Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
100
 
Muğannalardan "Snimok - parol"un sirrini bilənlərin hamısı Göycə mahalında, Göy qılınc 
yaylağında idi. Dərhal gətirdilər dokumentləri. Pasportu açdım. Şəkil pasportun arasında idi. Ala 
dovşan dərisindən papaq vardı yeddi yaşlı Adı Pünhanın başında: 
 
 
 
Bünyad bəy əvvəlcədən bilirdi ki, ala dovşan dərisi Nəriman Nərimanovun EyAğOd - "Yakut" 
səfərindən sonra bir "Yakut" türkünün əlilə Məmməd ağaya, Məmməd ağadan Omar ağaya 
göndərdiyi "hədiyyə rəmz" idi. Otuz dördüncü ilin yazında Omar ağanın bacısı oğlu Mahmud 
Yolcuyevin çamadanında gedib Göy Qılınc yaylağına çatandan sonra gizlin SafAğ alimi "Hacı" 
Babanın4 əlində papağa çevrilib, altı yaşlı varisin5 başına qoyulmuşdu. Sonra həmin Mahmud 
Yolçuyevin göndərdiyi fotoqrafın fotoaparatında altı ədəd şəkilə çenvrilmişdi ki, Türk ərazisində 
"Dəli"ləri birləşdirə-birləşdirə Naxçıvanda "Şeyx Xorason" türbəsinə gedib Milli hökumət təşkil 
etsin. 
 
 
 
"Snimok-parol"un yeddinci qopyası Bünyad bəyin fotoaparatında Mirqəzəbin vaqonuna getdi. 
Görüş istirakçılarının hamısı dərk etdi ki, Stalinin pəncəsinin altında gizlin yaşamaq mümkün 
deyil. 
 
 
 
O tayda Milli hökumət SafAğ Elmi əsasında qurulmalı idi. "Şeyx Xorasan" - Nəimi türbəsində, 
Nəiminin “Cavidannamə"sinin arasında saxlanan proqrama görə, Elm Türkiyədə, İrakda, Ərəb 
ərazilərində yayılandan sonra İslam dini ifşa edilməli idi və "Əxi" - AğEy bayrağı1 qaldırılmalı, 
Bağday elan olunmalı idi. 
 
 
 
Gəncə qubernatoru, Muğannaların nizami ordu hissələrini - "Qacaqlar"ı qırdıqdan sonra 
Muğannaların böyük bir qismini öz əmri ilə müxtəlif cəhətlərə sürdüyünə görə onların gizlin 
dağılışdıqları əraziləri şəxsən bilirdi və hələ 1920-ci ildən (Sovet Hakimiyyəti qurulmasından) 
bir neçə il əvvəl "Muğ"ları axtaran casuslar seti yetirmişdi və raport almışdı ki,"Muğ"lardan bir 
qismi "Yevrey" - EvƏrEylər Yakutiyaya qaçıblar və orada Elm yayırlar. 
 
 
 
Parolu Mirqəzəbin pasportunun arasında görəndə görüş iştirakçıları dərhal əl çəkdilər o 
proqramdan. Milli höküməti Nərimanovun 1904-cü ildə yazdığı sosializm proqramı əsasında 
qurmağı lazım bilib, Stalinə məktub yazdılar. 
 
 
 
SafAğ "Dəli"si, EvƏrEy OdƏri Məmməd xozeyininizi belə öldürdü bu Yevrey Bünyad! Arzusu 
ilə birlikdə! 
 
 
 
Səmədin səsində istehza hiss olundu: 
 


 
101
 
 
- Əminsən ki, Məmməd xozeyini arzusu ilə birlikdə öldürmüsən? 
 
 
 
Bünyad bəy "hm" eləyib dedi: 
 
 
 
- Əlbəttə! 
 
 
 
Səməd dedi: 
 
 
 
- İzah elə. 
 
 
 
Bəy dedi: 
 
 
 
- İzahsız da məlumdu. Otuz dördüncü ildə Omar ağa dünyasını dəyişəndə cibindən çıxan 
siyahıda on nəfərin adları kimlərin adları idi, bunu hamı bilir. 
 
 
 
On nəfər "Comərdin - qaçaq başçısının adlarının mənim əlimə keçməsi demək idi. Göyçə 
mahalının, dərəlyəzin, Ağbabalı kəndliərində səssiz-səmirsiz, beşbir-üçbir öldürülməsi 
deməkdisə, bu, gizlin Bağdayın tamam ordusuz qalması deməkdi. Məmməd ağanın cibindən 
tapılan parolun Mircəfər - Mirqəzəbin əlinə keçməsi isə Cənubi Azərbaycanda, kürdüstanda, 
döv-lətlərinizin məhvi deməkdisə, Məmməd ağanın arzusu da özü ilə getmədi?!Səməd qımışırdı: 
 
 
 
- Hara getdi? OdAğÜz BağOdƏrə, ya yox?! OdAğÜz sakini, Kainat sakini Səməd Əmirli 
qarşında əyləşib səni Cəhənnəm Odunda yandırırsa, Kainatın bütün OdƏr bəşəriyyəti Yerdə - 
EyƏrdə Bağdayın bərpasını gözləyirsə, Məmməd ağanın arzusu harda, nə vaxt ölüb, ay kar, kor 
"ins"?!". Bu da sofistikadı, yoxsa reallıqdı?! Cavab ver! 
 
 
 
Bəy, düşgün, üzgün: 
 
 
 
- Yenə üstələdin - dedi - Səhvə yol verdim mən. Nöqsanım var mənim: hissə qapılanda həmişə 
səhv eləyirəm. 


 
102
 
 
 
Səməd dedi: 
 
 
 
- Məmməd xozeyinin arzusu bütün Kainatda bütün OdƏr bəşəriyyətinin arzusudu, əlbəttə. 
Əmma o arzu indi həyata keçir, ay ağılsız Yevrey! 
 
 
 
Bünyad bəy diksindi: 
 
 
 
- Həyata keçir?! 
 
 
 
- Bəs necə?! 
 
 
 
- Mən niyə görmürəm?! 
 
 
 
- Görürsən. Adıpünhan kimdi? 
 
 
 
- SafAğ Elmi varisidi. “Yeni GürÜn” yazan Muğanna Adıpünhan, yeni bağHəmOd - 
"Məhəmməd" deyilmi, ay bədbəxt?! 
 
 
 
Bünyad bəy bir xeyli susub, sonra diksindi. 
 
 
 
- Məhəmməd?! 
 
 
 
- Xeyr. "Məhəmməd" də, "quran" da Ərəbin təhrif sözləridi, ay idraksız! O BağHəmOdumuzun 
"GurÜn"ünün guya üstünə qan tökülüb, guya oxunmur. Yeni BağHəmOdumuzun "GurÜn”ünü o 
qanlı əllərinlə vərəqləyə-vərəqləyə, dəhşətə gələ-gələ oxumamısan?! 
 
 
 


 
103
Bünyad bəy özünə arxalanır, ay bədbəxt! Yalançı lailahəilləllaha ən fanatik İslamçılar da 
inanmırlar. Hə, yanırmı için?! Düzünü de! 
 
 
 
Bəy astadan: 
 
 
 
- Yanır, açığı, yanır. - dedi. 
 
 
 
Bəy yenə çaşqınlaşdı: 
 
 
 
- Bu vaxta qədər yüzlərlə çekist qarşısında oynamışam, sirrimi heç kəs görməyib. Dəhşətli yox, 
sən möcüzəli çekistsən! Ayıltdın sən məni: Bünyad bəy səni də Məmməd xozeyinin dalınca 
göndərəsi oldu. 
 
 
 
- Afərin, bəy! Kar-kor Yevreylər qalıb gəlsələr, yeni Sovet imperiyasının gələcək mərkəzi 
Moskvada heykəl ucaldacaqlar sənə. 
 
 
 
- Bünyad bəydə qətiyyən şübhə yoxdu! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Yəni sən görmürsənmi ki, gizlin Sovetlər - İran, İraq, Suriya, Şimali Koreya və sairə - hamısı 
yanır?! 
 
 
 
Bu dəfə Bəy güldü. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Müharibə dayansa da dağılacaq! 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə