Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
67
olar, "təzyiq olmaz". Gəl, gəl. Səmədin adını "Straşnıy çekist" qoysan da, o da Bağların 
hökmündən çıxmaz. 
 
 
 
Əcəm dili ilə Muğanna deyirsən mənə. Bil və bələd ol bu "Muğannaya", "Əmirli" nəslinin taleyi 
ilə oynayan Bəy! Muğanna nəslinə mənsub Əmirlilər siz Fars, Ərəb "Yevrey"lərinin dili ilə 
"Muğanna" adlanırlar. Bunu bilirsən. Bəs Türk dilində necədi bizim nəslin adı? O torbanı basdır, 
gəl deyim. Mənim Muğanlıdakı qohumlarımdan biri bu çinar gölünü duruldub qızıl balıq 
saxlayacaq burda. Murdarlama suyumuzu. Basdır onu, sonra gəl araq vura-vura, kabab yeyə-
yeyə, nəslimin başına açdığın bəlaları danış... 
 
 
 
Bünyad bəy Qara Suyun axarının soyuğundan tir-tir əsə-əsə, meyidi çəkib körpünün altından 
çıxartdı. O mülayim Ağ Məmmənin "Bəs lapatkanı hardan alsın"? dediyini eşitdi.  
 
 
 
Səməd dedi: 
 
 
 
- Yağış yağanda Babanı oğlunun körpüsünü tez-tez sel apardığına görə Muğanlılar lapatka 
saxlayırlar orda. Qamışlıqdadı. Körpünün o yanında. "Qoca"nı tı sam porodil, sam ubil, sam i 
poxoroni”, bəxtəvəri dəfn elə. 
 
 
 
Bünyad bəy meyidi körpünün sağ tərəfinə tullayıb, sudan çıxıb çinarın altına boylananda gözü 
ocağın qızartısına dirənib qaldı. 
 
 
 
- ayda huriləriniz toy-düyündən uzaqlaşdırdılar məni, bilərəm, sən də nə isə elə bir şey 
eləyəcəksən. İnanmıram sənə. İzn ver gəlim bir az qızınım, çox islanmışam. 
 
 
 
Səməd, baxışından başlamış, bütün gövdəsindən hiss olunan zəhm içində, elə gülürdü. 
 
 
 
- Gəlməyinə gələcəksən. Əmma sən bilirsənmi ki, bizim Ağ Məmmə adında möcüzəmiz var, 
sənin paltarını da qurudar bircə saniyədə, canını da qızdırar... Hə, qızdımı canın, cənab bəy?.. 
Mən burdan ora sənin beyninə bir kəlmə göndərirəm: "Molla". Xatırladınmı nə vaxt verilib sənə 
bu "kliçka?" Stalin, Beriya, Mircəfər Mirqəzəb. Bu üç nəfərdən başqa heç kəs bilmirdi bu 
"kliçka" altında nə iş görürdün sən, o illəri xatırla. Belə lazımdı.  
 
 
 


 
68
Belinə qaldırammazsan o itin leşini. Sürü, apar. Kor quyu var körpünün solunda dikdirdə. 
Küllükdü ora. Quyu küllüyün enişindədir. At o quyuya istəkli "Qoca"nı torpaqla, gəl Molla 
kliçkasını sənə kim, nə vaxt, nə niyyətlə verdiyini də deyəcəm. 
 
 
 
Tez elə bəy. Orduqozdu Musanın getməyi, əslində, yaxşı oldu. Heç dözmür Yerdəki işlərinizə. 
Gah işıqla döyür onu-bunu, əzab verir. Xüsusən son vatxlar "Avropa mədəniyyəti" 
adlandırdığınız çılpaq qadın, pullu seks, xuliqan bazar "mədəniyyəti"nə görə hətta qadınları da 
işıqla döyür. Baxtın kəsdi, gəmidən çox təkidlə çağırdılar, getdi. Mən isə, gördüyün kimi, vaxtilə 
tanıdığın Səməd deyiləm, çox yumşalmışam. Yerdə həyat lap murdarlaşıb, sizin "İNS"ə yazığım 
gəlir, Bəy. Gəmimizi gündə bir şəhər, kənd kənarına sürdürürəm. Oralarda, əlbəttə, bilən yoxdu 
ki, Yer Adamı deyiləm. Vəzifəli şəxs kimi təqdim eləyirəm özümü, keçmişimizi öyrənmək yolu 
ilə özümüzü dərk etməyin, insan xarakterinə qayıtmağın yollarını göstərirəm, kitab paylayıram. 
İşim çoxdu Yerdə. Amerikaya, İngiltərəyə də gedirəm. Avropadan əlimi üzmüşəm, açığı... 
Basdır onu, gəl! Çox bilik alacaqsan bu günkü dərsdən... 
 
 
 
Bünyad bəy meyidi körpünün sağından soluna keçirənə qədər qan-tərə batdı, necə deyərlər, ölüb 
ölümdən qayıtdı. "Qoca"sının qolları, qıçları qocalıqdan nazilib çöpə dönsə də ortası - ət torbası 
azı yüz kilo olardı. Üstəlik, yəqin ki, çoxdan çimmədiyinə görə üfunətli idi. 
 
 
 
Bəy "Qoca"nın "hərçi-betər"inə söyə-söyə, qıçının birini sağ, o birini sol boynuna sıxıb, torbanı 
ardınca sürüyə-süryə dikdirə qalxdı.  
 
 
 
Səmədin səsi gəlirdi: 
 
 
 
- Küllüyü gördünmü, Bəy? Quşyemişi tağına oxşayan zəhərli bitki tağları var orda. Nə qışda 
solur o tağlar, nə də külün içində, göm-göy qalıb. Nədi o bitkinin adı, a Bəy? 
 
 
 
Bünyad bəy tövsiyə-tövsiyə, burda ilk dəfə səmədə sərt cavab verdi: 
 
 
 
- mən bünyad bəyəm, Səməd! Sözdən söz çəkən razvedçikəm! Bu həngamənin arasında istintaq 
aparırsan ki, çinarın altına gedənə qədər hər şey qurtarsın. 
 
 
 
Muğanlı küllüyüdü bu küllük. İyirmi üçüncü ildə Muğannanın babası Omar ağa burda çəpərə ev 
tikdirmişdi. Quyu qazdırmışdı... 
 
 


 
69
 
Səməd Bəyin sözünü kəsdi: 
 
 
 
- Mən səndən o zəhərli bitkinin adını soruşdum!  
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- O Ağ Məmmə niyə elə qımışır asta-asta? Deyəsən axı "dərs" adı verdiyiniz işgəncəni 
başlayırsan? Bir az möhlət ver dincəlim.  
 
 
 
Səməd müəmma ilə: 
 
 
 
- Musa gələr, dirçəldər səni, - dedi - Ağ Məmmə, bilirsən, müəllimdi, Cografiyanı, Botanikanı 
maksimum bilir. "Dərs"in başlandığını başa düşüb, yumşaq-yumşaq gülür. 
 
 
 
Planetin heç yerində adını bilən yoxdu bu bitkinin. Təkcə Muğannalar "Bağıyeyən” deyirlər 
buna. 
 
 
 
- Niyə, səncə? 
 
 
 
Bünyad bəy hər bir şeyi başa düşürdü: 
 
 
 
- Bu külliyə göndərmədin sən məni, Muğana adlanan Bağ nəslinin mənim fəaliyyətimlə bağlı 
tarixi ətrafında istintaq başlamısan. Zərərlidi bu "Bağı yeyən” adlandırdığınız bitki. Geri sananan 
tarixin beşinci əsrində bu bitkini "Bağıyeyən" adlandırmısınız. 
 
 
 
Ölkənin harasındasa bu bitki kimi kom-kom Qrek legionları görünəndə Muğannalar bunu bir 
kəlmə ilə ifadə eləyiblər: "Bağıyeyən". 
 
 
 
Səməd ucadan: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə