Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
122
 
 
Səməd bu dəfə lap qəribə şaqqıltılı gülüşlə tamam başqa sual verdi: 
 
 
 
- De görüm, həqiqətən baş vermiş subasqınından sonra bu barədə bir də nə vaxt söhbət olub?  
 
 
 
Bəy ilan kimi fısıldadı: 
 
 
 
- Nizaminin vaxtında. 
 
 
 
- Niyə? 
 
 
 
- "Sirlər xəzinəsi"ndə Nizami yazıb ki, "Yer dəli olub, "kəməri"ni, yəni Bağları qıracaq, parça-
parça olub səmada fırlana-ıfrlana qalacaq", Nizaminin zəmanəsinin şeyxləri bunu Subasqını 
qələmə veriblər. Nizami isə cavab yazıb onlara ki, heç bir Subasqını olmayacaq indi.  
 
 
 
Birinci Subasqınından sonra Yer doğrudan da parçalanıb, "Ay" - Ağ planetinin yaxınlığında 
parça-parça fırlanır. İndiki Yer planetini də gələcəkdə elə fəlakət gözləyir... Şeyxlər qorxuya 
düşüblər, "Xəmsə"nin katiblərinə əmr veriblər ki, "Xəmsə"də o yeri dəyişdirin. "Xəmsə"də çox 
belə şeylər var. Məsələn, heç kəs bilmir ki, "Nizami" - ÜnƏsim kəlməsi Nizaminin yox, kitabın 
adıdır, "Yaradan Ünüm" deməkdi. Katiblər çox çalışıblar bunu izah eləsinlər, bir şey çıxmayıb. 
Axırda kitabin adını şairin Adı eləyiblər. 
 
 
 
- Bir də baş verəcək Subasqınının, qarşısını almaq olmaz? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Bilmirəm.Səməd dedi: 
 
 
 
- De görüm Muğanlıda Omar ağaya niyə "Koxa" deyirmişlər. Cavab ver, lazımdı. 
 
 


 
123
 
Bəy dedi: 
 
 
 
- Aydın məsələdi. Babası "Comərd" kimi Omar ağa da gizlənirmiş. 
 
 
 
- Niyə? 
 
 
 
 Bəyin gözləri böyüdü. 
 
 
 
- Bıy! necə, niyə a kişi?! Muğannaların çoxu "AdıPünhan" olmurlar?! Məsələn, sənin əsl adın 
SimOddu (Uca Həqiqət) əmma adına Səməd dedirdirsən. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Ağ Əmirlə Boz Əmir gizlənməyiblər. Səbəbi nədi? 
 
 
 
Bəy dedi:  
 
 
 
- Onlar talelərini əvvəlcədən bilirmişlər. 
 
 
 
- Niyə? 
 
 
 
- Əstəğfürillah! Nə bilim, a kişi, yəqin əvvəlcədən deyilib ki, Orda-"İran"da SafAğ baş 
tutmayacaq, o kişilər də öldürüləcəklər. Bu da məntiqi! Əmma nahaq qorxudublar kişiləri, 
məncə! 
 
 
 
Səməd gülürdü: 
 
 
 


 
124
- Afərin, Bəy! A kişi, aqibəti Əbədiyyət olan adam ölümdən qorxarmı?  
 
 
 
Keçək başqa mövzuya ay "Yevrey" - EvƏrEy. Ayollo niyə özü gedirdi operasiyalara? Danış! 
 
 
 
Bünyad bəyin səsi də sərtləşdi: 
 
 
 
- Yevrey Ayolla da qrek Koba kimi bandit idi!  
 
 
 
Səməd dedi: 
 
 
 
- Səhv eləmə. Sən çox gözəl bilirsən ki, Koba qrek keşişi Vissarionun tələbəsi olub, ordan Bakı 
mədənlərində inqilabi təcrübə qazanmağa, leninin diqqətini cəlb eləmək, Peterburqda yaxşı 
mövqe qazanandan sonra da casus Qreklərdən ibarət dəstə toplamaq niyyətində olub. 
 
 
 
Bəy dedi: 
 
 
 
- Özün demirsənmi ki, Qrek də mənşəcə OdƏrdi. Sözümün başına ip salma, ay Sadist, imkan ver 
danışım, bəlkə hardasa rəhmin gələ, dayandırasan bu əzablı sorğu - sualı!.. Bəli, Koba Qrek idi, 
əmma Gürcü kimi tanınırdı, cuhud kimi tanınırdı. Tərbiyəçisi keşiş Vissarion da Peterburq 
ruhani məktəbindəki kimi belə-mən kimi qaniçənlər yetirirdi. Əslində Koba məndən qat-qat 
üstün qaniçənlərdəndi. Qadınları zorlayırdı, elə yerindəcə də güllələyirdi. "Verbovka - tvoyo 
delo" deyirdi mənə, "Ya rasstrelyayu". Ayolla da, Leninin yetirməsi Atatürkün işləri ilə bağlı 
Türklərin qanların içmək lazım gələndə şəxsən özü gedirdi operasiyaların icrasına! 
 
 
 
Razı qaldın?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Necə yəni "razı qaldın"?! Bu əhvalatı axıra çatdır. PirVəliyə necə işgəncə verdin? Bütün 
incəliklərinə qədər danış! Dərs üçün lazımdı bu. 
 
 


 
125
 
Bünyad bəy hələ də sərt idi: 
 
 
 
- "Yevrey" - EvƏrEy dərsi deyil bu, Yevreyə işgəncə verməkdən zövq alırsan. Mənim yerimdə 
sən olaydın, sənin yerinə mən olaydım, onda görərdin qaniçən Türkə necə işgəncə verirəm! Yer 
üzündə elə bütün hökmdarlar qaniçən olublar! 
 
 
 
Səməd, çox ciddi ahənglə soruşdu ki: 
 
 
 
- De görüm, UluBağ Birinci Aleksandrın sürgün əmrinə niyə boyun əydi? Dünya dolu Əxi 
ordusu deyildi?  
 
 
 
Bütün Kainatda OdƏr Bəşəriyyətini EyOdƏr, BağBağÜn Babalarımızı, Bağ Atamızı, oğullarını 
bir yana qoyuram, təkcə "Allah" - ƏlAğ EySarın hökmü Aleksandrın Təxt-tacını tar-mar edə 
bilməzdi?! 
 
 
 
Bünyad bəy bir xeyli susub, səmimi etirafa məcbur oldu. 
 
 
 
- Məəttəl qalmışam. Elmdə əmma var: "İnsana təsir etmək olar, təzyiq - yox". 
 
 
 
Səməd dedi: 
 
 
 
- Budu bax, hər şeyi dərk edə-edə heç nə dərk etməyən idraksızın qeyri-adi idraksızlığı! Yəni sən 
bu vaxta qədər dərk eləmirsən ki, Bağlar doğrudan da qan tökmürlər, ay qaniçən təhrif? 
Qreklərdən qalan hədsiz işgüzarlıqla, hədsiz hakimiyyət hərisliyi ilə bütün millətlərin daxilinə 
girib, hamısını bir-birilə vuruşdurursunuz, milli kin yaradırsınız! Özünüzə qarşı da kin 
yaradırsınız! Qırılırsınız! Bütün planetdə qaniçən "Rus Yevrey"inin ağılsızlığını dərk etdinmi, ay 
Yevrey?! 
 
 
 
Bünyad bəy eyni səmimiyyətlə: 
 
 
 
- Dərk edirəm - dedi. - Əmma yenə də sənin qanını içməyə hazıram. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə