Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə92/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   87   88   89   90   91   92   93   94   95

yaşaya biləcəyəm. – O danışdıqca dodaqları bir-birindən aralayırdı. İrəli uzanmış dodaqlarına, 
parlaq gözlərinə və şabalıdı saçlarına baxanda ürəyimin döyüntüsü get-gedə artırdı. 
– Portretinizi indi çəkməyimi istəyirsiniz? 
– Sizin üçün maneçilik törətmirəmsə, bəli. Sizin əl işinizi görmək üçün səbrsizlənirəm. 
Mən ayağa qalxdım və əlimdəki şərab qədəhini masanın üzərinə qoydum. İçəridəki şamlardan 
bir neçəsinidə yandırdım. İşıq qaranlığa hakim kəsildi. İndi Luananı daha aydın görürəm və onun 
gözəlliyindən həzz alıram. O otaqda gəzdi və əsərlərimə baxaraq dedi: 
– Burda diri-diri basdırılan insanlar, mələyi öldürən şeytanlar, lüt Məriəm ana və başqa şəkillər 
var. Rahiblər buna görə sizi xoşlamır? 
– Demək olar ki, hə. – Mən gülümsədim və sonra dedim : ” Necə portret istəyirsiniz?” O heç bir 
söz demədən tablonun arxasındakı divana yaxınlaşaraq paltarını çıxartdı, lüt və gözəl bədəni ilə 
divana uzandı. Mən birinci udquna bilmədim. Belə gözəl qadın ilk dəfə qarşımda lüt idi və onun 
şəkilini çəkəcəkdim. Ancaq onun bəyaz bədəninə baxdıqca bacara bilməyəcəyimi anlayırdım və 
ona dedim: 
– Luana, əgər sənin belə bir rəsmin olsa və Korsikada yaşamağa qərar versən səni burda acı tale 
gözləyə bilər. – O yalnız bir söz dedi: “Başla”. 
Boyanı və fırçanı əlimə aldım. Ştrixlərlə kağıza iz qoydum və ayaqlarından başlayaraq çəkməyə 
başladım Ayaqları Korsikanın düzənliyinə oxşayırdı. Amma onun bəyaz ayaqları bu düzənlikdən 
daha gözəl idi. Ayaqlarından yavaş-yavaş yuxarı qalxırdım. İlk dəfə ehtiras hissi ilə əlimdə qələm 
tutmuşdum. Bu şəkili möhtəşəm etməli idim. Sonra Ayyaçonun qarlı təpələrinə bənzər döşlərini 
çəkdim. Qarlı təpələr kimi onunda döşləri bəmbəyaz idi. Dodaqları Günəş dənizin arxasında 
gizlənərkən, dənizlə səma arasında yaranan qırmızımtıl işığa bənzəyirdi. Gözləri isə şamların 
təsirindən par-par parlayırdı. Gecə ikən dənizin üzərinə enən ulduzlar kimi. Yağışdan islanmış 
saçları isə sıx meşəmizə bənzəyirdi. 
Həyatımın bəlkədə ən möhtəşəm əsərini yaratdım. Luana çılpaq yanıma gəldi və şəkilə baxdı. 
Heç nə demədi. Çünki əsərin qarşısında aciz qaldı. O da özünü heç güzgüdə belə gözəl 
görməmişdi. Üzünü mənə çevirərək dodaqlarımdan öpdü və sonra bu anımız uzandı. Onun nəm 
saçlarının ucu sinəmdə gəzirdi və onun sayəsində ilk dəfə bakirliyimi pozdum. Luana…. 
Səhər açıldı və Luana şəkilini götürüb evdən çıxdı. O çox uzaqda yaşamırdı. Parrizona kilsəsinin 
qarşısına köçmüşdü. Hər kəsin diqqəti onun üzərində idi. Xüsusilədə səhər evimdən çıxamğını 
görən rahiblərin… 
Mən ilk dəfə aşiq olmuşdum. Həm də öz əsərimə. Luanaya… 
Səhəri gün şərabımı açıb düşünərkən , şəhərdə silah səsləri eşidildi. Hər kəs kimi dəftərimi və 
qələmimi götürüb çölə çıxdım. Fransız qoşunları şəhərə daxil olmuşdu. Kim onlara qarşı güc 
tətbiq edirdisə, qılıncdan keçirirdi. Gözümün qarşısında ananın əlindən düşən körpə atın ayağının 
altında iki dəfə tapdalandı.Bu səhnələri çizirdim gələcək nəsillərə ötürməyim üçün.Sonra səs 
dayandı və italiyanca fransız sərkərdəsi 3 dəfə möhkəm dedi: 
” Ey Korsika xalqı! Duyun və bilin! Korsika Birləşmiş Fransa krallığı tərəfindən işğal 
olunmuşdur. Kralınız Paskal Paoli öz xalqını qoyub İngiltərəyə qaçmışdır. Bundan belə Korsika 
Fransanın torpaqları ərazisinə daxil olunacaq. Burada vali təyin olunana kimi bütün səllahiyətlət 
katolik kilsəsinə, papa Fernandesə aiddir! Duyun və agah olun!” 
Əsərlərimi toplayıb qaçmaq istəyirdim. Himayədarım da qaçıb. Luananı da götürüm qaçım. 
Əsərlərim olamsa da olar. Luana mənim ən gözəl əsərimdir. Onun evinə tərəf qaçdım. Tərslikdən 


onun evi kilsə ilə üzbəüz idi. Evinə girərkən silahlı keşişlər tərəfindən yaxalandım. Onlar 
Luananın evinə girdilər və lüt portretinin divardan asıldığını gördülər. Luananı da mənimlə 
birlikdə kilsənin zirzəmisinə bağladılar. İçəridə müxtəlif xəstəlikdən can çəkişən insanlar və hətta 
meyidini siçovullar yeyən cəsədlər var idi. Səhəri gün məni və Luananı İnkvizisiya məhkəməsinə 
çıxardılar. Məni Allahsız kafir olduğuma görə və Luanın pis bir fahişə olduğuna görə edəm 
hökmünü kəsdilər. Məndən tövbə istədilər. Ancaq demədim. Kişi kimi ölməyə razılaşdım. 
Luananın tövbə etmək şansı yox idi.Bizi yüzlərlə insanın qarşısına çıxardılar. Hər kəs əllərinə 
keçəni üzümüzə atırdı. Padirənin biri edam masasına yaxınlaşırkən başıma xaç keçirmək istəyirdi 
və bu an onun üzünə tüpürdüm. O da barmağı ilə məni göstərərək cəhənnəm alovunda yanmağım 
üçün lənətlədi. Ölüm həyəcanından Luananın və mənim bədənim tir-tir əsirdi. Fransada 
gilyotinlə edam etdikləri halda, burada dar ağacından asırdılar. Luananın və mənim boynuma ip 
keçirdilər. Bir neçə saniyədən sonra asılacağıq. Mən sol əlimlə Luananın əllərindən tutdum və 
onun gözlərinə baxdım. İndi ən gözəl əsərimlə öləcəyəm. 
Bir anlığına düşüncə altından hər şeyi kənardan izlədim. Yüzlərlə insanın lənətləri altında iki əl-
ələ tutan sevgililərin edamı… Söz verirəm əgər ölməsəm və necəsə burdan sağ çıxsam bu anın 
şəkilini çəkəcəyəm… Axı mən rəssamam… 
!
Nicat Kazımov 
10.03.2012 
Fr. 07:07 
Korsika Xatirələri… 
!
!
!
!
!
!
!
!
 
 
 
 
 
Dəlixana 
!
!
Dəlixana… Əslində biz buna elmi dildə psixoloji dispanser deyirik… Həyatımı güclü həkim 
olmağa sərf etmişəm. Amma bilməzdim ki, bir gün öz yaratdığım silah özümə qarşı olacaq. Hər 
şeyi lap başdan başlamaq istəyirəm: 
Mən yəhudi əsilli polyakam. Adım Danieldir. Psixoloji xəstələr üzərində apardığım araşdırmalar 
və keçirdiyim kurslar nəticəsində öz elmi doktorantlığımı etmişəm və hal-hazırda dünyanın ən 
güclü həkimlərindən biriyəm və ya biriydim. Tez bir zamanda mənə Vyananın psixoloji 
xəstəxanasından iş təklifi gəldi və mən Almaniyadan 2 aylıq hamilə olan yəhudi arvadımla 
Avstriyaya köçdük. Bu xəstəxana da dünyanın ən ağır xəstələrini müalicə edirdim. Öz şəxsi 
terapiya üsulum olduğundan gənc yaşda olmağıma baxmayaraq, heç bir həkim mənimlə rəqabət 
apara bilmirdi. Masa arxalarında artıq mənə dövrün Sigmund Freid-di də deyirdilər. 
Özlərinə hakim ola bilməyən xəstələrin əlini qolunu bağlayıb tabut qədər dar olan otağa 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə