Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   39   40   41   42   43   44   45   46   47

 
184
 
Bünyad bəy bir az susub, sonra xatırlaya-xatırlaya danışmağa başladı: 
 
 
 
- Göy Qılıncdan çıxanda Omar ağa özü ötürdü bizi. 
 
 
 
Qılıncın gündoğanındakı Çınqıllı dağla günbatanındakı Çiçəkli gəz1 dağının arasından Göyçə 
gölü tərəfə gedəndə yol yoxuşdu. O yoxuşun başında, Muğannaların "gəz" dedikləri yerə çıxanda 
Omar ağa dedi: "Geri baxın". 
 
 
 
Baxdıq, gördük Göy Qılıncın üzərində, fəzada dümağ, nəhəng bir Əl var. 
 
 
 
Omar ağa dedi: "İndi irəli baxın". 
 
 
 
Baxdıq, Əli irəlidə gördük bu dəfə. 
 
 
 
Omar ağa dedi: "Quran"da oxumuşunuz "Allah laməkandı". Soruşuram ki, "Düzdümü bu 
kəlam?". Mən dedim "düzdü". Müşfiq dedi: "ƏlAğın məkanı Kainatdı". Öpdü. Dedi: “İndi, genə 
öz balamtəki öpürəm. Çünki ƏlAğ bir geridə göründü, bir də irəlidə, dedi, "Yol təhlükəsizdi". 
Səni öpəmmirəm, Bünyad. Get, mənim qohumum Aşıq Alıya OdAğÜzdən deyilib ki, səkkiz 
ildən sonra Omar ağanın Mustafasının Şolloy adlı oğlu olacaq. "İsa" deyəcəksiniz, 
batinləşdirəcəksiniz. Çünki Elmin varisidi o Şolloy - İsa. Bünyad bəy gecə-gündüz çalışacaq ki, 
varisi öldürsün. Öldürəmməyəcək. Bil bunu, Bünyad! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Öldürəmmirsən. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Yox. 
 
 


 
185
 
Səməd soruşdu ki: 
 
 
 
- Bəs o beş oğlu, Məmməd ağanı, qızları və sairə Muğannaları nə əcəb öldürdün?.. Cavab verə 
bilməzsən, bəy. Sənə elə gəlir ki, doğrudan da sən öldürmüsən. Əmma əslində, məni də, oğlum 
Səmini də EySarım aparıb. Anladın?! 
 
 
 
Bəy gözünü döydü. 
 
 
 
- Yox. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Söhbətimizin davamını danış. 
 
 
 
Bəy bir az fikirləşib dedi: 
 
 
 
- Omar ağa Müşfiqə ayrıca dedi: "Gəzirsən, görürsən, öyrənirsən, deməli, dərs keçirsən. Dönmə 
bu yoldan. Bu Alı yoludu, ƏLƏsKər yoludu. 
 
 
 
Döndü, mənə baxdı, dedi: "Mikayılla vidalaşdım mən. Çünki, Yerdə bir də görmüyəcəm onu. 
Sən mənim küllüyümdə bitibsən, küllüyümdə də qalacaqsan". 
 
 
 
Səməd dedi: 
 
 
 
- İndi Küllüyə bax. Nə görürsən orda? 
 
 
 
Bünyad bəy dedi: 
 
 


 
186
 
Lapatka görürəm. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bəs Bağıyeyən tağı? Yerindədi? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Yerindədi. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Muğanlı, Muğan kəndlərinin hamısında indiki əhali "Bağiyeyən"ə, Bağayeyən" deyir. Niyə? 
 
 
 
Bəy dedi: 
 
 
 
- İndiki əhali Sovet İttifaqının son dövründə Qorbaçovun Türkiyəyə rus doldurduğunu görər-
görməz çox pis qorxuya düşdü. Muğannaların Muğlar vilayətindən bura gələnlər oldu, xəbər 
verdilər ki, Anadoluda türkləri qıranlar Qorbaçovun adamlarıdı, söz gəzir ki, Türk ordusunda 
sıravi əsgərlərdən bir nəfəri də bilmir ki, dağlarda Kürdləri yox, kəndlərdən qaçaq düşən 
"Türk"ləri qırırlar. Burda - Azərbaycanda qırğınlar hələ qurtarmayıb, siz ta Amerika, İngiltərə 
Rusiyanın nəfəsini kəsənə qədər çox ehtiyatlı olun"... Belə xəbərdarlıqdan sonra hətta 
Muğannalardan ən mərd adamlar da daha "Bağıyeyən" yox, "Bağyeyən" deyirlər. Guya bu belə 
qalınyarpaq bitkini ancaq tısbağalar yeyirlər. 
 
 
 
Səməd içir və elə bil zorla gülümsəyirdi: 
 
 
 
- "Tısbağa", "qurbağa"... hardandı bu adlar, a bəy! 
 
 
 


 
187
Bəyin sifətində də təbəssümə bənzər tərpəniş oldu. 
 
 
 
- “Çanaqlı tıs"ın adını, "qur-qur"un adını Omar ağa kimi hətta düşmənə də rəhm eləyən 
Muğannalar özləri qoyublar. 
 
 
 
- Niyə? 
 
 
 
- Çünki, nə qədər rəhmli, mülayim, hətta mehriban adamlardılarsa, bir o qədər də hiyləgərdilər: 
"Tıs bağa", yəni bu çanaqlı Tıs Bağ yeməyi olsun, "qur-qur"da - "Qurbağa" da Bağ yeməyi 
olsun. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Afərin, bəy! Düşmən belə olar bax! Hətta ən əhəmiyyətsiz görünən seyləri də öyrənmisən!.. 
İndi yenə sualım var. 
 
 
 
- "Sən mənim küllüyümdə bitibsən, küllüyümdə də qalacaqsan" sözlərini xatırlamamısan bu 
vaxta qədər heç? 
 
 
 
Bünyad bəy tutulub, Bağıyeyənə baxa-baxa qaldı. 
 
 
 
Səməd dedi: 
 
 
 
- "Yaddaş" yoxdu, EyOdƏs var. Uca Yaradan Həqiqət. 
 
 
 
EyOdƏr EyƏsÜn, BağBağÜn Babalarımızdı, bağAtamızdı EyOdƏs. Bağ Atamızın Əlləri - 
Oğullarıdı. "Yaddaş". Kainatda bütün "səyyarə"lərin, planetlərin - ƏsEyƏrlərin bağları, bütün 
OdƏr bəşəriyyətidi EyOdƏs. EySarın Ününü eşitməyən, Yerdən baxıb OdAğÜz ƏsEyƏrini 
görməyən kor insan bilmir ki, az-çox Ərli - işıqlı insana ölüm yoxdu. Qatil bilmir ki, öldürdüyü 
Ərləri öldürmür, əksinə, əbədiyyət - EvOdEyOd aləminə göndərir... 
 
 


 
188
 
Bünyad bəy dedi: 
 
 
 
- Mən bilmək istəyirəm ki, SafAğ İnsanlar - OdƏrlər əbədiliklərini bilirlərsə, öləndə, əbədiyyətə 
gedəndə niyə şivən qoparırlar. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Şivən qoparan OdƏr əbədiliyini bilmir. 
 
 
 
Bəy dedi: 
 
 
 
- Məhəmməd peyğəmbər də bilmirdi?! Axı, can verəndə o da ağlayıb! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Yalandı!  
 
 
 
De görüm indi, kimi öldürmüsən sən, ay yaddaşsız - EyOdƏssiz? 
 
 
 
Bünyad bəy heyrətlə qımışdı: 
 
 
 
- Yəni heç kəsi öldürməmişəm?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bir nəfəri də öldürməmisən! Bayaq dedim axı, ey EyOdƏssiz! 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə