Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
83
 
 
 
- Bəsdi, ay Musa, qoy mənim suallarıma cavab verməyə taqəti qalsın. 
 
 
 
- De görüm, a Bəy... Mənim şəhərimi kim dağıdıb? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Aleksandr dağıdıb. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bəsit demə! 
 
 
 
Bəy təfsilatı xatırladı: 
 
 
 
- Əsas dağıntını Birinci Aleksandr eləyib 1797-ci ildə. 
 
 
 
Səmədin üzündə narazılıq göründü. 
 
 
 
- Birinci Aleksandr hara, ƏrOdBil hara, bəy? Təkrar eləyirəm: bəsit demə, ay "Yevrey" 
qəbristanı! 
 
 
 
Bünyad bəyin də üzündə narazılıq gəzdi. 
 
 
 
Səməd dedi: 
 
 
 


 
84
- Bir də de! 
 
 
 
Bəy qəzəbdən ağappaq ağardı.  
 
 
 
- Nəyi, əşi?! 
 
 
 
- Bir də de: ƏrOdBili kim dağıdıb?! 
 
 
 
- demədimmi?! 
 
 
 
- De görüm niyə təkrar dedirdirəm, a Bəy? 
 
 
 
- Aydın məsələdi: mənə işgəncə verirsən. 
 
 
 
- Niyə?! Bax bu suala heç cür cavab verəmməzsən, Bəy. Özüm deyirəm: çalışmısan 
Muğannaların qəlbinə girəsən. Nədi bu, a Bəy? Ən dəhşətli "ins" hiyləsi deyilmi?! Məhz bu hiylə 
ilə neçə Muğanna öldürmüsən, onu da danışıcaqsan. Kimi, harda, necə öldürmüsən? Hamısını 
danışacaqsan, əməllərini göz önündə görə-görə! 
 
 
 
İndi de görüm Şəhri-Yarı kim dağıdıb? 
 
 
 
- A kişi, demədimmi?! "Özünü Rus qələmə verən fransız yevreyi Birinci Aleksandr Romanov 
dağıdıb! Razı qaldın?! 
 
 
 
Səməd hirsli idi. 
 
 
 
- Mən niyə bu qədər "Yevrey", "Yevrey" deyirəm, ay Yevrey qəbiristanı?!Bünyad bəy dedi: 
 
 
 


 
85
- Muğanna fəlakətinin tarixini yaradanlar tək Yevreylərdi?! Faciənin tarixi daha qədim deyilmi?! 
 
 
 
- Danış!Bünyad bəy tir-tir əsdi. 
 
 
 
- Axı çox qədimdi! Çox! 
 
 
 
Səməd eyni inadla: 
 
 
 
- Danış - dedi. 
 
 
 
Bəy az qalırdı ağlasın: 
 
 
 
- Lap cana doydurdun məni! "Şəhri Yar"da "Mağ" adı altında gizlənən bağların hamısı hər 
axşam "Musa" adı altında gizlənən Ulu BağƏsƏlMən BağSarın su quyusunun dövrəsinə 
yığılırmışlar. 
 
 
 
Səməd birdən güldü: 
 
 
 
- Yaxşı... O gizli köçü danış. 
 
 
 
- Niyə? 
 
 
 
- Demədimmi niyə?! 
 
 
 
Bünyad bəy bar-bar bağırmağa başladı: 
 
 
 
- İyirmi üçüncü ilin yazında Məmməd ağa Bakıdan gələndə mən də gəldim. Zaloğlu 
stansiyasında o düşəndə mən də düşdüm. 


 
86
 
 
 
- Dayan! - Səməd bu dəfə daha gözlənilməz sual Verdi: - Məmməd ağanı nə vaxt öldürdün? 
 
 
 
Bünyad bəy çaşqınlaşdı. 
 
 
 
- Sən məndən o gizlin köçü soruşursan, yoxsa cinayətlərimin tarixini?! 
 
 
 
Səməd güldü: 
 
 
 
- İkisi də eyni tarix deyilmi, ay tarix yaradan?! Ulu Bağın Faciəsini danış indi. 
 
 
 
Bünyad bəyi titrətmə tutmuşdu. 
 
 
 
- Ədalətsizsən!.. Ulu Bağ ƏsƏlMən SağSan BağSar bir dəfə Antitürk müharibəsinin əvvəlində 
qaçıb bəlxə, orda da öldürülüb. Bir dəfə də, bayaq dedim, Yezidilər Şah İsmayılın ətrafında 
"səfəvi" Adı ilə Ərdəbildə SafAğ Şeyxlərini qıranda sürülüb, Mərvdə ikinci dəfə öldürülüb. Sən 
bu cinayətləri də mənim ayağıma yazırsan?! 
 
 
 
Səməd dedi:  
 
 
 
- Muğannalar sənin cəmisi üç kilometliyində olurlar, Muğanlıda. Gedirsən, salam verirsən, 
süfrələrində oturursan. Neçəsini zəhərləmisən, ay "qızıl ilan!" "Qızıl ilan"! Belə bir kliçkası var 
bir nəfərin. küllüyü danış.  
 
 
 
Bəy əlacsız: 
 
 
 
- Yaxşı, danışım - dedi. - Direktivləri Stalindən, Beriyadan, Bağırovdan alırdım. Sentrdən... 
Romanovların qəbri məndən əvvəlkilərin beyinlərində torpağa gedib! Necə danışım onlarınkini?! 
 
 


 
87
 
Səməd dodaqaltı nə isə pis söyüş söyüb, o dəqiqə alnını tutdu. 
 
 
 
- "Dəhşətli dərəcədə təcrübəli çekist"ə etiraz eləmə. Altıncı ildə Petroqraddan kimin direktivi ilə 
gəlmşdin Bakıya?! Nikolayı çıxart beynindən! 
 
 
 
Bünyad bəy, astadan inildədi. 
 
 
 
- Yaxşı, Nikolay İkinci də girdi bu beyinə! O birisi Nikolay da, Aleksandrlar da. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Fikrində sən "Nikolay əvvəl", "Nikolay Dəvvum", "Aleksandr Əvvəl", "Aleksandr Dəvvum" 
deyirsən. Çünki son vaxtlar çox tez-tez gedirsən o qara çadra ölkəsinə, atom bazarlarında yalnız 
farsca danışırsan ki, müsahibləriyin russkoyazıçnoye Yevreylikləri bilinməsin.  
 
 
 
Bir şey anladınmı mənim bu qeydimdən? 
 
 
 
Anlamazsan. Özünü zora salma, Bəy. 
 
 
 
Mən demək istəyirəm ki, hətta muğanlıda həftələrlə Muğannaların arasında olub kamilləşmək 
eşqilə SafAğ təfərrüatları öyrənəndə də sən ruhən "Fars Yevrey"i qalırsan. Yəni EvƏrEy ola 
bilmirsən. 
 
 
 
Ən qədim Bağdayda EvƏrEy OdƏrləri ilə EvƏrƏs ("Pars", "Fars") OdƏrləri nə qədər vəhdətdə 
idilərsə. İndiki "Fars" OdƏrləri ilə "Fars" Yevreyləri iki o qədər vəhdətdədilər, EvƏrEy 
OdƏrlərinə isə düşməndilər. Sənin beynin xalis Fars beynidi. Fransız yevreyləri olduqları halda 
özlərini Rus qələmə verən Romanovların Muğlar barədə direktivləri Fars Yevrey agentlərinin əli 
ilə icra olunub. 
 
 
 
Anladınmı, ay Yevrey?! 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə