Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə87/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   83   84   85   86   87   88   89   90   ...   95

kəsin marağında idi.  Çünki oyunçuları özünü öldürən film yəqin ki tək buradakıların yox, bütün 
insanların marağında idi. 
!
Qaliblərin adı açıqlanırdı, bir-bir zərfləri açırdılar və nəhayət ilin ən möhtəşəm filmi mənim 
filmim oldu. Kann festivalının qalibi olmuşdum… Məni hər kəs təbrik edirdi,  dünyanın bütün 
məşhurları burada idi.  Yəqin ki, televizor arxasından baxan keçmiş həyat yoldaşım mənimlə 
qürur duyurdu, oğluma deyirdi ki, o kişi sənin atandır…. Bəli! Həqiqətən böyük uğur idi. 
Alqışların ardı-arası  kəsilmirdi… 
!
Birdən-birə ətrafımı onlarla polis bürüdü… Komissar Fransa dövlətinin adı ilə əlindəki kağıza 
əsasən mənə cinayətkar adı verərək  əlimə qandal taxdıtdı və bir anlığa məni oradan 
uzaqlaşdırdılar. 
!
*** 
!
Orada mənə Komissar hər şeyi etiraf etməmi söylədi. Ancaq bilmirdim söhbət nədən gedirdi. 
Deyəndə ki, siz Filiplə, Saranın ölümündə təqsirkarsınız. Bu sözləri eşidəndə inana  bilmədim. 
Bunun böhtan olduğunu dedim. Ancaq qarşıma bir video kadr göstərdilər. Cathedralın binasına 
qalxıram və belimdə bir böyük torba var.  Bir az sonra yuxarıda peyda oluram və torbanın 
içindən Filipin cansız bədənini götürüb aşağı atıram. 
!
İnana bilmirdim. Daha sonra digər bir videonu göstərdilər.  Sara Elizabetin evinə girirəm  çox 
keçmədən evini tərk edirəm. Daha sonra barmaq izlərimin nəticəsini göstərirlər, həqiqətən onun 
evində olmuşam. Polislər  mənə dedi ki, həmin gecə harada olmusan? Dedim ki, həmin gecə mən 
ailəmin, oğlumun yanında olmuşam. Həqiqətən getmişdim uşağımın yanına.Polis mənə deyəndə 
ki: 
!
“ Cənab İzaq, siz bizi ələ salmısınız? Sizin ailəniz ötən il avtomabil qəzasında həlak olub” – 
ağlımı itirirdim. Dəli olacaqdım…  Bəs mən oğluma sarılmışdım, söhbət eləmişdim, 
qiymətlərinə baxmışdım. Keçmiş arvadımla barışmaq istəyirdik. Bunlar necə ola bilər axı? 
!
Mənim bu hərəkətlərimə həkimlər diaqnoz qoydular ki, mən paranoid xəstəliyinin ən yüksək 
həddinə çatmışam və bununla da şizofreniya yaranıb. Sən demə, öz oyunçularımı  filmimin 
məşhurlaşması və Kann festivalında qalib gəlməyim üçün öldürmüşəm…. 
!
Xoşbəxtlikdən yeni ssenarilər yazmağım üçün  bu psixoloji dispanserdə  mənə kağız və qələm 
verirlər. Hərdən bərkdən gülürəm. Həkimlər gəlir deyir ki, nəyə gülürsən? 
!
Məndə cavabında isə deyirəm ki: 
!
“ Yəqin ki, ilk Kann festivalında qalib gələn rejissor mənəm  ki, indi dəlixanadayam”. 
!
Rejissor İzaq 


!
Strasbourg Xatirələri 
!
24.09.2012 
!
!
!
!
!
!
 
 
 
 
 
Mən necə cihadçı oldumʔ! 
!
!
Mən İyadam… Ulu babalarım kimi mən də gözümü Fələstində açmışam. Bu artıq mənim alın 
yazımdır ki, burada doğuldum. Bunu heç kim dəyişə bilməz. Mənim evim Qüds şəhərinin 
şərqində yerləşən Əqsa məscidinin yanında yerləşir. Atamdan qalan ərzaq dükanını idarə 
edirdim. Küçəmizdə sırf müsləmanlar yaşayırdı. Əvvəlcə bura haqqında danışmaq istəyirəm: 
!
İslam dinində bura müqəddəs və mübarək yеr sayılır. Burada evimizin kənarındakı Əqsa məscidi 
yеrləşir. Müsəlmanların ilk qibləsi оlmuş bu məscid Allah təala üçün yеr üzündə tikilmiş ikinci 
məscid kimi qəbul olunur və İslam dinində müqəddəs sayılan məscidlər arasında 3-cü yеrdədir. 
Bura İsra (Merac) ərazisi də adlanır. Aхı, Məhəmməd pеyğəmbər (s) məhz buradan göyə 
ucalmışdır. Еləcədə Fələstin Pеyğəmbərlər Tоrpağı adını daşıyır. Çünki bir çох pеyğəmbərlər 
dünyaya burada gözünü açmış, ömür sürmüş və burada da dəfn оlunmuşdur. İslam dininə görə, 
bura həm mənşər (Allahın insanları diriltdiyi yеr), həm də məhşər (Qiyamət günündə insanların 
tоplandığı yer) yеri sayılır. 
Fələstin xristian və yəhudilər üçün də müqəddəs yеr sayılır. Yəhudilər bеlə hеsab еdirlər ki, bura 
оnlara vəd оlunmuş yеrdir, tariхləri, kеçmişləri buradan başlayır və bu tоrpaqa bağlıdır. Fələstin 
onların pеyğəmbərlərinin uyuduğu tоrpaqdır. Yəhudilərin müqəddəs hеsab еtdiyi bu yеrlərin 
mərkəzi isə Qüds və Хəlil şəhərləridir. Хristianlar da Fələstini öz dinlərinin nəşət еtdiyi yеr 
sayırlar. Çünki İsa pеyğəmbər burada anadan olmuş və öz dəvətini burada aparmışdır. 
Хristianların ən böyük dini mərkəzləri Qüds, Beytləhm və Nasirə şəhərlərindədir. 
Hələ 1918-ci ildə İngiltərə Fələstini işğal edəndə, xalqın razılığı olmadan hissə-hissə Fələstin 
torpaqları yəhudilərə satılırdı. Daha sonra buna görə xüsusi cihad təşkilatları yaranmış və buna 
qarşı kütləvi inqilaba başlanmışdı. 
1948-ci ildə sionistlərin İsrail adlı dövlətin yaradıldığını elan etdi və bununla da ölkəmizin 
bitməz və tükənməz problemləri başladı və bu günə kimi də davam edir. Əsl Fələstinli olan insan 
heç vaxt öz ölkəsini qoyub getməyib. İstənilən problemlərin olmasına baxmayaraq, məndə 
xalqımız kimi buradan heç vaxt getmədim… Amma indi düşünürəm ki, gərək gedərdim.. 
Biz həmişə yəhudilərlə və xristianlarla öz xalqımız kimi yola getmişik. Hələ mən uşaq olarkən
İsrail dövləti 1978-ci ildə bağlanan Kemp-devit sazişindən sonra ölkəmizə yüzminlərlə yəhudi 
köçürdü. İş burasıdır ki, sonradan gələnlər hansısa missiya üçün gəlmişdilər. Əqsa məscidinin 
imamı həmişə deyir ki, həqiqətən bura peyğambərlər ölkəsidir. Məhz buna görə istənilən dinə biz 


burada hörmət etməliyik. Ancaq gün gəldi ki, əvvəllər yavaş-yavaş axan qızıl qan, indi daha 
sürətlə axırdı. Artıq Cihadçılarla İSrail ordusu arasında olmurdu bu savaş. Öz gözümün 
qarşısında neçə fələstinli müsəlman uşaqları güllələnirdi. Cihadçılar isə səbri tükənir və gücləri 
çatmayınca sinaqoqlarda kamikadzelik edirdi. Bu bizim xalqımız üçün şərəf yazısıdır. Ancaq 
ətraf ölkələr bizim xalqa terrorist adı verir və bu gündə bizi belə tanıyırlar. Amma onlar 
görmürlər və başa düşmürlər ki, bələkdə körpəsi öldürülmüş ata kimsəsiz qalınca onun qarşısını 
heç kim ala bilməz. Tankın üzərinə belə dişi və dırnaqları ilə gedər. 
!
Mən məlum dərdimizi deyil, öz hekayəmi danışmaq istəyirəm… 
!
2001-ci ildə atamın köməkliyi nəticəsində Süleyha adlı sevdiyim qızla toyum oldu və onu 
evimizə gəlin gətirdik. Anam çoxdan vəfat etmişdi. Artıq atamda qocalmışdı. O bizim toyumuzu 
edəndən sonra canını tapşırdı. Həyatımdakı ən yaxın dostumu itirmişdim. Məni bu fikirlərin 
içərisində məhv olmaqdan qurtaran da elə məhz Süleyha oldu. O mənə ilk övladımı verdi. Adını 
Məhəmməd qoyduq. O bizim məhəbbətimizi daim qoruyub saxlayırdı. Həqiqətən yuvanı dişi quş 
qurar, Süleyha buna əyani sübut idi həyatımda. O məni qoymurdu şəhərdə çox olmağa. İstəmirdi 
ki, hansısa yəhudi ordusu ilə cihaçıların toqquşması arasında qalıb həlak olmağımı. Bizim 
cihadçılar yəhudilərin əlindən zorla qoruduqları Əqsa məscidinin yanında gün aşırı olurdular. 
Məhz buna görə də dükanda da olanda çox düşmən gülləsinə tuş gələn şəhidlərimizi görürdüm. 
İstənilən təhlükənin olmasına baxmayaraq uşaqlar məktəbə gedir, kişilər günün beş vaxtı 
məscidə gəlir, qadınlar yemək bişirir və xoşbəxt həyat yaşayırdılar. Ancaq bu xoşbəxtlik yalnız 
evin içində olurdu. Çölə çıxanda müsəlmanları aşağılayan qanla yazılmış sözlər və yerdə cəsəd 
görəndə bu xoşbəxtlik çox az çəkirdi və küçənin ortasında hönkür-hönkür ağlamaq tuturdu 
insanları. Ölkədə psixoloji müharibə silah müharibəsindən çox idi. Çünki onların məqsədi bizləri 
öz doğma torpaqlarımızdan qorxudub qaçırmaq idi. Ancaq bu heç bir nəticə verməyəndə 
xalqımızın qəhrəman övladları onlara qarşı cəphələnirdilər. Bizim bir əsgərimiz 10 yəhudiyə 
bərabər idi. Bunu başa düşən Təl-əviv höküməti bura xüsusi silahlarla təchiz olunmuş , zirehli 
tanklarla minlərlə günü gündən ordu göndərirdi. Ancaq bizim xalqın taqəti heç vaxt tükənmirdi. 
Razıydıq qanımız qalsın, küçələrdə çay kimi axsın, cəsədimizi heç kim götürməsin qurda-quşa 
yem olaq amma heç vaxt torpaqlarımızı qoyub getmərik. Bura bizə Həzrətimiz Məhəmməd 
peyğambərdən (s) vəsiyyətdir. Burda hər qanı axıdılan insanlar əminik ki, Allahın dərgahında 
Cənnətə qovuşur. 
!
İllər davam etdikcə mənim tək sevgilim mənə 2 daha övlad hədiyyə etdi. Qızımın adını Fatimə, 
digər oğlumun adını isə Əli qoydum. 
!
Biz evimizdə çox xoşbəxt idik. Övladlarımla dost kimi idim. Məhəmməd artıq 8 yaşına çatmışdı 
və onun dərsləri ilə özüm xüsusi məşğul olurdum. Bir gün Süleyha mənə gəldi dedi ki, oğlanların 
sünnətini etmək lazımdır. Məhəmmədi sünnət etmirdik ki, Əli də bir az böyüsün və onları 
birlikdə sünnət edək. Və artıq vaxtı çatmışdı. 
!
Bir həftə boyunca evimizdə hazırlıq etdik. Süleyha qonaqlar üçün çox gözəl süfrə açılmışdı. 20-ə 
yaxın Qüdsdə olan qohum-əqraba gəlmişdi. İçəridə Quran oxuyurdu mollamız. Arada şərbətlə 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə