Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə91/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   87   88   89   90   91   92   93   94   95

– Onda mən də sənə bir şey deyim. Mən anamın üstünə gedəndə sən burada bir qulluqçu qız 
tapmısan və bütün gecələrini onunla keçiribsən. Adı da Lara idi hə? 
– Bəli, Lara idi. Nəsə bilirsən? 
– Mən səni heç vaxt itirmək istəmərəm. Sənin sevgin yalnız mənə aiddir, göz görə-görə səni 
itirmək istəmədiyim üçün, onun yeməyinə zəhər qatdırdım və aradan qaldırdım! 
– Nə danışırsan sən?! Mən onu…. 
– Sən onu nə? Yoxsa sevirdin?- Jozefina hiddətlənmişdi. – Qulaq as “Cənab Bonapart”, sən ona 
bağlansaydın biz ayrılacaqdıq, bu da sənin imperatorluğuna ziyan vuracaqdı! 
– Haqlısan… – onun sözündə haqq tapdım. 
– İndi isə səninlə dəlicəsinə sevişmək istəyirəm… 
– Mən də səni istəyirəm… 
Əziz oxuyucular, bu yazı tarixlə, yazıçı təxəyyülünü əsasında yazılmışdır… 
!
Korsika Xatirələri 
23.05.2012 
!
!
!
!
 
 
 
 
 
Korsikalı Rəssam 
!
!
!
!
Ən sevdiyim qoxu fırçanın ucunu yüngülcə boyaya batırarkən burnuma gələn xəfif boya 
qoxusudur. Ən sevdiyim səs qələmlə kağızın üzərinə yavaş-yavaş cızdıqca duyulan səsdir. Məhz 
buna görə mən rəssamam. Allaha inansaydım deyərdim ki, o mənə lütf edib Korsikada doğdurub. 
Onun təbiətindən istədiyim qədər istifadə edirəm. Eyni zamanda Ay və Günəşi dənizin üzərində 
görə bilirəm. Gecə düşdükdə isə ulduzların parıltısı dənizin üzərinə düşür və sanki ulduzlar gəlib 
dənizə enir. Bunları da rəsimə alanda insanları valeh etməyi bacarıram. 
Bayaq yazdım Allaha inanmıram.Allaha inanmıram çünki, İncildə deyildiyi kimi, İsanın Allahla 
güləşməsinə inana bilmirəm və ya Allah əgər olsaydı o qədər cılız olmazdı ki, öz peyğambəri ilə 
güləşsin… Yaratdığım əsərləri isə bunun üzərində qururam. Çox rahiblər mənə şeytanın oğlu 
deyir. Çünki çəkdiyim əsərlər insanı şəhvətə, Allahsızlığa gətirib çıxardır. Amma mənim 
çəkdiklərim yalnız insanlardır. Onların üzləri, qırışları və mənə dedikləri günahlar. Onların 
günahlarını üzlərindən oxuya bilirəm. Təbii ki, mən öz pulumu qazanıram. 
Yaşadığım şəhərdə və ümumiyyətlə bütün adada katolik kilsəsi çox güclənib. Hərgün kiçicik bir 
səhvə görə neçə belə edam görürəm və gördüklərimidə elə oradaca çəkirəm. Mənim dini 
fikirlərim və çəkdiklərim rahiblərin xoşuna gəlmir və məni hər an inkvizisiya məhkəməsi 
təhlükəsi gözləyir. Rəssamlığım güclü olduğundan 1755ci ildə çevrilişlə hakimiyyətə gələn və 
krallığını elan edən Kral Paskal Paolinin ailəvi rəssamıyam. Buna görə kilsə mənə 
toxunmur.Çünki ondan qorxurlar… 
27 yaşımda əlahəzrətimin böyük bir portretini çəkmişdim və çox bəyənmişdi. Mənim himayəmi 


öz öhdəsinə götürmüş və mükafatlandırmışdı. Hər kəsin üzündə dərd və günah görərkən 
əlahəzrətimin üzündə xeyirxahlıq var idi. Halbuki atasının siyasi fəaliyyətinə görə o 9 yaşında 
sürgün olunmuşdu. Bir sözlə, geri dönüşü möhtəşəm oldu və bizim xalqı Cenovalıların əlindən 
qurtardı. 
Rahiblərin hədələrindən təngə gəlmişəm. Həmişə buranı tərk etmək istəmişəm. Ancaq qorxuram 
ki, buranı tərk edərsəm rəssamlığımı, sənətimi də tərk etmiş olaram. Əminəm ki, mənim bu 
istedadım Korsikanın təmiz təbiətindən verilmişdir. Hətta buranın başqaları tərəfindən mənasız 
hesab etdiyi düzənlikləri belə möhtəşəm əsərə çevirə bilirəm. 
Allaha və onun dininə inanmasam da, ölkənin ən güclü rəssamı olduğumdan kilsənin 
rəssamlığını da özüm edirəm. Həmdə öz məvacibimi alıram. 
Müxtəlif tacirlər mənə öz şəkillərini çəkdirir, digər varlılar ailələr də həmçinin. 
!
Bir gün otağımda keçən saniyələr ilə vidalaşırkən, qapım döyüldü. Hava yağışlı və tutqun idi. 
Mən boya qoxulu otağımda oturub yeni yaradacağım əsəri fikirləşərkən, həmin əsər qapımın 
ağzına gəldi. Qapını açanda dəriyə bürünmüş bir qızın gözlərinin parıltısını gördüm. O 
islanmamaq üçün içəri girdi və mənə dedi: 
– Rəssam Lorent sizsiniz? 
– Bəli mənəm… – Onun gözəlliyi qarşısında aciz qalmışdım. O Korsikanın təbiətindən də gözəl 
görsənirdi. Gözləri çəkdiyim ulduzlardanda parlaq idi. 
– Mən sizə portretimi çəkdirmək istəyirəm.Bunun üçün İtaliyadan gəlmişəm . İtaliyada hər kəs 
sizin əsərlərinizdən danışır. Romada da sizin adınız dünyanın ən güclü rəssamları ilə eyni sırada 
olur. Belə cavan olduğunuzu bilməmişdim. 
– Buyurun içəri keçin və rahat danışaq. – Onun məlahətli səsi və görkəmi mənim nitqimi 
tutmuşdu. 
– Adımı soruşmayacaqsınız? – Üzündə xəfif təbəssüm yarandı və verdiyi sualın cavabını 
dinləmədən dedi : ” Adım Luanadır”. 
Luana….Luana…..Luana…. İnana bilmirəm ki, belə bir əsər ayaqlarıma gəlib. 
– Sizin əməkhaqqınız neçədir? – Mənsə tərddüt etmədən dedim: 
– Lütfən, mən sizdən 1 qəpikdə ala bilmərəm. Nəsə içirsiniz? 
– Necə istəyirsinizsə elə olsun. Ancaq düşünürəm ki, kral ailəsinin rəssamı pul alsaydı yəqin 
mənim bütün sərvətimi alardınız. – O dedi və güldü. 
– Siz bura yalnız gəlmisiniz? 
– Mənim heç kimim yoxdur. Lənətə gəlmiş fransızlar İtaliyadan çıxarkən qırıblar hamısını. Ərim 
var. Daha doğrusu var idi. Süvari alayının komandiri idi. Dedilər əclaf Fransa kralı 14cü Luisin 
hərbi qoşunları ilə toqquşurkən ilk top atəşi elə mənim bədbəxt ərimə dəyib. İndisə dul 
qalmışam. Ondan qalan hər şey mənim oldu. İtaliya camaatı axır vaxtlar çox pis olub. Dul 
qalmışam deyə hər cürə söz eşidirəm. Hər şeyimi satdım, bütün sərvətimi yığdım və bura gəldim. 
Eşitdim bura dünayanın ən səssiz və gözəl yeridir. 
– Luana idi adın hə? Üzünə baxanda kədərin hiss olunur. Ancaq gözlərindəki işartı mənə 
ürəyinin həyat eşqi ilə dolu olduğunu bilməyimdə çətinlik çəkdirmir. Ancaq sən orda 
İtaliyalıların əlindən qaçdın, bəs buranın cahil xalqının və qəddar rahiblərinin əlindən hara 
qaçacaqsan? 
– Sənin yaraşıqlılığına və gözlərindəki müdrikliyinə baxanda hiss edirəm ki, mən Korsikada 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə