Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   39   40   41   42   43   44   45   46   47

 
170
- Afərin, - dedi. - Səni çıxsaq, burda on nəfərik biz. Sərvinaz da İblisdi? Klara da, İra da? Alla 
da? Qumral da? O hind gözəli də? Hurilər də? A kişi, bunlar hamısı OdAğÜzdən göndərilən 
kinodu, dedik axı sənə! Lazım olsa lap milyon İblis gələr. Bəs necə?! Əmma bu böyük zülm olar 
Yer planeti üçün, beş dəqiqəyə məhv eləmək olar bəşəriyyətinizi. Bildin?! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Dünyamızı tanımıram. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Çaşmamısan, bəy. Sadəcə, beynini zir-zibillə doldurublar. 
 
 
 
Suala cavab ver. 
 
 
 
Bünyad bəy beynində qeyri-adi aydınlıq hiss edib, hətta bir qədər sevinən kimi oldu: 
 
 
 
- Yəni, siz doğrudan öldürmürsünüz heç kəsi?! 
 
 
 
- Öldürürük! Həm də dirildirik! 
 
 
 
Bəy duruxdu: 
 
 
 
- Çaşdım yenə... 
 
 
 
Səməd soruşdu: 
 
 
 
- Sən təhrifsən? 


 
171
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Təhrifdən də təhrifəm. Bu aydındı. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bir halda ki, təhrif insan olduğunu və OdAğÜzdən göndərilən kinonun təhrifi cəzalandırdığını 
da dərk edirsən, bəs Yerdəki qaragözlü Səmədlə qaragözlü Musanın əvəzində göstərilən bu 
yaşılgözlü SimOdla bu yaşılgözlü BağSarın kino olduğunu niyə dərk etmirsən, ay idraksız? Biz 
hərəkət edən canlı insandan seçilməyən işığıq. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Elə hey dolaşdırırsan bu idraksız bədbəxti! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Cəmi "Yevrey"lər arasında ən müdrik! Yevrey" belə idraksızdırsa, o birilər necədirlər, ay 
idraksız?! Ağa, Marsa raket göndərirlər. Kim izn verər buna?! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- "Yevrey", "Yevrey", "Yevrey" eşitməkdən, beynim mozol oldu. Heç olmasa, "Cuhud" de bir 
dəfə! Yəhudi" de bir dəfə! 
 
 
 
Səməd dedi: 
 
 
 


 
172
- "Cuhud" "Ərəb" kəlməsidi, "Tərik" - "Türk" - "TürkMən", - "Tərəkəmə", "Tatər" - "Otar" və 
sairə və ilaxirə... bu zir-zibilin hamısını təkrar eləyim? Ümumləşdirirəm mən milləti: EvƏrEy 
OdƏri, ƏrÜz, AğÜz OdƏri! Hər OdƏr öz vilayətinin adı ilə fərqlənir.  
 
 
 
Biz Yerə qayıdanda yenə belə vilayətlər olacaq. 
 
 
 
Bünyad bəy bir ara boğulan kimi oldu. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Sözü içində boğma, açıq de!Bəy dedi: 
 
 
 
- Qayıdacaqsınız? Heç nə qanmıram, bu qədər sivil Aləm, niyə məhv eləmirsiniz Yeri, niyə 
qurtarmırsınız canınızı bizdən?!  
 
 
 
Səməd gözlənilməz qəmləndi: 
 
 
 
- Milyon dəfə deyilib sənə: "öldürmək olmaz", "təzyiq olmaz". Sənə təzyiq göstərirəm, diqqət 
yetir, nə qədər ağrıkəsici şərab içirəm. Sənə görə zülm çəkirəm, ay it! 
 
 
 
Səməd birdən-birə başqa suala keçdi: 
 
 
 
- Planetdə təsəvvürlər dolaşıb, bəy. "Dyavol" düzdü, yoxsa "İblis"? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Sözüyün altında söz var. 
 
 
 


 
173
Demək istəyirsən ki, EvƏlƏs, OdEvƏl təhrif kitablarda "İblis"ə, "Dyavol"a çevrildiyinə görə 
mənim EvƏlƏs, OdEvƏl haqqında təsəvvürüm düz deyil. Təhrif "İblis" təhrif "Allah"ın sağ əli 
olub, təhrif "müsəlman"a əzab verir. Təhrif "Dyavol" isə təhrif "xristian"a əzab verir. 
 
 
 
Səməd dedi: 
 
 
 
- ƏsƏrOd ikən "çort"a çevrilən də var, bəy. ƏsOdÜn ikən "Şeytan"a çevrilən də var. Ün 
OdƏrMən OdƏr ikən "hinkir", "minkir"ə çevrilən də var. ƏrOdEv ikən "Ərdov"a çevrilən də 
var. Sənə mən hələlik "Quran" "İblis"i göstərmişəm. Məqsədim nə olub? Cavab ver. 
 
 
 
- Demisəm ki, EvƏlƏs - Yaradan Əlin Evi - ƏlAğın - "Allah"ın Evidi, Din uydurması "İblis" 
deyil. Bunu mən min-milyon dəfə eşitmişəm, oxumuşam. Əvvəlcədən bilirdim ki, gözləri alma 
boyda, libası qırmızı qorxunc "İblis" yoxdu. 
 
 
 
- Bəs niyə qorxdun? 
 
 
 
- Çünki, görünür, o anda sən mənim biliyimi almışdın. 
 
 
 
- Afərin, bəy! Səbəbi - dərsdi? 
 
 
 
Düzdü? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Yəqin ki, elədi də. 
 
 
 
Səməd təsdiq etdi: 
 
 
 
- Dərsdi, bəy, dərsdi... Dərs aldın? 
 


 
174
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Şübhəsiz, aldım. Əmma sirlidi. 
 
 
 
Səməd dedi:  
 
 
 
 - Bəli, sirlidi! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Aç sirri. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Dərsin əsas səbəbini hələ deyə bilmərəm. İxtiyarım yoxdu, bəy. Əmma bir sirr açıram. 
 
 
 
BağƏsƏlMən ikən "müsəlman"a çevrilən təhrifin təhrif təsəvvürünə görə İblis hər cür dona girə 
bilir. Yəni hər cür sifətə düşə bilir. 
 
 
 
Düzdü? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Düzdü. 
 
 
 
Səməd dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə