Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
61
Dad ey, Dad aldı məni, Almadı qohum-qardaş, yad aldı məni". Sənin arvadınıydı bir də orda. 
Sərvi varıydı ha, indi də lap eləcə - cavanca, yalvarırdı Adı Pünhana ki, qurbanın olum, ay 
Pünhanım, bir də oxu onu. Adı Pünhan da hey elə çalırdı sazını, oxuyurdu: "Dad ey !.." Sonra 
Muğanlıdan Ağ Məmmə deyilən gəldi ora. Bu il ölmüşdü o. Lap məəttəl qaldım ki, bu niyə 
diridi?! Yadında olar, onun arvadı Baharı da sən zəhərləmişdin. Lap üşütmə aldı canımı ki, 
birdən o Bahar da burda olar. Dəli olmuşdum ey, a kişi!.. 
 
 
 
Bünyad bəy qovşurulurdu:  
 
 
 
- Dayan bir görüm, a kişi! İndi yadıma gəlir, Sərvini mən də görmüşəm. Əmma burda yox... Belə 
çıxır ki, o gorbagör Dəlilərin hamısı diridi, gəlib-gediblər?!  
 
 
 
Qoca dedi: 
 
 
 
- Elə çıxır də! 
 
 
 
Bünyad bəyin canına qor doldu. 
 
 
 
Qocanın əli yoldan o yanı göstərdi. 
 
 
 
- Odu bax oturublar o "Çinar" dedikləri gölün dalında, ağac altında. Ocaq tüstülətdilər. Çaxır - 
yeşiknən! Əyləşiblər üz-üzə: "Muğannaların sağlığına!". "Xəlvətlik"dən, "Qoca"lıqdan çıxdım, 
açıq-açığına oturdum rulun dalında, sürdüm birbaş Əmirlilərin dəfn olunduqları yerə. Qazdım. 
Qəbrdə - skelet!.. 
 
 
 
Bünyad bəy "Qumral"ı - "Türknaz"ı - Sərvini xatırladı. 
 
 
 
- Dayan, Qoca... Əllinci illərdə, o vaxtki raykom katibi Sultan Əmirlinin başına nə oyunlar 
açırdıq, əmma o heç söyüb-eləmirdi də bizi, elə hey OdƏrlikdən, əbədi birlikdən danışardı!.. Gör   
necə heyvan olmuşuq, qanmamışıq! Əmma elə yaxşı ki, qanmamışıq... - Selofanlara toxundu, elə 
bil xəyaldan ayrıldı. 
 
 
 


 
62
- Pulu sən qoymusan bura, ya mən özüm?! 
 
 
 
Qoca təəccübləndi. 
 
 
 
- Əlbəttə özün! 
 
 
 
Bünyad bəy yola baxdı. 
 
 
 
- Harda? Burda? 
 
 
 
Qoca: 
 
 
 
- Necə harda?! Əlbəttə burda. Qəbiristandan qayıtdım, maşını qoydum bu yana, Muğanlı 
səmtindəki o qalın qaramıxlığa, gəldim gördüm düp - düz uznıbsan bu toz-torpağın içində. 
Dedim, yəqin simülyantlıq eləyirsən, "Dəli"ləri izləyəsən. Sonra gördüm yox, başıyın ortası 
qozdanıb, vurublar səni. Başa düşdüm ki, qurtarıb daha bizimki. Sonra gördüm yox, pul 
selofanlardadı. İncimə, bəy, boynuma alıram hər şeyi. İkimiz də yüzü çoxdan aşmışıq. 
Güllələməzlər bizi. Qocalığımızı nəzərə alarlar. Acmazlar, bilirsən türmələrdə adamım çoxdu 
mənim. Bir-iki ay yatarıq. Qızıla basaram, çıxarıq. 
 
 
 
Qalx, Bəy. Qalx gedək özümüz təslim olaq.  
 
 
 
Bünyad bəy taqətsizlikdən üzülə-üzülə dikəlib, əlini gözünün üstünə qaldırıb gölün o tayına, 
çınarın altına baxdı. 
 
 
 
- Deyirsən Sərvi də gəlib? 
 
 
 
- Hə.  
 
 
 
- Hanı bəs? Gözümə dəymir. Qayıdıb nədi?  


 
63
 
 
 
Bünyad bəy azacıq düşünb, birdən etirafa ehtiyac duydy. 
 
 
 
- Bilirsənmi, Qoca, axı məni aparmışdılar! Sərvi özü aparmışdı! 
 
 
 
Qocanın gözləri böyüdü. 
 
 
 
- Nəə?! 
 
 
 
- Hə! 
 
 
 
- Bə niyə Sərvisiz gəldin?! 
 
 
 
Çinar tərəfdən gözlənilməz səs gəldi: 
 
 
 
- O qatilə arvad olarmı daha Sərvinaz, ey qatil?! 
 
 
 
Qoca dizləri üstə qalxıb, gölün o tayına baxdı. 
 
 
 
Cavab gəldi ki: 
 
 
 
- Sən heyvan oğlu heyvan, Muğannaların Türmən düzündən qoç almağa gedəndə "Orduqozdu 
Musa" deyərdin mənə. Uşaqlara Abbası1 paylayardın ki, gedin onun ordunun qozuna çırtma 
vurun, qaçın. Mən bədbəxt karlık ağlayardım. Sən mənim ağlamağıma gülərdin!.. Öl indi! Nə 
ordumun qozu var, nə də belimin fırı!.. Sərvi mənim arvadım olacaq, Bünyad bəy! Bildin?! 
Sevmişik bir-birimizi! 
 
 
 
Bünyad bəy astadan inildədi: 


 
64
 
 
 
- Bah - Bah. Bah!.. Dünyanın işinə bax!  
 
 
 
Orduqozlu danışırdı: 
 
 
 
- Kainatda sevgi Yerdəki təki deyil, ay it! Doğuluş Yerdədi ancaq, onçun gəlirik biz bura 
Sərviynən! Sevişməyə!.. Oğlumuz olacaq! Sən qanarsanmı övlad nə deməkdir, ay it?! 
 
 
 
Bünyad bəy ayaq üstə idi. 
 
 
 
Gölün o tayında Sərvini görmüşdü. Dümağ, dalğalı, uzun saçları qulaqlarının üstündən sallanıb 
çiyinlərində qıvrılmış Səməd Əmirlini tanıyanda Səməddən solda arxasını çinarın gövdəsinə 
söykəmiş Musaya diqqət yetirməyə ehtiyac qalmadı. Yol ayrıcı ilə çinarın arası azı yüz addım 
olsa da, Bəyin yəqin ki, təhlükə hissindən birdən-birə işıqlanan gözləri Səmədin gözlərinin bu 
tərəfə dikildiyini aydın gördü. 
 
 
 
Qoca pıçıldayırdı: 
 
 
 
- Tanıdın? Odu!.. Səməddi! 
 
 
 
Bəy dillənmədi, aydın bilməsə də, indi hiss edirdi ki, dəhşətli dərəcədə təcrübəli çekist onun 
nəinki cinayətlərini, hətta bu an beynini də görürdü, qaçmaq, qurtarmaq mümkün deyildi. 
 
 
 
Səməd nədənsə, şaqqıltı ilə gülüb, əlindəki şüşəni yuxarı qaldırdı. 
 
 
 
- Bunu içirəm öz EvƏrEy OdƏrliyini qana-qana "yevrey"liyini gizlətməyə səy göstərən Bünyad 
bəylə "erməni"liyini məharətlə gizlədən "Yevrey" Xəlvətin sağlığına! 
 
 
 
Gəlin! Qorxmayın, həbs olunmayacaqsınız. Mən axı Yer Adamı deyiləm daha, əla toğlu kababı 
yeyəcəksiniz, çaxır içəcəksiniz. Sonra da sözün əsil mənasında azad olacaqsınız! Gəlin! Heyif, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə