Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
104
 
Heyrət bəyi xeyli susmağa məcbur etdi. Sonra ağır - ağır soruşdu ki: 
 
 
 
- Kim dayandıra bilər belə qlobal müharibəni?!  
 
 
 
Səmədin cavabı öldürücü idi. 
 
 
 
- Müharibə özü dayandıracaq müharibəni. Görmürsənmi Yeri su basır, ay kor! 
 
 
 
- Hə?! Yəni doğrudan potop?! 
 
 
 
Səməd elə bil öz - özünə: 
 
 
 
- Potop... potop... potop, - dedi. - Heyif səndən, ey gözəl EyƏr! 
 
 
 
Bünyad bəy duruxmuşdu. 
 
 
 
- Bura bax,- dedi - Bəs Pünhanınız yazır ki, Bağdayı su basmayacaq?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bunu gələcək göstərər. Keçək başqa suala: Omar ağanın hansı oğlunu harda öldürdün?.. 
Mustafa əhvalatı yarımçıq qaldı, Omar ağanın böyük oğlu Pir Vəlini, İşıqsaçan deyilən 
Hüseyni... Sarıyoxuş deyilən yerdə Hüseynin dostu, qardaşlığı Musanı necə öldürdün? Danış!  
 
 
 
Bünyad bəy sakitcə dedi: 
 
 
 


 
105
- Sənə, şübhəsiz, bu da məlumdu ki, iyirminci ilin yazında Hərbi Komissar Əliheydər Qarayev 
çağırdı məni, uzun bir söhbət başladı: "Doktor On birinci ordunu Türk ordusuna döndərir.1 
General Şıxlınski ilə general Mehmandarovu güllələməli idik biz. Əlimizdən aldı, ikisini də, 
guya Leninin sərəncamına göndərir. Əslində danışıblar ki, Ermənistanı almalıdılar, ordakı köhnə 
Türk ərazisini bərpa eləyib Türkiyə ilə birləşməlidirlər. Başını burda islat, Tiflisdə qırxdır. 
Şəxsən Ayolloya çatdır ki, Omar ağanın oğulları PirVəli ilə Hüseyn, məmməd Xozeyinin 
mədənindədirlər. Səs yayıblar ki, Hüseynin toyuna hazırlaşıblar, guya toya hazırlıq üçün PirVəli 
TürMən yatağında qoyun sürülərini atıb gəlib. Hüseynin özü ilə birlikdə fəhləlik eləyir, pul 
qazanır. Bu nə deməkdi?! Türmən yatağındakı sürülərdən on-on beş qoyunu Qazağın Maltəpəsi 
bazarına çıxarıb Qazaxdaca qazanmaq olmazdı pulu?! Qoyun heç. Maarif komissarının finansisti 
Mahmud Yolçiyev yəni belə kasıb düşüb ki, bir toyun xərcini çəkə bilmir? Nərimanov cənab 
Tağıyevə xüsusi malikanə verib, var-dövləti də içində. Məmməd xozeyinin Sabunçudakı 
malikanəsi də hələ öz ixtiyarındadı. Sual olunur, milyonerlə oturub-duran Mahmud ağa başına 
and içdiyi dayısının mötəbər sərkər çoban oğlu PirVəlini Türmən yatağının gül-çiçəyi içindən 
gətirib mazuta basır?! İş çox ciddidi, Bünyad bəy”. Hərbi komissar az savadlı idi. Nərimanov 
onu heç cür başa sala bilmirdi ki, "Sən Yəhudi" - EyOd OdƏrilə "tərik" - "türk" EvƏrEy 
OdƏrinin arasında heç bir fərq yoxdu. Ayrı-seçkilik salma! Bədbəxtlik olar, xalqımız parçalanar. 
Komissar isə elə hey deyirdi: "Yəhudi" - Yəhudidi, Türk - Türkdü, vəssalam! Mənə dedi: "Necə 
deyirəm, o cür, başını burda islat, Tiflisdə qırxdır. Yaz, Ayollunu başa sal ki, Lenin Mustafa 
Kamal Paşanı1 əbəs hazırlamayıb Budyonnunun, Voroşilovun ştablarında. General Şıxlınski ilə 
general Mehmandarov "leninin sərəncamına" nə məqsədlə göndərilirsə, xəncərindən qan daman 
PirVəli ilə qardaşı Hüseyn də o məqsədlə "fəhləlik eləyirlər". Omar ağanın Hüseyndən də betər 
"İşıq saçan" oğlu İsa əfəndi Qazağa əbəs yerə voyenkom göndərilməyib. Türk zabitlərini biz 
əlbəəl gəzirik ki, divara söykəyək. Türk İsa əfəndi voyenni komissar ƏliHeydər Qarayevin2 
voyenkomu olub Qazaxda! Nəinki divara söykəyə bilmirik, heç yaxınlaşmağa da cürətimiz 
çatmır!.. Nə deyirəm hamısını yaz çatdır, Bünyad bəy, PirVəli! Hüseyn! Bunların müşayiətçisi 
Musa Salahlı kənd sakini, İsa əfəndi ilə yavəri Mikayıl. Bu beş nəfərin beşi də aradan 
götürülməlidir ki, Ata Türklə gizlin əlaqələr kəsilsin". 
 
 
 
Əliheydər Qarayevlə o söhbətdən sonra məni dərd götürmüşdü. Omar ağanın iki oğlunu o cür 
öldürmüşdüm. İsa əfəndinin də ölümə məhkumluğunu başa düşəndə Omar ağanın kiçik oğlu-
doqquz yaşlı Mustafa gəldi durdu gözümün qabağında. O cür ailədən bir uşaq qalırdı, bir də ki, 
Omar ağa özü. Demişdim: "Cənab qarayev, qansız keçinmək olmazmı?!” 
 
 
 
Səməd dedi:  
 
 
 
- Yenə əbəs yerə tülkülük eləmə, ey qaniçən! İyirminci ildə artıq xəstə idin: qan tökməyəndə 
gözünə yuxu getmirdi! Fransız ədibi Emil Zolyanın "Vəhşi insan" romanının qəhrəmanı kimi 
evlərin daldalarında dayanıb cibində bıçaq, boğula-boğula gözləyirdin ki, qan axıdasan! Türk 
Qanı! 
 
 
 
Bünyad bəy bir xeyli susdu. Sonra düşüncəli: 
 
 


 
106
 
- İnsan insanın fikrini oxumamalıdı! Bağlarınızın bu içadı heyvanlıqdan da betərdi! - dedi və 
cavabında səməddən kəşfə bənzər bir ifadə eşitdi: 
 
 
 
- Sən bütün bəşəriyyətin düşmənisən, Bünyad bəy! De görüm, Əliheydər elə ciddi tapşırığı 
kimdən almışdı? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Satalin zəng vurmuşdu. 
 
 
 
- Bəs Stalinə o məlumatı kim vermişdi, Bəy? Sən Stalinə depeş göndərmişdin, Stalin isə 
Əliheydərə və Ayolloya! Bu heç. De görüm. Bolşevik Stalinin menşevik Ayolloya direktiv 
göndərməyində nə sirr var? 
 
 
 
Bəy dedi:  
 
 
 
- Stalin heç vaxt bolşevik olmayıb! 
 
 
 
- Hə? Bəs kim olub? 
 
 
 
Bünyad bəy: 
 
 
 
- Qrek olub, Anti Türk Stalin Qrek idi. Anti Rus, anti Alman, Anti Yevrey Stalin! Sən ki, bilirsən 
bunu. Niyə soruşursan?! 
 
 
 
Səməd başqa sual Verdi: 
 
 
 
- Sverdlov kim idi milliyyətcə?Bünyad bəy dedi: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə