Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə94/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   87   88   89   90   91   92   93   94   95

seks də edir. 
– Qoy yeməyimizi yeyək… Danışmayaq bunlardan. 
*** 
Üzərindən aylar keçdi. Əkiz qızlarım oldu. Arvadım məyus olmuşdu. Ancaq mən ona dəstək 
olurdum. Alorenin mülicəsini hələ də aparırdım. Bu aylar ərzində o intihar etməyə cəhd göstərdi. 
Ən ağırı isə çəngəllə şah damarını kəsməyi oldu. Mənsə ən təhlükəli üsulda olsa bir variant tapdı: 
Özümü ona aşiq edəcəkdim. 
!
Onu özümlə xəstəxanadan çıxardırdım, şəhərdə gəzirdik, zatən həqiqətən gözəl idi və mən onun 
gözəlliyi haqqında sözlər deyirdim. O mənə görə qadın olmağını xatırladı. Hiss edirdim ki, artıq 
onda düzəlişlər olur. Bir gün Vyana sarayının qarşısında o məni öpdü. Mən çox həyəcanlandım. 
Hiss edirdim ki, məndə onu sevməyə başlayıram. Gün gəldi , o mənə yatmaq təklif etdi. Üç gün 
götür qoy elədim. Əgər bir insanı sağaldacamsa niyə də yox? Və mən onu şəhər kənarındakı 
evimə apardım. Onunla sevişməyə başladım. İstəyirdim ki, onun içindəki kişi mən olum və məhz 
buna görə də, onu 12 yaşında olduğu kimi anal hiss yaşatdım. 1 aya yaxın bu yolla müalicə 
etdim. Artıq arvadımdan çox onun yanında olurdum. Hiss etdim ki, o sağalıb, amma güzgüdə 
özümə baxanda özümü namussuz və şərəfsiz hiss etdim. Ruhumu şeytana satmışdım. İki 
uşağımın anasını qoyub, başqa biri ilə yatırdım. Aloreni kabinetimə çağırdım və olduğumuz 
yolun düzgün olmadığını dedim. O tam sağlam idi. Bundan artıq günaha batmayacağımı da 
söylədim. O inana bilmirdi, qabağımda diz çöküb hönkür-hönkür ağlayırdı. Evli olduğumu və iki 
qızımın olduğunu söyləyəndə çənəsi titrəməyə başladı. Mən soyuqqanlı olmalı idim. O mənim 
arvadımı təhqir etməyə başladı… Mənsə onu otaqdan qovdum. 
!
Həkimlər mənim böyük uğuruma inana bilmirdi. Alore kimi xəstəni necə sağaltdığımı soruşanda 
mən onlara heç nə deyə bilmirdim. Tez-tez Tövratı açıb, günahlarımın bağışlanması üçün dua 
oxuyurdum. Ancaq Alore mənə dedi ki, sənin arvadını tapacağam və hər şeyi ona danışacağam. 
Məni şantaj etmişdi. Dinimizə görə isə qadına xəyanət bağışlanmır. Mənsə Alore ilə yenidən 
birlikdə olmağa başladım. Ancaq arvadım məndən şübhələnməyə başlamışdı. Arvadımın 
hikkələri məni yorurdu. Aloreni isə çox sevirdim. Ailə bizdə müqəddəs olmasaydı boşanıb Alore 
ilə evlənərdim. Aloreni çox sevsəm də arvadımı və uşaqlarımı götürüb, Münhenə qayıtmağa 
qərar verdim. Acılarıma duz səpərək bunu etdim. Gedişimdən Alorenin xəbəri olmadı.Ürəyimdə 
onun sevgisi olmasına baxmayaraq mən həyatımda yeni bir səhifə açmağa qərar 
vermişdim.Uşaqlarıma əsl ata olmalı idim. Ancaq: 
– Mənə bir məktub gəldi. Məktubda yazılmışdı: 
Doktor Daniel, siz əziyyət çəkdiniz və qızımın üzü bir az da olsa güldü. Onun az həyatında son 
sözləri də elə sizin adınız oldu. O hamamda həyatına qəsd etdi və son sözləri də sizə olan 
məhəbbətini etiraf etməyi oldu. Rica edirik ki, qızımın dəfn mərasiminə gələsiniz. Bu cümə dəfn 
olacaqdır. 
Aleksandır. 
Ah Alore… Onun içindəki ikinci insanı üzə çıxartdım və o mən oldum. Onun içindəki insan 
öldürəcəkdi, ancaq mən onu öldürdüm. Günlərlə otağımdan çıxmadım. İndi də mənim içimdə 
ikinci insan var, bu isə Aloredir. Onunla hər gün sevişirəm və söhbət edirəm. O ölmədi, mənim 
içimdə yaşayır. 


Məni Vyanayadakı xəstəxanaya gətirdilər. Bu səfər həkim kimi deyil, xəstə kimi…Hər gün məni 
öz yaratdığım tabutun içinə qoyurlar. Ancaq mənə təsiri yoxdur. Əksinə, Alore ilə burda baş-başa 
qalıram və sevişirəm… 
!
Vyana 
1995ci il. 
Daniel 
!
Nicat Kazımov 
Korsika xatirələri 
18.02.2012 
!
4:12 
!
!
!
 
 
 
 
 
 
Qisas və Şizofren 
!
!
Səhər açılırdı, ancaq mən hələ gözlərimi yummamışdım. Dəqiqələr keçdikcə günəşin şüaları 
gözümə düşürdü.  3 həftəlik saqqalımı qaşıya-qaşıya hamama keçib əl-üzümü yudum. İştahım 
yox idi , əynimə paltar geyinib evdən çıxdım. Sahilə gedib dəniz kənarında dayanaraq dənizi 
izləyirdim. İçimdəki əziyyətə bu son verməsə də, əksinə məni kədərləndirsə də dəniz havasını 
sevirdim. 
!
Saat 9-a yaxınlaşır və şəhərin mərkəzindəki maşınların səsi də artırdı. Mən də saat 9 da 
başlayacaq təlimə getdim Ora ilk dəfə gedirdim. Orada insanlar toplaşır bir-birlərinə 
problemlərini danışırdı. Artıq ətrafımda heç kimim qalmadığından, dərdimi danışmaq üçün 
təlimə getməyə qərara almışdım. 
!
Mən ora çatanda artıq təlim başlamışdı.  Mühazirəni deyən nurani sifətli bir kişi məni görər-
görməz qarşısındakı 8 nəfərə dedi ki, bu oğlan aramıza yeni qatılıb. Adı Orxandır, gəlin hamımız 
onu tanıyaq, gəlin onun dərdini həll etməyimiz üçün Allaha dua edək. Hər kəs əllərini ovucuna 
qoyub, çənəsinə yaxınlaşdıraraq dua edirdi. Aralarına keçib oturdum və Samirə adlı bir qadın öz 
dərdindən danışmağa başladı. Ərindən boşanandan sonra psixoloji sarsıntılar keçirirmiş. 
Məhkəmənin qərarıda uşaqları atasına veribmiş və indi də üzünü göstərmir. Çox kədərli 
görsənirdi və danışanda ağlayırdı. O qurtarandan sonra  hər kəs onun gələcək xoşbəxtçiliyi üçün 
ürəyində dua etməyə başladı. Nə üçün bura gəldiyimi özümdə bilmirdim. Sonra mənə söz verildi 
və mən ayağa qalxaraq, insanların qarşısına keçib danışmağa başladım: 
!
– Mən çox pis adamam. Tək pis yox, həm də iygənc bir insanam. Danışıb qurtarandan sonra 
sizdən ricam mənə dua yox, lənət oxuyun. Çünki siz özünüz də bu sözümə görə mənə haqq 
verəcəksiniz. 


!
Adım Orxandır. Universitetə daxil olandan bu günə kimi o qədər qızlarla olmuşam ki, hətta indi 
yolda görsəm çoxusunu xatırlamaram. Həmişə qızların xoşuna gəlməyi xoşlamışam. Hansı qız 
mənə 3 saniyədən artıq baxırdısa, onu ovuclarımın içinə alırdım. Hamısı ilə yatandan sonra yoxa 
çıxırdım. ,  onların məni tapa bilməməsi üçün bu günə kimi bəlkə 100 dəfə nömrə dəyişmişəm. 
!
Bu qızlardan birinin adı Lamiyə idi.  Ətrafımdakı oğlanlar mənə deyirdi ki, heç də asan tikə 
deyil. Ağır qızlarda xoşuma gəldiyi üçün onu göz altı etmişdim. Onun şabalıdı saçları, qara 
gözləri, bəyaz çöhrəsi,  qızıl gül kimi büzülən dodaqları vardı.  Həmişə başını aşağı salıb dərsə  
gedib gəlirdi. O mənə fikir vermirdi və mən də buna görə çıldırırdım… 
!
Arxasınca çox gedib-gəldim və nəhayət, diqqətini çəkə bilmişdim. O da məni sonradan sevdi. 
Zaman keçdikcə o məni çox həyəcanlanıdırırdı.  Hiss edirdim ki, digər qızlardan fərqli olaraq o 
həqiqətən məni sevirdi, sanki mənsiz nəfəs ala bilmirdi. 3 ay beləcə danışdıq və üç ayda onun 
ürəyini tamamilə əllərimə almağı bacarmışdım. 
!
Bir gün Lamiyə ilə şəhərdə gəzərkən bərk yağış yağmışdı. Lamiyəyə dedim ki, yağış kəsənə kimi 
gedək mənim evimə, yağış kəsdikdən sonra özüm evlərinə aparacağımı söylədim. Tərəddüt 
etsədə yağışın şiddətliyindən mənimlə razılaşdı. Onun əlindən tutdum və qaça-qaça yaxınlqıdakı 
mənzilimə getdik. Təpədən dırnağa ikimiz də  su idik. Mən üzərimdəki köynəyi çıxardım və 
yarıçılpaq Lamiyəyə baxdım. Lamiyə mənə dedi: 
!
–          Bura gəlməyim düzgün deyildi. 
!
–          Narahat olma ömrüm, bura sənində evin sayılar… 
!
–          Nə bilim… Sənə inanıram. İnanmasam gəlməzdim. 
!
–           Üzərin bütün sudur. Keç içəridə mənim paltarlarımı geyin. Paltarın qurusun. Yoxsa 
xəstələnəcəksən… 
!
–          Aha, məndə onu deyəcəkdim… 
!
Lamiyə mənim yataq otağıma keçdi və paltarını soyunmağa başladı. Mən onu qapının arasından 
gizli seyr edirdim. Onun bədənini  həddən artıq mükəmməl idi. Özümü saxlaya bilməyib, qapını 
açdım və içəri girdim. Lamiyənin rəngi qızardı və mənim köynəyim ilə bədənini gizlətdi. İçəri 
girər-girməz Lamiyəyə dedim: 
!
–          Mən səninlə evlənmək istəyirəm. 
!
–          Nə? Necə? – o çaş –baş qalmışdı. 
!
–          Hə, elə indi, bu saniyə… 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə