Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
153
 
 
İndi söz düşəndə Muğanlıda çox adam heyrətlə bir-birindən soruşur ki, "PirVəlinin dili 
kəsilibmiş. Hüseynnən Salahlı Musa da ölübmüşlər. Bəs onların necə güllələndiklərini necə bilib 
Omar ağa?" Hardan bilsinlər ki, özüm danışırdım hamısını. Bəli, sadist! Mən də belə sadistlik 
eləyirdim. 
 
 
 
İsa əfəndinin bir ayağı Qazaxda idi, bir ayağı kənddə. Qardaşlığı, adyutantı Salahlı Musanın 
qohumu Salahlı İsmayıl da yanında, xır yoldan Omarağalıya dönəndə bütün kənd, arvadlı-uşaqlı 
tamaşasına çıxırdı. Qara atının belində, vəznəli çuxada, qılınclı, mauzerli, işıq saça-saça gələndə 
elə bilirdilər Allah gəlir. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Dayan. Musa-Salahlı, İsmayıl Salahlı. Nə ilə bağlı idi bu? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Qazağın indiki Salahlı kəndlərinə "saloğlu" da deyirlər, çünki Rus indi də ardıcıl çalışır Bağlar 
- "Muğannalar" əsllərini itirsinlər, "Əslim haray" deməsinlər. 
 
 
 
Leninqradda şərqşünaslıq institutunda xüsusi düşünülüb bu, planlaşdırılıb. Əsli-ƏsƏl AğƏLdi. 
"Saloğlu"nün - "Salahlı"nın əsli Bağdayın necə deyərlər, lap dib ocağından - ƏrEydəndi. 
 
 
 
Ulu Bağ İraqı tərk eləyəndə, Qreklərin qabağınca qaça-qaça Ərdəbilə, ordan Muğana, Muğandan 
buraya, Qazax qəzasına sürüblər "Kürd" sayırlar özlərini. Bax beləcə parçalanırsınız siz, ay 
bədbəxt OdƏrlər. 
 
 
 
Sizin Səməd Vurğun bilirdi hər şeyi. "Yerlərə baxıram, baxçalı-Bağlı, göylərə baxıram qapısı 
Bağlı". Xəlvətdə özünə "Kürd” deyirdi: GurOd! Əslən ordudu Salahlılar. İsa əfəndiyə 
adyudantlığa o İsmayılı verməkləri də irsidi, Hüseynə adyutantlığa Musanı verməkləri də. 
Vurğununuzun atası Yusif saz, söz adamı olmalı idi, mühiti qarışıq oldu, itirdi hər şeyi. 
Vurğunun qardaşı Mehdixanın ölümündən sonra özlərini tamam itirdilər, xəlvətdə "kürd"cə, 
"cuhud"ca danışan, əsilsiz-nəsilsiz adamlar oldular. Əmma o İsmayıl, o Musa hər şeyi bilirdilər 
və Bağlara bağlı idilər. İsa əfəndini xüsusilə sevirdilər. Çünki hamısını orduya bağlayan o idi... 
 


 
154
 
 
  
 
 
 
- Dayan, bəy. De görüm, Ün eşidirdimi İsa əfəndi? 
 
 
 
Bünyad bəy köksünü ötürdü. 
 
 
 
- Gör neçənci dəfə məcbur eləyirsən deyim ki, təhrif mühitdə Bağların beyinləri qapanır. 
 
 
 
PirVəli, dedim, savadsız qalmışdı, məlumatsız çobanlar arasında yaşadığına görə Ün eşitmirdi. 
 
 
 
Hacı Əli atasını, nəslini Din içində gizlətmək xatirinə, əmisi Hacı Qaryağdı ilə birlikdə Məkkəyə 
gedib "Hacı" olmuşdu. Dəllalların, alverçilərin arasında çarvadarlıq eləyirdi. Amasiya 
mədrəsəsində Mövləvilik adı altında öyrəndiyi elmi, etiqadı itirib, nəinki Ün Eşitmirdi, hətta evə 
qayıdanda atasını başı yığnaqlı görəndə qışqırtısı göyə dirək olurdu: "Çıxın! Mən bu xarabadan 
cəhənnəm olana qədər birinizin də ayağınız dəyməsin bura! Casussunuz hamınız!" 
 
 
 
"Qonaq"lar Omar ağaya baxırdılar, Omar ağa isə küncə çəkilib ağlayırdı. 
 
 
 
Gedirdim otururdum dizinin dibində, yalvarırdım ki, "Başa Sal məni, ağa. Hirslənəndə bircə 
baxışı ilə şagirdlərinin canına lərzə salan EvƏrAğEy öz oğlunun qabağında niyə belə acizdi?" 
 
 
 
İkicə kəlmə deyirdi həmişə: "Dərdim böyükdü". Yəni alver Hacı Əlini çox kobudlaşdırmışdı. 
 
 
 
- Dayan, bəy. De görüm, bəs niyə deyirlər ki, Omar ağa hacı Əli ilə fəxr eləyirdi?  
 
 
 
- Bir hadisə ilə bağlı idi o fəxr eləməyi. Hüseyn ağa bilirsən ki, lap çox yaşamışdı. "Fantastikasız 
fantastika" İsa əfəndinin sözü idi. Dedim, bilirsən ki, bir qədər russkoyazıçnı idi o. Lazım 
gələndə, Tiflisə - qubernatora məktubları da o yazırdı. Deyirlər ki, bir dəfə böyük bir məktub 
yazıb qubernatora, deyib: "Baba, Tiflisin qubernatoru da türkcə pis bilir. Sən götür bu məktubu
özün apar, oxusun, başa düşmədiyini də özün başa sal ki, bəşəriyyət bütünlüklə ƏrEydən - 


 
155
"Rey"dən çıxıb, (Siz "Rey"ə - Ray deyirsiniz) budu, nəvəm təfsilatla yazıb, izah eləyib, sən 
özünü bizə yad bilmə, Başkeçiddəki qaçaqların üstünə saldat göndərmə, əksinə, özün get onların 
yanına, bu məktubda yazılanları de qaçaqlara, qardaşlaşın, birləşin, gedin Peterburqdakılara da 
dərs deyin, Vahid Səltənət yolunda daha bir belə addım atılsın". Hüseyn ağa - ƏsÜn AğEy Ün 
eşidirdi. Bilirmiş ki, nəvəsi belə bir şey təklif eləyəcək, əmma bu işin axırında nə isə qanlı hadisə 
olacaq... Götürür məktubu, minir faytona, gedir. Qubernator çox yaxşı - xoş-beşlə qəbul eləyir, 
yazılanı da dərk eləyir. Əmma Huseyn ağa Padişahlığa qayıdandan sonra dəftərxananın zabitləri 
yığışırlar qubernatorun başına, deyirlər Musa ağanın oğlu səni tora salıb, Peterğurqa söz 
çatmamış adam göndər Padişahlığa, öldürtdür onu. Qubernatorun yanında Qaçaqlarla işləyən 
təcrübəli casus varmış. Qubernator deyib: "Sən get. Tüfəngsiz. Xançalını da gizlət. Vur, qaç". 
Casus deyib: "Axı Hüseyn ağaya hər şey əyandı. Öldürtdürər məni". Qubernator inandırır ki, 
Muğannalar heç toyuq başı də kəsmirlər, hətta qan düşmənlərilə təam kəsirlər, elmi söhbət 
eləyirlər... Qisası, gedir o casus qaçaq, həyətdə səlam verir, əlini atır çuxasının altına, xançalı 
çıxardıb endirir Hüseyn ağanın başına. Əmma Hüseyn ağa əlini atır, xançalın tiyəsini əli ilə tutur, 
qanı tökülə-tökülə dartır, burur, xançalı alır. Görür əli şikəst qalacaq. Hacı Əli hirsindən ağlaya-
ağlaya düşür yola, o qaçağı da öldürür, dəftərxana işçilərindən üç-dördünü də. O vaxtdan Omar 
ağa Hacı Əliyə hirslənsə də, xəlvətdə "nər oğlum" - deyirmiş. Hacı Əlinin Ün eşitməməyi, 
dəllallıqda kobudlaşmağı, üstəlik qan tökməyi həmişə əzab verirmiş Omar ağaya. Mən deyirəm, 
öz gözümlə gördüm necə ağladı Omar ağa, "Dərdim böyükdü" - dedi. 
 
 
 
Səməd bu təfsilatı təqdir eləyib, gülüb: 
 
 
 
- Bax bu yaddaşı da mən verdim sənə, bəy, - dedi. - İndi soruşsam ki, Hüseyn ağadan olanları nə 
adla tanıyırlar Muğanlı, Sadıqlı, Şıxlı kəndlərində, Bakıda, deyə bilərsənmi? 
 
 
 
- Yox. 
 
 
 
- Niyə?  
 
 
 
- Çünki bilmirəm. 
 
 
 
Səməd yenə dodaqucu qımışıb: 
 
 
 
- Yaddaş verirəm, danış, - dedi. 
 
 
 
Və lap qəribə oldu ki, Bəy o dəqiqə: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə