Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə55/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

 
113 
Özünübilimlə məşğul olan Ruh ilk öncə belə simvollarda, onların ucamanlığında özünü bildirir, bu 
bilintilərə tamaşa edib özünü düşünür. 
Hegelə görə, Simvolik sənət gözəl deyil və ideala da çatmır. Yada salaq. İdeal özünü aydınca anlamış 
İdeyanın nəsnədə, əsərdə beləcə də (yəni düzgüncə) bilinməsidir. Simvolik sənətdə isə İdeya nə özünün bu 
aydın anlamına çatıb, nə də özünü düzgün göstərən obrazlar tapıb. 
 
 
Hegel Antik yunan sənəti haqqında 
 
Simvolik sənətdə ruh Şərq uluslarının qutu ilə vurnuxaraq, çırpınaraq özünü anlayır o qədər, nə qədər 
ki, buna Simvolik sənət imkan verir. Anlamaq imkanı burada bitəndə Mütləq Ruh Doğu uluslarının qutunu 
buraxıb, Yunan xalqının qutuna keçir və bu qutun «əli» ilə, düşünüşü, işi ilə özünü anlamaqla məşğul olur. 
Nəticədə Klassik sənəti yaradır. İdeal yalnız Klassik sənətin verdiyi görklərdə gerçəkləşir. Klassik sənət 
çağında İdeya konkretləşir və deməli, aydınlaşır. Burada sənət əsərində iç və dış (məzmun və forma), 
anlayış və onu gerçəkləşdirən nəsnələr biri-birinə tən gəlir, tuş olur, bərabər biçimə düşür. 
Klassik sənətdə İdeya öz konkretliyi ilə mənəviyyat xarakteri alır. Mənəviyyat nədir? Kiminsə «bu» 
düşüncələri, «bu» duyğuları. İdeya da konkretlik və aydınlıq qazananda özünü həmin düşüncələr içində 
tapır. Ona görə də Absolyut Qut Klassik sənətdə özü üçün bilinmə, gerçəkləşmə vasitəsi axtaranda insanı 
tapır, çünki insan düşünən varlıqdır. İdeya konkret insanın mənəviyyatı kimi sənət əsərinə düşür. Klassik 
sənət insanın bütün üz və bədən görünüşünü mənəvi məzmunu güclü, təsirli göstərən görkə çevirir. 
Simvolik sənət olan Doğu incəsənətində insan görünüşləri mənəvi iç dünyanı göstərmək baxımından çox 
sısqa idilər. Bədən əzələlərinin, üz mimikalarının çoxunu bu sənət hələ obraza, bildirmək üçün görkə çevirə 
bilmirdi. Klassik sənət isə insanın bədənini, üzünün bütün əzalarını, mimikalarını onun psixoloji-mənəvi iç 
durumunu bildirmək aracına, vasitəsinə çevirir. 
 
 
Hegel Romantik sənət haqqında 
 
Sənətin irəliləməsinin üçüncü pilləsini Hegel Romantik sənət adlandırır. Klassik sənətdə Qut özünü daha 
çox anlasa da bu, onun hələ açılmamış dərinlikləri üçün az olur. Həmin vaxtlar o öz aydınlığına təkcələrin 
(ayrı-ayrı yunan qəhrəmanlarının) mənəviyyatı kimi çatır. Ancaq, axı, Ruh əslində təkcə deyil, bütüncədir, 
bütün olanları, nəsnələri bir görkə bağlayan substansiyadır. Klassik sənətdə Ruh özünü bu tutumda, 
genişlikdə mənimsəmir. Ona görə də Mütləq Ruh Klassik sənəti buraxıb, Romantik sənəti yaradır ki, onun 
dili ilə özünü «modelləşdirsin», anlasın. 
Romantik sənətdə İdeya ilə onu bildirən nəsnə arasındakı uyuşqanlıq yenidən pozulur. Ancaq bu 
pozulma yalnız üzdə Simvolik sənətdəki pozulmağa oxşayır.  
Əslində isə < 
Əslində isə Romantik sənətdə Ruh bilinməzliyin əsəbi gərginliyində deyil. Anlayışına, mahiyyətinə görə 
Ruh Mütləq İdeyanın sonsuz subyektivliyidir. Hegel ona görə «subyektivliyidir» deyir ki, Ruhun 
varlıqtörədici başlanğıc olduğunu göstərsin. Fəlsəfədə subyekt hər hansı eyləmi edəndir. Sonsuz 
subyektivlik Qutun fəaliyyət imkanlarının tükənməzliyini anladır. Romantik sənət Ruhu məhz bu sonsuz 
subyektivlik, tükənməz yaradıcılıq imkanları baxımından açıb göstərir. 
Hegel Romantik sənəti Xristianlığın yaranması və yayılması ilə bağlayır. Filosofa görə, yalnız Xristianlıq 
Ruhun sonsuz ənginliklərinə gözləri və ürəkləri açır. Özü də, artıq, bu ənginliklər qarmaqarışıq xırdalıqlar 
kimi yox, tanımagirər (təyin edilən), bəllilənən konkretlikdə açılır.  
Çox eşitmişik ki, Hegel böyük dialektikdir. Dialektik kimdir? Dəyişmələrlə irəliləmə qanunlarını 
anlayan. Bu qanunlardan biri də İnkarı inkar qanunudur. Hegelin «Estetika»sında Qut elə bu cür də 
irəliləyir. Öncə Klassik sənət Simvolik sənəti inkar edir. Sonra Romantik sənət Klassik sənəti inkar edir. Və 


 
114 
bu zaman Simvolik sənətdən Ruhun sonsuzluğunu götürüb, onu yeni yönümdə, - Klassik sənətdən aldığı 
aydın konkretlikdə anlamağa başlayır. 
Sözsüz, indi biz bilirik ki, dünya sənət tarixi Hegelin söylədiyi şəkildə «qəşəng» düzülüb yerləşməyib. 
XX yüzil ibtidai icma quruluşunun sənətindən, Çin-yapon estetikasından çoxlu örnəklər alıb və beləcə, 
göstərib ki, onlar Hegelin düşündüyü kimi keçmişdə qalmayıb. Ancaq hər halda «Klassik sənət», «Simvolik 
sənət», «Romantik sənət» anlayışlarına Hegelin verdiyi məzmunu götürüb, hətta bizim çağın incəsənətini də 
maraqlı yönümlərdən öyrənmək olar. Bu zaman görərik ki, Latın Amerikası romanları daha çox Romantik 
sənət biçimindədir, sürrealizm isə daha çox «Simvolik sənətə» çəkir. 
Hegel haqqında bu qədər. Sözsüz, anlaqlı etmək üçün onun düşüncə dolambaclarından çox «döngələri» 
atmalı olduq. Onun «Fəlsəfi elmlərin ensiklopediyası və «Estetika» kitablarının cildlərində olanların heç 
mində birini də deyə bilmədik. Bizim yazımız Hegellə tanışlıq üçün birinci görüşdür. Qüsura baxmayın. 
 
 
 
 
 
 
 
 
 
Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında  
təlimi və estetikası 
 
Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib 
 
Bu adam yəqin alman fəlsəfəsində ilk dalaşqan filosofdur. Sonra Nitsşe gəlir. 
Şopenhauerin fəlsəfi öyrətisi Hegelin sağlığında kölgədə qalmışdı, yalnız Hegeldən və Şopenhauerin öz 
ölümündən sonra birdən-birə onun fəlsəfəsi yada düşdü, məşhurlaşdı və yeni fəlsəfi sistemlərin 
yaranmasına təpgi verdi. Sağlığında isə Şopenhauer yanıb-tökülürdü ki, bu camaat Hegeldə nə tapıb ki, onu 
görmür. Ona görə də acığını almanlara tökürdü. Bir yerdə yazırdı, fransızlar, ingilislər üçün «ideya» 
sözünün mənası adidir, alman isə «ideya» eşidəndə başı gicəllənir, özünü elə duyur, elə bil bu dəqiqə şarla 
göyə qalxacaq. 
Şopenhauer Hegelin qurduğu azman fəlsəfi sistemi hətərən-pətərən sayırdı: Mütləq İdeyanın özünü 
anlamasından dünyanı çıxarması fikri üstündə Hegeli ələ saldığından idi ki, «ideya» sözü haqqında belə 
kinayəli danışmışdı. 
Əvəzində, bu filosof Kanta vurğun idi, hərçənd tez-tez öfkələnib, onu da danlayırdı. 
Şopenhauerin Kantdan götürdüyü. Belə hesab edirdi ki, Könisberqli filosof düz deyib: bizim 
qavradıqlarımız nəsnənin özü deyil, görüntüləridir. Yəni, ağacları, dağları, irmağı biz necə görürük? 
Məsələn, görürük ki, ağacın yanlara budaqları çıxıb, üstündə yarpaqları var, yarpaqların özünün forması 
var və s. Bu cümlədə biz «yan» sözü, «üst» sözü, «forma» sözü işlətdik. Hamısı da məkan biçimini bildirən 
sözlərdir. Deməli, yanı, üstü, formanı çıxsaq, ağacı da görmərik. İrmağı, çayı biz yenə məkana görə, bir də 
suyun axımına baxanda məkan üzrə, zaman üzrə hərəkətinə görə qavraya bilirik.  
Sual çıxır, məkan, zaman nəsnələrin özündəki biçimlərdir, yoxsa, yox? Kant deyirdi yox. Məkan, zaman 
bizim gözümüzün, qulağımızın, bir sözlə, qavrayışımızın verdiyi şəbəkədir və biz yalnız bu şəbəkədə 
şəkillənmiş, görünüş almış olanı görürük. Əski filosofların bir çoxu belə hesab edirdi ki, gözümüzdən 
cisimlərə işıq düşür və bu işığın sayəsində onları görürük. Kantın məkan, zaman haqqında söylədikləri 
buna yaman oxşayır. Məkan, zaman qavrayışımızdan, bilincimizdən düşən «şüalardır» və onlar bizə 
görüntülər (təsəvvürlər) verir.  


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə