Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   39   40   41   42   43   44   45   46   47

 
166
 
 
Gəl, deyirəm. Nə durmusan! 
 
 
 
Bünyad bəyin qıçları tutulmuşdu. 
 
 
 
Bağırırdı ki: 
 
 
 
- Bu adam KQB-nın polkovniki olub, başının tükü sanı adam öldürüb, tonlarla narkotika satıb 
nayomniklərə - qatillərə! Yerdə gedən müharibənin ən fəal qaniçənidi bu, "Qoca" polkovnik 
köpəyoğlu. Bunda ƏrAğ tapılıb?! Kainat sakini olacaq bu?! Düzünü de, Sərvi, budamı kinodu?! 
 
 
 
Şaqqıltılı, cingiltili gülüş çəməni götürdü. Sərvinin sözləri seçilirdi: 
 
 
 
- Bəs necə, ay yazıq Hökmdarımız! Bəs necə, ay qatılimiz! Bax, indi bax, hanı "Qoca"?! 
 
 
 
Nə "Qoca" vardı, nə də qocalar. 
 
 
 
Sərvinaz ciddiləşmişdi: 
 
 
 
- Sənin öldürdüyün it Yerdədi, küllüyün yanında iy verir! Heç kəs aparmayacaq onu ordan, dəfn 
eləməyəcəklər. Qurdun-quşun dişində didim-didim olacaq "Qoca"n, hər sümüyü bir dərəyə 
düşəcək!.. Gəl! Bura gəl! Dərs davam eləyəcək! 
 
 
 
Alcaq, enliyarpaq kolların aralarında büdrəyə-büdrəyə, hamar otlu, alçaq təpəyə doğru gedib
Səmədlə Musanı təpənin aşağısında, süfrənin ayağında görəndə istər-istəməz ayaq saxladı. 
 
 
 
Səməd dikəldi, soruşdu ki: 
 
 
 
- Niyə dayandın? 


 
167
 
 
 
Bəyin gözləri Səmədin gözlərinə dirənib qalmışdı. Axırıncı dəfə min doqquz yüz səksən 
səkkizinci ilin axırında Qonaqlı ilə Qurbanlı kəndlərində gördüyü qara gözlər əvəzində Bünyad 
bəyə yam-yaşıl gözlər baxırdı. 
 
 
 
Bəy udqundu. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Nə demək istəyirsən? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Sən Səməd deyilsən! 
 
 
 
Səməd rişxəndlə dedi: 
 
 
 
- Bıy! Niyə, a kişi?.. Bax gör bəlkə Musa da o Musa deyil? 
 
 
 
Bünyad bəy baxdı. Türməndə o qar içində öldürdüyü Musanın o tutqun gözləri də yam-yaşıl idi. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Xoflanma, bəy. Gəl əyləş. Bir az dərs al. 
 
 
 
Bünyad bəy dedi: 
 
 


 
168
 
- Başınıza dəysin dərsiniz! Bu nədi belə? Sehrkarsınız, nəsiniz? - dedi. 
 
 
 
- Ad barədə düz deyirsən, Yerdəki təhrif ad - "Səməd" burda SimOddu. Yerdəki təhrif Musa isə 
burda BağSardı. Əlbəttə, çaşdıran gözlərimiz idi. Onu da bildim. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bayaq mən sənə demədimmi "İblis" hər sifətə düşə bilər. 
 
 
 
Səmədlə birlikdə hurilər gülüşdülər. 
 
 
 
Səməd dedi:  
 
 
 
- Allahın sağ əli İblis təkdi, Bəy. Bəs biz niyə ikiyik? Qulaq as! 
 
 
 
Tariximizdə bir hadisə olub. Çox danışmışam, sən də eşitmisən ki, Qreklər son dəfə bizim 
Bağdayı dağıdanda camaatımız bilirmiş ki, Ulu Bağ ƏsƏlMən BağSar Türməndə imiş. Çobanlar 
arasında "Musa ağa" adı ilə tanınsa da, bilirmişlər ki, BağSardı, həmincə qədim-qayım "Musa 
peygəmbər" adı ilə tanınan kişidi bu. Yüyürüşüblər üstünə ki, camaatımız özünü kürə tökür
çoxu boğulur, Qreklər də geridən çatha-çatdılar. Neyniyək? "Musa ağa" OdAğÜzdən xahiş 
eləyib, bax bizim bu möhkəm işığı salıb - körpü saldırıb Kürün üstündən, tökür keçib, Qreklər 
yetişəndə körpü yoxa çıxıb. Qazaxda bizim bircə ƏrSar - "ritsar" dəstəsi qalıbmış, hücum 
eləyiblər. Bu əhvalatı çaparlar ƏrEyə çatdırıblar. ƏrEydə, yəni o birisi baş şəhərimizdə məmurlar 
tez atlanıblar, atları dəyişə-dəyişə dayanmadan gəlib, Kürdən keçib, indiki Poylu stansiyasından 
təxminən on verst o yanda qoyunları yunundan tanıyıb gediblər, görüblər göydən işıq zehi düşüb 
bir çobanın başına, səs eşidilir, "Sağdı Sarınız", yəni bağSar rütbəsində olan Ulu Bağ ƏsƏlMən 
sağdı, gedin səcdə edin, aparın EyÜnAğa (yəni "Qazaxa")1 Sarlığını eləsin... bu yaşıl işıqları 
gözlərimizə göndərən həmin o SafAğımız BağSar AğEyin kiçik qardaşıdı, Bəy, yəni ƏlAğ 
EySarımızdı. Görürsənmi "Allahımız necə məzəli işlərlə məşğuldu. Mənim gözlərimdə irsi yaşıl 
rəng əslində bir nöqtə qədərdi. Əmma EySar bu gözləri indi yam-yaşıl göstərir sənə, biləsən, bu 
EvƏrEy rəngidi, Saf təbiət rəngidi bu rəng. Sən - təhrif insan isə yırtıcılıqdan başqa heç nəyə 
qadir deyilsən, bəy! Çaşma, mən həmin Şüşəlidə ölən Səmədəm, fərqim budu ki, gəncləşmişəm, 
ƏlAğ ESarımızla yaşıd - otuz dörd yaşlı gənc olmuşam. Sən mənə yenə zülm eləsən, yaşım yenə 
artar, saçım ağarar, tökülər, Bəy. Sağ ordundakı iri pis yara şişginliyinə görə "Orduqozdu" 
ləqəbilə tanınan o bədbəxt də dönüb həmin bədbəxt olar. 
 
 


 
169
 
- Öləndən sonra? 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bizim - OdƏrlərin işlərimiz dəyişdikcə o işimizlə adlanırıq, bəy. Məsələn, OdƏsEy, Qreklər 
OdƏsEyin əvəzinə "Odisseya" deyirlər, Ruslar, "Kaşşey bessmertnıy" deyirlər, bəy. Bilirsən sən 
bunu. Necə yəni "öləndən sonra?" zülmkar Yerdə bu vəziyyətimizdə görünsək, cibimizə pasport 
qoyub, sərbəst vətəndaş olsaq, bizi heç kəs tanımaz, "Həmin Səməd" deyirəm, şərti deyirəm. 
"Həmin Orduqozdu" olar, deyirəm, bunu da şərti deyirəm. EySar istəsə, elə o əvvəlki halımızda 
da göstərə bilər. Heç nəyə təəccüblənmə! Dərs davam edir! SimOdam mən, "Səməd" demə, bu 
oğlan da "Musa" deyil, BağSardı. Diqqət yetir, gör necə uca rütbəyə yüksəlib indi: BağSar! 
 
 
 
- Hə?! Doğrudan Bağdı?! 
 
 
 
- Əlbəttə. Libasını görmürsən?! 
 
 
 
Bəy başını qarmaladı. 
 
 
 
- Dəhşəəət! Orduqozdu Musa necə Bağ oldu, canım?! 
 
 
 
Qəh-qəhə çəməni götürdü. 
 
 
 
Bəy özünü yığışdırdı. Və nə isə demək xatirinə soruşdu: 
 
 
 
- Hər sifətə düşən İblis iki də ola bilər, beş də, on da? 
 
 
 
Səməd: 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə