Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
37
 
- Niyə, Bəy? Sevimli arvadıyın yanında oynaş eləmək istədiyin Klaradan xəcalətləndin?! 
 
 
 
Bünyad bəy pərtləşdi:  
 
 
 
- Klara! Sərvi! Türknaz... Kimsiniz?! Mən zülm eləmişəm o gözəl, zərif məxluqa! Sərviyə! Daha 
baxammaram üzünə. 
 
 
 
Türknaz qızlarla baxışdı. 
 
 
 
- Deyəsən az-çox ÜnƏs olur. Bir sualıma da cavab ver, Bəy. Sahibimiz səndən "Svyaznoy" 
istəyəndə niyə məhz məni seçdin? Açığını de, belə lazımdı. Qumral, deyiləm. Diqqətlə bax, 
Türknazam mən. Soruşuram mən. Soruşuram, niyə məhz məni "svyaznoy" seçdin? Açıq de!  
 
 
 
Bünyad bəy: 
 
 
 
-          Açığı budur ki, Qarayazıya, o sovxoza göndərilən qızların arasında tək səni tutdu gözüm. 
İstədim tez-tez görüşək. 
 
 
 
Türknaz eyni şərtliklə: 
 
 
 
- Lap açıq de, Bəyim! Açıq! - dedi. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Lap açığı, Sərviyə oxşayırsan sən! Sərvini də boğmuşdum, bilirsən. Elə bil kim isə mənə daimi 
deyirdi, bunu da arvad elə, soyu bundan, soyu bundan, nəticədə bunu da elə o cür boğ rədd elə 
başından!.. 
 
 
 
Türknaz Bəyin gözlərinə baxdı: 


 
38
 
 
 
- Xəstəlikdi bu, ya yox?! 
 
 
 
Bəy, hirslə: 
 
 
 
- Bilmirəm nədi bu, - dedi. - "Svyaznoy"ları çox saxlamaq olmaz! İşlədib, sonra öldürəsən gərək! 
 
 
 
Türknaz dedi: 
 
 
 
- İndi bir diqqətlə yenə mənə bax! 
 
 
 
Bünyad bəy gözücü baxıb üzünü kənara tutdu. 
 
 
 
- Hə! Baxdım! Nə olsun?! 
 
 
 
Türknaz güldü: 
 
 
 
- A kişi, Sərvinazam, mənəm axı! Bir bax: İşıq gəmisində Aydan Yerə gedirəm, Yerdən Aya 
gəlirəm. İşləyirəm. Dərs deyirəm yoldan azan bədbəxtlərimizə. Bax, bax! Gör heç fərqi varmı 
"Qumral" adlı "Furak"dan, Sərvinazdan?! Həmişə soruşmurdunmu "Sən niyə bu qədər 
oxşayırsan, mənim o bədbəxtimə? Budu bədbəxtin Ağ planetində SafAğ Elmi öyrənib, SafAğ 
İnsan olub, çalışır ki, sən bədbəxt də insan olasan! Üzümə bax, nacins! 
 
 
 
Bünyad bəy bu dəfə lap pis üşürgələnib, hətta titrədi. 
 
 
 
- Sərvi!.. Bəs bayaq gördüyüm Sərvi hanı?! 
 
 
 
- Odur bax! Sənə baxıb gülür! Mən Qumralam! 


 
39
 
 
 
- Nə?!.. Doğrudan?! Bu nədi belə?! Siz məni dəli elədiniz! 
 
 
 
Qızlar şaqqıldaşdılar. 
 
 
 
- Dəlinin nəyini dəli eləyək, ay dəli! Görürsənmi, Klara da dəyişdi. Sərvi oldu. Bax mənnən 
birgə yeddi huri dönüb Sərvi oldu! Gör necə həyat yoldaşını boğmusan öz əlinlə, ay bədbəxt! 
 
 
 
Bünyad bəy tir-tir əsirdi:  
 
 
 
- Bu nədi belə?! Sifətiniz, boy-buxununuz necə dəyişir?! 
 
 
 
Mütəkkənin üstündəki Sərvinaz bəyə şərab süzdü. 
 
 
 
- Hər şey aydın olacaq. Biləcəksən hər şeyi. İç!  
 
 
 
Bünyad bəyin üzündə yalvarışlı ifadə dondu. 
 
 
 
- Ay qız!.. Qurbanın olum, bircə bunu da başa sal. 
 
 
 
Sərvi - Qumral gülə-gülə: 
 
 
 
- Adam olursan! - dedi. - İşıq əlavə olunur üz - gözümüzə, bədənimizə. Başa düşdün? 
 
 
 
- Yox!.. 
 
 
 


 
40
Sərvinaz bir qədər deyintili səslə: 
 
 
 
- Fikirləş, gör Axirətdən Yerə gedənləri niyə tanıya bilmirlər o xarabada, - dedi. - Baxırıq, 
görürük cinayətkarsınız hamınız, qatil olmayanlar bətnlərin-də daha pis qatildirlər! Bilirik ki
pislik elədiyiniz "ölülər"i - üzümüzü görsəniz, "Ruh"unuz - ƏrAğınız məhv olacaq qorxudan, 
məcbur oluruq sifətimizi dəyişdirək. Çətin deyil bu, SafAğ İşığa bürünüb hər cür sifətdə görünə 
bilirik. Niyə? Dedim də, sizin "Ruh"unuzu sarsıtmamaq, öldürməmək üçün. Görürsənmi necə 
müqəddəsik biz, ay murdar cinayətkar?! 
 
 
 
Bəy yalvarmağa başladı: 
 
 
 
- Öz sifətinizə düşün. Hərə öz sifətinə düşsün. 
 
 
 
Qızlardan hansısa dedi: 
 
 
 
- Bağımızın meyvəsindən şirinini ver bu bədbəxtə. Zəhərlisini bir yana qoy, zəhərsizindən ver. 
Yesin, içsin, dirilsin bu ölü!  
 
 
 
- Çalın, oynayın, hurilər, əyləndirin bədbəxt hökmdarı! 
 
 
 
Saz çalan hurilər iri çanaqlı sazları süfrəyə qoyub, bəm səsli Osmanlı sazlarını köynəkdən 
çıxarıb çalmağa başladılar. Qalan hurilər balaca-balaca, dövrələri zınqırovlu qavalları başlarının 
üzərində döyəcləyə-döyəcləyə oynamağa başladılar. 
 
 
 
Bünyad bəyin gözü böyür tərəfdə - öz arvadında idi. Sərvinazın zərif dodaqları nar rəngində idi - 
od kimi gözlərində, yanaqlarında, buxağında işıq qaynayırdı. 
 
 
 
Ərinə baxıb, birdən qumrovtək cingildədi: 
 
 
 
- Ağın ab-havasındandı mənim gözəlliyim. İşığım sehrləyib səni, könlündən keçir ki, məni 
öpəsən. Niyə öpmürsən, hökmdarım? Diqqət yetir, Sar demirəm sənə. Sarlar Bağ rütbəsində 
olurlar. Sən "hökmdarım" anbaan hökmlü olursan. 


 
41
 
 
 
Heyrətlənmə. Dedim ki, biz insanın beynini görürük, fikrini oxuyuruq. 
 
 
 
İçmək istəyirsən. İç! Dirilirsən. İç! 
 
 
 
Bünyad bəy büllur qabı doldurub bir də içdi. 
 
 
 
Gavalı yeyib, bir də içdi. 
 
 
 
Sərvinaz gülürdü. 
 
 
 
- Könlündən keçir ki, kəmərimi açasan, - dedi. - Bu bir qədər çətin işdi, hökmdarım. 
 
 
 
Gəl açıq danışaq. Sən bu hurilərin guya əri olmusan Yerdə. Əmma məhz hansının? Niyə 
qarışdırırsan?! 
 
 
 
Bünyad bəy dumanlı gözlərini geniş açıb burda qızlara diqqət yetirdi və elə bil indicə gördü ki, 
qızların gözlərinin hamısı bir biri kimi idi: yaşıl, iri. 
 
 
 
Sərvinaz danışırdı: 
 
 
 
- Bax, bax, ey insanlıqdan məhrum hökmdarım. Altıncı ildə, Bakının Duma binasında əziz 
aktyor dostun Rahibin sevgilisi Klaranı verbovat eləmisən ki, Zeynalabdin Tağıyevi, Doktor 
Nərimanı zəhərləsin. İyirminci ildə Serqo Orconikidze On birinci ordu ilə Bakıya gedəndə 
hamısı bizim Türklərdən ibarət olan o "Dikaya diviziya”da Nərimanovun katibəsi Fatmanı 
görüb, istəmisən verbovat eləyəsən. Əsgərlər başa düşüblər iş nə yerdədi, döyüblər səni. Sonra 
Serqo Orconikidze bronepoyezdə keçirdib səni, ordakı Sestralarla tanış eləyib. Orda, 
bronepoyezdə bir yevreyka verbovat eləmisən ki, Lenini zəhərləsin. Həmid Sultanovu, Baba 
Əliyevi zəhərləsin. Sonralar Səməd Vurğuna, Mehdi Hüseynə, sonradan Adıpünhan Muğannaya 
qədər Türklərimizi zəhərləmək üçün verbovat elədiyin qızlara bax! Görürsənmi? İşıq arxasında 
idilər, görmürdün sən onları. İndi bax, hamısı burdadı. Bax, görürsənmi? 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə