Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
33
 
 
 
Dedim beynindən ayaqlarına qədər şəhvətdən ibarət insan isə Klaranı Mircəfər Bağırovun 
"postel"inə göndərir ki, Bağırov KQB-nin sədri təyin eləsin onu - Bünyad yoldaşı - Bünyad bəyi. 
ÜnƏsliyini qoruyan Klara razı olmayanda dəy altında Klaranı boğur, meyidi döşəmənin altında 
dəfn eləyir! 
 
 
 
İndi bir də de ona: "Canalan olmusan!" deyə bilməzsən daha. Çünki ƏlAğımız sənin o "daş" 
canında cüzi ÖdƏs görüb, sənin rəhbərlərinə təlqin eləyib ki, səni bu qədər insaniləşdirməyə 
göndərsinlər. İndi o saf, o günahsız Klarada necə günahkarlıq hissi oyandı. İndi Klaraya 
günahkar kimi baxırsan, Bəy!.. Budur bax, belə adi-adi şeylərdən ibarətdi bizim dərsimiz... Fikrə 
getmisən! Düzünü de, nə düşünürsən? 
 
 
 
Bünyad bəy bir az şərab içib: 
 
 
 
- Düzü, deyəsən inandım ki, doğrudan da cəhənnəmdəyəm - dedi. - Siz deyəsən mənə elə belə 
cəhənnəm əzabı verəcəksiniz. 
 
 
 
Klara, gözlənilməz heyranlıqla: 
 
 
 
- Afərin, qatil bəyim! Az-çox ağlın qalıbmış! - dedi, - Dünyaya göz açıb az-çox şüurlu həyata 
qədəm qoyduğun gündən etibarən insanın başına nə oyunlar gətirmisənsə, hamısını bircə-bircə, 
özü də dönə-dönə xatırladacaqlar, əyani göstərəcəklər, gündə min dəfə ölüb, min dəfə 
diriləcəksən. Budur, bax, cəhənnəm! Odda-həqiqətdə yana-yana həqiqəti dərk etmək! Və... dərk 
etsən, cənnətə getmək! Haradı, nə olan şeydi o cənnət, onu da yəqin ki, deyərik sənə. 
 
 
 
Bünyad bəy içirdi. 
 
 
 
- Bura bax ey! Hər şey düzmüş ki! Mən sənə "sevirəm" dedim, allada bilmədim, budur Odda - 
həqiqətdə yanmaq. Bəs "qır qazanı" nədi?!  
 
 
 
Qızlar gülüşdülər. 
 
 
 


 
34
- O sizin din xadimlərinizin müdrikliyidi.  
 
 
 
- "Qıl körpü" necə, var?! 
 
 
 
Dedilər:  
 
 
 
- Qıl nədi, a Bəy! Onu bilmək üçün də dərs keçməlisən. "Qıl" da təhrif sözdü axı! 
 
 
 
Bünyad bəy duruxub, bir az da içib, mızıldandı: 
 
 
 
- Ay... hm, Aya bax ey!.. Biz də deyirik, yarım ay çıxır, yarım ay batır! Niyə? Nədi bu?  
 
 
 
Türknaz qımışırdı: 
 
 
 
- Ay Bəy, dedik axı, planetin adı Ağdı. Yerdə təhrif eləyiblər planetin adını, Yarım ay Ağ olur 
ki, Yerdə ÜnƏslər o işığa baxa-baxa Bağları xatırlasınlar, yarım ay isə görünmür ki, ÜnƏslər 
Bağlardan ayrılığın zülmətliyi barədə fikirləşsinlər. 
 
 
 
Bünyad bəy dodaqlarını büzdü: 
 
 
 
- Çatmır bu mənə. 
 
 
 
Türknaz ciddiləşdi. 
 
 
 
- Yenə əlif-bey deyək buna! Otuz yeddinci ildə Bakıda öz əlinlə öldürdüyün, öz əlinlə dəfn 
etdiyin Klaranı bu Ay planetində sağ-salamat görürsən, əmma yenə dərk eləmirsən ki, Ağla Ayın 
fərqi nədi? "Axirət" desəm, başa düşərsən? 
 
 
 


 
35
Nə deməkdi "Axirət?" Mənası nədi bu sözün? Bilirsən, de, Bəy: belə lazımdır. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- "Axirət" ərəb sözüdü. Türkcə "axır" sözündən azıb. 
 
 
 
Türknaz dedi: 
 
 
 
"Axirət" - yəni insanların axırları? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Elə çıxır. 
 
 
 
Türknaz dedi: 
 
 
 
- "Axirət"in axırındakı cəm şəkilçisini atsaq, "Axır". Bu "Axır"ın əsli ÖdƏrcəsi AğƏrdi. AğƏr-
SafAĞ işıq deməkdi. Bunu Yerdə min dəfə deyib sənə Ağ Məmmənin yanında o gördüyün kişi, 
əmma yenə unudursan ki, Ağdan gedib sənə dərs deyib. Bilirsənmi niyə?.. Qurtum-qurtum şərab 
içib qızlara baxdıqca xəstə hüceyrələrin sənə gizlin sözlər deyir, a Bəy. Təkrar elə görüm "Ay" 
adlandırırlan planetin adı niyə Ağdı? 
 
 
 
- Demək, Ərəbin "Axirət" dediyi, Türkün "O dünya" dediyi buradı?! 
 
 
 
Türknaz qaşlarını çatdı: 
 
 
 
- Fəhmsiz "ins", "Dünya" deyilən OdÜnEydi. "Ey" - uca mənasındadı. Od - Kainatın enerjisidi, 
həqiqət mənasındadı. Ün də ki, bilirsən, səsdi. OdÜnEy - Uca Ün həqiqətidi. 
 
 


 
36
 
Böyükdü OdÜnEy, Kainatdı. Nə qədər eşitmisən bunu?! 
 
 
 
"Kain" OdÜn sözündən azıb. "At"ını atsan, əvəzində Ey əlavə etsən, OdÜnEy olur.."Axır" - 
AğƏr bu Ağ "planetindən ibarət deyil, Bəy. Yerdə indi mövcud olan gizlin SafAğ insanlardan 
başqa, sən kimi təhrif insanların hamısının axırı bu "Axırət"də olmur, çox az faizi Kainata, yəni 
bütün AğƏr planetlərinə uça bilir.  
 
 
 
Bünyad bəy bir ara yenə fikrə getdi. 
 
 
 
- Demək, öldürüb gətiriblər məni bura?! 
 
 
 
Türknaz bir qədər səbrsiz: 
 
 
 
- Siz "ins"lərə dərs deyənlərin səbrləri gərək bu OdÜnEyin özü boyda olsun! A kişi! Sənə necə 
yüz dəfə şərh olunub ki, öləndə insanın beynindən işıq çıxır. Yerdə "ruh" deyirlər o işığa. Əsli 
OdƏrcəsi ƏrAğdı. Yəni Saf Ağ İşıq. O "Ruh"- ƏrAğ sürətlə uçub bu "Axır"a - AğƏrə çatana 
qədər daxilinə elementlər dolur. "Element" də təhrif sözdü, Bəy. Əsli, OdƏrcəsi ƏlMənOddu. 
Əlimin enerjisi deməkdi. Ana bətnində uşaq doqquz aya əmələ gəlir. "Ruh"un - ƏrAğın 
daxilində isə insan lap qısa müddətə yaranıb həmən insana çevrilir. Daha doğrusu, həmən insanın 
xəstə, şəhvətli, idraksız, qatil bədəni əvəzində SafAğ İnsan bədəni əmələ gəlir. Yerdəki 
bədbəxtlərimizə ha deyirik "Ruh" dediyiniz yoxdu. Axirətdə sizdən ancaq saflığı ilə fərqlənən 
insanlar var, heç cür dərk edə bilmirlər. Sən hazırlıqlı adamsan, bəy. Dərk etməlisən ki, tək-tək 
gətirilib aparılanlardan başqa, bu Ağ planetindəkilərdən hamısı ölüb gələnlərdi. 
 
 
 
Mərhum arvadın Sərvinaza bax! Niyə baxammırsan?! Mənəm, mən! 
 
 
 
Bünyad bəy sıxıldı: 
 
 
 
- Yox, baxammıram! 
 
 
 
Türknaz sərtləşdi. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə