Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   39   40   41   42   43   44   45   46   47

 
175
 
 
 
- Deməli, mən Səməd - SimOdun, Muğanna - Pünhanın sifətinə də düşə bilərmi İblis? 
 
 
 
Bünyad bəy diksinən kimi olub duruxdu. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Dərs deyirəm, bəy. Cavab ver! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Sözüyün altında dəhşətli söz gizlənib bu dəfə, ay sadist! 
 
 
 
Səməd dedi: 
 
 
 
- De! 
 
 
 
Bünyad bəy dedi:  
 
 
 
- Muğanlı küllüyündə Muğannaya Muğanlı deyirlər. İsa əfəndi deyirlər. Bəs niyə Pünhan deyən 
yoxdu heç? Sirr açılar? Deyəsən, bu dəfə mən sənin fikrini oxudum, ay İblis? 
 
 
 
Səməd başını buladı. 
 
 
 
- Çaşma. Mən özüm Pünhanı yetirdim beyninə, Pünhanın adının Pünhan adını bilirsən? 
 
 
 


 
176
- Yox... 
 
 
 
- OdAğÜzdən mənim səsimi eşidir, yazır. Peyğəmbərdi - nədi Pünhanlığı? 
 
 
 
- Yox! 
 
 
 
- Niyə? 
 
 
 
- Alı da, ƏlƏsKər də, Aşıq Kamandar da, saysız-hesabsızdılar, Nizami də belə imiş, Füzuli də
Nəimi də, Nəsimi də, onlardan əvvəl Əxi Fərrux İmad da beləymiş, Lap qədimləri də var. 
Məsələn: Qreklər EvƏr adlı böyük şairə "Homer" deyirmişlər, "Kor" da, "Gur" da deyirmişlər. 
Bu Pünhanların Pünhan adları elə hamısı peyğəmbər imiş? 
 
 
 
- Peyğəmbər varmı, bəy? 
 
 
 
- Bıyy!.. - Bəy bağırdı: - Bu nə sualdı? Əlbəttə, var! İisus kimdi? Məhəmməd kimdi? İbrahim 
kimdi? Min yerdə oxumuşam ki, yüz iyirmi dörd min peyğəmbər olub! 
 
 
 
Səməd köksünü ötürdü: 
 
 
 
- İnsan bədbəxtdi! Sayı-hesabı yoxdu o cür Bağ səsi eşidən, seir, roman yazanların, bəy! 
 
 
 
Bəyin gözləri böyüdü: 
 
 
 
- Hamısı da peyğəmbərdi?! 
 
 
 
- Xeyr!.. "Peyğəmbər" də təhrif sözdü, ay yazıq bəy. "Prorok" da. O gözəl, sehrli əsərləri yazan 
saysız - hesabsız yazıçıların BağÜn EvƏr (İşıq evinin Bağ səsi) deyiblər. Yadına düşdü?! 
 
 


 
177
 
- Hə, hə! Oxumuşam. Pünhan Muğanna bu barədə çox yazıb. 
 
 
 
Səməd çaxır içdi: 
 
 
 
- Mən də yoruluram, bəy. Pünhan Muğannaya niyə Muğanlı demirlər? Bunu bilmirsən sən, 
yazılmayıb, BağÜn sözü eşitmisən? 
 
 
 
Bəy cəld dedi: 
 
 
 
- Milyon dəfə. 
 
 
 
- Bax, o sözə BağƏl də deyirlər (Bağın oğlu). Bax, bu təhrif olub, BağƏl əvəzinə "Muğanlı" 
deyilib. Fars, Ərəb sözlərindən ibarət "Muğ", "Muğ-an" (Muğlar)... Ərəbcə "na" bizim indi "lar", 
"lər" dediyimiz şəkilçidi, bəy. ƏlƏr-Əlin Oğlun işığı sözünü öldürmüşük, əvəzində çoxluq 
işarəsi bildirən "lar", "lər" demişik... İndi bildinmi niyə EvƏrEy OdƏri əvəzinə "Yevrey" 
demisən, OdƏri də itirmisən. Təkcə Gürcüstanda "OdƏrnə" deyilir. OdƏrÜn əvəzinə. Ərəbdən 
keçib bu. Dərk eləyirsənmi necə bədbəxtlikdi?! Bir İspandan soruşdum: "Milliyyətin nədi?" dedi: 
"İspanam". Dedim, bəs OdƏr nə deməkdi? Dedi o bizim qədim adımızdı, OdƏr yox, "Adar" 
deyirik. 
 
 
 
Bu məlumatı niyə verdim sənə? Cavab ver!  
 
 
 
Bəy gözlərini döydü: 
 
 
 
- Bilmirəm. 
 
 
 
Səməd güldü: 
 
 
 
- Əşi, dərs deyirəm də, ay bədbəxt! İndi de görüm "kliçka"n nədi? 
 
 


 
178
 
Bəy dedi: 
 
 
 
  
 
 
 
- Bilirsən. "Çax-çux". 
 
 
 
  
 
 
 
- Sonra? 
 
 
 
  
 
 
 
- Sonra... "Qızıl İlan". 
 
 
 
  
 
 
 
- Bəs "Qızıl İlan" "kliçka"sını niyə veriblər? 
 
 
 
  
 
 
 
Bəy "hm" elədi: 
 
 
 
  
 
 
 
- Bu, kəşfiyyatçıları gizlətmək üçün deyilmi? 
 
 


 
179
 
  
 
 
 
Növbəti süal lap gözlənilməz oldu: 
 
 
 
  
 
 
 
- Omar ağanın kiçiyini kim öldürdü? Mustafanı?! 
 
 
 
  
 
 
 
Bəy dedi: 
 
 
 
  
 
 
 
- Allaha and içirəm, bilmirəm! Hər halda "Qızıl İlan"lardan biri vurub. Belə deyirlər: Mustafanı 
qırx altıncı ildən öldürmək istəyirmişlər. Bir divizionla, on ikicə dənə top divizionu ilə 
almanların bir tank briqadasını məhv eləyib Mustafa. 416-cı diviziya bütüncə qaçıbmış 
Taqanroqdan. Mustafanın əsgərləri, top komandirləri - hamısı müəllim vaxtından öz tələbələri 
imiş. Özü yığıbmış Şıxlı, Muğanlı, SarıVəlli kəndlərindən. Deyib: "O gələn, görürsünüz, 
briqadadı. Diviziyamız bizi yolun ortasında qoyub qaçıb. Deyin görüm döyüşərsinizmi o 
briqadayla!" Yekə Alı deyilən, sonralar professorluğa yüksələn bir oğlan varmış. Deyib: "Biz 
komandirimizin əmrinə tabeyik. Döyüş deyirsiniz, döyüşək". Mustafa deyib: "Təkrar eləyirəm” 
üstümüzə gələn briqadadı, diviziyamız qaçıb gedib. Qərarınız nədi?!" Hamısı deyib: "Sən necə, 
biz də elə". Mustafa deyib: "Onda topları tənələrin aralarına çəkin, snaryadları da topların yanına 
daşıyın. Mən komanda vermiyəcəm. Bircə dənə snaryadınız da boşa çıxmamalıdı. Oldu?!” 
Deyiblər: "Yest". Bütüncə briqadanı qırıb alova, tüstüyə bürüyüblər... Hə, Arxadan diviziya 
komandiri birinci gəlib: Zuvanov... Mustafa SafAğ barədə dərs keçibmiş ona. Zuvanov bililirmiş 
ki, dünyada bir nəfər də "Türk", "TürkMən", "Qazax", "Tatar", "Alman", "İngilis", "Macar", 
"Polyak", "Ukraines", yoxdu, hamısı OdƏrdi. Buna görə də Zuvanov Mustafanı çox istəyirmiş. 
Maşınında arxadan gəlib. Sadıxlı kəndindən tək bir oğlan-batareya komandiri başından 
yaralanıbmış. Zuvanov hamını qucaqlayıb, öpüb, Mustafaya da "geroy"luq yazıb, təyyarəynən 
göndərib. Necə olubsa, Jukov da gəlib ora çıxıb, bir qızıl ulduz da o yazıb. Müsəlmanın əsas 
bədbəxtliyi nədi, səncə, ay sadist! Diviziyada nə qədər müsəlman varmışsa, hamısı Stalinin 
şəxsən özünə yüzlərlə məktub yazıblar ki, Mustafa Hüseynov Ömər oğlunun atası "Koxa" sözü 
altında gizlənirdi. Ömərin atası Hüseyn ağa qədim Yevreylərdəndi, "Solomon" - Süleyman 
nəslindəndi. Solomon 1900-cü ildə İşıq gəmisində, "Türbə" adlı müqəddəs yerdən uçub gedib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə