Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 2. Layihələrin maliyyələşdirilməsi riskləri



Yüklə 1,54 Mb.
səhifə44/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   40   41   42   43   44   45   46   47   ...   444

§ 2. Layihələrin maliyyələşdirilməsi riskləri


Risklər nəzərə alınmaqla layihələrin maliyyələşdirilməsi məsələləri iki əsas vəzifənin həllini təmin etməklə onların yerinə yetirilməsi səmərəliliyin ən mühüm şərtlərindən biridir. Layihələrin maliyyələşməsi riskləri ilə bağlı əsas vəzifələr aşağıdakılardır:

  • layihələrin planauyğun yerinə yetirilməsi üçün zəruri olan investisiya axını;

  • investisiyaların optimal strukturu vergi üstünlüklərinin təmin edilməsi hesabına layihələrin risklərinin kapital xərclərinin aşağı salınması;

84 Vaqif Niftuilayev. Sahibkarlığın əsaslan

Layihələrin maliyyələşdirilməsi planında risklərin aşağıdakı növləri nəzərə alınır:


  • vergi riskləri;

  • borcların ödənilməsi ilə bağlı risklər;

  • bitməmiş tikinti ilə bağlı risklər.

Həyat qabiliyyətli layihələrlə bağlı risklərdə nəzərdə tutulan gəlirlər xərclərin ödənilməsini kompensasiya etməsinə, kapital qoymanın ödənilməsinə təminat vermişdir. Layihənin optimal variantında nəzərdə tutulmuş xərclər aşağıdakı düstur üzrə hesablanır.
M + L x K

burada: M - məhsulun maya dəyəri;

K - kapital qoyuluşu;

/j - kapital qoyuluşunun iqtisadi səmərəliliyinin normativ əmsalı.

Vergi riskləri vergi güzəştlərinə təminatın mümkünsüzlüyü ilə xarakterizə edilir. Bu əsas etiban ilə layihənin nəzərdə tutulmuş müddətdə istehsalçılara verilməməsi ilə bağlıdır. Vergi riskləri həm de vergi qanunvericiliyinin dəyişməsi ilə də əlaqədardır.

Borcların ödənilməməsi ilə bağlı risklərin aşağı salınmasının aşağıdakı mümkün variantı vardır: ehtiyat fondlanndan istifadə, istehsal ödənişləri, əlavə maliyyələşmə, kreditlər və s.

Bitməmiş tikintilərlə bağlı risklər tikinti iştirakçılarına və investorlara təminat verilmələri ilə bağlıdır. Əgər layihədə yeni texniki proseslərdən istifadə edilmişsə, onda investorlar tikintinin başa çatması üçün qeyri-şərtsiz qarşıya tələb qoyacaqdır. Ona görə də bu cür layihələrin dəyəri ilkin olaraq nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə böyükdür.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə