Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
93
 
Bəy istər-istəməz, səmaya baxdı. 
 
 
 
- Pis qurulub bu dünya!.. Onlar bizim başımızda saçın sayını bilirlər. Hətta biz onları görmürük!.. 
Necə yaşayırlar, bilərdik, ibrət götürərdik. 
 
 
 
Səməd bu qədər təfsilatla kifayətləndi. 
 
 
 
Bəyi qəsdən dolaşdırırdı. 
 
 
 
- Küllüklər tarixini bütöv danışmalısan! 
 
 
 
Bəy köksünü ötürdü. 
 
 
 
- Yaxşı!.. O vaxt, Birinci Aleksandrın dövründə Muğanna icmaları gizlin-gizlin, yavaş-yavaş Ulu 
bağın həndəvərinə yığışırmışlar. Aleksandr xəbər tutub. Başda Hüseyn ağa, bir icmanı Qazax 
uyezdinə sürüb. Hüseyn ağa kənd saldırıb, "Rus" EvƏrEy - "Yevreylər"İnin gizlinləri, 
Aleksandrın hökmü ilə "Sarskoye Selo" - "Padşahlıq" qoyublar o kəndin adını. Çünki Romanın 
əksinə, Ulu Bağ ƏsƏlMənin əbədi "Solomon" olduğuna inanırmışlar. Bu əslində Ulu Bağın 
xeyrinə olub. Peterburq nəzarətçilərindən yayınmaqdan ötrü o tez-tez sifətini dəyişdirib "Musa 
ağa" adı ilə yaşayırmış. İşin üstü açılanda, icmalarda, qayalıqlarda məskən salan, rus dəstələrilə 
döyüşməyə məcbur olan Muğannaların arasında o qədim "Comərd" rütbəsi ilə yaşayırmış, 
Ağbizənə, ya da Ağbizəndən o yandakı Qızıl AğÜn kəndinə, SafAğ alimlərinə Ün məlumatı 
çatdırmağa gedəndə orda "Süleyman" adı ilə yaşayırmış. O yerlərdə, Ulu Bağın qaldığı evlərin 
hamısında baca var, bacanın altında, iri-iri ocaq daşları arasında küllüklər, deyirlər, indi də elə bu 
quyunun üstündəki küllük kimicə ağara-ağara durur. Deyirlər, o tərələrə köçürülən Ermənilər 
arasında elə etiqadlı kəndçilər var ki, uşaqları xəstələnəndə həmin küllüklərin ətrafında 
yatırdırlar, o ocaq daşlarının arasında "Muğ"lardan öyrəndikləri müalicəvi xörəkləri bişirirlər. 
"Tər halvası", "bəzirgan hörrəsi" - filan!.. 
 
 
 
Səmədin dodaqlarında müəmmalı təbəssüm vardı. 
 
 
 
 - Ətraflı danışmırsan, Bəy! Ətraflı! Ətraflı! 
 
 
 


 
94
- Off! Bu nə işdi düşdüm mən?! Yaxşı, olsun... Sən bilirsən ki, Qazax - Tiflis şossesinin 
qırağında qazılmiş quyuların dövrəsində də küllüklər var. İyirmi üçüncü ildə Nəriman nərimanov 
Moskvaya aparılanda, Zeynalabdin Tağıyev Muğannalardan kompanionu Məmməd xozeyini 
kabinetinə çağırıb, qapını açarla bağlayıb, deyib: "Nərimanov vəzifəyə yox, ölümə getdi. Əgər 
Omar ağa həbsə alınsa, çox çətinliklər əmələ gələr, qırılarlar Muğannalar.  
 
 
 
Nərimanın, sənin muğannalara mənsub olduğunuz açıla bilər. Nərimanın Leninlə gizlin 
danışıqları Ulyanovların EvƏrEy OdƏrliyi, tərikliyi də açıla bilər. Ulu Bağın cəmi Yer üzündə 
vahid Ədalət Səltənətinə dair yazdıqları axtarılar. Hətta, hətta bəlkə hamını qırarlar. Belə bir 
təhlükə gözləyir Bağ Nəslimizi, Məmməd ağa. Bütün işlərini at. Mədənindən, milyonlarından əl 
çək. Rus dili müəllimi vəzifəsi hazırlamışam sənə. Adi müəllim kimi, təcili get, ayqaranlıq 
gecədə, Padşahlıqdakı - Omarağalıdakı muğannaları köçür Kürün o tayına, Qarayazı meşəsinin 
yoldan-izdən uzaq, ağlagəlməz yerinə. Qohumları Şıxlıya qatışdır". 
 
 
 
Səməd dedi: 
 
 
 
- Düz danışmırsan. 
 
 
 
Bünyad bəy təəccübləndi: 
 
 
 
- Niyə?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- O köçhaköçün, fəlakətin tarixini yaradan adamlardan Bünyad bəyin adını çəkmirsən! 
 
 
 
Bəy dedi: 
 
 
 
- Tarixi yaradan Aleksandr Romanovdu. Sonra Birinci Nikolay davam etdirib, sonra İkinci 
Aleksandr, sonra İkinci Nikolay davam etdirib! Sonra Stalin! Sonra Beriya! Mir Cəfər Bağırov! 
Sonra Xomeyni1 davam etdirib! İndi də gizlin antitürk Sentr davam etdirir. Qorbaçov hələ də 
heç cür inanmır ki, Muğannalardan adı qalan olar. Bağlara yox, indi o həqiqətən cəmi Yer 
üzündə vahid Səltənətə qulluq eləyir. Söz qüdrətilə yox, Amerikanın gücü ilə! Rusiya səlamət 


 
95
qalmıyacaq, Vahid Dövlət dağılacaq. Bu da olsun Sizin tarixinzə, tarixə əlavə! Mən bədbəxt adi 
icraçıyam. Niyə mən olmalıyam axı "o fəlakətli tarixi yaradan?!" 
 
 
 
Səməd bir az durub: 
 
 
 
- İndi baxarıq - dedi.-Stalinin sözüdü, "Şəxsiyyət tarixi yox, tarix özü şəxsiyyət yaradır". Niyə 
tərsinə deyib? 
 
 
 
Bünyad bəy çətinlik çəkmədən: 
 
 
 
- Aydın deyilmi - dedi. - Aleksandr Romanov Azərbaycanın Şimalını fəth etməsəydi, gizlin 
Bğdayın gizlin bağlarını sürgün eləyib "Şəhri Yar"ı dağıtmasaydı, yaranardımı bu fəlakətli 
tarix?! 
 
 
 
Səmədin sualına bir sual da calandı: 
 
 
 
- "Şəhri Yar"ın əsil adı nədi, Bəy? 
 
 
 
Bünyad bəy gözlənilməz, qəribə, ani çılğın hərəkətlə əlini başına çırpdı. 
 
 
 
- Bu nə bəladı düşdüm, ya rəbbi?! Sən ki, bilirsən öz Şəhərinizin adını, niyə məndən soruşursan, 
ay sadist?! "Yumşalmışam", "Budurnu yumşaqlığın?! Şüşəni söykəyir dodağına "qurt", "qürt", 
sual! Özü də necə? "Şəhri Yarın əsil adı nədi?!" A kişi, ay göy adamı, sənin yəni bilmədiyin bir 
şey varmı bu dünyada? Niyə məndən soruşursan axı?! 
 
 
 
Səməd şüşəni bu dəfə dodaqlarında qəsdən çox saxlayıb: 
 
 
 
- Tarixi yaradanlar özləri deməlidilər mənim şəhərimin əsil adını, - dedi. 
 
 
 


 
96
- Nə?! Hamısı deməlidi?! Mən bədbəxt neyləyim indi?! Romanovları, Stalini, Beriyanı, Mir 
Cəfər Bağırovu, Xomeynini necə çıxardım qəbirdən? "Sahib"lərimin sümükləri də qalmayıb 
gorxanədə! Bura bax, bəlkə sərxoş oldun nədi? 
 
 
 
Səməd bu dəfə lap heyrətli sual verdi: 
 
 
 
- Bəy! Sən özünü Yezidi saymırsan?!  
 
 
 
- Nə?! - Bünyad bəy lap çaşdı.- A kişi, Yezid nə vaxt alıb hakimiyyəti?! Keçib gedib o tarix! 
 
 
 
Xomeyninin fitvası - hökmü əsasında iyirmi nəfər "Bəhayi" - bağEy - Uca bağ dara çəkilib. 
(Əlavə qeyd: "Bəhayilər deyirdilər "Biz də Lailəhəilləllah de-yirik; yaşadığınız aləmin Allahı 
İsayı Məsihdir". ("məryəmin guya İşıqdan ha-mi-lə olması barədə "Quran"a məhz Farslar əlavə 
ediblər, "Məsih sözü bu-ra-dan-dır. Əslində - batində "Bəhayilər" də həqiqətlərlə işləyir - EySarı 
Aləmimizin "Allah"ı kimi tanıyır və Bağ Atanın oğullarını sərfnəzər etmir, öz adları ilə OdƏrcə 
adlandırırlar: Bağ Ata. Ulu bağ ƏsƏlMən. EySar ÜnEy - ("Nuh"), EvƏrim (İbrahim) və 
ƏlAğ("Allah") EySar (Uca hökmdar), "İsa, "İsus"). 
 
 
 
Cömərd - "Sərkər" - "Başçı" farscadan təhrif olunub, SafƏrOd. 
 
 
 
Amad - (Naxçıvanda) ilk gəncliyində Nizaminin, Afaqın, Qızıl Arslanın, Cahan Pəhləvanın, 
İkinci Toğrulun müəllimi olub, XII əsrdə xilafətlə döyüşüb, sonralar döyüşdən imtina edib. 
SafAğ Elmini yaymaqla məşğul olub.  
 
 
 
3 (Müasir alimlər "Nizaminin mürşidi" adlandırırlar). Atəbəylərin süqutuna yaxın illərdə 
Naxçıvandan "Gənc" (Gəncə) adlanan Nizami iqamətgahına qaçıb. Bundan sonraı həyatının 
əlamətləri Ulu Bağ ƏsƏlMənin həyatı ilə uyğun gəlir, yəni yəqin ki, Ulu Bağın hökmranlağını 
əvəz edib, hər ikisi - İmad (Dayaq) və Ulu Bağ həddindən çox gizlin adlarla və Təbrizdən. 
Naxçıvandan başlamış Mərvə (Ərəbistan) qədər müxtəlif şəhərlərə sürüldüyünə və bir neçə dəfə 
yaralanıb. OdAğÜz BağOdƏr planetinə müalicəyə aparılıb, yenidən Yerə qaytarıldığına görə 
eyni Bağ sayılır (mənə açıq deyilmir. İsa Muğanna). Naxçıvan (ÜnAğ ƏsEvÜn) sarayında, 
Xilafət və Səlcuqların mühitində yalnız "İmad" rütbəsi ilə tanınıb. 
 
 
 
Səməd dedi: 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə