Nəzakət səLİmova


İşgüzar üslubun sintaktik xüsusiyyətləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
N zak t s L mova

 
2.4. İşgüzar üslubun sintaktik xüsusiyyətləri 
 
Qeyd etmk lazımdır ki, işgüzar yazışmalar zamanı 
sənədlərin tərtib edilməsində işgüzar üslubun sintaktik 
xüsusiyyətlərindən düzgün istifadə edilməsi bu sənədlərin 
forma və məzmunun, habelə məqsəd və vəzifələrinin tam 
aydın ifadə olunmasında mühüm rol oynayır. Ümumiyyət-
lə, mövcud qrammatik qaydalara görə cümlənin əsas üzvü 
olan mübtəda və xəbərin uzlaşması işgüzar sənədlərdə fik-
rin dolğun ifadə olunması, onun məzmun və mahiyyətinin 
düzgün dərk edilməsi üçün zəruri şərtlərdən biri hesab 
olunur. Ona görə də işgüzar sənədlərin tərtibatında bu mü-
hüm qrammatik qaydaya ciddi surətdə əməl olunmalıdır. 
Bunu nəzərə alaraq, işgüzar üslubun əhatə etdyi sənədlə-
rin tərtibatı zamanı mübtəda və xəbərin uzlaşması xüsusi
olaraq diqqətdə saxlanmalıdır.


43 
Onu da nəzərə almaq lazımdır ki, bu üslubda müb-
təda bir qayda olaraq, idarə, müəssisə və təşkilatların ad-
ları ilə ifadə olunur. Sənədlərin tərtibi zamanı həmcins 
üzvlü cümlələrə daha çox yer verilir. Həmin cümlələrdə 
adətən bir mübtəda bir neçə xəbərlə və yaxud bir neçə 
xəbər bir neçə mübtəda ilə uzlaşdırılır. 
Sənədlərin tipləri məzmununa (hansı rəsmi-işgüzar 
vəziyyətin əks olunmasına görə) və formasına (sənədin 
mətninin əsas elementləri olan rekvizitlərin quruluş sxemi 
ilə) görə təsnifləşdirilir . Elmi-nəzəri ədəbiyyatda işgüzar 
üslubun aşağıdakı yarımüslubları (altsistemləri) fərqləndi-
rilir: 
- sırf rəsmi-işgüzar; 
- hüquqi (qanun və fərmanların dili); 
- diplomatik. 
Ədəbiyyatda göstərilir ki, qeyd olunan bu üç altsis-
tem arasında bir sıra fərqlərin olmasına baxmayaraq, bu 
altsistemlər xarakterik cəhətlərinə görə yaxındırlar. Rəs-
mi-işgüzar və diplomatik sənədləri bir-birinə yaxınlaşdı-
ran cəhət ondan ibarətdir ki, hər ikisi tərəflər arasında razı-
lıq əldə olunmasına və diplomatik formulların etik təbiəti-
nə əsasən tərəflərin mövqelərinin müəyyən olunmasına 
xidmət edirlər; onlardan fərqli olaraq, “qanunlar”ın dili 
üçün xarakterik cəhət konkret şərt və vəzifələrin, onların 
hüquqi məsuliyyətlərinin sadalanmasıdır. Lakin işgüzar-
rəsmi üslub bütünlükdə öz xüsusiyyətlərini dəftərxana 
sənədlərində göstərir. 
Rəsmi üslub rəsmi sənədlərə məxsusdur. Müasir 
dövrdə rəsmi üslub artıq formalaşmış, kifayət qədər tək-
milləşmiş bir üslubdur.Bu üslubun digər üslublarla oxşar 


44 
və 
fərqli 
cəhətlərivardır. 
Rəsmi 
üslubun 
əsas 
xüsusiyyətləri aşağıdakılardır:
- inandırıcılq; 
- ardıcıllıq; 
- dəqiqlik; 
- aydınlıq; 
- sadəlik; 
- məntiqilik. 
Qeyd etmək lazımdır ki, nəinki işgüzar yazışmala-
rın aparılmasında həmçinin işgüzar nitqin müvafiq hüquqi 
qüvvəyə malik olan sənədlərdə də işgüzar üslubun dil va-
sitələrindən geniş istifadə olunur. 
Rəsmi- işgüzar üslubun xarakteristikası özündə xü-
susiyyətlərinə görə fərqlənən iki normanı əks etdirir: 
- Sənədin sxeminə uyğun dil materiallarını idarə 
edən dil normalarını; 
- Sənədin məzmununu, mətnini idarə edən mətn 
normalarını. Sənədlərdə təkcə xüsusi üslubu deyil, həmçi-
nin onların tərtib olunması qaydalarının düzgünlüyünü, 
ştampların mövcudluğunu da ayırırlar. Buna görə də çox 
vaxt hazır blanklardan istifadə olunur. Rəsmi-işgüzar üs-
lub sənədlərin-beynəlxalq razılıqların, dövlət aktlarının, 
hüquqi qanunların, işgüzar sənədlərin və s. üslubudur. 
Məzmun müxtəlifliyinə və janr fərqlərinə baxmayaraq, 
rəsmi-işgüzar üslub bir sıra ümumi cəhətlərlə xarakterizə 
olunur. Buraya aiddir: 
- mətnin yığcamlığı; 
- materialın standart formada yerləşməsi; 
- terminologiyanın, nomenklaturanın, mürəkkəb sözlə-
rin ixtisarı, abreviaturanın və s. istifadəsi; 


45 
- mürəkkəb cümlənin hissələrini əlaqələndirmək üçün 
müxtəlif söz birləşmələrinin, məsdərlərin işlənməsi
- sadalamadan istifadə; 
- cümlədə sözlərin düzgün ardıcıllığı; 
- mürəkkəb cümlələrin çoxluğu; 
- ekspressiv leksikanın yoxluğu; 
- fərdi olmaması. 
Bundan başqa, işgüzar nitqdə şəxs əvəzliklərinin 
(o, onlar) istifadəsi yol verilməzdir. Belə ki, onlar məzmu-
nun dəqiqliyinə və aydınlığına xələl gətirə bilər. 
Sintaksis baxımından işgüzar nitq məntiqi olmalı, 
faktlara əsaslanmalıdır. Bu səbəbdən də işgüzar mətnlərdə 
mürəkkəb konstruksiyalar üstünlük təşkil edirlər; bağlayı-
cılı mürəkkəb cümlələr məntiqi münasibətləri ifadə etmək 
üçün ən yaxşı vasitədir.


46 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə