Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə90/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   87   88   89   90   91   92   93   94   95

Qapı döyüldü və içəri Lara girdi. Mənim üzərimdə gecə yatmaq üçün nəzik geyim var idi. Amma 
Lara hələ əynini dəyişməmişdi. Lara həyəcanlı-həyəcanlı. ağır-ağır barmaqlarını ovucunda 
sıxaraq gəlirdi.Ona yaxınlaşdım və dedim: 
– Nədən qorxursunuz? 
– Əfəndim, sizinlə göz-gözə gəlmək məni həyəcanlandırır. 
– Mən sənin həyəcanlanmağını istəmirəm.- Barmağımla onun qulağının dibini, boynunu 
sığallayırdım. Onun nəfəsi gedib-gəldikcə, döşləri irəli-geri hərəkət edirdi. Gözlərini yumub, iri 
çiyələmə bənzər dodaqlarını dişləriyidi. Onunda məni istədiyini fərqindəydim. Dodaqlarımı onun 
dodaqlarına yaxınlaşdırdım. Burnundan gələn nəfəsi mənim dodaqlarıma sürtülürdü sanki. 
İçəridə bir az rütubət var idi. Sanki dekabr küləyi paltarımın altına girərək məni sığallayırdı. 
Külək bədənimdə gəzdicə də qarşımda duran Lara məni ehtiraslandıırdı. Mən də dodaqlarımı 
onun dodaqları ilə qovuşdurdum. Onun alt dodağı mənim iki dodağımın arasında əriyirdi sanki. 
Onun reaksiyasını öyrənmək üçün qəflətən aralandım ondan və kənara çəkildim. O isə tənginəfəs 
olmuşdu. Qorxa-qorxa mənə dedi: 
– Əfəndim, birlmədən sizə qarşı nəsə qəbahətim oldu? 
– Yox sadəcə yorğunam. Masaj elə məni… 
Baş üstə, əfəndim… – onun üzünün gülməyindən hiss etdim ki, o da məni istəyir. 
Mən çırtıldayaraq yanan odunun yanında uzandım. Lara üzərimdəki geyimi çıxarırdı yavaş-
yavaş. Qaranlıq otağı sadəcə işıqlandıran həmin bu alov idi. O mənim boynumun kökünə 
ehmalca toxnaraq, aram-aram ovxalamağa başladı. Dincəlirdim sanki… Bu hiss mənə Möhtəşəm 
Hökümdar Sultan Süleymanın işğal edə bilmədiyi, ancaq mənim Vyananı işğal etdiyim hissdən 
qat-qat şirin idi. Çünki, sevgi,məhəbbət, ehtiras hər bir qələbədən gözəldir. Beli üstə çönüb onun 
bədənindəki paltarı çıxarmağa başladım. İndi isə ikimizində bədənimiz çırıl-çıplaq qarşı-qarşıya 
idi. Onu özümə dartıb öpüşməyə başladım və…. 
*** 
!
Biz hər gecə görüşürdük. Ona da demişdim ki, sən mənim gizli məhbbətimsən… Onun yanında 
olanda özümü xoşbəxt hiss edirdim. Ta Çinə qədər yürüş etməyə hazır idim. Üzərindən 20 gün 
keçdi hər şeyin. Jozefina geri döndü. O qaralara bürünmüşdü. Mənim otağıma daxil olaraq, 
şahmat taxtasını açdı və fiqurları düzüb masanın arxasında əyəşdi və məni gözlədi. Mən də 
yerimə keçdim. Ağ firqurlar mənə aid idi. İlk gedişimi etdim. – bu vaxt içəri Joseph girdi. 
Cənab Bonapart, aylıq cinayət dəftərini gətirdim araşdırmaq istərsiniz deyə düşündüm. 
– Təşəkkür edirəm Joseph, Masanın üzərinə qoy və get. – Josefina da öz gedişini edərək söhbətə 
başladı: 
– Mənim qəhrəmanım, imperatorum, könlümün taxtının sahibi, Vyananı işğal edə bildiyin üçün 
çox sevindim. Lütfən məni bağışla, xoş günündə yanında ola bilmədim. 
– Əzizim, sənin xəyalın zatən həmişə mənim yanımdadır, istər, səfərdə olum, istər sarayda… 
– Yeni bir səfər planlayırsan? 
– Yeni səfərlərimi, qurultayda açıqlayacam. Fransız xalqı qədər dinamik xalq yoxdur. İsti 
evlərində oturmaqdansa, müharibə istəyirlər… 
– Ahh sevgilim, axı onların sənin kimi imperatorları var… 
– Şah və Mat… 
– Nə vaxt səni uda biləcəyəm cənab Bonapart? 


– Bir az məşq et… 
!
*** 
Bir həftədir ki, dövlət işləri ilə məşğulam, otaqdan çıxmırdım və heç kimin otağıma girməməsini 
deyirdim, heç nəyə görə narahat olmaq istəmirdim. Yeməyimi isə masaya gətirirdilər. Birdən-birə 
ürəyimə Lara düşdü. Onunla sevişməyimiz, ləziz dodaqları və s. Buna görə: 
– Rüstəm…. Rüstəm…. 
– Buyurun əfəndimiz… – o qapını açaraq içəri girdi. 
– Laranı gətirin otağıma. 
– Əfəndim, o… 
– Əmr edirəm, tez olun! 
– O yatağında ölü tapılıb. 
İnana bilmirdim, ayağa qalxdım nəfəsim kəsilirdi. Axı onu çox sevmişdim… Rüstəmin yaxasına 
yapışaraq, onun necə öldüyünü soruşdum: 
– İzah et mənə hər şeyi… 
– Əfəndimiz, həkimin dediyinə görə yeməyinə zəhər qatılıb. Birdə araşdırma zamanı ona aid bir 
məktub tapmışam. – o yaxasından çıxararaq mənə məktubu uzaddı. 
– Hər kim öldürübdürsə, mənə denən, əks halda sarayada başı kəsilməmiş adam qalmayacaq! 
Əmr edirəm!!! 
Baş üstə , əfəndimiz. 
– İndisə rədd ol get tap qatili! 
Rüstəm otaqdan çıxdı. Mənsə böyük qlobusu əlimlə sındırdım və masa arxasına keçdim. 
Məktubu açıb oxumağa başladım: 
” Mənim qəlbimin padşahı, kölə olmağıma baxmayaraq siz mənə yaşama sevinci verdiniz. Sizin 
sevginizə möhtac qılınmışam. Hər an sizdən otrü, isti nəfəsinizdən, qalın səsinizdən, yumşaq 
toxunmağınızdan, sərt bədəninizdən, ehtiraslı dodaqlarınızdan, məni məndən alan gözlərinizdən 
ötrü çox darıxmışam. 1 həftədir, sizinlə əlaqə yaratmaq istəyirdim. Ancaq heç kim otağınıza 
daxil olmurmuş. Sizə vacib xəbər çatdırmalı idim. Sizin övladınızı bətnimdə daşıyıram. Hər gün 
yuxuma girirsiniz, özümüzü ailəvi şəkildə görürəm. Siz, mən və balaca bir uşaq. Sonra bəyaz at 
bizi aparır. Sizsə mənə əl sallayırsınız… Lütfən sizə ehtiyyacım var, sizdən nigaranam, gəlin 
məni tapın. Bu məktubu sizə necə verəcəyimi də bilmirəm. Amma ana olacağıma çox sevinirəm. 
Mənimlə evlənməyinizi istəmirəm. Kraliçamızın hiddətinə səbəb olmaq istmərəm. Sadəcə siz 
mənə sevginizi verin ayrı heç nə istəmirəm, yalvarıram sizə. 
Lara.” 
Ah…. Lara… Sən ölə bilməzdin… Axı səni sevmişdim. Həm də mənim övladım olmurdu. İlk 
dəfə hamilə qalan biri olmuşdu. Əlimi bərkdən masanın üzərinə vurdum. 
Hər şeyin üzərindən 1 həftə keçmişdi. Əsəbim soyumuşdu. Dövlət işləri mənə bu hisslərdən uzaq 
olmağı öyrətmişdi həmişə. Gecə çarpayıya Jozefina ilə birlikdə başımı qoyarkən, Jozefina mənə 
dedi: 
– Əzizim, Rüstəmə de əziyyət çəkməsin, qatili heç vaxt tapa bilməz. 
– Niyə elə fikirləşirsən ki ? 
– Mən səni çox sevirəm… Bəs sən məni sevirsən? 
– Mən sənə sonsuz məhbbətlə bağlanmışam… Səni sevməsəydim sən bu gün kraliça olmazdın. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə