Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
140
Əlibəyov dedi: "Bəs o taydakı BagOdlar, Səfəvilər, Bəhayilər, Əmirlilər Omar ağa ilə, 
Nərimanla, Məmməd ağa ilə, Aşıq Ələsgərlə, Aşıq Alı ilə, Dəli Alı ilə əlaqə saxlamırlar? 
 
 
 
Dedim: "Cənab Əlibəyov, o boyda "Upravleniye"nin rəisisən, bilmirsənmi ki, köhnə 
“Naloqovaya kniqa”da "Padişahlıq" adını pozub "Omarağalı" yazsaq, təzə Naloqovaya kniqada 
kəndin adı Omarağalı olsa, yəni Əxi Padihaşının yeri itsə, adlarını çəkdiyimiz adamların, o 
cümlədən Omar ağanın özünün ölümündən sonra BagOdlar, Səfəvilər, Bəhhayilər, Əmirlilər bizə 
necə sübut edəcəklər ki, Bağdayın BağSarı Ulu Bağ ƏsƏlMənin nəsli bu tayda imiş?! 
 
 
 
Axı mənə xüsusi tapşırılıb ki, Bağların kökünü kəsməklə yanaşı, coğrafi ərazilərini unutdurmaq 
lazımdı ki, elə bu əsrdə əlli-altmış ildən sonra tərik OdƏrlər Bağlarla birgə özlərini də 
tanımasınlar. Cəmi Fars siyasətçilərinə də tapşırılıb ki, OdƏr əvəzinə "Azər" desinlər onlar. Qoy 
"Muğanna" desinlər. 
 
 
 
Əlibəyov dedi: "Sən uzağa baxırsan, Bünyad bəy". 
 
 
 
Dedim: "Uzaqgörən olmasaydım, Nikolay Romanov məni bura göndərərdimi, cənab Əlibəyov?! 
Poz siyahıdan "Padişahlıq" adını. "Omarağalı" yazdır!" 
 
 
 
Sən məndən kəndin niyə Padişahlıq adlandığını soruşdun, mən Padişahlıq adını necə 
pozdurduğumu da danışdım. "Yerli-yataqlı cavab"dan razısan?! 
 
 
 
Səməd: 
 
 
 
- Yox, - dedi. - Mən səndən soruşdum: "Omar ağa niyə işləyən deyildi?" Sən bunu Omar ağanın 
daim at belində dağda-bağda gəzməyilə izah elədin. Əsas məsələni gizlətdin. 
 
 
 
Bəy dedi:  
 
 
 
- Gizlətmədim, sadəcə ixtisar elədim ki, söhbətimiz qısalsın, axşama qədər "it iyində" qalmayım. 
Madam ki, tələb eləyirsən, danışım. Əmma izn ver yenə soruşum: belə şeyləri niyə 
danışdırırsan? 
 
 


 
141
 
Səməd sərtləşdi: 
 
 
 
- A kişi, dedim axı, bu dərsin səbəbini sonra biləcəksən. 
 
 
 
- Yaxşı, yaxşı, hirslənmə, - deyib Bəy, tələb olunan sualın cavabını danışmağa başladı:  
 
 
 
- Əmin Sultan Əmirli hələ əlli dördüncü ilin yayında, AdıPünhan - general Məhərrəmovun 
mənzilində səni başa salıb ki, Yer Bağları yalnız Ün eşitdiklərinə görə, Ün yaya-yaya SafAğ 
İnsan yetirməklə Bağlıq eləyirlər. Ün eşidən Bağın niyə işləyən olmadığını bilmək üçün 
Məhəmməd - bağHəmod peyğəmbərin bioqrafiyasını oxumusan, o mənzildə Ağ Əmirlə Boz 
Əmirin yeddi yüz əlli cildlik "Vərəsə" kitabxanasının "xronika"sını - Heydər Hüseynovun "Posle 
Potopa" kitabını oxumusan. Kitabxanadan qalan parçaları haman xronikanın əsasında tərtib 
eləyib SafAğ Alimi, batin çekist olmusan. EySarın Ününü eşitmisən. AdıPünhan Muğannanız 
kimi, gecə saat on ikidə stolun dalında öturub, səhər saat yeddiyə qədər Ün dinləmisən. 
Gündüzlər nə iş görə bilərsən sən beyinləri oxumaqdan, adamları tanımaqdan başqa? 
 
 
 
Səməd soruşdu: 
 
 
 
- Omar ağa nə yazıb? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Heç nə. 
 
 
 
Səməd soruşdu: 
 
 
 
- Niyə? 
 
 
 
Bəy dedi: 
 
 


 
142
 
- Onun bir böyük həcmli "Quran"ı vardı. Omar ağanın yaxın bir qohumu AdıPünhanın evində 
saxlanır o "Quran". Vatikan casusu Aliksiyin dəyişdirib çox yerini anlaşılmaz şəklə saldığı 
"Quran"ın əksinə, o böyük "Quran"da hər şeyi olduğu kimi oxumaq, şərh eləmək mümkündü. 
Aşıq Ələsgər öz gizlin şagirdləri ilə AğBizən kəndinə gedəndə, ya da yayda Omar ağa Göy 
Qılınc yaylağında olanda "Quran"ı oxuyub şagirdlərə şərh edirdilər. AğÜZ OdƏri olduğunu
"XIZ"ı - AğÜz cəmaatının Qazaxdan, Muğandan sürüldüyünü biləndən sonra İsa əfəndiyə, 
Musaya vurulan Mikayılı - Müşfiqinizlə birgə mən də gizlin şagirdlər olmuşuq. ƏlƏsgərin, 
AğBizənli Alının, Omar ağanın özünün şagirdləri idik. 
 
 
 
- Müşfiqi də sən öldürməli idin? 
 
 
 
- Əlbəttə! 
 
 
 
- Bəs niyə öldürmədin? 
 
 
 
- Bilmirəm, düzü, o şairin üzündə nə isə, qəribə doğmalıq görürdüm, elə bilirdim qardaşımdı. 
 
 
 
Səməd bəyə maraqla baxdı. 
 
 
 
- Hə! Cəlladda doğmalıq hissi!.. Təzə şeydi bu məndən ötrü... De görüm, Dəli Alı bilmirdimi ki, 
"gizlin şagird Bünyad bəy" Nikolayın casusudu? 
 
 
 
Bəydən qəribə, çox pis hırıltılı gülüş qopdu. Bu yeni əlamət idi; Səməd diqqətdə baxıb anladı ki, 
Bəy çox səmimi, ürəkdən gülürdü. 
 
 
 
- De, de, - dedi. - Nəyə güldün? 
 
 
 
Bəy dedi:  
 
 
 
- Əşi, bir orduluq Qacağın başçısı Dəli Alı Nikolayın casusu deyildimi? Dəli Alı cəmi Yer 
üzündə Ədələt Səltənətinin aşiqlərinə, AdıPünhan ƏlƏsgərin özünə açıqca deyirdi: "Cəmi 


 
143
Yevrey OdƏrləri EvƏrEyliklərini və cəmi bəşərin OdƏrliyini qanıb zorakılıqdan, 
müharibələrdən əl çəkməyiblər, sən mənim Gəncə qubernatorunun qoşunlarını qırmağımı niyə 
vəsf eləyirsən, ya Şeyx ƏlƏsOdƏr?!" 
 
 
 
ƏlƏSgər deyirdi: "Nikolay itoğlu tutur bizi, ay Alı, zəliyə dönüb qanımızı sorur, sən qırırsan, 
mən də sənin igidliyini vəsf eləyirəm". Əgər Nikolay, sovetniki Tağıyevdən aldığı dərsdən 
bəhrələnib EvƏrEyliyinə ürəkdən inansaydı, sənin millətin belə ayaq altda qalardımı?!" Siz 
Bağlar da, biz Təhriflər də lap belə axmaqcasına söz oynatmaqla məşğuluq, Səməd!".. Sizin Dəli 
Alı sayağılarınız, belə alayarımçıqlarınız azdımı indi? Onlar da qan tökmürlərmi?! 
 
 
 
"Yevangeliya"da EySar öz Apostollarına - EvƏsOdƏllərinə demirmi ki, "Sizdən biri satacaq 
məni". Hər şeyi görən, əvvəlcədən bilən EySar, Vizantiya casusu Paveli, o Yevreyi niyə ifşa 
eləmir?! Mən Yevrey, mən Yəhudi, soruşuram səndən indi: "Ay sadist, "BağBil"dəki "ÜnEvEy" 
sözü "ne übiy" tərcümə olunubsa, EvEyin Ünü insanı öldürmürsə, məni niyə öldürürlər?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- ÜnEvEy "ne Ubiy" demək deyil, ay Yevrey ÜnEvEy öldürür! 
 
 
 
- Nə?! Öldürür?! 
 
 
 
- Əlbəttə! Bayaq sənə demədimmi ki, cinayətlərini yenidən görəcəksən! Dəfələrlə! Mənim 
səsimlə, öz səsinlə dönə-dönə eşidəcəksən Odu-Həqiqəti! 
 
 
 
- Və öləcəm?! 
 
 
 
Səməd bir az ara verdi. 
 
 
 
Sonra Omar ağanın sözlərini təkrar etdi: 
 
 
 
 "İt kimi öləcəksən!" 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə