Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
156
 
 
 
- Çıraq deyilənlər Hüseyn ağanın nəslindəndi, - dedi. 
 
 
 
- SafAğ olanları varmı?  
 
 
 
- Bilmirəm. 
 
 
 
- Niyə? 
 
 
 
- Məncə, sən özün qoymursan bilim. - Bildiyim budu ki, mühitləri pisdi Çıraqların. Məndən də 
bəd adamlar arasında işləyirlər. 
 
 
 
Səməd dedi: 
 
 
 
- De görüm, İsa əfəndi, niyə Ün eşitmirdi? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Qan tökmüşdü o. 
 
 
 
On beş-on altıncı illərdə hərbi gimnaziyada oxuyanda "İstoriya İslama" yazmışdı İsa əfəndi. 
Batin Elm katibi idi. Həqiqi Din tarixi deyildi. Gətirib atasının "Quran"ının yanına qoymuşdu ki, 
"po delam pereselensev" idarəsindən gəlib - gedənlər görsünlər, desinlər, İslamı qəbul eləyiblər 
bunlar.  
 
 
 
Denikinçilərlə - Ruslarla Trabzonda döyüşdən sonra, Dəlilər stansiyası ilə Gəncə arasında Rus 
ordusunu qırıb-çatmışdı İsa əfəndi. Belə kinlə qan tökən adam necə Ün eşidə bilərdi?! 
 
 
 


 
157
Səməd gözlənilmədən: - İndi əziyyət verəcəm, - dedi. - Musa burda zəhləmi aparıb ki, 
Peterburqdan təzə gəldiyi vaxta, altıncı ilə aparaq onu, Nərimanın birinci müəllimlər qurultayı 
keçirdiyi günə. Özümüz də oturaq o qurultayda, deyir, Doktorumuzun istəkli arkadaşı, türk 
aktyoru Bünyad bəyi danışdıraq, qulaq asaq. Necə baxırsan sən bu təklifə, bəy? Gedəkmi altıncı 
ilə? 
 
 
 
Bünyad bəy birdən tir-tir əsib, əllərini qaldırıb, göyə doğru qışqırmağa başladı: 
 
 
 
- Ey, yeri-göyü yaradan! Əgər mən sənin bəndənəmsə, lap bir parça vaxtımdan namaz qıla-qıla 
sənə bəndəlik eləmişəmsə, niyə saldın məni Nikolayın bu razvedka cəhənnəminə?! Su kimi saf 
körpə idim, sənin öz icazənlə yaranmış Ərəb dilində "Quran" oxuyurdum! Sənin öz icazənlə 
yaranmış Rus dilində "Bibliya" oxuyurdum! Müqəddəsdən də müqəddəs ruhani olmaq 
istəyirdim! Niyə göndərdin məni o müzür Nikolayın departamentinə?! Ruhani seminariyasının 
dili- ağzı özündə, fəqir, yazıq sagirdi hara, razvedçik hara?! Niyə bədbəxt elədin bu fəqir 
bəndəni, ya Rəbbim?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Aktyorluğunu yada saldın, oynadın, bəy. Müsibətləriyin günahını EySarda görürsən? 
 
 
 
Bəy dedi:  
 
 
 
- Ayağımın altında qarışqa qalanda ona da yazığım gəlirdi! Bu "Yer" adlanan EyƏrin sahibi 
EySardırsa, qarışqadan filə qədər, cəmi heyvanat, ana bətninə düşən körpədən bu yüz on üç yaşlı 
bədbəxtə qədər, cəmi bəşəriyyət onun ixtiyarındadırsa, niyə saldı məni bu razvedka 
cəhənnəminə?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Düz deyirsən, ay bədbəxt razvedçik. 
 
 
 
Bünyad bəy duruxdu. 
 
 


 
158
 
 - Nə?! Təsdiq eləyirsən?! Günahı Onda görürsən?! 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- De görüm, EyOdƏr Babamızın ikinci rütbəsi nədi? 
 
 
 
Bəy dedi: 
 
 
 
- EyƏsÜndü. 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Təhrifləri nədi EyƏsÜnün? 
 
 
 
Bəy dedi: 
 
 
 
- "Yazan"dı , "Yazdan"dı, "Yasın"dı. Niyə soruşursan ki? 
 
 
 
Səməd dedi: 
 
 
 
- İndi biləcəksən, ən böyük günahkar insanın taleyini yazan - "Yazan" - "Yazdan", - "Yasin" - 
EyƏsÜn EyOdƏ Babamızdı, ay bədbəxt razvedçik. İkinci günahkar Yazanın yazdığını Bağ 
Atamıza çatdıran BağBağÜn Babamızdı. Üçüncü günahkar yazılanların əsasında hökm verən 
Bağ Atamızdı. Dördüncü günahkar hökmləri icra edən EySarımızdı. Bəndədə nə günah var?! 
 
 
 
Bünyad bəy bir xeyli ağzıaçıq baxıb dedi: 
 
 
 


 
159
- Əgər bilsəm ki, bu sözləriyin altında da ayrı söz yoxdu, ayağına yıxılaram! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Sözlərimin altındakı "ayrı söz" nədi? 
 
 
 
Bünyad bəy pis səs çıxardı - bu dəfə lap pis fısqırdı. 
 
 
 
- Evim yıxıldı!.. Söz altında gizlədilən SafAğ Elmidi. Bütün elmi danışım indi?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- "Yazan" - "Yazdan" - "Yasin" - EyOdƏr EyƏsÜn Babamız - Uca Yara-dan Ün Babamız 
yazmır, danışır, bəy. BağBağÜn Babamız - BağÜnlər Bağı - beyinlər Bağı danışılanı çatdırır Bağ 
Ata, yazılanı yox. 
 
 
 
Yəni "Yadro" adlandırılan EyOdƏr planetində ümumən Kainatda yazı çoxdan yoxdu. 
 
 
 
De görüm, ey günahı göylərdə görən, EyƏsÜn EyOdƏr Babamızın adını "Yazan" qoyan Türkün 
günahı böyükdü, "Yazdan" deyən Farsın, ya "Yasin" deyən Ərəbin? 
 
 
 
Bünyad bəy inildədi: 
 
 
 
- Yenə bir aləm şey danışmalıyım?!  
 
 
 
Səməd dedi: 
 
 
 


 
160
- Lap qısası! Türkün "Yazan"ı yaxındı EyƏsÜnə - Uca Yaradan Ünə, ya Farsın "Yazdan"ı ilə 
Ərəbin "Yasin"i?  
 
 
 
Bəy dedi: 
 
 
 
- Mənə dedirtmək istəyirsən ki, nə "Yazdan"ın mənası var, nə də "Yasin"in. Türk dilindənki 
"Yazan" isə EyƏsÜnə yaxındı. Dedim bunu! Özgə nə deməlidi bu bədbəxt?! Səməd dedi: 
 
 
 
- Çox şey deyəcəksən hələ, ay bəndənin günahlarını "Rəbbi"də görən bəndə! Sən "yazıq", "fəqir" 
şagird hələ ruhani seminariyası yaşına ayaq açanda, ilk dəfə "Rəbbi" deyəndə batmısan günaha. 
EySar baxıb o təhrif beyninə, görüb Birinci Nikolayın cəsusu Bünyad o seminariyanı qurtaranda 
İkinci Nikolayın departamentinə sevinə-sevinə gedəcək, razvedçik kursunu qurtaranda 
Peterburqdan Bakıya sevinə-sevinə gələcək. 
 
 
 
Yaddaşını almışdım bayaq, o titrədiyin, qışqırdığın dəqiqətlərdə. İndi qaytarıram.  
 
 
 
De görüm, Ağ planetinin içində hurilər - EyƏrlər səni öpəndə cavanlaşdın, ya yox? 
 
 
 
Bünyad bəy mısmırıqlı oldu. 
 
 
 
- O oyunun axırı pis qurtardı. 
 
 
 
Səməd dedi: 
 
 
 
- İblis peyda oldu, sən huşunu itirdin. Gözünü açanda gördün burda - yol ayrıcındasan, yatıb 
dincəlmisən, gumrahlaşmısan. Yaddaşın qaytarılandan sonra bildin ki, "Ay" planeti adlandırılan 
AğƏsEyin daxilində cəhənnəm haqqında əməlli-başlı təsəvvürün var. İblis adlandırılan EvƏlƏsi 
öz gözünlə görmüsən. Bunun nəyi pisdi, bəy? 
 
 
 
Bünyad bəy dedi: 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə