Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
65
daha "döyüş" olmuyacaq, qızlar öpmüyəcəklər siz kaftarları. O oyunun dərsini sonra 
qanacaqsınız. Hələlik gəlin yeyin- için!Yer adamı olmaması qocaları daha da ehtiyatlandırırdı. 
Əmma getməmək olmazdı.  
 
 
 
Ora vaxtilə iydəlikləri, göyəmlikləri, yemşənlikləri, üzümlükləri ilə məşhur olan Qarayazı 
meşəsinin cəngəllikləri, sıx palıdları, qarağacları, qovaqlıqları məhv olandan sonra Çinar gölü 
lap kiçilib dayazlaşmışdı. Bu yol ayrıcından o taya - çinarın altına getmək üçün qərbə - Muğanlı 
kəndinə doğru iki yüz addım gedib, Babanıoğlu körpüsündən keçib sola burulmaq və yenə iki 
yüz addım getmək lazım idi. Xəlvət-zəhim həmişə ata-baba kəndi sayılan Qonaqlıdan buraya 
gələndə Babanıoğlu körpüsünün altından gur qıjıltı ilə axan QaraSuda axından titrəşən yamyaşıl 
acıtərə yığıb, həmin çinarın altına aparardı. Hələ o vaxtlardan - əllinci illərdən beli bir az 
donqarlanmağa başlamış uzun, arıq Bünyada adı ilə yox, "kliçka"sı ilə "Çax-çux Xalıq" deyərdi: 
 
 
 
- “Ay "Çax-çux Xalıq" vəzəri əsl budu, bax. Qocalığın dərmanı budu. Hər dərdin dərmanı acı 
tərədi!” - deyərdi. Sonralar Azərbaycanda xalq cəbhşəsi - AXC adlanan, anlaşılmaz, zülmkar - 
qeyri xalq təşkilatın hakmiyyətdə olduğu doxsan - doxsan üçüncü illərdə birdən-birə "Bəy" 
çağırılan Bünyad bəyin nəinki cavanlaşdığını, hətta donqarının getdiyini görəndə isə: "Acıtərənin 
bu möcüsinin əvəzində burax məni, Bəy”, - deyərdi və cavabında "bir yekə paçka" dollar alardı. 
Bir az sonralar isə, gur axında titrəşən yamyaşıl, təzətər acıtərə yerinə, məhv olmuş meşəni basan 
duzlaqların zəhər duzundan qatılaşmış, əsil zəhər dadan, qaramtı acıtərə yığıb verərdi ki, 
cavanlaşdırdığı Bəyi qocaltsın, əl çəksin "Qoca"sının yaxasından. Sovet kəşfiyyatında birgə 
işlədikləri ilk illərdə - lap ilk gənclikdə xəlvət Rəhimi əməlli - başlı inandırmışdılar ki, Xalıq 
onun Təbrizdə Əmirlilərin evində nökər işləyə-işləyə Moskvaya "doneseniye"lər göndərən 
"Yağır" Məmmədəlinin oğludur. "Çax-çux Xalıq" birdən-birə Bünyad bəyə çevriləndə - AXC 
hakimiyyətinin başlanğıcında isə Azərbaycandakı "podpolniy KPSS fəallarından biri olan 
Xəlvət, "Qoca" kliçkası ilə, yeni "rukovoditel"in sərəncamına - Zversovxoza gedəndə məlum 
olmuşdu ki, yeni "rukovoditel" - Bünyad bəy "qardaşoğlu-zad deyil". Bədbəxt Qocanın xəbəri 
yoxdu ki, Bəy ömrünün yarıdan çoxunu Qarayazıda, Zversovxozda keçirmişdi. Niyazi sovxozu 
tərəfdə gur qalan meşənin gur Qarasuyundan yamyaşıl təzətər acıtərə dərib, səhər də, günorta da, 
axşam da çörəyini acıtərə ilə yeyirdi və "Əsil dərmanın acıtərə yox, o bitkinin yarpaqları arasında 
bitən başqa sarımtıl tellər kimi bitgi, "Qarayazı möcüzəsinin" möcüzəsi ilə yaşadıqca yaşayıb, 
hətta yüz yaşlı Qocadan çox-çox cavan görünürdü. 
 
 
 
Babanıoğlu körpüsündən keçəndə Bünyad bəy, həmişə uşaq yerinə də bururduğu Qocaya 
gözlənilməz bir xidmət göstərdi: körpünün ortasındakı iki addım uzununda ucuq yerdən 
hoppanmaq lazım gələndə bom-boz, cırıq-sökük tuflilərini ayaqlarının burnu ilə o taya atıb suya 
düşdü.  
 
 
 
- Min Qoca. Ömrün boyu sən mənə qulluq eləmisən, türmədə qızıl vədinə görə bir dəfə də mən 
sənə qulluq eləyim. Min keçirim! 
 
 
 


 
66
Lap cavanlıqdan indiyə qədər bütün çətinliklərdən qızılla çıxan Xəlvət Rəhim-Qoca hardan 
biləydi ki, cır-cındır içində hökmdarlıq edən Bəyin bu adı, sadə hiyləsi altında ölüm təhlükəsi 
gizlənmişdi. Bünyad bəyin ağ tüklərlə örtülü çökək sinəsində tükün arasını qabartmış "US" - 
"Ultrasovremennıy" aparatda "Mərkəz"in cır səsi aramzız ötürdü: "Osvobodites ot Starika. 
Navseqda osvobodites ot Starika. On uje obuza tebe. Konçay!". 
 
 
 
Xəlvət için-için gülə-gülə qıçını aşırıb Bəyini mindi: 
 
 
 
- Qadan alım, ay Bəy! Bu nə xəcalətdi! Qadan alım! Bu nə xəcalətdi! 
 
 
 
Bu, "Qoca" kliçkalı polkovnik Rəhim Qudalının son sözləri oldu, Bünyad bəy can köynəyinin 
qoltuğundan rezin ucunda sallanan naqanı çəkib, belindəki "Hər şeyi boynuna almağa" 
hazırlaşmış ağır ət torbasının dalına dalbadal atəş açdı və torbanı suya salıb körpünün altına 
basdı. 
 
 
 
Çinarın altından Səmədin qəhqəhəsi eşidildi: 
 
 
 
- A Bəy, o nə müxənnətlik idi elədin! Qarayazıya gələndə o ət torbası hər dəfə bir torba dolusu 
acıtərə aparardı kəndə, bir əmliyin kababını bir oturuma yeyərdi. Acıtərənin möcüzəsi ilə hələ 
yüz il də yaşaya bilərdi bundan sonra. Niyə gözündə qoydun kişinin arzusunu! 
 
 
 
Yadındamı, səksən səkkizinci ilin dekabrında sən məni Bakıdan Qonaqlıya öldürtməyə çağıranda 
mənim əmioğlum Dəli Mədəd Qonaqlı ilə Qurbanlının arasında o torbanı necə döyəclədi çinarın 
gövdəsinə. O vaxtdan on dörd il keçib. Mənim dəli Mədədim on dörd il gözləyib, Musanı 
göndərib ki, bu gün, iki min üçüncü ilin əvvəlinə o torbanı bir dəfə də bu çinar gölünün çinarının 
gövdəsinə göyəcləyib qanına qəltan eləsin. Mədədin arzusunu da gözündə qoydun, ay müxənnət 
Bəy! OdAğÜzdə Bağlarımız dönə-dönə hədələdilər Mədədi ki, Xəlvətə cismi işgəncə versən, 
dəhşətli başağrısı çəkəcəksən. 
 
 
 
Mədədin Ünü eşidildi: "Çoxdandı cəzalandırmırsınız məni, İmkan verin Musaya, cəzalandırsın”. 
İndi gələr Musa, səni çırpar bu çinara, necə olar, Bəy? Qorxdun?! Sənin axı qorxu hissin çoxdan 
kütləşmişdi, indi nəyə görə bərpa olundu? Çünki ayda-Ağda lap cuzi saflaşma keçirmişdin, bir az 
insanlaşmışdın, ay qoca canavar. Qorxma, Musa nə qədər dəhşətli sərt adam olsa da, keçmiş 
arvadın Sərvi kimi bizə də tapşırıq verilib ki, Yerin ən qaniçən, iyrənc dərəcədə murdar "İNS"i 
Bünyad bəyi saflaşdıraq. Basdır o ət torbasını, gəl, söhbətimiz çoxdur. Musa deyiləm mən, 
Mədəd də deyiləm, Ağ Məmməyəm, Ağ Məmmə! Bilirsən, təbiətən çox mülayim adamam mən. 
Şamaxıda əziz qohumlarımız Bəylərin kökünü kəsdin, gözümlə gördüm. Babam Omar kimi mən 
də Bağlarımızın ixtiyarına verdim səni. Bağların isə qanunu sənə məlumdu: "İNS"ə təsir etmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə