Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə58/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

 
119 
Şopenhauer anladır ki, insan düşünməyə gözünü açan kimi özünü yaşamaq istəminin (yaşamaq üçün 
istəyib-etmənin) canatımında görür.  
 
(Bu filosofun «yaşamaq istəmi» anlayışının sonrakı fəlsəfi dilə təsiri oldu. Məsələn, Nitsşe «Böylə dedi 
Zərdüşt» kitabında söylədi ki, bütün dünyaya hakimiyyət istəmi xaqanlıq edir, hər nə varsa, nələrinsə 
üzərində hökmranlıq etməyə can atır. Bir az da keçdi, Freyd başqa bir anlayışı, - ölüm istəmini ortaya atdı. 
Söylədi ki, insan yaşamaq istəmi ilə ölüm istəminin arasında vurnuxur. Yaşamaq yeniləşdirməni tələb edir, 
ölüm isə dayanmadır, yeniliyin təkrara çevrilməsidir. Adamlar təkrarlara düçar olanda, məsələn, bir 
melodini qulaqları ləzzətlə dinləmədən elə-belə dəqiqədə bir fitlə çalanda bu onu göstərir ki, bilməzə 
onların ruhuna ölüm istəmi hakim olub). 
 
Şopenhauerə qayıdaq. O göstərir ki, Dünya İradəsi insanda yaşamaq istəmi kimi iş görür. Və bunun da 
əzablı sonucları olur. Həmin əzablı, üzüntülü sonuclara baxaq. Keçmiş yoxdur, keçib gedib, gələcək də 
yoxdur, çünki hələ gəlməyib. Olan yalnız indidir. Ancaq indi də hər an keçmişə qaçır. İnsanın varlığı həmin 
hər an keçmişə dönən indinin «bir anlığında» mümkündür. Fikir verirsinizmi? Biz «yaşamaq» deyəndə nəsə 
uzanan bir «lent» ağlımıza gəlir. Şopenhauer isə anladır, varolma həmişə indinin, yəni anın içindədir. Bu an 
isə olan kimi də keçmişə çevrilib yox olur. Və buradan filosof sonuc çıxarır: var olmaq həmişə indini ölmüş 
keçmişin qaranlıq uçurumuna tullamaqdır. 
Keçmiş indidən bir an sonradır. Deməli, keçmişin yoxluğu indidən bir an sonra «qaralır». Bu mənada 
yoxluq həmişə varlığın qulağının dibindədir. İnsanda yaşam istəmi hər an, bax, belə yaxında duran 
yoxluqla çarpışır. Burada Şopenhauer örnəklər göstərir: bizim hər addımımız yıxılmağın qarşısını 
almamızdır, hər nəfəs almağımız boğulmaqdan qurtulmaqdır. Bir sözlə, bədənimizin həyatı hər an 
ləngidilən ölümdür. Yaşayışımız hər an ölümün ertələnməsi, sonralaşdırılmasıdır. 
Bax, bu ölümü dəf etmək üçün insanda hər an varlıq (yaşamaq) istəmi iş görür. Ancaq insan hər dəfə 
varlığı əldə edəndə bilmir bu varlıqla nə etsin. Çünki varolumunda insanı darıxma izləyir və darıxmadan 
qurtulmaq üçün insan «vaxtı öldürməklə» məşğul olur. Və bu zaman görürsən ki, insanlar onları əzən 
yükləri boyunlarından atanda özləri-özlərinə yük olurlar.  
Beləliklə, yaşam istəmi hər an ölümü itələyib varlığı saxlamaq üçün çalışır, ancaq varlıq saxlananda özü-
özünə yük, əzab olur. 
Niyə varlıq əzab olur? Buna bir də baxaq. Şopenhauer həmin əzabın səbəbini insanın istəyən varlıq 
olmasında görür. İstək nəyinsə çatışmamasından, deməli, bu çatışmazlığın törətdiyi əzabdan doğur. Səadət 
həmin çatışmazlığın aradan götürülməsidir. Aradan götürmək isə yox etməkdir. Deməli, bizim səadətimizin 
əsasında nələrisə yox etmək durur. Yox etməyin üstündə isə (yoxluq nə özüldür ki) möhkəm bir bina 
tikmək olmaz. Bu səbəbdən bizim sevincimiz uzun çəkmir, bir əzabı yox edən kimi yox etməli min əzaba 
çıxırıq. 
Sevincimiz ona görə uzun çəkmir ki, biz yiyəsi olduğumuz yaxşıların, dəyərlərin qədrini az bilirik, yalnız 
onları itirəndə nə qədər dəyərli şeyi itirdiyimizi qanırıq. Bax, bütün bunlara görə də epik, dramatik əsərlər 
əzablardan qurtulmaq, səadət uğrunda çarpışmaq əhvalatlarını olaylar silsiləsi ilə göstərir, qəhrəmanlar 
səadətə çatanda isə pərdələr enir. Xoşbəxtlik uzun bir əhvalat kimi sənətin obyekti ola bilməz. 
Şopenhauer göstərir ki, eyni hal musiqidə də var. Melodi həmişə əsas tondan sapınmaq, dissonanslara 
çatacaq qədər dolaşmaqdır. Və sonra melodi əsas tona qayıdır. Bu zaman musiqini içəridən hərəkətə gətirən 
iradə, istəm məmnunlaşır, əsas tona qayıtdığı üçün sakitləşir, dincəlir. Ancaq bir az keçir, bu vəziyyəti yox 
etmək istəyi yaranır, çünki əsas tonda çox qalmaq monotonluq (darıxdırıcılıq) yaradır. 
Beləliklə, dramatik əsərlər də, musiqi də göstərir ki, yaşamaq istəminin axınına düşmüş insan heç yerdə 
dinclik, rahatlıq qazanmır, əldə etdiklərinin qədrini bilmədiyi üçün darıxır, itirdikləri isə onu üzür. 
Şopenhauer söyləyir: görün tale bizi necə ələ salır? Bizim yaşayışımız bir tərəfdən faciənin bütün 
dəhşətləri içindədir. İkinci yandan isə, özümüzü faciə qəhrəmanlarının ləyaqətində, ərənliyində saxlamaq 
bizə verilməyib. Komediya qəhrəmanlarının bayağılığı ilə həyat yolunu keçmək bizə alın yazısı olub. 


 
120 
Bütün bunlardan sonra Şopenhauer söyləyir: indi ki yaşam istəmi, iradə insanı sürükləyib-üzüntülərə 
düçar edir, onda insan üçün bir əlac qalır. Bu əlac insanın özündə yaşam istəmini, bütün istəkləri, iradənin 
qaynaşmasını söndürməkdir. 
 
 
Şopenhauer iradənin qaynaşmasını  
söndürmək haqqında 
 
Şopenhauer göstərir ki, insanların çoxu iradəsinin quludur. Gör iş nə yerə çatıb ki, yalnız iradələrini 
hərəkətə gətirən, istəmlərini şirnikdirən, yerindən tərpədən şeylər onlarda maraq doğurur. Məsələn, belə 
adamlar uzaq ölkələrdən gətirilmiş əcaib heyvanları görəndə onları elə hey şitəndirmək istəyirlər, heç cürə 
sakitcə durub baxmaq onlar üçün maraqlı olmur. Görməli yerlərə düşəndə isə divarları yazmaq istəyirlər. 
İradələri belə işlərdə fəallaşanda həmin yerlərdə olmaq da onlar üçün maraqlı olur. 
Bəs qurtuluş haradadır? Necə olsa, insan onu vurnuxduran istəmin, istəklərin qaynaşmasından azad ola 
bilər? 
Şopenhauer söyləyir: biz iradə, istəyib etmə subyekti olmaqdan çıxıb təmiz idrak, bilim, anlamaq 
subyektinə çevriləndə bu qurtuluş baş verir. Təmiz bilim subyektinə çevrilmək isə dünyanın təmiz 
tamaşasına dalmaqdır. Təmiz tamaşa burada nəyi bildirir? Onu bildirir ki, sən umacaqla, xeyir götürmək 
üçün tamaşa etmirsən. Tamaşa sənin üçün özü-özülüyündə dəyərli olur. Bax, belənçi olanda istəklər sənin 
idrakına, seyr edib bilməyinə qarışmır. Qarışmırsa, sən filan konkret şəxs olmaqdan da, fərdilikdən də 
arınırsan. Çünki filankəs olmaq nədir? Filankəs olmaq filan istəklər, filan cür davranmaq üçün iradəsi, 
istəmi olan konkret şəxs olmaqdır. İnsan istəmin püskürtüsünü özündə söndürəndə fərdiliyin dar 
çərçivəsindən də çıxır. 
Fərdilikdən arınmaq üçün başqa bir gərəkli iş nəsnələrin hər birinə baxanda həm onu, həm də ideyasını 
seyr etməkdir. Yadınızdadırsa, bu haqda Şopenhauerin sevmədiyi Şellinq də, Hegel də yetərincə 
yazmışdılar. Şellinq söyləmişdi ki, sxematizmdən, alleqoriyadan fərqli olaraq simvolda nəsnə ilə onun 
anlayışı, ideyası arasında başqalıq, ayrılıq yoxdur. Nəsnə tamaşa edən üçün ideyasını qıraqdan çağırmır, 
özündən göstərir. 
Hegel eyni problemi gözəllik əsasında anlatmışdı. Gözəllik odur ki, konkret olan öz görünüşündə 
həqiqətə tamaşa etdirir. İndi Şopenhauer də söyləyir: o adam yetkindir ki, Platonun dediyi ideyaları ayrı-
ayrı nəsnələrin içindən baxaraq seyr edir. Və bu zaman ideyalara o qədər dalır ki, özünü, öz fərdiliyini 
unudur, şüuru özündə yox, həmin ideyalara qapılmış durumda olur. 
Bu yerdə Şopenhauer dahilik anlayışını da açır. 
 
 
Şopenhauer dahilik haqqında 
 
Bu filosofa görə, dahilik umacaqsız təmiz tamaşaya dalaraq ideyaları, lap elə nəsnələr dünyasını da seyr 
etmək bacarığıdır. Adi insan bu cür təmiz seyri özündə çox saxlaya bilmir, bir az baxandan sonra hövsələsi 
çatmır, gördüyü nəsnəni anladan anlayışı tapır ki, nəsnəni onun altına qoyub başa düşsün. Adi insanın 
dəqiqədə bir anlayış axtarıb ona söykənməsi tənbəl adamın bir az ayaq üstə durandar sonra kətil 
axtarmasına bənzəyir. 
Burada Şopenhauerin anlayışlar əsasında düşünməyə yaxşı baxmadığı görünür. Biz Kantdan gördük ki, 
təfəkkür təcrübədəki görüntüləri uyğun anlayışın işığına tutmaqla nəyisə elmi şəkildə anlamış olur. 
Şopenhauer isə söyləyir: hər anlayış özünə uyğun nəsnələr dəstəsi haqqında az saylı xarakterik cizgilər 
göstərir (deməli, Şopenhauer Şellinq kimi anlayışların sonsuzluğunu qəbul etmir). Ona görə də anlayış 
nəsnə haqqında çox şeyi söyləyə bilmir. Və adi adamın təmiz tamaşaya hövsələsi çatmayıb, tamaşa etdiyi 
nəsnəni anlayışın altına salanda görün nə baş verir. Anlayış nəsnə haqqında xarakterik cizgiləri göstərən 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə