Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
78
 
 
 
"Furak" deyəndə ki, "Simurğ quşu əfsanə deyil. Niyə bilmədin SimƏrAğ gəmisində uçacaqsan? 
Sonra şəhvət ətrafında o adi, aydın oyunları niyə anlamadın? Nəhayət, İblis gələndə niyə 
bilmədin ki, "İblis" deyil o, EvƏlƏsdi. OdAğÜzdən göndərilən canlı, insan kimi canlı şəkildi, 
kinodu?! 
 
 
 
Bünyad bəy düşünə-düşünə: 
 
 
 
- Məəttəl qalmışam... heç baş açammıram, - dedi. 
 
 
 
Səməd güldü. 
 
 
 
- A kişi, yaddaşını almışdım axı! 
 
 
 
Səməd elə bil nədənsə ağrı-əzab çəkə-çəkə bir şüşə də aldı. 
 
 
 
- Ötən gecə mən göstərirdim o kinonu sənə. "Sahib"iyin gizlin iqamətgahını, köhnə Tehranı, 
"Ay" adlandarılan Ağ planetinin içini, agentlərini, arvadını, İblisi! Hamısını mən göstərmişəm, 
bax, o yol ayrıcında. 
 
 
 
Bünyad bəy dürüxdü: 
 
 
 
- Maşında aparılmağım, o soyuq əl, o leykoplastr - filanı... 
 
 
 
Səməd bəyin sözünü kəsdi: 
 
 
 
- Zversovxozdan yol ayrıcına piyada gəldin sən. Düzdü? 
 
 
 


 
79
Bünyad bəy təsdiq etdi: 
 
 
 
- Düzdü. 
 
 
 
- Pulun yerini dəyişdirəndən sonra "Qoca"nın maşınında hara getməli idiniz? 
 
 
 
Bünyad bəy heç nəyi gizlətmədi: 
 
 
 
- "Qoca" sərhəddə düşməli idi. 
 
 
 
Səməd qəfil soruşdu: 
 
 
 
- De görüm, Bəy, selofandakı pulu niyə almışdın "Qoca"dan? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Pulu Niyaziyə verəcəydim ki, Omar ağanın kiçiyi Mustafanı öldürtdürsün. Hirslənmişdi Niyazi
dedi: Mən nə qədər əclaf olsam da, Mustafaya əl qaldırmaram. 
 
 
 
Səməd yenə dedi: 
 
 
 
- Tarixi yaradanları unutdun. Mustafanın ölümü barədə bildiyini saxla hələ. Çox dəhşətli 
ölümdü. Açığı, Pünhan dözmür bu dərdə. 
 
 
 
Belə işləri, adətən, sən özün eləyirdin. Bu dəfə niyə Qumrala tapşırıl-mışdı? 
 
 
 
- Yəqin ki, sən elə bunu da bilirsən. Məni qəsdən sıxma-boğmaya salırsan... Bakıda Dövlət 
Təhlükəsizliyi nazirliyinə məlumdu ki, İranda nə qədər antitürk işlər görülürsə, hamısı bizim 


 
80
Sentrin təpşırığıdı. Hətta İraqda atom hazırlanması da İrandan göndərilir, Amerika birbaşa İran-
Sovet istehsal qurğularını bombalamaqdan çəkinir, perspektivli kəşfiyyatlar aparır İranda, buna 
görə də bizim Sentr mən təki çoxsahəli işlər aparan kəşfiyyatçıları qabağa vermir, mənim "Yeddi 
gözəl"imdən, o cümlədən Qumraldan istifadə eləyir. 
 
 
 
Səməd əlini alnına qaldırıb, iri, uzun barmaqlarla gicgahlarını, gözlərini sıxdı. 
 
 
 
İndi mən Sənə çox əzablı hadisələri xatırlatmalıyam, yəni sənə pis təzyiq eləməliyəm. Odur ki, 
görürsənmi OdAğÜzdən mənim özümün damarlarını sıxırlar. 
 
 
 
Bünyad bəy fikrə getdi. 
 
 
 
- Başa düşmürəm, mən təki heyvana əzab verməkdən ötrü Sənə niyə işgəncə verirlər?! 
 
 
 
Səməd ağrı içində: 
 
 
 
- Onu sonra biləcəksən... İndi Musaya bax, - dedi. 
 
 
 
Qəribə idi ki, Musa, əlində bir şiş kabab və bir şüşə çaxır gətirdi, bəyin üzünə tamamilə kinsiz 
adam kimi baxıb: 
 
 
 
- Acsan. Al, ye, iç, - dedi. - Arada da de görüm o bıçaqlama əhvalatı necə oldu və mən onda 
neylədim sənə? 
 
 
 
Bəy doğrudan da ac idi. Şişdən bir qoşa qabırğa çıxarıb, iri balta dişlərinə çəkə-çəkə çoruşdu ki: 
 
 
 
- Səndəmi təzyiq göstərəcəksən mənə? 
 
 
 
Musa astadan: 
 


 
81
 
 
- Əlbəttə. - dedi. - sərvinin, Hurilərin dərsi davam eləyir. Danış o zorlama əhvalatını! 
 
 
 
Bünyad bəy ümidsiz bir ümidlə: 
 
 
 
- Səmədin verdiyi sualları qalıb axı! - dedi. Çaxır şüşəsinin dalını yerə vurub, qapağı açdı. 
 
 
 
Musa dedi: 
 
 
 
- Biz SafAğların qanına qan qarışanda uşaq hökmən urod doğulur. Sən mənim atamsan, bəy! 
 
 
 
- Nə?! - Bəyin dodaqları titrədi. 
 
 
 
Musa köksünü ötürdü. 
 
 
 
- Sən köpəyoğlu anam Güləsəri ot tayasının içinə basıb zorlamısan, anam da Ordugozdu, qozbel 
karlik doğub.. Öldürmərəm, qorxma. Biz insanı ancaq Cəhənnəm oduna salırıq... Titrəmə, 
qunduz köpəyoğlu. Qulaq as!  
 
 
 
Qırx səkkizinci il hadisələrini bu günün hadisələri kimi canlı görməmisən! Unutma ki, mən o 
gülməli karlik Orduqozdu Musa deyiləm. İndi bu Yer planetində bu “Musa” - BağSar AğEy adı 
daşıyan SafAğ alimi qədər ikinci məlumatlı adam tapılmaz, Bəy!.. Mən də Muğannalardanam 
axı. 
 
 
 
Bünyad bəy hərdən qurtum - qurtum çaxır içə-içə danışmağa başladı.  
 
 
 
Danışdıqlarını bütün incəliklərinə qədər görürdü. 
 
 
 


 
82
Görürdü ki, o ili aprelin əvvəlində Türmən yataqlarında qar əridikcə, sel-su yovşanlıqları, xırda - 
xırda dərə-təpəli, boz otluqdarı götürdükcə, eyni zamanda lopa-lopa, bol qar yağırdı. "Yeddi 
gözəl"lərdən ən çox "ipə-sapa yatmayan" nəhəng Klara gecə ikən "İt sovxozu"ndan - 
"Zversovxozdan qaçıb, qarayazı meşəsinin qurtaracağında, dul, qoca anası ilə qara damda - 
töylədə olan, onuncu sinif şagirdi Sərvinaza xəbər vermişdi ki, bu gecə Sənin ərin - 
Zversovxozda itləri yemləyən kişi gəlib damınızın bacasından içəri düşərək, səni məcbur 
eləcəyək ki, NKVD-yə xidmət göstərəsən, Muğannalardan mustafanı zəhərləyəsən, qaç burdan
uzaq bir yerdə gizlən. O, Zversovxoz iti əvvəlcə məni məcbur eləyəcək ki, səni eşiyə çağırım. 
Orda gədə-güdə agentlər səni zorlasınlar, işgəncə versinlər. Gəldim sənə deyim bunu, çıxıb İtin 
gədələrini döyəcəm, özünün əl-ayağını tutacam, sən bacadan çıx qaç. 
 
 
 
- Dayan, cənab qatil! - Musanın rəngi ağarmışdı. - Nəyi, necə görmə-misən, onu mən danışım 
indi. Sən gör öz əməlini! Sərvi qaçıb türmənə gəlmişdi. Quzuların küzündə döşək saldım ki, 
heyvanın hənirində qurusun paltarı. Gecənin bir vaxtı yaman səssizlik oldu. Qalxdım, gördüm 
dörd itimizin dördü də ölüdü. Zəhərləmişdin sən itləri. Sərvini sürüyüb aparmışdın. Lopa 
yandırdım, qurşağa qədər qarın içində, izinizə düşdüm, getdim gördüm qızı qara basdırmısan, 
özün də qarı yara-yara qaçıb getmisən. Eşdim qarı, qızı çıxartdım, qolları, qıçları kəmərlə, iplə 
bağlanmışdı, özü də qan içində, çıl-çılpaq donmuşdu. Qaldırdım apardım kahaya, ocağı bərk 
çatdım. Niyə? Çünki sən - qatil, qızı qara basdıranda yaddan çıxartmışdın ki, bu heyvanlığı 
göydən görən var!.. O vaxt heç kəsin xəbəri yoxdu ki, Muğanlıdan o yandakı Sadıxlı kəndindən 
"Dəli Əhməd", "Molla Əhməd" adında bir ağsaqqal kişi gəlirdi Türmənə, gecələr kahalarda 
çobanlara "Səfa" - SafAğ dərsi deyirdi, ərəb əlifbasıyla dəftərə yazdırırdı, gedirdi. Hələ o vaxt o 
bədbəxt, Şikəst Orduqozdu EySarı görürdü, ay heyvan! EySarın Ününü eşidirdim, ey kar, kor 
"İNS" qatil! O gecə məhz EySar mənə dedi: "Qız diridi. Qaynar süd içində bədənini qoyun mizi 
ilə ovuşdur., qarın altından yovşan yığ, suda qaynat, o su ilə cimdir qızı. Bax bu idbar 
Orduqozdu o mələyi soyundurdu, öz bacısı kimi, dizlərinin üstündə uzadıb bədənini ovuşdurdu, 
çimdirdi, qaynar süd içirdi. Səhər tezdən Sərvinin anasıyla arabaya mindirdik, Klaranın 
bələdçiliyi ilə getdik tapdıq, sən heyvanı. Çomağı çəkdim, dedim: "Sən bunu zorlayıb guya arvad 
eləmişdin özünə, murdar ətə döndərmişdin sən bu gözəli! Öl! Qaçdın! Qaçdın bu uzun qıçlarnan, 
qurtardın. Qorxdun çomağın dəmirli yeriynən başını paralayaram. sərvinin ölümündən sonra 
OdAğÜzə gedəndə bildim ki, sərviynən hətta kəbin kəsdiribmişsən ki, bilən olsa, özünü təmizə 
çıxardasan. Halal arvadını döyə-döyə zorlayırmışsan həmişə. Görürsənmi o işləklərini?! 
 
 
 
Bəyi Soyuq tər basmışdı. Titrəyə-titrəyə deyirdi: 
 
 
 
- Görürəm!.. Necə... aydın görürəm! Möcüzənnən bir yerdə öləsən səni, Musa! 
 
 
 
- Həə... budu bax Odda - həqiqətdə yanmaq! Budu bax Cəhhənm! İnsanın ölümündən sonra 
ƏrAğı ("Ruh"u) uçub fəzada həmin insana çevriləndə Ağ planetində olur bu işgəncə - Odda 
yanması! Sən niyə Yerdə yanırsan, bunu sonra biləcəksən. Yan, it oğlu it! 
 
 
 
Səmədin səsi gəldi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə