Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
144
 
 
Bünyad bəy bir daha, dönə-dönə soruşmaq istədi ki, "Əgər bu sorğu-sualın yekunu ölümdürsə, 
məni də danışdırmağın mənası nədi?!” 
 
 
 
Əmma dillənə bilmədi. 
 
 
 
Səməd bir daha dedi: 
 
 
 
- Sonra biləcəksən hər şeyi. Sonra, sonra.  
 
 
 
Bəy birdən-birə lap çılğın qışqırtı ilə: 
 
 
 
- Heç qanammıram ki, niyə danışdırırsan məni! - dedi. - Niyə? Niyə?! 
 
 
 
Səməd əksinə, sakitliyini saxlayırdı. 
 
 
 
- Mən sənə dedim: "Muğanlı küllüyünün tarixini danışıb qurtarandan sonra biləcəksən bu 
sadistliyin səbəbini! Alimlərlə Dəlilər arasında əlaqə necə qurulmuşdu? Dübarə və yerli -yataqlı 
cavab! 
 
 
 
Danış! 
 
 
 
Bəy dedi: 
 
 
 
- Əlaqəni yaradan Aşıq ƏlƏskər idi. ƏlƏskərin qardaşı Məhəmməd idi. Təkcə Alının əlinin 
altında bir orduluq Dəli vardı. Demədimmi?! 
 
 
 
- Aşıq Alının?! 
 


 
145
 
 
Bünyad bəy təkrar çılğınlaşdı: 
 
 
 
- Öldürürsən məni! AğBizənli Aşıq Alı, dedim ki, Ələskərin bacısı oğlu idi, ƏlƏskərdən sonra 
AdıPünhan, açıq ƏsAğ olmalı idi BağBağÜn, əxi Baba yanında. O tayda, Türkiyədə əxilərlə 
əlaqə saxlamalı idi. Yəni gizlin BağÜnlərin - "Muğanna"ların gizlin "Aşıq məclis"lərində 
"Ustadnamə" - ƏsOdÜnMənləri, "Təcnis" - OdƏsÜnƏsləri, "Bağlama"ları - BağBağa bağlayan 
"Qıfılbənd", "Dastan" - OdƏsOdÜnləri şərh edə-edə, təhrif mühit Bağlarının biliklərini, 
yaddaşlarını təzələməli idi. Omar ağanın EySardan eşitdiyi xəbərləri çatdırmalı idi. 
 
 
 
"Alı" deyildi Aşıq Alı, Əli idi. Rütbədi bu "Əli" sözü, Göyçəli Aşıq "Alı" Hüseyn ağanın - ƏsÜn 
AğEyin Əli - işləyəni, söz ilə yaradanı imiş. "ƏlƏskər" - ƏlƏsOdƏr EySarın özünün Əli idi. 
ƏlƏsKərin şagirdi Aşıq AğBizənli "Alı" da, dediyim kimi, Əli idi. Ustadından sonra ƏsAğ - 
Yaradan SafAğİnsan olmalı idi. 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Niyə "olmalı idi" deyirsən? Baş tutmadı?  
 
 
 
Bəy dedi: 
 
 
 
- Mən deyirəm ƏlƏsKərdən sonra olmalı idi və oldu da. Hələ ƏləsKərin sağlığındakı Əlilərdən 
danışıram axı, ay sadist! İmkan ver danışım də! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Danış. Çox əziyyət vermərəm daha. 
 
 
 
Bünyad bəy nisbətən sakitləşdi. 
 
 
 


 
146
- Dəli Alı da "Alı" deyildi, Əli idi. Dəli "Alı" rütbəsinin "Aşıq Alı" rütbəsindən fərqi bunda idi 
ki, "Dəli Alı" - OdƏl Əli - həqiqət Əlinin Əli idi. Yəni Bağ Sarın - Musa ağanın vuran Əli idi: 
Qırğın təhlükəsi yarananda, ərazini tərk eləyib bir daha Tərik-Türk olmaq mümkün olmayanda 
Ulu Bağ ƏsƏlMən özü "ƏsƏlim!" deyirdi. Yəni dözmürdü. Bağ Ata əzab verirmiş buna görə... o 
əziz oğluna əzab! 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- İkiliyin səbəbi yoxdu? 
 
 
 
Bəy fikirləşməli oldu: 
 
 
 
- Görünür, yerdə həyatın ağırlığındandı də, yoxsa Ulu Bağ səbrini itirməz. 
 
 
 
O, Dəli Alının Səttar kimi sərkərdələri, Qaçaq Nəbi, Qaçaq Kərəm kimi sərkərdələri vardı o 
tayda, bu tayda. On birinci ildə Səttar xan vurulandan sonra Ağ Əmirlə Boz Əmirin 
mədrəsəsində dərs alan Dəlilər, yəni farsca Fədai adlananlar bilavasitə Dəli Alının başçılığı ilə 
döyüşürdülər. 
 
 
 
- Səttar xanı kim vurdu? Niyə ötürürsən? 
 
 
 
- Sadist! Mən heç bilmirəm niyə Adil - OdƏl sayılırsınız siz belə zülmkar ola-ola! Sənə məlum 
deyilmi ki, Birinci Aleksandrın Muğanı tutduğu vaxtdan da əvvəllər dolmuşuq biz İrana?! "Rus 
vurdu Səttarxanı" deyirlər. Cəmaat nə qanır "Rus kimdi, "Yevrey" kimdi? "Yevrey" elə "Rus" 
üstə getmirmi?! Meydanda sinəsini qəribə, qorxusuz - ürküsüz durubmuş Səttar xan. Lap 
uzaqdan, tindən atıblar, yıxılıb, vəssalam! Ümumiyyətlə ehtiyatsızdılar Qaçaqlar, Fədailər. 
Yalnız Təbrizdə Ağ Əmirlə Boz Əmirdən dərs alıb Mazandarana - filana İngilis ordusunun 
qabağına çıxan Fədailər əsgərsayağı intizamlı, ehtiyatlı idilər, bir də onların arasından bu taya - 
Göyçəni, Dərə ƏlEyƏi, AğBizəni qorumağa gələnlər bildilər ki, bu yanda Rus hər cür cildə girir
ona görə də özlərini qoruyurdular. Yayda, Göy Qılınc yaylağında Omar ağa, əli çəlikli gedib, 
gizlin yolun qırağında otururdu. Göy Qılıncdan özünün geyindiyi arxalıq kimi qara arxalıqlı, 
ağdəstə xançallı, əli dərviş əsalı adam görəndə bilirdi ki, AdıPünhan Əmirlilərin qasididi. 
Binədəki qonaq dəyəsi"ndə çətən qapını bağlayıb EySarın əmrlərini danışandan sonra 
"qonağ"ının çantasına pendir, çörək qoyurdu. Nə Göy Qılınc yaylağının "Omarlar" yurdunda, nə 
Qılıncın ayağındakı dərədə Omar ağanın bacısı uşaqlarının "Qanlı yurd"unda, nə də "Qanlı 
yurd"dan o yanda, dağ döşündə Omar ağanın ana qohumları "AllahMən"lər yurdunda heç kəsin 
xəbəri yoxdu ki, "qonağ"ının çantasındakı çörəyin içində "Göyçəyə, Aşıq ƏlƏsKərə məktub 
gedirdi. Göyçədə də heç kəsin xəbəri yoxdu ki, haman çörək Aşıq ƏlƏsKərin atının tərkində, 


 
147
heybədə Dəli Alıya gedirdi. Dəli Alının Dəliləri məktubun üzünü köçürüb Qaçaq Nəbiyə, Qaçaq 
Kərəmə aparırdılar. Qaçaqlar dəstə-dəstə yayılıb o tayda Ərbabların dədələrini yandırırdılar, 
butayda qubernatorun mən təki batinlərinin də dədələrini yandırırdılar. Omar ağanın dönə-dönə 
tapşırdığına baxmayaraq, SafAğa vaqif Bünyad bəyi də bir-iki dəfə döymüşdülər. O orduqozdu 
olanın gəlsin aparsın bu iki küpə imperialı! Kefinizi çəkin dünyada, ay bədbəxtlər! Cəmi Yer 
üzündə Vahid Ədalət Səltənəti ideyasını Rusiya imperiyası ideyasına çevirmişik biz "Yevrey"lər, 
ay bədbəxt!1 ƏsƏlMən - "Solomon" - "Suleyman" Yerə qayıdanda Ədalət Səltənətini bərpa 
eləmək çox çətin olacaq. Yer Kainatdan ayrılıb, a bədbəxt! "Ərəb" "Yevrey"lərini doldurmuşuq 
İraqa. Şimali Azərbaycana Asoruları doldurmuşuq "Kürd", "Erməni" Adı ilə. Ən xırda milli 
azlıqlar arasında da ədavət salmışıq. Hətta talışların könlündən də müstəqil respublika keçir! 
Əbləhlər qanmır ki, "talış respublikası" Xəzəri sizin əlinizdən qopartmaqdan ötrüdü. Simali 
Azərbaycanla cənubi, Şərqi Azərbaycan arasında sədd çəkəcəyik, xırda-xırda hər cür "kürd", 
"ləzgi" respublikaları ilə SafAğ İnsanı - OdƏri, Bağday ərazisini yoxa çıxarırıq. Döyüşür indi 
"Yevrey", a bədbəxt! 
 
 
 
Orda-burda "podpolnıy KPSS"də Səddamın dövləti də, Xomeneyinin dövləti də, qeyriləri də 
bizimdi! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Ehtirasa qapılma, bəy, Sən küllüyün tarixini danış. 
 
 
 
Bünyad bəy bar-bar bağırırdı: 
 
 
 
- Saysız - hesabsız sualların cavabında "yerli-yataqlı cavab"lar uzandıqca uzanacaq! O Göy 
qılınc yaylağında, o "qonaq dəyəsi"ndə Omar ağanın qara arxalıqlı "qonaq"ların çantalarına, 
çörəyin arasına qoyub göndərdiyi məktubların sayı-hesabı yox idi. "Qərib oğlan" deyilən Mikayıl 
Müşfiqi yanıma alıb çıxırdım Qılıncın belinə ki, Omar ağanın heç olmasa bircə "qonağ"ını 
görüm, bir çarə tapım, məktublardan heç olmasa birini oxuyum. Mümkün deyildi. Qılıncdan 
dərəyə enən kimi yoxa çıxırdı "qonaq". EySar torlandırırdı gözümü. Taqətdən düşüb yıxılırdım. 
"Yerli-yataqlı cavab" versəm, gərək qubernatorun Qaçaqlarla döyüşlərdən sonra ələ keçirdiyi o 
saysız-hesabsız məktublarla bağlı hadisələri də danışım! EySarın öz BağSarına əvvəlcədən xəbər 
verdiyi müharibələri, siyasi keşməkeşləri, saysız--he-sabsız qırğınları danışmaq olar?! Amerika 
İngiltərə ilə, Almaniya, Fransa, Yaponiya, Çinlə bağlı idi o məktublar! Bütün planetlə, bütün 
Kainatla bağlı idi! Birinci, İkinci dünya müharibələrindən sonra şəhərlərdən-şəhərlərə, 
ölkələrdən-ölkələrə aparılan gizlin arxivlərlə birlikdə Amerikaya qədər yayılıb o məktublar! Bu 
"qəbristan" bədbəxtin beyni "Fəlakət tarixi" deyil, "Muğanlı küllüyünün tarixi" deyil, dünya 
tarixidi! Dünya! Bu meyidin bu narkotika dartan kürəkəni vardı, Türkiyədə hazırladığımız "Boz 
qurd" batalyonlarından, deyirdi: "Mı vas vsex perestrelyayem!" Göz gəzdir indi planetə, gör necə 
əlavə üsulla perestrelyayem "qloballaşma" üsuluynan Vahid dövlət xəyalına düşən əbləhlərinizi! 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə