Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə89/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   85   86   87   88   89   90   91   92   ...   95

keçmədən durbinimdə ağ bayrağın yellənməyini gördüm . 
Qələbə mənim idi. Qarşılıqsız qalib gəlmişdim. İmperatorluğumu daha da gücləndirəcəkdim. 
Bunun üçün çox sevinirdim. 1805-il İngiltərə ilə ittifaq öz bəhrəsini verməmişdi. Əlbəttə sıra bir 
gün İngiltərəyə də gələcək. 
Avstrya qoşununun generalı Karl Makı əlində ağ bayraq tutaraq mənə yaxınlaşır və 70 minlik 
qoşunu təslim edir. Beləliklə Vyanaya müdaxiləsiz irəliləməyi bacarıram. 26 dekabr 1805 də 
Avstrya ilə Pressburgda müqavilə imzalayaraq, uğurla Parisə dönürəm. 
Parisin girəcəyində hər kəs mənim üzərimə güllər atır, hər kəs ” Yaşasın İmperator” deyə qışqırır. 
Bir xalqın sevimli qəhrəmanı olmaq çox gözəl bir hissdir. 
!
*** 
Bu axşam Paris qızıl gül qoxuyurdu sanki. Sarayımda ziyafət təşkil etmişdim. Bütün zadəganlar
generallar öz xanımları ilə təşrif buyuracaqdı. Mən yavərim Rüstəmə yaxınlaşıb dedim: 
– Jozefina hardadır? 
– O… Kraliçamız Strasbourga anasının dəfn mərasimi üçün gedib. 
– Hm.. Təhlükəsizliyi təmin olunur? 
– Gözünüz arxada qalmasın əfəndimiz, özüm hər şeyə nəzarət etmişəm. 
– Özün bilirsən ki, sənə çox inanıram. Jozefina ilə Misirə yürüşüm zamanı yaranan problemləri 
yalnız sən bilirsən. İkinci dəfə aldadılmaq istəmərəm. Ona görə bu yürüşümdə sən sarayda idin. 
Ailəmi sənə tapşırmışdım. 
– Əfəndimiz, siz heç nəyə görə narahat olmayın. Mən sizin tək köləniz deyil, həm də sizin yaxın 
dostunuzam. İndi isə qonaqlarla bir az söhbət edin. – Rüstəm paşa sözünü bitirdi və birdən bir 
qızın əlindən şərab şüşəsi yerə düşdü və parçalandı. Sarayın böyük zalındakı hər kəs o qıza 
baxdı. Onun gözəlliyi xüsusi xoşuma gəldi. Həyəcandan bilmirdi nə etsin. Ovçundan qaçan 
ceyrana bənzəyirdi. Yerə əyilib şüşə qırıqlarını yığırdı. Dar qulluqçu geyimi geyindiyindən 
əyilincə gözlərimi arxasından və sinəsindən çəkə bilmirdim. Qıza baxa-baxa Rüstəmə yavaşca 
söylədim. Bu qız kimdir? 
– İtaliyadan kölə kimi gətirmişik. Yeni başlayıb sarayda işinə. Belə ortalığı təmizləməklə 
məşğuldur. 
– Onu yuxarı otağa qaldırın, əmr verirəm o qızı yarım saat içərisində kraliçaya bənzədin. 
Jozefina burada yoxdu. Baloda kiminləsə oynamalıyam. Tələsin!!! 
– Baş üstə , əfəndimiz. – Rüstəm qızın qolundan tutub çölə çıxaranda, qız hönkür-hönkür 
ağlayırdı. Yəqin düşünübdü ki, etdiyi səhvə görə o həbs və ya edam olunacaq. Kənardan Müsyo 
Taleyran axsaya-axsaya qarşıya çıxıb dedi ki, bunu içək Fransanın Avstriyaya daxil olmağına və 
möhtəşəm Napoleonun sağlına! – Hər kəs badələri qaldırıb şərəblarını aram-aram içdilər. 
Taleyran Xarici İşlər Naziri kimi möhtəşəm bir diplomatik biliyə sahib idi. Sonra Taleyran 
davam elədi: 
– Əziz dostlar. hörmətli generallar… Fransanın bu gün ki, inkişafına görə hər şeyi 
İmperatorumuz Bonaparta borcluyuq. Onun sayəsində 1800-cü ildə ilk dəfə Fransda bank sistemi 
yarandı və müttəfiq ölkələrə verdiyimiz borclardan gələn faizlər müharibədən də çox bizə qazanc 
verir. Mən imperatorumuzu tək sərkərdə kimi yox, həmçinin də güclü iqtisadiyyatçı kimi 
tanıyıram. Yox.. Yox… Nəinki İqtisadçı, bu yaxınlarda həyata keçiridiyi “Vətəndaş Hüquqları ” 
haqqında qəbul etdiyi qanunda şahidi oluruq ki, həm də o mükəmməl hüquqşünasdır. Mən öz 


təcrübəmlə məəttəl qaldığım möhtəşəm imperatorumuzun sağlına bir daha içmək istəyirəm. 
– Müsyö Taleyran, məni utandırırsınız?! Hər şey Böyük Fransa üçün…. Hər bir Franız bunu 
edərdi. Birdən birə hər kəsin səsi kəsildi və hər kəs pilləkənin yuxarısına baxmağa başladı. 
Başımı çevirəndə o qızın gözəlliyi qarşısında heyran oldum. Əyninə uzun don geyinmişdi, sinəsi 
açıq idi, saçları hündürdən yığılmışdı. O hər dəfə bir addımını aşağı atdıqca mənim ürəyim 
əsirdi. Sanki yenidən aşiq olurdum. O qıza yaxınlaşdım və əlini əlimə alıb dodaqlarıma apardım. 
Əlində dirsəyə qədər uzanan bəyaz əlcək,digər əlində isə yelpənək vardı. Hər kəs bizə baxırdı. 
Döşlərinin arasını sanki qələmlə cızmışdılar. Bədəninin fiqurasına söz ola bilməzdi. Qələmlə 
çəkilmiş qaşları, şabalıdı saçları və çiyələmə bənzər dodaqları vardı. Burnu sanki memar 
tərəfindən yonulmuşdu. Bəyaz buxağından, açıq boynundan indiyə kimi hiss etmədiyim parfüm 
qoxusu gəlirdi. Ona üzümü tutub dedim: 
– Gözəl xanım, sizin adınız nədir? 
– Mən Fransızca bilmirəm. – çətinliklə bu cümləni fransıca qurdu. 
– O zaman İtaliyanca danışarıq. Unutmayın, atam Karlo italiyan olubdur. 
– Sizin çox gözəl ləhcəniz var, imperatorum… 
– Sizə hər kim qulluqçu vəzifəsini veribdirsə o insanın boynunu vurduracağam! 
– Niyə əfəndimiz? Heç kimin bir günahı yoxdur. 
– Adınız nədir, xanım? 
– Adım Laradır. 
– Bura necə gətirilmisiniz? 
– Əfəndimiz, mən kölə kimi saraya satılmışam. 
– Daha kölə deyilsiniz, gözəl xanım… Mənə deyə bilərsiniz siz niyə belə gözəlsiniz? Bu 
dodaqlar, bu qaşlar, bu gözlər…? Hardandır sizdə belə? Allaha inansaydım sizin bir möcüzə 
olduğunuza inanardım… Allahın yaratdığı bir möcüzə… 
– Ahh əfəndimiz, məni utandırırsınız… – Onun yanaqları bir an içində qıp-qırmızı qızardı. 
Burnumu yaxınlaşdırıb boynunu qoxuladım. Başımı camaata çevirib dedim: ” Gecə Balosu 
başladı, Maestro musiqini verin”. – Maestro “Vals de miror” əsərini ifa etməyə başladı. Sonra 
Laraya üzümü tutaraq dedim: 
– Mənimlə rəqs etməyə lütf edə bilərsiniz? 
– Böyük məmnuniyyətlə əfəndimmiz… – Laranın əlini tutaraq zalın orta hissəsinə getdik və mən 
bir əlimi belimə qoydum, sağ əlimlə Laranın əlindən tutmuşdum, Lara sol əlini çiynimə 
qoymuşdu. Valsın ritmi ilə hərəkət edirdik.Dayanmadan oynayırdıq. Ətrafda sanki dövrə 
vururduq. İçəri çox işıqlı idi, gecəni mənim üçün aydınladan Laranın işıl-işıl parlayan gözləri idi. 
Ətrafımızda insanlar oynayırdı, lakin onları gözlərim görmürdü. Müharibənin bütün yorğunluğu
gördüyüm bütün qanlar yaddan çıxırdı. Hələ də fırlanırdıq, çöldə ildırım çaxdı və çox keçmədən 
göy guruldadı. Göyün gurultusu mənə topun səsi kimi gəldi və bir anlığa özümdən keçdim. 
Gözlərimi açanda, Rüstəm məni divara bitişik olan odun sobasının yanına uzatmışdı, həkim 
mənim təzyimin düşdüyünü, həddən artıq yorğun olduğumu söylədi və çıxması üçün əmr 
etdikdən sonra getdi. Sonra üzümü Rüstəmə tututb dedim: 
– Rüstəm, Laranı gətir bura… 
– Əfəndimiz, bəlkə dincələsiniz? 
– Rüstəm. sözümü iki etmək istəmirəm. 
– Dərhal əfəndimiz. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə