Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə95/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   87   88   89   90   91   92   93   94   95

!
–          Bu necə olacaq?! Dəli olmusan? – o gülümsəyərək dedi. 
!
Onun əlindən tutaraq  yarı çılpaq halda pəncərəyə tərəf getdim. Yağan şiddətli yağışı göstərək 
ona söyləməyə başladım: 
!
–          Qoy Allah şahidimiz olsun ki, səni həmişə sevəcəyəm. Deyirlər bir-birini sevən iki gəncin 
kəbinini mələklər kəsir.  Bu gündən sonra mənim qadınımsan… – Onun bədənini qucaqladım, 
nəm alnından öpərək islaq dodaqlarına yaxınlaşdım.  Alt dodaqları iki dodağımın arasında buz 
kimi əriyirdi.  İçimdə elə bil alov yanırdı. Mən çox qızlarla olmuşam amma, belə bir hissi heç 
vaxt yaşamamışdım. Öpüşə-öpüşə kənardakı yatağa yıxıldıq. Əllərimiz br-birimizin bədənində 
gəzirdi.  Uzun dırnaqları ilə bədənimi cırırdı sanki…Amma bunu hiss etmirdim. Çünki ehtiras 
həzzinin ən yüksək qatında idim. Nəm və uzun saçları sinəmdə gəzirdi… İlan qabığını 
dəyişərkən necə ağaclara sürtünürdüsə, biz də bir-birimizə elə sürtünürdük… 
!
Beləcənə öz məqsədimə çatmışdım. Qovuşduqdan sonra, o başını  sinəmə qoyub ağlaya-ağlaya 
çox xoşbəxt olduğunu və heç vaxt ayrılmamağımızı Allahdan istəyirdi. 
!
Hər şeyin üstündən 1 həftə keçdi. Mən ona dedim ki, rayona xəstə atamın yanına gedirəm. O da 
səbrsizliklə məni gözləyəcəyini dedi. Ancaq mən heç bir yerə getmədim. Nömrəmi dəyişdim. 
Xoşbəxtlikdən kirayə tutduğum evin də vaxtı bitmişdi. Başqa evə keçərək bütün izimi 
itirmişdim. 
!
1 ay idi ki, məni axtarırdı, ancaq mən başqa sevgililər axtarırdım. Heç gözləmədiyim vaxt, o 
mənim qarşıma çıxdı. Üzümə nirətlə baxırdı. Mənə dedi: 
!
–          Mən sənə inanmışdım, Orxan… 
!
–           Lamiyə, bu inam məsələsi deyil, mən də alınmırdı. Hisslərim ölürdü. 
!
–          Bəs məni niyə bədbəxt etdin? 
!
–          Həyatını davam elə, inanıram ki, ən yaxşı oğlan sənin qarşına çıxacaq! 
!
–          Əclafsan sən… Heç olmasa…Heç olmasa….Bətnimdəki uşağı düşün…. – birinci dəfə idi 
ki, belə hadisə ilə qarşılaşdım… 
!
–          Nə ? necə? Mən uşaq filan istəmirəm. Al nə qədər istəyirsən pul, uşağı aldır. Deyəsən dəli 
olmusan! – cibimdəki bütün pulu uzadaraq ona verdim. 
!
–          Allah sənin cəzanı versin! – pulu götürüb üzümə çırpdı və getdi. 
!
Ondan sonra Lamiyəni birdə görmədim. 


!
İki həftə sonra universitetdən dostlarla söhbətləşən vaxt  dostlarımdan biri mənə dedi ki, bəs 
sənin danışdığın qız 5 gün bundan əvvəl özünü balkondan aşağı atıb və dünyasını dəyişib . Bütün 
grup yoldaşları dəfninə gedibmiş. Soruşdum hansı mənim danışdığım qız?! Dedi ki, Lamiyə… 
!
Sanki birdən-birə nəfəsim kəsildi … Özümü qatil kimi hiss etdim. Əmin idim ki, mənə görə 
özünü öldürmüşdü. Bu qədər ciddi olacağını bilmirdim. Ahh Tanrım… İnanırsınız elə dəhşətli 
qorxu- hissi yaşadım ki… Hətta qəbrinin üzərinə də getdim. Baş-daşındakı şəkilində həmişəki 
kimi gözəl görsənirdi. Özümü bağışlaya bilmirdim. 
!
Qəbrstanlıqdan çıxar-çıxmaz məscidə gedib tövbə etmişdim…. Ancaq heç nəyə çarə qıla 
bilmirdim. Hər gecə Lamiyə yuxuma girirdi.  Onunla sevişməyimizi xatırlayırdım. Həqiqətən 
onun kimi gözəl və namuslu qızı yarı yolda qoymağım mənim axmaqlığım idi. İndidə bu 
axmaqlığın istirabını çəkirdim. Bu şəhər mənə onu xatırladırdı və mən də artıq dözə bilmirdim. 
Hər gecə qan-tər içində yuxudan oyanıb hönkür-hönkür ağlayırdım. Atam gil məni psixoloq 
yanına yazdırdılar. O da mənə kömək edə bilmədi və hətta, etdiyim əmələ görə hiss etdim ki, 
mənə nifrət etdi. Psixoloqun atam gilə məsləhəti ilə Azərbaycandan uzaqlarda yaşayacaqdım. 
!
Əmim Ukraynada yaşayırdı və  əşyalarımı hazırlayıb onun yanına getmək üçün yola qoyuldum. 
!
2 il onun yanında qaldım. İşlədim və Lamiyəni unutdum… 
!
*** 
!
Azərbaycana Lamiyəni unudaraq geri döndüm.  Tövbəmə sadiq qalmışdım və Lamiyədən sonra 
heç bir qıza baxmamışdım. 
!
İllərdən sonra bağladığım sosial şəbəkəni açaraq, dostlarıma bildirdim ki, vətəndəyəm. 
Dostluqlarımın siyahısında  Lamiyə də var idi. bir az ürəyimi acıtdı. Keçmiş günləri 
xatrlamamaq üçün sosial şəbəkəni bağladım. 
!
Mənim üçün ən çətin günlər hələ indidən sonra başladı…. Bilirsiniz necə? Ehhh hardan 
biləcəksiniz… İzininizlə danışım… 
!
Səhər saat 9 idi.  Mən yatağımdan çıxmamışdım. Saat 12-dən sonra şirkətlərdə iş axtaracaqdım . 
Birdən-birə qapı döyüldü. Gözlərimi ovuşdura-ovuşdura  dəhlizə tərəf getdim, qapını açdım və 
astanada bir qız dayanmışdı. Gözlərimi bərkdən ovuşdurub, birdə baxdım. İnanan bilmirdim. 
Ürəyimin döyüntüsündən qabırğalarım çartlaya bilərdi. Qapının ağzındakı Lamiyə idi. Bərkdən 
boynuma sarıldı.. Üzümdən gözümdən öpdü , qapını örtüb içəri keçib dedi: 
!
         Nə olub, ay dəli? Elə bil ruh görmüsən! İndiyə kimi yatmısan ,ay təmbəl? 
!
–          Sən?Sən? Necə olur bu? – təəccüblə və dəhşətli qorxu ilə dedim. 


!
–          Deyəsən bərk yuxu görmüsən . Nə olub? – Lamiyə üzünü turşudub dedi. 
!
–          Sən… Sən…Allahım dəli oluram….Ağlımı qaçırıram… – qışqırmaq istəyirim, ancaq 
qorxumdan tərpənə də bilmidim. 
!
–          Məni qorxuzma Orxan… Nə baş verib? 
!
–           Sən ölmüşdün … 
!
–          Xa,xa,xa …. Yuxunda görmüsənsə ömrümü uzatmısan… – Bərkdən gülərək dedi. 
!
–          Yox mən indi yuxudayam. Yenə keçmiş kabuslara qayıtmışam. 
!
–          Canım mənim, nə danışırsan?! Xahiş edirəm məni qorxuzma. Danış görüm nə görmüsən 
yuxunda?!… – belimi qucaqlayıb dedi. 
!
–          Sən özünü öldürəndən sonra düz 2 il Ukraynada əmimin yanında qalmışam. İşləmişəm… 
Bu axı gerçək idi. 
!
–          Qoy 1 stəkan su gətirim. Gözlə… – qollarını belimdən çəkərək mətbəxə getdi. 
!
Lamiyə içəri keçib su gətirdi. Məndə üzümü yudum və güzgüdə özümə baxdım. Fikirləşirdim ki, 
bu necə ola bilər axı?! Hamamdan çıxanda Lamiyə suyu mənə verdi və başıma çəkərək içdim. 
Sonra Lamiyə üzümü sığalladı. Dodaqlarımdan öpə-öpə məni yataq otağı tərəfə apardı. Mən 
çılpaq idim. Onun dodaqları  bədənimdən gəzirdi. Köbəyimdən öpə-öpə aşağı düşürdü. 
!
  
!
*** 
!
Sonra yenidən yuxudan oyandım. Saat 1 idi. Başımı yastıqdan qaldıranda,  “Lamiyə” deyə 
səsləndim. Evdə heç kim yox idi.  Başımın ağrısından az qala beynim qopacaqdı. Deyəsən yuxu 
görmüşdüm. Əgər, yuxu idisə, bu çox gerçəkci idi. Yemək yemədən, əynimə paltar geyinib, 
qəbrstanlığa getdim. Lamiyənin qəbrinin qarşısında dayandı.Göz yaşlarımı yanağımda yox, 
içimdə hiss edirdim. Bayaq ki, yuxu o qədər gerçəkci idi ki, hələ də özümə gələ bilmirdim. 
Qəbrlərin arasında gözümə kimsə dəydi. Amma məhəl qoymadım. Uzaqdan dəqiq görməsəmdə 
qıza oxşayırdı. Yəqin ki, kiminsə qəbrini ziyarətə gəlmişdi. 
!
Qəbrstanlıqdan ayrıldım və evimin yaxınlığındakı kafedə oturdum. Stəkanı dodaqlarımın arasına 
aparıb bir qurtum içəcəkdim ki, Lamiyə qəflətən kafenin qapısından içəri girib üzərimə gəldi. 
Stəkan əlimdən yerə düşdü və parça-parça oldu. Hər kəs mənə baxdı. Lamiyə gəlib mənə 
sarılaraq. üzümdən öpüb salamlaşdı. Ofisianta iki qəhvə söylədi. Daha sonra isə  masa arxasına 


keçib mənim əlimdən tutaraq, dedi: 
!
–          Ömrüm, bağışla atam zəng etmişdi deyə, mən evə getməli oldum. Sənə xəbər verə 
bilmədim. 
!
–          Lamiyə… Sən gərçəksən? 
!
–          Dəlisən sən? 
!
Mən ayağa qalxıb  kafenin içərisində uca səslə qışqırmağa başladım : “ Ay camaat, yalvarıram 
mənə düzünü deyin, bu qızı görürsünüz?” – hər kəs mənə baxıb gülümsədi. Başları ilə “hə” 
işarəsi mənasında salladılar. Lamiyə gəlib mənim qolumdan tutub dedi: 
!
–          Bəsdir də! Məni niyə qorxuzursan ki? Bu gün səhər-səhər də qəribə idin. Camaat bizə 
baxır , aşağı otur! – Lamiyə az qala hirsindən ağlasın. 
!
Qəhvələr gəldi və Lamiyə mənə gedib üzümü yumağı söylədi, mən tualetə gedib əl-üzümü 
yudum. Gözlərimin içi qan –qırmızısı olmuşdu. Tualetdən çıxıb, kafenin salonuna getdim.  
Lamiyə üzümə gülümsəyərək dedi ki, qəhvəni iç heç nəyin qalmayacaq! Mən ona dedim: 
!
–          Lamiyə, hamiləsən sən? 
!
–          Yox… Bunu haradan çıxardın… – təəccüblə soruşdu. 
!
–          Offf… bu nədir axı?!… Mən gerçək həyatdayam yoxsa, yuxuda ?! 
!
–          Mənim gözəlliyimin şahidisənsə deməli realdasan…Xa,xa,xa! – ucadan güldü. Ətrafdakı 
insanlar yenə gözlərini bizə zillədi. 
!
–          Bəs mən Ukraynada iki il oldum. Yox bu yuxudur… 
!
O, sadəcə, gülümsədi. Qəhvəni içəndən sonra bir az təmiz havada gəzdik. Mən çox yoruldum. 
Lamiyə məni evə apardı. Mənim halımdan gileylənirdi. Qapıdan içəri girər-girməz mənimlə 
sevişməyə başladı. Lakin,  ona toxunmağa halım yox idi. Məni soyunduraraq yatağa atdı və 
çılpaq bədənimi, əlləri ilə masaj etməyə başladı. Sonra isə heç nəyi xatırlamıram. 
!
Yuxudan oyananda yenə “ Lamiyə” deyərək oyandım. Yanımda heç kim yox idi.  Yuxudan duran 
kimi mədəmdəki aclığı hiss etmədən, dostum Firuza zəng etdim: 
!
–          Alo, mənəm Orxan… Necəsən Firuz? 
!
–          Ooo… Yaxşıyam qardaş. Gəlmisən sən? – səsimi dərhal tanıdı. 
!


–          Mən hardaydım ki? – Yuxuda olub olmadığımı dəqiqləşdirmək üçün özüm soruşdum. 
!
–          Mən bildiyim qədəri ilə Ukraynadaydın. 2 il keçib hələ də zarafatını buraxmayıbsan da… 
-dəstəyin başında gülərək dedi. 
!
–          Qardaş,  vəziyyət qəribədir. Mənim sualıma cavab ver. Lamiyəni tanıyırsan? 
!
–          Hansı Lamiyə…? – telefonun başında bir müddət gözləyərək dedi. 
!
–          İki il bundan əvvəl mənə göstərmişdin ki, bu qızı ələ almaq heç kimə nəsib olmayıb. 
!
–          O qız özünü öldürmədimi….? Neyniyirsən ki? – fikirləşmədən dedi. 
!
–          Oldu, sağol. Telefonu kənara atdım və  bu səfər yuxudan oyandığımı dəqiq bildim. 
Girdim hamama və ilıq suyu açıb altına girdim. Su bədənimdən sinəmə, sinəmdən köbəyimə, 
köbəyimdən ayaqlarımın arasına axırdı. Gözlərimi yumub suyun ləzzətini hiss edirdim. 
!
Qapı döyüldü və suyu bağlayıb. Beldən aşağı hissəni dəsmal ilə bağlayaraq, qapını açdım… 
Lamiyə əlində bazar çantası ilə içəri girib və dedi: 
!
–          Canım, bazarlıq etməyə getmişdim. Necə yatdın? 
!
–          Yox…yox…. yox…. – beynimdən şiddətli ağrı qalxdı. Əllərimlə islaq saçlarımı sıxaraq 
bağırmağa başladım. 
!
Lamiyəni kənara itəldəim və tamamilə çılpaq halda evdən qaçdım. Bilmirdim elə hey 
qaçırdım…. Hər kəs mənə baxırdı.  Yolun ortasına çıxıb  maşın yolu ilə tam çılpaq halda 
irəlləyirdim. 5-10 oğlan qarşıma çıxıb lüt olduğuma görə “Ana-bacı” söhbəti edib, məni 
təpiklərinin altına salıb, bərk döydülər. Polislər məni apardı. Sonra isə  həkim yanına apardılar. 
Həkimə hər şeyi danışdım . 3 il ərzində şiddətli elektro şok kursu ilə “Şizofreniya” adlı 
xəstəliyimi müalicə edirdilər. Onları inandıra bilmidim ki, Lamiyə həqiqətən yaşayır. 
!
Düz 3 il… Bir il əllərim, qollarım bağlı dəlixanada qaldım… Amma sevinirdim ki, Lamiyənin 
xəyalını məhv elədim. 
!
1 dəstə gül aldım və Lamiyənin qəbrinin üzərinə getdim. Çünki həmin gün onun vəfat etdiyi gün 
idi. Qəbrstanığa çatan da uzaqdan gördüm ki, Lamiyənin qəbrinin üzərində kimsə var. Bu bir qız 
idi və əlini üzünə qoyub ağlayırdı. Bir az da yaxınlaşdım.. Aman Tanrım… Lamiyə öz qəbrinin 
üzərində durub ağlayırdı. Ağlaya-ağalaya üzünü mənə çevirib dedi: 
!
–          Orxan? Gəldin?- ağlamaqdan gözləri qızarmışdı. 
!
–          … – mən onu sadəcə xəyal olduğunu fikirləşdim və qəbirə yaxınlaşdım. Gülləri üzərinə 


qoydum . 
!
–          Orxan niyə danışmırsan? 
!
–          Sən nəsən? Yalvarıram çıx ağlımdan… Özümü öldürməmi istəyirsən?  Mən sağaldığımı 
düşünmüşdüm. Özümü öldürməmi istəyirsənsə, öldürüm. – Lamiyənin mərmərdən olan qəbir 
daşını qucaqlayıb, başımı möhkəm çırpmağa başladım. Alnımdan qan açılırdı. Lamiyə durub 
mənə yaxınlaşdı və məni qəbirdən uzaqlaşdırdı. Çantasından çıxardığı yaylıq ilə alnımdakı qanı 
sildi, . O məni bir kafeyə apardı.  Mənə danışacaqları bəzi şeylər varmış. Mən artıq onun xəyal 
olduğuna öyrəşmişdim. İki kofe sifariş verəndən sonra danışmağa başladı: 
!
–          Orxan, sən çox əclaf, sən çox pis insansan. Qızların həyatı ilə oynamısan. Neçə qızı 
beləcə bədbəxt etmisən. Sən hardan bilirsən ki, digər qızlar da özünü öldürməyib? Hamilə 
qoymamısan onları? Hə? Orxan, dərsini aldınmı?  İnsan öz nəfsinə sahib çıxmağı bacarmalıdır. 
Yoxsa bax beləcə günahlarının əcirini çəkərsən… Sən elə bilirsən ki, səninlə danışan bir ruhdur 
və ya bir xəyaldır. Bəlkə də yenə yuxu da olmağını fikirləşirsən. Ancaq bunların hamısı bir 
gərçəkdir.  – o, çantasından dəftərlər çıxararaq, davam etdi- Bax bu Lamiyənin günlüyüdür. Hər 
cümləsində sən varsan,  bu dəfyərin içindəsənin şəkillərin var. O səni o qədər sevirdi ki. Bunu 
sözlə təsvir etmək də kifayət deyil. Ancaq sən bunu başa düşmədin. Digər namusu ilə oynadığın 
qızlar kimi Lamiyəni də bədbəxt elədin. Xoşbəxtsənmi? 
!
–          Mən… 
!
–          Dayan sözümü kəsmə… Sən yaşamırsan, sən bir ölüsən. Diri ölülərdənsən! Dəlixana da 
qalmağın məni sevindirdi. Çünki məqsədimə çatıb səni dəli eləməyi bacardım. Amma indi 
gərçəyi bil! Mən Lamiyənin əkiz bacısıyam! Sənin Azərbaycana dönməyini lamiyənin profilində 
gördüm, tez də bağladın. Daha sonra çətində olsa dostlarından birini tapıb qaldığın ünvanı 
öyrəndim. Sən əlini-üzünü yuyandan sonra içdiyin suyun içində dərman var idi. Hansı ki, o yuxu 
dərmanı ilə sən  dörd saat əlavə yatdın.  Qəbirstanlığa gedəndə səni izlədim, daha sonra kafeyə 
keçdin və mən sənin ardınca, girdim. Sən tualetə gedəndə yenə qəhvənə dərman atıb sənin 
yuxunu gətizdirdim.  Sonra evə də gələndə sən lüt qaçdın, sonra öyrəndim ki, dəlixanaya 
bağlayıblar səni. Mən öz qısasımı almış oldum. Bacımın qisasını! Səni öldürə də bilərdim. Sən 
qarnındakı uşaq olan bir qızın qatilisən! Belə necə yaşaya bilirsən? Əlvida… birdə məni 
görməyəcəksən…. Sənə söz verirəm! – dedi və çantasını götürüb  getdi. Ağlımın ucundan da 
keçəmişdi ki, Lamiyənin əkiz bacısı var. Bədənim əsirdi… qorxudan…ünahlarımdan…. 
Lamiyənin bacısı həqiqətən, haqlı idi. 
!
*** 
!
Həə belə dostlar…. Mənim də hekayəm bu qədər idi. – Aparıcı ayağa qalxaraq ağlayan camaata 
dedi: 
!
Gəlin Orxana dua edək ki, hər şeyi onda yaxşı olsun. – ancaq onun sözünü kəsərək dedim: 


!
–          Yox dua etməyin. Ürəyimdəkiləri sizə danışdım  və rahatladım. Şayət, mənə nəsə olsa 
ağlınızda qalanları bir kitab halında çıxarın ki, insanlar öz nəfsinə sahib olmayınca nələr baş 
verəcəyini görsün. Bunu sizdən xahiş edirəm! Hələlik dostlar. 
!
Təlimi tərk etdim və şiddətlə əsən küləkli havada dənizə tərəf getdim. Sahildə fırtınaya görə heç 
kim yox idi. Dalğalar bir-birinin belini qucaqlayırdı.  Qara buludlara baxdım və sanki, içərisində 
Lamiyəni gördüm… məni özünə çağırırdı. Gözlərimi yumuram və Lamiyəyə qovuşmaq üçün 
dənizə tərəf addımlayıram. İndi dərk etdim ki, Lamiyəni sevirəm… Bu dənizin dalğaları məni 
ona aparacaq… Sənə gəlirəm Lamiyə.. 
!
!
!
Nicat Kazımov 
!
Korsika Xatirələri 
!
04.06.2012 
!
!

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə