Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   39   40   41   42   43   44   45   46   47

 
180
Siz, yoldaş Stalin-Velikiy komandan belə adama geroyluq verərsiz? Özü də birini yox, ikisini bir 
gündə". Stalin, əlbəttə, verməyib. 
 
 
 
Səməd şüşəni dodağına söykəyib, uzun-uzadı qurtuldatdı. 
 
 
 
- Mustafanın öldürülməsinin səbəbini yaxşı izah elədin - dedi - təkrar edək ki, kin yaddaşı 
kütləşdirir. Nədi Yaddaş? 
 
 
 
- EyOdƏs deyil? Uca Yaradan həqiqət. ÜnƏsə "ins"ə niyə verilib bu? 
 
 
 
- Eşit: mühakimə üçün! İdrak üçün! Sadəcə, ağıl üçün! Demək, kin insanın yaddaşını alır? Bəli, 
Bəy. Buna görə də ruhani məktəblərində uşaqlara ilk növbədə kin aşılayırlar: "Allah" yolundan 
azan bəndəyə "kafir"ə kin!.. KPSS-in təsirilə yox, Romanovların Peterburqdakı "Musulmanskaya 
duxovnaya seminariya"sında "İsrail oğlulları"ndan danışan o təhrif. "Quran"ı tədris edə-edə 
dumanlı”kafir"ə içərini kinlə doldurub, altıncı ildə Bakıya qayıdanda itirmisən yaddaşını sən. 
"Kafir" - "KiEvƏr" - OdEvƏr. 
 
 
 
Bəy etiraf etdi:  
 
 
 
- Heç nə başa düşmürəm. 
 
 
 
Səməd dedi: 
 
 
 
- İzah eləyirəm. 
 
 
 
De görüm, İsa əfəndi ilə İsmayılın dəfnindən sonra cəmaat nə danışırdı? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Cəmaat deyirdi: "Omar ağanın qapısı bağlandı". Bayaq dedim bunu!  


 
181
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- "Qapısı bağlanan" Omar ağa neylədi dəfndən sonra? 
 
 
 
Bünyad bəy qəribə şeylər danışdı: 
 
 
 
- Nabat Alılı1 kəndindən zurnaçı çağırtdırdı. Arabasını xalı-xalça ilə bəzədi. Bir-birindən körpə 
yetimlərə, dul gəlinlərinə toy paltarı geyindirdi, doldurdu arabaya. Özü də əyləşdi qabaqda, 
zurnaçıların yanında. Toy havaları çaldıra-çaldıra apabanı sürdürdü xır yolla üzü yuxarı. 
Eminlilərdə, Nabat Alılıda, Şıxlıda, SarıVəlilidə gəlinlərini, qız nəvələrini tez-tez arabadan 
düşürüb gözü yaşlı-yaşlı oynamağa məcbur elədi. Qayıdanbaş yenə gümrah havalar çaldırdı, 
arvad-uşağı oynatdı. Özü də oynadı. Belə iş tutdu Omar ağa dəfndən sonra. 
 
 
 
Deyirdilər: "Omar Koxa dəli olub". "İki ildə beş oğlu itirən ata necə dəli olmasın!" 
 
 
 
Sonra mən elə onun özündən öyrəndim ki, "Bünyadtəki cəhənnəmlikləri, Rusun casuslarını 
allatdım. Hələ mən də fikirləşdim ki, hə, kişi doğrudan dəli olub. 
 
 
 
Səməd dedi: 
 
 
 
 - Danış. 
 
 
 
Bünyad bəy çiynini çəkdi: 
 
 
 
- Nəyi? 
 
 
 
Səməd gülüşən qızlara təpinib: 
 
 


 
182
 
- Necə nəyi?! - dedi. - Muğanlı küllüyünün tarixini sona qədər danışmalısan! Sona qədər!.. Rus 
ordusu qayıdandan sonra Omar ağanın intizarı vardı. Dedik, Dəlilər stansiyası ilə Gəncə 
arasında, İsa əfəndi, ƏrÜz OdƏrlərinin qanını tökməyə məcbur olduğuna görə sarsılmışdı. 
Müsavatçılar deyirlər: “On beş eşalonda ordunu biz qırdıq ki, silahlanaq gedək Bakını alaq”. İsa 
əfəndi isə Rusu ona görə qırmışdı ki, Bakıya girib orda möhkəmlənib qalmasın o ordu. Sonralar 
bayatı deyirdi, ağlayırdı. Omar ağa qorxurdu ki, OdAğÜzə getməsin oğlu. Danış dalını. 
 
 
 
- Qəbirstanda bir hadisə oldu. 
 
 
 
Vay-şivənin içində birdən hamı susdu. İsa əfəndinin qara atı başını qəbrə sallayıb ağlayırdı. 
Omar ağa isə qara atın başını sığallaya-sığallaya göyə baxırdı. 
 
 
 
Birdən diksindi, dönüb məni çağırdı. Dedi: "Göyə bax, mənim baxdığım səmtə. Gör hardadı 
mənim SafAğ balalarım!"  
 
 
 
Baxdım, PirVəli, Hacı Alı, Musa, Hüseyn, Salahlı Musa göy çəmənlikdə İsa Əfəndi ilə İsmayıla 
doğru yüyürürdülər, İsa əfəndi ilə İsmayıl da onlara doğru.2 
 
 
 
Omar ağa dedi: "Daha dərdim yoxdu. Heyif, cammaatı başa salammıram, bir də atı". 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- İndi de görüm, iyirminci ildən indiyə qədər, səksən iki ildə bu hadisəni xatırlamısanmı heç? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Yox. 
 
 
 
Səməd dedi: 
 
 


 
183
 
- On beşinci ildə Göy Qılıncdan Göyçəyə qayıdanda nə gördün, nə eşitdin? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Qəribə sistemsiz danışdırırsan məni. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Sistem xronologiyada deyil, məzmundadı, bəy. 
 
 
 
Səni mən Mazandaran meşəsinə apardım, ordan "İrəmə", sonra Yerə... Saflıq dərsindən bir az 
faydalandın, əmma yenə də zorakı, vəhşi, murdar təhrif insanlığın üstələdi, qızların öpüşlərini 
biri-birindən seçmədin, "kəmər" açmaq ehtirasına qapılıb ağlını itirdin. Bunun ardınca o zorakı 
təhrifliklə yırtıcılıq, qatillik arasında məsafə olmadığını göstərdim: sənə qul kimi tabe olsa da, 
"verbovka"ya razılışmayan, yəni vətənini, xalqını satmağı ölümdən betər sayıb, sənin it dizlərin 
altında qarın-bağırsağının dağılmağını ölümdən betər bilən məzlum Sərvini qarın altına 
basmağını göstərdim, Orduqozlunu necə soyuqqanlı öldürdüyünü göstərdim. Məmməd ağanın, 
Omar ağanın beş oğlunun, Salahlı Musanın, Salahlı İsmayılın ölümləri sənin Peretburqda 
dərsinə, casusluğuna bağlandı, casusluğun saysız-hesabsız insan qanundan Bünyad bəy adında 
vəhşi heyvan yaratdı. 
 
 
 
Yer indi Bünyadların pəncəsi altında yanır, Qana batır, suya batır!.. 
 
 
 
Omar ağa qəbristanda, o faciənin içində sənə Kainat həqiqətini - Əbədi ÜnƏsləri göstərdi, ondan 
da qətiyyən dəyişmədin. 
 
 
 
İndi təsdiq elə ki, insan təfəkküründə sistem hadisələrin xronikasında deyil, sənin mənim, bir 
başqasının həyatının ümumi məzmunundadır. Bu məzmuna "təzyiq olmaz", "öldürmək olmaz" 
qanunlarından kənara çıxanda Kainatın harmoniyası pozulur, Bəy! 
 
 
 
İndi Göy Qılıncdan Göyçəyə qayıdanda gördüklərini danış! 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə