Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
42
 
 
Qorxma! Qatil deyilik biz. Dərs verənik, ey qatil! 
 
 
 
İnsan nə arzulasa, hamısına əməl olunur burda. Bircə şərtlə: birisinin arzusu başqasının arzusuna 
zidd olmasın. 
 
 
 
Sən arzulayırsan ki, mənim kəmərimi açasan. Mən isə arzulayıram ki, əvvəlcə mənim bütün 
hurilərimin kəmərini açasan. Axırda, əgər könlündə istək qalsa, onda Sərvinazıyın kəmərini də 
açarsan. Danışdıq?  
 
 
 
Bünyad bəy qəh-qəhə çəkib, çaxırı başına çəkdi. 
 
 
 
Sərvinaz bu gözəl sifətli kişinin gülüşündəki körpə uşaq bəsitliyinə heyrət etdi.  
 
 
 
- Niyə güldün a kişi?! 
 
 
 
Bünyad bəy lap uğundu. 
 
 
 
- Əşi, necə gülməyim?! Klaranı çıxsaq, səni - kəbinli arvadımı da çıxsaq, yeddi nədir, deyəsən 
axı, on beşə qədər qeyri - qanunu arvadım yığılıb başıma! Əla şərab! Əla meyvə! "Arzulayıram 
ki, əvvəlcə mənim bütün hurilərimin kəmərini açasan. Axırda, əgər könlündə istək qalsa, onda 
Sərvinazıyın kəmərini də açarsan!! Əgər doğrudan da cəhənnəmdisə bu Ay, necə cəhənnəmdi?! 
 
 
 
Sərvinaz bu gözəl sifətli uşağa indi təəccüblə baxırdı. 
 
 
 
- Guman eləyirsən ki, keyfə baxacaqsan? Ay yazıq, bədbəxt insan! Biz axı uzun-uzun illər 
bundan əvvəl gözəl qızları necə heyvancasına zorladığını göstərəcəyik sənə! Özü də aramsız 
şəkildə! Gör nə hala düşəcəksən?.. !Qıl" sözü Türklə Orekin söz qarışığındandı. "Qıl" - "ki 
Əl"dən azıb, "ki Əl" Od Əldən azıb, Od Əl, bilirsən, həqiqət Əlidi. "Qıl" körpüdən yox, Həqiqət 
Əli EySaramızın dilinin mənasından - həqiqət körpüsündən keçə bilməyəksən!.. Bu qədər qızın 
kəmərini kim aça bilər, ay acgöz canavar?!  
 
 


 
43
 
Bünyad bəy duruxdu. 
 
 
 
- Bir şey soruşardım, əmma utanıram.  
 
 
 
Düzənliyi şaqraq gülüş götürdü: 
 
 
 
- Bunda utanan üz də varmış ki!.. Bilirik nə soruşmaq istəyirsən. Soruş, ay utancaq canavar. Açıq 
de! Lap açıq!  
 
 
 
- Açığı... - Bəyin üzü, qızaran üzlərdən olmasa da, bir az qızarantəhər oldu. - Hamınıznan 
dalbadal yatmasam olmaz? 
 
 
 
Qızlar yenidən şaqqıldaşdılar. 
 
 
 
- Fu! Ətin tökülsün! Heyvan lap özünü itirdi ki! 
 
 
 
Sərvinaz əlini yuxarı qaldırdı. 
 
 
 
- Mən sənə dedim Yerdə elədiyin qələti burda təkrar eləməlisən. Zor işlətməlisən. 
 
 
 
Bəy Klaraya baxıb, istər-istəməz qızların gülüşünə qoşuldu. 
 
 
 
-Zora qalsa, təkcə o maxina əldən salar məni, sizə gücüm qalmaz. Əmma, razıyam, başlayaq, 
görək nə çıxır. 
 
 
 
Sərvinaz əlini ərinin ağzına basdı: 
 
 
 


 
44
- Belə suni hırıldamaq günahdır, hökmdar. Yerdəki məclislərinizdə hamınız suni gülə-gülə 
ürəkdən gülməyi yadırğamısınız. Odur ki, ziyafətdən çıxıb tək qalanda qəm dəryasına batırsınız. 
Ağda suni gülmə! Danışdıq?  
 
 
 
İndi hurilərimin arzularını bilək. 
 
 
 
Sərvinaz üzünü qızlardan birisinə tutub soruşdu: 
 
 
 
- Arzun nədi, Alla? 
 
 
 
Alla dedi: 
 
 
 
- Kəmərim mənim alınmaz qalamdı. Arzum budu ki, Sərvinaz öz əlləri ilə hökmdarımızın 
gözlərini tutsun, biz hamımız hökmdarımızı öpək. Hökmdar nə vaxt mənim öpüşümü başqa 
hurilərin örüşlərindən seçsə, o vaxt qalamı fəth etsin. 
 
 
 
Hurilər yerbəyerdən qışqırışdılar: 
 
 
 
- Razıyıq! Razıyıq! 
 
 
 
Sərvinazın gözlərində qəribə-qəzəbli gığılcımlar qaynadı: 
 
 
 
- Ürəyindəndirmi belə bir oyun, hökmdar?! Kor kişi bu qədər zənənin öpüşünü öpüşdən seçməli
Allanı və ya bir başqasını öpüşündən tanımalıdı! Bacararsan? 
 
 
 
Agentlərinin bu mühiti və bu rəftar Bünyad bəy üçün nə qədər yeni idisə, bir o qədər də əyləncəli 
idi. Çaxır da öz işini görüb, əyləncə həvəsini artırmışdı. 
 
 
 
Sərvinaz sualın cavabını gözləmədən, ərinin gözlərini tutdu.  
 


 
45
 
 
- Təbillər çalınsın! Döyüşə başlansın! 
 
 
 
Bünyad bəy diksindi. 
 
 
 
- Döyüş?! Nə döyüş?! Oyun demirdin?!  
 
 
 
Sərvinaz qəhqəhə çəkdi: 
 
 
 
- A kişi! Bu qədər qələni fəth etməlisən sən! Döyüş deyil, bəs nədi? 
 
 
 
Hurilər kənarlarındakı xırdaca qumrovları işıldaşan xırdaca qavalları başları üzərində döyəcləyib 
əsil təbil gurultusu qopardılar. Sağdan birinci nuri  Alla qırmızı, yumşaq, yüngül ayaqqabılarının 
burnunda, yüngülcə yeriyib Bəyi öpdü və bir göz qırpımında atılıb, əvəlki yerində dayandı. 
 
 
 
Sərvinaz əllərini ərinin gözlərindən çəkdi.  
 
 
 
- Bax tap hökmdar. Kim öpdü? 
 
 
 
Bünyad bəy hələ hurinin öpüşündən əvəl Sərvinazın əllərinin təmasından alışmışdı. İndi 
gözlərini açanda da ilk növbədə arvadının nar rəngli dodaqlarına baxdı.  
 
 
 
- Sən özün öpdün, ay qədrini bilmədiyim, zarafatlarını, gülüşlərini boğduğum Sərvinazım! 
 
 
 
Hurilər yenə çəməni başlarına götürdülər. 
 
 
 
- Bu nə yaltaqlandı sənə, Sərvi! Bəlkə ümidlidi ki, sənin qələni həmləsiz fəth edəcək?  
 
 


 
46
 
Sərvinazın gözlərində həmin qəribə-qəribə qığılcımlar qaynayırdı. 
 
 
 
- Uduzmusan, hökmdar! 
 
 
 
Ən istəkli agentin Alla öpdü Səni. Demək, Allanın qələsini almağa ixtiyarın yoxdu! Bu belə: 
Valya öpsə, onun öpüşünü Allanın öpüşündən seçə bilməyəksən! 
 
 
 
Təəssüflənmə, hökmdar. İyirminci ildə bronepoyezddə bu Valyanı necə verbovat elədiyini yada 
sal, danış. 
 
 
 
Bünyad bəy oyunun bu gözəl dadlı başlanğıcında bronepoyezd sözündən şübhələnib ayılan kimi 
oldu. 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- İstəmirsən, lazım deyil, Alla özü daşışar. 
 
 
 
Bünyad bəy yenə diksindi, rəngi dəyişdi. 
 
 
 
- Yox, yox! Danışmasın! 
 
 
 
Sərvinaz çox sərt idi. 
 
 
 
- Niyə, cənab Bəy?! 
 
 
 
Bünyad bəy canının istiləndiyini, tərlədiyini hiss edə-edə: 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə