Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
126
 
 
 
- Niyə, ay idraksız?! 
 
 
 
Bünyad bəyin bu dəfəki cavabı qəribə oldu: 
 
 
 
- Siz bizi məhv eləyirsiniz! - dedi. 
 
 
 
Səməd buna necə təəccüblənməyəydi? Bəyin bu fikrinin hardan, necə yarandığını bilsə də, istər-
istəməz soruşdu ki: 
 
 
 
- Bağ nəsli məhv edir sizi?! 
 
 
 
Bünyad bəy eyni inamla: 
 
 
 
- "Tərik" - "Türk" - ƏrÜz - Rus milləti bütün Rusiyada qırmırlarmı Yevreyi?! 
 
 
 
Səmədin fikri uzaqlara getdi. 
 
 
 
- Bayaq dedim, qocalanda "ins"in zehni tutulur. 
 
 
 
Xatırladıram, altı yüz dördüncü ilə qədər Latının, Qrekin arasına dolub Vizantiyanı "Türk"ün 
üstünə yeritdiniz! Türk vətənini tərk edib Sibirə, Şimala, Avropaya qaçıb, tərik oldu. Yevrey 
bununla da kifayətlənmədi, "Şəhri-Babək" adı altında gizlənən BağBağÜn SarEyini 
Konstantinopola "köçürüb", gizlin Bağdayda qalan Muğannaların qanını içdiniz! Bununla da 
kifayətlənmədiniz, Vizantiya legionlarını Rusiyaya yeridib, səkkiz yüz ikinci ilə qədər, iki yüz il 
sərasər qılınc çəkə-çəkə ƏrÜz - "Rus" millətinin qanını içdiniz! Bununla da kifayətlənmədiniz. 
"Türk" - "Rus" millətinin özünü Amerikaya yeridib, Amerika OdƏrlərinin qanını içdiniz. 
Bununla da kifayətlənmədiniz, "BağBilin təhrif tərcüməsi "Bibliya" ilə silahlanmış poplar 
ordusunu Vizantiyadan bütün planetə yeridib, təhrif "İsus"un xaç üstündə taxta "bədən"ini bütə 
çevirib, KeSarların qılıncları ilə xaç yaydınız! Budu bax indi sizi yeyən qədim ayrılıq kini! Boş-
boşuna kin oyanardımı, ey "Yevrey"?! 
 


 
127
 
 
Sonrasını dinlə. İndi ayırıblar millətləri. İsraillə qalanları bu günün özündə döyüşdürürsünüz! 
Buş da dərk edib ki, planeti məhvə aparan qaniçənlər tərksilah olunmalıdır. Hamı, hamı dərk edir 
fəlakəti, "Rus Yevrey"indən başqa! Bir də soruşuram kimdir Yevreyi qıran?! Buşdu ya "Alman", 
Vatikan fitvasına uyan İtalyanlardı, yoxsa, əli yaderli "Rus Yevrey"inin özü?! 
 
 
 
Vot qde zarıta sobaka! 
 
 
 
V Yevreye zarıta sobaka! EvƏrEy OdƏrləri əlinə silah almır! EySar "ne ubiy" deyir, ay qanmaz! 
 
 
 
De görüm, niyə rusca dedim bu sözləri? 
 
 
 
Bünyad bəy dodaqlarını büzdü: 
 
 
 
- Sənin dilini qanmaq olmur. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Qanırsan, ay tülkü. "Vonyayete" sözü "Bibliya"dandı. "Bibliya" sənə "Vonyayete" deyir, sən 
isə hələ də əl çəkmirsən "Bibliya"dan! Vatikanın monaxları yazıblar. 
 
 
 
Bünyad bəy tutuldu: 
 
 
 
- Onu təkrar eləmə sən!- Düz deyil ittihamım? 
 
 
 
Bünyad bəy nədənsə etirafa ehtiyac duydu: 
 
 
 
- Düz olmağına, əlbəttə, düzdü. Qaniçən olmağına, qaniçənik. Təkcə Əfqanıstan hadisələri 
hərdən mənim özümə də qəribə gəlir. Bu son vaxtlar Qarabağ deportasiyası, Bakıda iyirmi 


 
128
yanvar qırğını göz qabağındadı. Amerika EvƏrEyi "Yevrey"in dünya miqyaslı möhtəşəm 
hakimiyyətinə son qoyur! Sizin qanınızı içəməsək, azadlıq yoxdu Rusiyaya! 
 
 
 
Səməd başını bulayırdı. 
 
 
 
- Neftdən başlamış göy-göyərtiyə qədər, vətənimin bütün varidatından respublikaya gələn ixracat 
gəlirinin hamısına sahib olub, ystəlik "Vv" ordusunun raketi altında əsir saxlayırsınız! O nə 
azadlıqdı sənin istədiyin, ay Yevrey?! Mümkündümü?!  
 
 
 
Bünyad bəy söz tapa bilməyib duruxanda Musanın səsi gəldi: 
 
 
 
- Küllüyün tarixi qaldı, ay Səməd. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Küllüyün tarixi "Yevrey" - EvƏrEy tarixi deyilmi? 
 
 
 
Musa dedi: 
 
 
 
- Meyid də qaldı. Gün vurur. 
 
 
 
Bünyad bəy pis qoxu hiss etdi və ağlına qəribə bir fikir gəldi: 
 
 
 
- Bura bax, ay sadist... Bu söz-söhbətləri, hadisələrilə birlikdə sən bu ilin meyidini də gözümə 
soxacaqsan?! 
 
 
 
Səməd güldü: 
 
 
 


 
129
- Afərin, Bəy! Gələcəyə baxırsan! 
 
 
 
Bəy meyidi göstərdi. 
 
 
 
- Heydər Əliyev hakimiyyətə gələli bu it mənim itlərimin yanına qısılmışdı. Mən də belə elədim 
bunu. Çoxmu qalacaq günün altında? 
 
 
 
Səməd dedi: 
 
 
 
- Tarixi danış! 
 
 
 
Bünyad bəy başa düşdü ki: 
 
 
 
- Yəni tarix qutrarana qədər burda bu qoxu məni vura-vura qalmalıdı? 
 
 
 
Yenə Musanın səsi gəldi: 
 
 
 
- Cəhənnəmin qanunudu bu, ay it! 
 
 
 
Bünyad bəy əlacsız fısıldıyıb: 
 
 
 
- Qayıdım, - dedi. - PirVəligil dərədən çıxıb Sarıyoxuşun başında görünəndə baxdım ki, atın biri 
yüklüdü. Ayolloya dedim: "Birləşmə planı o xurcunda, gəlin paltarının içində olmalıdı. 
Əliheydərə belə deyiblər. Həm də Əliheydər "toya hazırlıq" deyəndə başa düşdüm ki, bəyə 
paltar, kəmər-filan aparacaqlar, plan hökmən gəlin paltarının içində olacaq. 
 
 
 
Sonra papağı basdım gözümün üstünə, ortadan dala keçdim ki, görməsinlər məni. 
 
 
 


 
130
- Bilirdin ki, üçü də öldürüləcək, sənin iştirakın gizli qalacaq? Otryadın arxasına keçməyini belə 
başa düşək? 
 
 
 
Bəy dedi: 
 
 
 
- İnsanam. Mən də Pirvəlinin evində çörək kəsmişdim. İstəmədim görsün. 
 
 
 
Səməd kolların arxasında tüstüdən ocağın yanından Musanı çağırdı. 
 
 
 
- Musa, "mən də insanam" deyir Bünyad bəy. Gəl bunun insanlığını əyani göstər. 
 
 
 
Bünyad bəy, kolların dalından çıxan əlli il bundan əvvəlki Orduqozlu, donqarbel, boynu əyri 
Musaya diqqət yetirməyə imkan tapmadı. Bir göz qırpımında özünü lopa-lopa yağan qar altında, 
qursağa qədər qar içində gördü. Türmən düzü qış dumanına bürünmüşdü. Qara yapıncılı, 
qarayanıq Orduqozlu Musa çomağa dirənib, qurşaqdan aşağı meyidə baxa-baxa ağlayırdı, cır-
cındır geyimli "itəbaxan fəhlə" Bünyad bəy isə sağ-soldan qarı eşələyib meyidin üstünə doğru 
basırdı. İşini görüb-qurtarıb orduqozluya doğru atıldı, ordan-burdan kom-kom pambıqları çıxmış 
sırıqlı pencəyinin altından çıxartdığı bıçağın havada gümüş kimi ağarması ilə yapıncının 
yaxasından içəri qan püskürməsi bir oldu. Sonra Türmən düzü, qar, Sərvinaz, Orduqozlu, hamı, 
hər şey şəkil kimi donub yoxa çıxdı. 
 
 
 
Gözəl naxışlı çəpkəndə, yorğun-arğın dayanmış gözəl Musa qayıdıb kolların arxasına getdi. 
 
 
 
Səməd qışqırdı: 
 
 
 
- Danış, ay "ins"! Danış heyvanlığını! 
 
 
 
Bünyad bəy bir xeyli özünə gələ bilməyib, sonra: 
 
 
 
- Yenə sadistləşsən, heç nə deməyəcəm, - dedi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə