Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
57
 
Bünyad bəy xeyli susub sonra soruşdu: 
 
 
 
- Belə çıxır ki, mən doğrudan cəhənnəmdəyəm?! 
 
 
 
Sərvainaz səsiscə şirin-şirin gülürdü. 
 
 
 
- Qayıtmaq istəyirsən? Qunduzları istəyirsən? 
 
 
 
Bünyad bəy dərhal: 
 
 
 
- Saflaşmağım mümkün deyil, Sərvinaz! - dedi.  
 
 
 
- Sən ki, Bağların qüdrətinə bələdsən! 
 
 
 
Bünyad bəyin üz-gözü əyildi: 
 
 
 
- Əlimdə imkan olsaydı, mən sizin o EySarınızın özünü də öldürərdim, qardaşı EvƏrimi də 
öldürərdim, Bağ Atasını da, BağBağÜn, EyOdƏr babalarını da! Bu dərəcədə kin hara, SafAğlıq 
hara, Sərvi?! 
 
 
 
- Səmimi danışırsan, Bəy. Bunun özü saflığa yaxınlaşmaq deməkdi. Burdan nəticə çıxart ki, biz 
səni bir az da səmimiləşdirib, könlündə insana istək işartısı yaradırıq. 
 
 
 
Bünyad bəy yorğun-yorğun siqar sümürdü: 
 
 
 
- İnsana istək... O insana ki, insan qanı içə-içə yaşayır?!.. Sən elə bilirsən mən heç 
fikirləşməmişəm bu barədə?!.. EySar Ün eşidən, Ün yayan Bağdı, o heç, qardaşları da belədilər. 
Yəni fakt budu ki, yaradıcı Bağ, xaliq Bağ deyil. Bəs bağ Ata?! Bəs BağBağÜn?! Bəs EyOdƏr 


 
58
özü?! Məni elə yarada bilməzdilərmi ki, qan yoluna düşməyəydim?! Bəşəriyyəti elə yarada 
bilməzdilərmi ki, ümumiyyətlə, ölüm-dirim olmayaydı?! 
 
 
 
Sərvi dedi: 
 
 
 
- Bax, belə düşünmək qabiliyyəti özü də saflaşmaq yoludu, Bəy. Peter-burqda ruhani məktəbini 
qırtarıb Bakı Dumasına göndəriləndə sənin beynin daş, qaya kimi bir şey imiş, şpionluq 
dərsindən savayı bir kəlmə də girmirdi beyninə. Rahib də o məktəbi qurtarmışdı. Əmma o başqa 
yol seçdi - sənət yolunu və o yolda da öldü. Sən bu yaşa çatdın, indi tərəddüdlü danışırsan... Bu 
yeni psixoloji vəziyyətdi və bu vəziyyət burdakı bir-iki saatın bəhrəsidi. Qanırsan, ya yox?!  
 
 
 
Bünyad bəy çox düşünmədən: 
 
 
 
- Dəhşətli işgəncə verirsiniz, elə belə olacaq! - dedi. 
 
 
 
Sərvinazın üzündən gülüş silinmişdi. 
 
 
 
- Mən sənə dedim: "Bağımın meyvələrinin zəhərlisi də var". Mənim Bağım EySardı, Bəy. 
EySarımın ən zəhərli meyvəsi İblisdi. İblisi gör, gedək. 
 
 
 
Bünyad bəyin rəngi dəyişdi: 
 
 
 
- İblis də var burda?! 
 
 
 
Sərvinaz açıq, hiyləli gülüşlə: 
 
 
 
- İblissiz cəhənnəm olar, Bünyad?! - dedi. 
 
 
 
Şüfrənin ayağında, hurilərin arasında başdan - ayağa qırmızı geyimli, gözlərinin hərəsi bir 
qırmızı alma boyda, cüt buynuzlu, quyruqlu bir məxluq peyda oldu. 


 
59
 
 
 
Bünyad bəy dik atıldı və üzü üstə göşənib özündən getdi. 
 
 
 
  
 
 
 
3. YenƏ fantastikasız fantastika 
 
 
 
  
 
 
 
Gözlərini açanda özünü Qarayazı meşəsində, Zversovxozla Muğanlı kəndinin arasındakı yol 
ayrıcında gördü. 
 
 
 
Dikəlib o yan, bu yana, sonra göyə baxdı. 
 
 
 
Buludsuz, açıq mavi göyün dərinliyində işıq gəmisinin dairəvi işığı parlayıb yoxa çıxdı. 
 
 
 
Bəy hiss edirdi ki, Qarayazının göylərində görünüb yoxa çıxan o gəmi ilə əlaqədar, nə isə qeyri-
adi bir hadisə baş verib. Əmma nə hadisə yadında idi, nə də hadisədə iştirak edən adamlar. Beyni 
keçə kimi, hissiyyatı küt idi. Yadındakı ancaq bu idi ki, Zversovxozun köhnə ərzaq yeşikləri ilə 
dolu səmtindəki gizlin iqamətgahından axşam çıxmışdı. 
 
 
 
Prezident Heydərin hakimiyyətə gəldiyini biləndən sonra, Suduşən qəsəbəsi adlanan yerdən 
çoxsaylı ailəsinin komandası altındakı silahlı dəstəsini Moskvaya qaçırıb evindəki "narkotika" 
kisələrini Jiqulisinə doldurub, həyatının qalanını çapqınçılığa həsr etmək istəyən polkovnik 
Rəhim Qudalı - "Xəlvət Rəhim" burada - yol ayrıcında olmalı idi. Bünyad bəydən azı on-on beş 
yaş kiçik olduğuna baxmayaraq, Bəy ona qəribə, istehzalı "Qocaman” və “Qoca" kliçkası və 
"narkotika kisələrinin əvəzində bir dəstə (saymadan) dollar verib, "kisələri də "özün satarsan" - 
deyib, bununla "Qocanı guya həmişəlik əsir eləmişdi. Və həmkarının sədaqətinə əmin olduğuna 
görə "Qoca”nın alüminum kisəsnin içində "Mərkəz"dən göndərilmiş dollarları çıxarıb, öz 
köynəyinin astarındakı selofan torbalara doldurmalı idi. 
 
 
 


 
60
Əlini sinəsinin sağ-soluna basdı. Selofanları dolu idi. Nə vaxt görmüşdü bu işi?! Bu yol ayrıcına 
necə gəlmişdi?! İzə düşən, müdaxilə edən vardısa, bəs pul niyə üstündə idi?! Bəs Qoca niyə yoxa 
çıxmışdı?! Axşam görüşüb pulun yerini dəyişəndən sonra haraya isə getməli deyildilərmi?! 
 
 
 
Bəy qorxuya düşüb yenə o yan-bu yana baxdı və bu dəfə "Qoca"nı böyryndə oturan görüb, 
heyrətdən bilmədi nə desin. 
 
 
 
“Qoca” qaş-qabaqlı, açıq narazı soruşdu ki: 
 
 
 
- Hara aparmışdılar səni? 
 
 
 
Bünyad bəy, səmimi etirafla: 
 
 
 
- Bilmirəm, - dedi. 
 
 
 
“Qoca” yenə soruşdu ki: 
 
 
 
- Dəli necə düşüb sənin izinə? 
 
 
 
Bünyad bəy diksinən təhər olub: 
 
 
 
- "Dəli" çoxdu burda, hansıdı izimə düşən? 
 
 
 
“Qoca”, çox pərt: 
 
 
 
- Lap pisi - dedi, - Səməd! Bir dəfə Muğannalardan "Ağ Məmmə" dediklərini gördüm 
yanlarında. Bir dəfə də Adı Pünhan Muğanna dediklərini gördüm. Möhkəm içmişdilər, keyfləri 
ala buludda, valay vururdular. Bir də, vaxtıynan bir məzəli gədə vardı Muğanlıda - Orduqozdu 
Musa deyirdilər, sənin sərvinə vurulmuşdu. O idi Adı Pünhanın yanında, meşədə gəzə-gəzə gah 
çaxır şüşəsi verirdi o yazana, gah da kabab, yuxa, soğan - zad, içirdilər, oxuyurdular: "Dad ey, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə