Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
88
 
 
Bünyad bəy bir an zorla rişxəndli oldu: 
 
 
 
- Demək, Birinci Aleksandrdan başlamış, hamının qəbri bu beyindədi. Olsun.  
 
 
 
Səməd dedi: 
 
 
 
- Çıxart o qəbristandakı Yevreylərini, bəşərimin əsil adını desinlər! 
 
 
 
Bünyad bəy hələ ruhani məktəbində ikən birildi ki, Ulu Bağ ƏsƏlMən BağSar SağSanın ən 
məşhur Elm mərkəzlərindən biri ƏrOdBildır. "Səfəvilər" adı altına dolan Yezid "ayrıları" - 
"Şiə"ləri Ərdəbili dağıdıb, Ulu Bağ ƏsƏlmənin o vaxtkı, iki yüz illik müharibə dövründə, yəni 
687-ci ildə rütbəsi çox böyük idi. SarOdƏs idi. Farslar "Zərdüst", hərdən SarOdƏc, deyirdilər. 
Bilirdilər ki, Ulu Bağ Yerdə səlamət qalsa, millətləri vahid kökə - OdƏrliyə qaytaracaq. 
Müharibə baş tutmayacaq. Elə ona görə də əvvəlcə Mərvə - Ərəb içinə sürgün elədilər, ordakı 
elmdən uzaq, nadan bir Türkanı ("tərik"i - "Türk"ü) yoldan çıxartdılar ki, bu adam "Zərdüşt"du, 
o da qılıncını vurdu Ulu Bağın başını paraladı. Ulu Bağ sağalıb Yerə qayıdanda Farslar hələ 
bilmirdilər bunu. Bağınız ƏrOdBili tikdirdi, mərkəz elədi oranı yenə özünə. 
 
 
 
Sonralar Birinci Şah Abbas İsmayılın əzablarını göstərən "Xətai" təxəllüsünü "Xitai" 
yazdırmağa, hadisələri malalamağa çalışıb. Əmma Bağlardan, əlbəttə, heç nəyi gizlətmək 
mümkün deyil. OdAğÜzdən EySar özü danışır indi bunları Pünhan Muğannasına. Bakıda o 
yazıq Pünhana əzab-işgəncə verənlər var, onlar o bədbəxti vadar eləyirlər yazdığını öz əlilə 
pozub, imkan olduqca yeni varinat çap elətdirsin. Bu sahədə mən bir növ köməkçiyəm ona. Dəli 
Əhmədə, Mustafaya dönə-dönə danışmışam İsmayılın faciəsini. 
 
 
 
UluBağ bir də yeddinci əsrin axırında daha ƏrOdBilə yox, Muğanda tikdirdiyi gizlin Elm 
Mərkəzi Şəhri-Yara qayıdıb. 
 
 
 
Bəy, bu təfərrüata varmadan, qısaca dedi ki: 
 
 
 
- "Şəhri Yar"ın əsil Adı ƏrOdBildi. "Səfəvi" şiələrinin əlilə ikincisi dağılandan sonra bu taydakı 
ƏrOdBil unudulub, o taydakı təhrif "Ərdəbil" qalıb. 
 
 


 
89
 
Səməd dərhal soruşdu ki: 
 
 
 
- ƏrOdBili Farslar qəsdən "Ərdəbil"ə çevriliblər, ya yox? Niyə keçirsən bunun üstündən? 
 
 
 
Bəy dedi:  
 
 
 
- Dəhşətli dərəcədə təcrübəli çekist dərhal soruşa bilərdi ki, bəs ƏrOdBildən əvvəlki gizlin 
şəhərlərimizin əsil adları necə olub? Bağ nəslinin gizlin Elm mərkəzlərinin hərəsinin bir kitab 
tarixi var. Qorxdum də! Necə gizlətməyim?! 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Bəs ƏrOdBili kimlərin dağıtdığını niyə demədin? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Mən bunu Muğannalara min dəfə demişəm. Onlar çox yaxşı bilirlər ki, Yezidlər, Səfa - 
"Səfəvi" şeyxlərini büsbütün qılıcdan keçiriblər, ƏrOdBilin də daşını daş üstə qoymayıblar. 
Adını da qoyublar ki, OdƏrlikdən uzaqlaşan Tatərlər dağıdıblar. Şah İsmayıldan sonra sağ 
qalanlar hər şeyi bildiklərinə görə şahın Göyçədəki dostlarına xəbərlər göndərirmişlər. Bu 
tarixdi! Birinci Şah Abbasın arxivindən öyrənmişəm mən. 
 
 
 
Şah İsmayıl Xətainin "Divan"ı başdan-başa SafAğ Elmidi. Bu olub Yezidilərin sui - qəsdinin 
səbəbi. 
 
 
 
Musa çinarın altına qayıtdı. 
 
 
 
Səməd uzaqlan - uzağa: 
 
 
 


 
90
- danış, Bəy, - dedi - Muğanlı küllüyünün tarixini danış! 
 
 
 
Bəy hələ də titrəyirdi. 
 
 
 
- Bir sualım var... bir sualım... 
 
 
 
səməd dedi: 
 
 
 
- De. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- pünhanınız Muğanna tez-tez görükür mənə, özü yox, şəkli. Süal verir, cavab alır. O elə rəhmli, 
siz belə sadist! Səbəbi nədi?! 
 
 
 
Səməd güldü: 
 
 
 
- Sadist, bax O Musa idi, çagırdılar getdi. Çünki təzyiq göstərirdi mənə. Mən axı qat-qat 
mülayiməm, bəy. 
 
 
 
Bu dəfə Bünyad da qımışantəhər oldu. 
 
 
 
- Hm, iki yüz addımlıqdan bu yüz on üç yaşlı adamı belə qışqırda-qışqırda titrədən adam 
mülayimdi? 
 
 
 
Səməd dedi:  
 
 
 
- Mənim o el qızıma o cür işgəncə vermisən, toxunmuram sənə. Mülayim deyiləm, bəs nəyəm? 


 
91
 
 
 
Bəy dedi: 
 
 
 
- Bir sözüm də var. 
 
 
 
Səməd dedi: 
 
 
 
- De. 
 
 
 
Bəy dedi: 
 
 
 
- Əgər "Qumral" deyilsə, doğrudan da sərvinazdısa, əlli iki il müddətində Sərvinaz necə xidmət 
göstərir mənə?! O, necə deyərlər o dünyada, mən Yerdə! 
 
 
 
Səməd qəh-qəhə çəkdi. 
 
 
 
- Xidmət göstərir?! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Zorlamıram axı! Gəlir oturur yanımda, söhbət eləyirik. Özü soyunur, qolunu dolayır boynuma! 
Baxıram, Qumraldı!.. Arada keçirdirəm Arazın o tayına, işini görür, qayıdır, Qumral! Sən yenə 
deyirsən yox, Sərvinazdı. 
 
 
 
- Pünhan sənə hər şeyi birbaşa deyir. Soruş ondan, izah eləsin. 
 
 
 
Bünyad bəy heç nə anlamadı: 
 


 
92
 
 
- Niyə Pünhandan? 
 
 
 
Səməd yenə qəh-qəhə çəkdi: 
 
 
 
- Sərvinaz deyil o, ay yazıq, ay bədbəxt. Sənin ən bədbəxt agentlərin "Bakirələr"indi kim gəlsə 
Sərvinaza oxşadır özünü. Gülür, deyir: "doymadınmı məndən, Bəy?.. Zorlayırsan axı yenə. Sən 
yalan danışma! Bu heç. Yuxarıdan təzyiq vardı, bir az zarafat elədim ki, bəlkə ağrım getsin. 
Küllüyün tarixini danış qurtar. Yoxsa, lapatka gətirəcəksən! 
 
 
 
Bünyad bəy başını buladı: 
 
 
 
- Bayaq dedin: "tarixi yaradanlar deməlidilər mənim şəhərimin əsil adını". Mən də dedim: 
"Romanovları, Stalini, Beriyanı, Mir Cəfər Bağorovu, Xomeynini necə çıxardım qəbirdən?! 
Etiraf eləyirəm, bu yaman maraqlandırır məni. 
 
 
 
Səməd ciddiləşdi: 
 
 
 
- Marağın məlumatsızlıqdandı, Bəy. Tarixi yaradanların qəbirləri sənin beynindədi, Bəy. Sən - 
onlarsan. Danış. 
 
 
 
Bünyad bəy, əlacsız, çaxır içdi. 
 
 
 
- Bayaq oraya - yanına çağırırdın məni, olarmı gəlim orda danışım? 
 
 
 
Səməd dedi: 
 
 
 
- Yuxarıdan izn vermədilər. Deyirlər yoluxucu xəstəlik var səndə. İtlərdən yoluxmusan. 
Həqiqətən Ağa getmiş olsaydın, sağalardın. Hələ murdarsan, cənab Bəy. Danış! 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə