Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
47
- Gözəl oyun oynayırdınız... Təzə dirilmişdim - dedi, - Niyə öldürürsən məni, Sərvi, 
Bronopoyezddəki əhvalatı danışsa, sənin gözündən düşərəm axı! 
 
 
 
Sərvinaz səsini qaldırdı: 
 
 
 
- A kişi, demədimmi biz insanın beynini görürük, fikrini oxuyuruq! Lap ayaq açdığın, dil açdığın 
gündən həyatda gördüyün, eşitdiyin nə varsa, hamısı yazılıb beyninə. Sənin özünün yada sala 
bilmədiyin şeyləri də oxuyuruq beyniyin o bir cüt sağ, sol kürəçiklərindən. 
 
 
 
Bünyad bəy çaşqınlaşdı. 
 
 
 
- Onda daha niyə danışdırmaq istəyirsən Allanı?! Hamınızın oxuduğunuz, bildiyiniz əhvalatı dilə 
gətirməyin mənası nədi?! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Əməlini Allanın dilindən eşitməlisən! Odda yanmalısan, Bəy! 
 
 
 
- Odda?! Lap çaşdım! Həqiqi odda?! 
 
 
 
A kişi! Dedim axı, Kainatda yeganə cəhənnəm var, o da bu Ağ planetinin içərisidi. Bu gözəl 
təbiətli aləmdə Od - həqiqətdi, OdÜn - həqiqət səsidi, alov kimi yandırır, Bəy. 
 
 
 
 Bünyad bəyi tər basmışdı. 
 
 
 
- Evim yıxıldı! 
 
 
 
Sərvinaz dedi: 
 
 


 
48
 
- Əksinə, bəy! OdÜn - həqiqət səsi cəhənnəmdə cənnət yaradır. Qəbahətini eşitdikcə, öz 
hərəkətlərini qarşındaca əyani gördükcə, yavaş-yavaş yüngüllük hiss edəcəksən. Nədən olur o 
yüngüllük? Sadəcə, qatı qanın yuyulur, canında qan dövriyyəsi normallaşır, hüceyrələri 
sağlamlaşdırır. Danış, Alla! 
 
 
 
Bünyad bəy bir xeyli susub, doğrudan da əyani görmək əzabını hiss etmiş kimi, əllərini yuxarı 
qaldırdı. 
 
 
 
- İlahi, özün kömək ol mənə! Cənnətdi, cəhənnəmdi, nə möcüzədi bu?! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
Biləcəksən, Bəy. Səbrlə, dəyanətlə dinlə OdÜnü - həqiqət səsini! Biz Odda yana-yana 
gözəlləşmişik burda. Sən də yanmalısan, Bəy! 
 
 
 
Yalnız Klaradan seçilən Allanın gözləri par-par yanırdı. 
 
 
 
- Çalın, ey hurilər - EyƏrlər - uca işıqlar! - dedi: - Yerdə - EyƏrdə - uca işıqda bizim işığımızı 
söndürən bu cəllad Qarayazı meşəsində o gözəl Niyazi sovxozunda, Niyazi kişinin həyətindəki 
palıd ağacının altında Aşıq Kamandarın "bayatı" - Bağ Oduna qaranlıqdan qulaq asır, qaranlıqda 
ağlaya-ağlaya gedir zverləri - qunduz itlərlə qucaqlaşmağa! Zənəndən isinməyən xəstə bədbəxti 
qancıqları səngidir. BağOd çalın, qunduz qancıqlarını göstərin görək göz yaşı qalıbmı heç! Tfu 
sənə, Bəy! 
 
 
 
Saz çalan hurilər Osmanlı sazlarını süfrəyə qoyub, OdEvƏr sazlarını götürdülər. Türkün 
sümüklərini üybəüy oynadan gurultulu, bəm simlər əvəzində incədən incə, zərifdən zərif ağ 
simlərin türkü titrədən cingiltiləri Türk içində böyümüş Fars beynini lap ilk cingiltilərdən titrətdi. 
 
 
 
- Sənə qurban olum, Alla, danışma! 
 
 
 
Alla üzünü kənara tutdu. 
 
 


 
49
 
- Mən danışdım qurtardım, qancıqla Allanın fərqini bilməyən bədbəxt xəstə! 
 
 
 
- Nə?! - Bünyad bəy gözlərini silib dikəldi. - Mən... gizlənməkdən ötrü, Muğannaları izləyə - 
izləyə, it yemləyən fəhlə olmuşam orda. Bu əzab bəs deyilmi, üstəlik sən belə... 
 
 
 
Alla Bəyin sözünü kəsdi: 
 
 
 
- Hurilərin bu çaldıqları havanın adı nədi? 
 
 
 
Bünyad bəy dinləyib dedi: 
 
 
 
- BağOd! 
 
 
 
Alla dedi: 
 
 
 
- Səni ağladan nə oldu indi? Bunu da qanmırsan? Mənim kədərim ağlatdı səni, ya yox? 
 
 
 
Bünyad bəy başını sinəsinə əydi. 
 
 
 
- Hə... 
 
 
 
Alla da ağlayırdı. 
 
 
 
- Bu qəm içində o bronepoyezdin kupesindəki kimi zorlaya bilməzsən məni, ay cəllad! Gəl! Gəl! 
Aç kəmərimi! 
 
 
 
Sərvinaz Bəyə baxdı: 


 
50
 
 
 
- Alla heç olmasa qismən saflaşdırdımı səni, murdar "hökmdar"! Allanın əsil adı "Alla" deyil 
burda, Əldi. Çaldırdığı hava "Bayat" - BağOd bir az ürək verdi sənə. 
 
 
 
Qalx! Gedirik! 
 
 
 
- Hara?! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Yerə! 
 
 
 
Bünyad bəy duruxdu. 
 
 
 
- Sən də gedirsən?! 
 
 
 
Sərvinaz kinayə ilə: 
 
 
 
- Əlbəttə! Bünyad bəy Qumralsız keçinə bilərmi Yerdə?! Bəlkə qunduzlarınçün darıxmısan? 
 
 
 
Bünyad bəy köksünü ötürdü: 
 
 
 
- Yenə Qumral olacaqsan?! 
 
 
 
Sərvinaz güldü: 
 
 
 


 
51
- A kişi! Qumralı istəmirsən?! 
 
 
 
Bünyad bəy hıqqıldayırdı. 
 
 
 
- Lap çaşdım!.. Sənin öz yazıq, bədbəxt Sərvim olduğunu bilə-bilə "Sahib"in o xaraba İranında 
"Bakirə" adı ilə qoyub gedəcəm?! 
 
 
 
Sərvi dedi: 
 
 
 
- Mazandaran İran deyil, bəy, Azərbaycanındı. 
 
 
 
- Nə? Yəni Heydər qaytardı Azərbaycanı?! Nə vaxt oldu bu?! Paho! Biz Şimali Azərbaycanı da 
İrana qatmağa çalışırdıq axı! Tərsinə oldu?! Necə oldu, bütövləşdi Azərbaycan?! 
 
 
 
Sərvinaz izah etdi ki: 
 
 
 
- Sərhəd dəyişməyib, Mazandaran da, bütün qalan vilayətlər də hələ Farsın əlindədi. Əmma biz 
hurilər hər şeyi öz adı ilə deyirik, bəy. Ərdəbil, Zəncan, Qəzvin, Təbriz, hamısı elə köhnə 
Azərbaycandı - Bağdaydı bizim nəzərimizdə. Sənin yaddaşın zversovxozda qancığın 
quyruğunun altındadı!.. Sən yenə o iqamətgahda qalacaqsan? 
 
 
 
Bəyin səsi boğuq çıxdı: 
 
 
 
- Tehranın bir-birindən zorakı cəllad siyasilərinin pastellərinə verəcəm səni?! Mən zorakı, cəllad, 
namussuz köpək oğlu necə götürüm belə namusu?! 
 
 
 
Hurilər şaqqıldaşdılar 
 
 
 
- Bıy! Namusu varmış! 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə