
 
 
- Gözünü yum, aç, bir də bax mənə! 


 
162
 
 
 
Tərəddud eləmə! Qorxma! 
 
 
 
Bünyad bəy itaətlə gözlərini yumub, açıb, bir də baxanda Ağ Əs-EyƏrində gördüyü hamanca 
İblisi gördü və Ağdakı kimi, yenə huşunu itirib yıxıldı. 
 
 
 
  
 
 
 
4. Bir daha fantastikasız fantastika 
 
 
 
  
 
 
 
Aradan nə qədər keçdi? Bilmədi. Gözlərini açıb dikələndə özünü yenə küllükdə gördü. Xəlvət 
Rəhimin meyiti, lapatka, küpələr, kolların arxasında tüstülənən ocaq - hər şey yerində idi. 
 
 
 
Musa kolların arasında ocağın küncünə yığılmış şişlərdən birini götürüb, ayağa qalxıb, çinardan 
o yandakı qalın pohrəliyə doğru getdi. Bünyad bəy yalnız indi gördü ki, orda - pöhrəlikdə süfrə 
açılmışdı. Sərvinaz Ağda, süfrənin başında, mütəkkənin üstündə necə oturub yayxanmışdısa, indi 
də eləcə rahat, əmin-arxayın oturub yayxanmışdı. Klara Sərvinazın sol tərəfində bardaş 
qurmuşdu. İra sağdan birinci, ayaq üstə dayanmışdı. Qalan "verbovannıye" qızlar süfrənin 
dövrəsində cərgələnmişdilər. 
 
 
 
Bünyad bəy heç nə anlamadan ayağa qalxanda arvadının hamanca həlim, mehriban səsini eşitdi: 
 
 
 
- Gəl, gəl, ay bədbəxt Yerin bədbəxt oğlu. Bağımızın acı meyvələrindən çox yedirtdik sənə. Gəl 
otur öz yerində, şirin meyvələrdən ye, cana gəl. 
 
 
 
Bünyad bəyin canında gizilti vardı. 
 
 
 
- Əvvəlcə başa salın məni görüm haradı bura? 


 
163
 
 
 
Hurilər gülüşdülər. 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Necə yəni haradı, a kişi? Görmürsənmi, Ağdasan? 
 
 
 
Bəy ətrafını göstərdi. 
 
 
 
- Ağdayamsa, bəs bu küllük, bu quyu, bu meyit nədi?!. O göl, o çinar, ocaq nədi? SimOd, 
bədbəxt günahsız Orduqozdu Musa hara, cəhənnəm hara?! 
 
 
 
Qızlarla birlikdə bu dəfə Səməd də qəhqəhə çəkdi. 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Səmədlə Musa OdAğÜzdən gəliblər ki, dərs desinlər sənə. Yaratdığın tarixi danışıb 
qurtarandan sonra çıxıb gedəcəklər onlar. Sən burda, bizim yanımızda qalacaqsan. Cəhənnəmdə! 
"Cəhənn" də, "Cənn" də təhrif sözlərdi, ey hökmdarımız, hər ikisinin əsli OdÜndü. 
 
 
 
- Hər ikisi - OdÜn?! 
 
 
 
- Bəli, bəy. Həqiqət Ünüdü OdÜn. "Dünya" dedyimiz isə OdÜnEydi - Uca Ün Həqiqəti. Bu isə, 
eyni zamanda AğƏr - "Axirət" aləmi Kainatdı. İndi özün nəticə çıxart, hökmdarımız: Nə 
"cəhhənnəm" var, nə də "cənnət"! 
 
 
 
Bünyad bəy qəzəbli idi. 
 
 
 


 
164
- Mən oxumuşam. Qreklər, Farslar, Ərəblər və sairələr OdƏr dilini dəyişdirə-dəyişdirə 
əcaibləşdiriblər. Vaxtilə inanmışam mən buna, Klaranı, İranı, səni, qeyrilərini qanına gəltan 
eləyəndən sonra isə beynimdən atmışam hər şeyi! Çünki, Səmədə demişəm OdÜnEyimiz - 
"dünya"mız ümumiyyətlə düz qurulmayıb elə anlaşılmaz Kainatda! Biz Yerdə necə insanlıqdan 
məhrum vəhşiləriksə, siz də eləcə hiyləgər, dağıdıcı, vicdansız sadistlərsiniz! 
 
 
 
Hamı gülürdü. 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- A kişi, inan, bura Ağın içidi! 
 
 
 
Bünyad bəy qışqırdı ki, bəs deyilmi? 
 
 
 
- Sən nə oyun açırsan başıma! Ağın içi niyə belədi axı?! Dünən cənnət kimi, bu gün Muğanlı 
küllüyü! Quyu! Meyit, iy-qoxu! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Meyit deyil o, ay yazıq. "Qoca"n Xəlvətin meyitini apardılar qohumları, Qonaqlı qəbristanında 
dəfn elədilər. Səni yatırmışdıq, onda çürümüş Yevrey Xəlvətin beynindən bir az işıq çıxdı, o işıq 
"Ruh" - ƏrAğ hamanca Xəlvət Rəhimə çevrildi. Yatır indi. Vaxtı çatanda oyadacaqlar, şüur 
verəcəklər. 
 
 
 
Bünyad bəy arvadına hey qışqırırdı: 
 
 
 
- Fırıldaqdı hamısı!.. Yaxşı, bu heç! Bəs o QaraSu?! Babanıoğlunun körpüsü?! Qamışlıq?! Bu 
lapatka-filan nədi?! 
 
 
 
Sərvinaz dedi: 
 
 


 
165
 
- Kinodu, ay yazıq kişi! Məni necə görürdün hər gecə o Zversovxozda, yeraltı evində? Bu da 
eləcə kinodu də, SafAğ işığın içində Yerin mənzərəsini göndəriblər bura, olub Babanıoğlunun 
korpüsü, qamışlıq, küllük, quyu, lapatka və sairə! Əyil, götür o lapatkanı, görəcəksən boşa çıxdı 
əlin. Əyil, deyirəm, götür o lapatkanı! 
 
 
 
Bünyad bəy əyilib əlini lapatkanın sapına üzatdı. Boz, köhnə ağac parçası əvəzinə əli nə isə 
yumşaq, soyuq, nəm bir şeyə toxundu. Eyni anda lapatka, küllük, Bağıyeyən tağı, küpələr, quyu 
yoxa çıxdı və Bünyad bəy özünü dünən gördüyü şehli çəmənlikdə gördü. 
 
 
 
 
Sərvinaz deyirdi: 
 
 
 
- Başa düşdün? Bax! Hanı yolayrıcı?! Hanı Çinar gölü?! Hanı çinar ağacı, ocaq?! İnandınmı ki, 
heç yana getməmisən Ağdan?  
 
 
 
Bünyad bəy xeyli o yan-bu yana boylana-boylana qalıb, birdən dəhşət içində geri atıldı. 
"Qoca"sının sağ-solunda iki nəfər ağ geyimli, ağ saqqallı qoca sallağı oturub, ağ mələfə üstündə 
çılpaq uzanmış Xəlvətə nə isə deyirdilər. Xəlvətin kirpikləri, dodaqları titrəyirdi. Gözlərinin 
kənarlarından yaş süzülürdü. 
 
 
 
Bünyad bəy özünü ələ almağa, toxtamağa çalışıb, qocaların Sözlərinə diqqət yetirdi: 
 
 
 
- O bədən qəbirdə qalıb, Rəhim. Bu bədən sənin təzə bədənindi, Rəhim. Axirət dediyiniz, o 
dünya dediyiniz dünyadasan indi sən, Rəhim. Atanı, ananı görəcəksən burda. Əzizlərinə 
qovuşacaqsan, Rəhim... 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Xəlvət Rəhim Yerdə necə çürüyübsə, büsbütün əxlaqsız əzizləri də eləcə çürüyürlər. Fikir 
vermə o qocalara! 
 
 
 
Qorxma, Bünyad! 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə