Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
70
 
 
 
- Afərin, Bəy! - dedi - İstintaq axıra qədər belə getsə, özünü xilas eləyəcəksən... De görüm, o 
boyda təpə kimi küllük niyə su quyusunun üstündədi? Nə sirr var burda?  
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Bu sirri açmaq üçün gərək dünyanın tarixini danışasan. 
 
 
 
Səmədin səsində hiyləli gülüş hiss olundu. 
 
 
 
- Danış da! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Bir aman ver, bunu quylayım bu quyuya, nəfəsimi dərim də! 
 
 
 
Orduqozdu Musa boynu və yaxası qızılı naxışlı, düymələri gümüşü, uzun yaraşıqlı çəpkəndə, 
alçaraq kolların arası ilə zümzümə eləyə-eləyə gəlirdi: 
 
 
 
A bəy, eşit nə oldu, 
 
 
 
Çomağım saza döndü, 
 
 
 
Sənə toy tutmaq üçün 
 
 
 
Göylərdən Yerə gəldi. 
 
 


 
71
 
Yaxınlaşıb, əlindəki iki uzun, qalın, qara çaxır şüşəsinin birini Səmədə, birini Məmməyə Verdi, 
üçüncüsünü Bünyad bəyə tulazladı: - a bədbəxt! Al iç, cana gəl. 
 
 
 
Səməd şüşəsindən bir az içib: 
 
 
 
- A bəy, bir müəmma aç - dedi. - Ağ məmmə danışan adam deyil. Əmma danışmağa başlasa, işin 
yaxşı olmaz, sən hələ mənim müəmmamı aç. Sənə dedim lapatkanı götür o qamışlıqdan, basdır o 
iti, sonra dedim apar at o kor quyuya. Niyə belə iki söz dedim, a Bəy?  
 
 
 
Bünyad bəy çətinlik çəkmədi: 
 
 
 
- Demək istyəirsən ki, bu kor quyunun ağzına qədər torpaqla doldurmalıyam?!  
 
 
 
Səməd: 
 
 
 
- Afərin! - dedi. - Sözünü tamamla. 
 
 
 
 Bünyad bəy dedi: 
 
 
 
- Bu quyu azı dörd-beş ton torpaq aparır! O hesabla neçə gün işləməliyəm mən burda?! 
 
 
 
Səməd çaxır içib güldü: 
 
 
 
- Suallarım var, sirri açmalısan, o boyda küllük niyə su quyusunun üstündədi? 
 
 
 
Bu birinci sual. 
 
 
 


 
72
Çinar gölünün gündoğanındakı dikdirin daşlığından əla su sızır. Qazanda bulaq olur. Bəs Omar 
Ağa o su quyusunu niyə qazdırıb? 
 
 
 
Bu ikinci sual. 
 
 
 
Bayaqkı sualı təkrar edirəm: Bağıyeyən bitki ilə Muğannaların tarixi arasında başqa nə əlaqələr 
var?  
 
 
 
Bu üçüncü sual. 
 
 
 
Bütün Qazaxda "Omar Koxa" adı ilə tanınan, Borçalı, Göyçə, Gəncəbasar cəmaatından on nəfər 
kişinin adlarının siyahısı çıxıb cibindən. Kimlərmiş o kişilər və siyahı niyə Omar Ağanın cibində 
olub, sonra necə keçib sənin əlinə, sən kimə vermisən siyahını və bnun nəticəsində nələr olub? 
 
 
 
Bu da beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu suallar. 
 
 
 
İndi quyunu doldurmaq əzabından qurtar. Cavab verməsən, sən orda gecəli-gündüzlü, azı bir 
həftə torpaq tökəcəksən quyuya, biz də burda acıtərə, kabab yeyəcəyik. Bir həftə yatmaq yoxdu, 
cənab razvedçik. Danış, qurtar canını. Yoxsa, aydın məsələdi ki, hökumətə məlumat 
göndəriləcək, həbs olunacaqsan. Ömürlük həbs cəzası! 
 
 
 
Bünyad bəyin əli silaha uzanırdı: 
 
 
 
- Sənin dəhşətli adam olduğunu çoxdan bilirdim mən. Bu dərəcədə dəhşətli sadistliyini 
bilmirdim. 
 
 
 
Səməd o əli də görürdü, qısa avtomatı da. 
 
 
 
- Ay bədbəxt!.. Öz əlinlə yaratdığın tarixi danış də. Özgə bir şey tələb eləmirəm ki, səndən. 
Danış, qurtar canını!.. Əlini çək ordan! 
 
 


 
73
 
Bünyad bəy diksindi, sualları xatırlamağa başladı.  
 
 
 
- Birinci sual: "küllük niyə su quyusunun üstəndədi?" 
 
 
 
Mən cavab verdim bu suala. Dedim ki, "Muğanlı küllüyüdü bu küllük". 
 
 
 
Kifayətlənmirsən bu cavabla. 
 
 
 
Təfərrüatını danışım. 
 
 
 
Muğanna nəslinin qədim adəti var. Bağdaddan, Bəsrədən Ərdəbilə sürülüb, ordakı ƏrOdBil - 
"Səfəvi"şeyxləriylə bir yerdə təbrizə qaçışdılar. Orda ocaq qırağında oturarmışlar. Payız, qış 
aylarında təbrizdə, Əmir almalığı deyilən bağın ortasında, dörd dövrəsi qırmüzü kərpiclə 
hörüklü, geniş təndirxanədə bütün qışı təndirin kənarlarında kətillərdə oturarmışlar. Təndirdən, 
təndir soyuyana yaxın qoru uzun dəmirlərlə çəkib hasarın dibinə yığarmışlar. Hasar da qızıb isti 
qalarmış. Həm də kül, deyirlər, dərdi-bəladan qovarmış. qəribə sirrdi. 
 
 
 
Kim diqqətlə oxusa, Şah İsmayılın Divanındakı bəzi şeirlərdə açıq-aydın ziddiyyətlər görər: gah 
Qızılbaş - şiədi, gah "Səfa", "Səfi", SafAğ. Deyirlər təhlükə hiss eləyəndə Göyçədə dostu - 
müəllimi Aşıq Abdalın evinə qaçıb onunla məsləhətləşdiyinə görə səlamət qalıb. Əmma bilirmiş 
ki, öldürücəklər. Bu barədə işarələr çoxdu "Divan"ında, kədər dərd-ələm var. Bilirmiş ki, Sultan 
Səlim təbrizdə qalan düşmənləri rahat buraxmayacaq, onun, şahın özü də, şübhəsiz, bu zibilliyə 
bulanacaq. Buna görə də "Yəhudi"liyini - tərikliyini - Türklüyünü, dilini işlətmirmiş. 
Azərbaycanın Sovet alimləri deyirlər: "İsmayıl Türk dilini dövlət dilinə çevribmiş". Əslində bu 
da yalandı. Öz dilində yazırmış Sultan Səlimə məktublarını, Sultan da əlbəttə dərk eləyirmiş ki, 
OdƏrlik mədəniyyətindən gələn bu dildə belə gözəl, aydın yazan İsmayıl onun doğması, əzizidir, 
tora düşüb. Odur ki, xaricdən tüfəng alırmış, müharibəyə hazırlaşırmış ki, Təbriz təxtini azad 
eləsin. İsmayıl isə qəsdən tüfəng almırmış ki, mənim qılıncım Peygəmbərdən qalıb. İstəyirmiş ki, 
məğlub olsun, ölkəni yabançı ordudan xilas eləsin. Ulu Bağ Əsl Mən "Musa" adı altında 
gizlənirmiş. Comərd (yəni sərkər) rütbəsini isə qəsdən Şah İsmayıla veribmiş ki, guya o - şah da 
elə gəlmə ordudandı. 
 
 
 
Səməd sakitcə: 
 
 
 
- Keç indi Omar ağanın adına. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə