Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   64   65   66   67   68   69   70   71   ...   83

 
181
2.  Pedaqoji prosesdə cərəyan edən qanunauyğunluqların olduğunu bilməyiən 
müəllimə faydası nədən ibarətdir? 
3.  Tərbiyənin mühitlə əlaqəsindəki qanunauyğunluq necə ifadə olunmuşdur? 
4.  Şagird 
şəxsiyyətinə 
hörmət 
və 
tələbkarlıqla 
əlaqədar 
olan 
qanunauyğunluğun mahiyyətini bilməyin müəllim üçün əhəmiyyəti nədir? 
5.  Tələblərlə,  söz  və  əməllə,  fəallıqla,  inam  dərəcəsi  ilə  əlaqədar  olan 
qanunauyğunluqların  mahiyyətindən  hali  olmağın  praktik  əhəmiyyətini 
açın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSİL 24. 
Tərbiyənin prinsipləri məsələsinin Milli Pedaqogikada qoyuluşu. 
 
1.Məsələnin mövcud ədəbiyyatda vəziyyətinə dair. 
Məsələnin  azacıq  da  olsa  tarixi  ilə  maraqlanan  tələbələr  olur.  Bu 
ehtiyacı nəzərə alaraq keçmişə nəzər salmaq faydalıdır. 
Tərbiyənin prinsiplərinə dair pedaqoji ədəbiyyatda geniş yayılmış anlam 
belədir:  Tərbiyə  işinin  uğurla  nəticələnməsi  üçün  irəli  sürülən  tələblər. 
Soruşmaq  yerinə  düşərdi:    müasir  şəraitdə  həmin  anlamla  tam  razılaşmaq 
olarmı?  Bizcə,  olmaz!  Nə  üçün?  Çünki,  əvvəla,  həmin  anlamdan  aydın  olмur 
ki, tərbiyənin prinsipləri necə müəyyənləşdirilir? İkincisi, tərbiyənin prinsipləri 
müəyyənləşdirilərkən  hansı  meyar  əsas  götürülür?  Üçüncüsü,  tərbiyənin 
prinsiplərini səciyyələndirən ümumi xüsusiyyətlər varmı? Varsa hansılardır? 
Tərbiyənin prinsiplərinə dair həmin anlam bu cür sualları başa düşməyə 
imkan  vermir.  Nəticədə  tərbiyə  prinsiplərinin  həm  miqdarında,  həm  də 
adlarında subyektivliyə yol açılır, elmilikdən uzaq düşülür; pedaqogikaya dair 


 
182
tədris  vəsaitləri  müəlлiflərinin  münasibətləri  bir  çox  halda  bir-birindən  köklü 
şəkildə fərqlənir. 
Tərbiyənin  prinsipləri  haqqında  nəzəri  fikirlərin  qeyri-müəyyənliyi, 
subyektivliyi,  elmdən  uzaq  düşməsi  isə  tərbiyə  ilə  əməli  şəkildə  məşğul  olan 
şəxslərin fəaliyyətini çətinləşdirir. 
Tərbiyənin  prinsipi  məsələsinə  münasibətdə  müxtəliflik.  Pedaqogika  üzrə 
bir  sıra  tədris  vəsaitlərinin  müəлlifləri  tərbiyənin  prinsipi  məsələsinə 
toxunmurlar.  “Obşiye  osnovı  pedaqoqiki”  (Moskva,  “Prosveşenie”,  1967), 
“Osnovı  vuzovskoy  pedaqoqiki”  (Leninqrad,  1972),  “Pedaqoэika”  (Moskva, 
“Prosveşenie”  1998),  “Pedaqoqika,  Kurs  leksiy”  (Moskva,  “Yurayt”,  1998) 
adlı  tədris  vəsaitlərinin  müəllifləri  deyilənlərə  misaldır.  Tərbiyənin  prinsipləri 
məsələsinə toxunmamaq həmin kitabların köklü nöqsanlarına aid edilməlidir. 
Tərbiyə prinsipləri məsələsinə xüsusi diqqət yetirmək halları isə çoxdur. 
Tərbiyə  prinsiplərinin  miqdarında  müxtəliflik.  Təəssüf  ki,  sonuncu 
qəbildən  olan  tədris  vəsaitlərindəki  fikirlər  üst-üstə  düşmür.  Bəzi  pedaqoji 
mənbələrdə  tərbiyənin  5,  digərində  7,  başqalarında  10  və  s.  qədər  prinsip 
olduğu  göstərilir.  Məsələn,  aparıcı  sovet  pedaqoqlarının  çap  etdikləri 
“Pedaqoqika”  da  (Moskva,  1968)  tərbiyəyə  7,  2000-ci  ildə  Azərbaycanda 
A.Abbasov,  H.Əlizadənin  çap  edtikləri  “Pedaqogika”  da  10,  1996-cı  ildə 
“Maarif” nəşriyyatı tərəfindən nəşr olunmuş “Pedaqogika” da isə 13 prinsipин 
adы чякилир. 
  Məsələnin  mahiyyəti  təkcə  ondan  ibarət  deyil  ki,  tərbiyənin 
prinsiplərinin  miqdarı  barədə  fikirlər  müxtəlifdir.  Başlıca  cəhət  budur  ki,  heç 
bir  müəllif  təklif  etdiyi  tərbiyənin  prinsiplərinin  miqdarını  əsaslandırmağa 
təşəbbüs  göstərməmişdir.  Bu  səbəbdən  də  həmin  fikirlər  sübyektiv  səciyyə 
daşıyır, oxucunu inandırmır. 
Tərbiyə  prinsiplərinin  adlarında  müxtəliflilik.  İndiyədək,  tərbiyə 
prinsiplərinin  nəinki  miqdarında,  adlarında  da  müxtəliflilik  hökm  sürmüşdür. 
Belə  çıxır  ki,  pedaqogikada  tərbiyə  prinsiplərinin  adları  da  elmi  cəhətdən 
əsaslandırılmamışdır.  Məsələn,  eyni  prinsip  bir  mənbədə  “tələbkarlıq  və 
hörmət”, 
digər  mənbədə  “uşaq  şəxsiyyətinə  hörmət  etmək  və  ondan  tələb  etmək”, 
başqa mənbədə “hörmət və tələbkarlığın birləşdirилməsi” kimi adlandırılır. 
Digər prinsiplərin adlarında da bu cür qeyri-müəyyənlik hökm sürmüşdür. 
Bir  tədris  vəsaitində  adı  çəkilən  bəzi  prinsiplərin  başqa  tədris  vəsaitində 
olmaması halları da mövcuddur. 
Eyni  prinsipin  müxtlif  mənbələrdə  başqa-başqa  adlandırılması,  yaxud  bir 
mənbədə  olması,  digərində  isə  adların  çəklməməsi  göstərir  ki,  müəlliflər  tərbiyə 
prinsiplərini  adlandırarkən  heç  bir  meyara  söykənməmişlər,  subyektiv  mülahizələrə 
üstünlük vermişlər. 
Tərbiyə  prinsiplərinin  adlarına  və  miqdarına  aydınlıq  gətirmək  üçün  Milli 
pedaqogikada  təşəbbüs  göstərilmişdir:  tərbiyənin  qanunauyğunluqları  burada 
etibarlı elmi meyara çevrilmişdir. 
2.Милли педагоэикада пrinsiplərin qanunauyğunluqlar əsasında 
müəyənləşdirilməsi 
Nəhayət,  tərbiyə  prinsiplərinin  miqdarında da,  adlarını  da  tərbiyə  prosesinin 
qanunauyğunluqları  əsasında  dəqiqləşdirmək  mümkün  olmuşdur.  Fikrimizi 


 
183
əyaniliklə  əlaqədar  konkretləşdirək.  Milli  pedaqogikada  isbat  olunmuşdur  ki, 
pedaqoji prosesdə əyani vasitələrdən istifadə ilə təlim-tərbiyə alan şəxslərin təhsillilik 
dərəcəsi  arasında  müəyyən  фярг  олур.  Asılılğın  mahiyyəti  belədir:  pedaqoji  prosesdə 
hər  hansı  əyani  vasitə  nümayiş  etdirilərkən  öyrənənlərin  diqqəti  həmin  əyani  vasitə 
ilə  məhdudlaşdırıldıqda  onlarда  əsasən  konkret  təsəvvür  formalaşır:  həmin  əyani 
vasitə ilə əlaqədar öyrənилməli olan anlayış isə, adətən, kölgədə qalır. 
Pedaqoji  prosesdə  əyani  vasitələrdən  istifadənin  başqa  halları  da  müşahidə 
olunur. Bu cür hallarda əyanilikdən istifadə müəllimin əlində məqsəd deyil,  məqsədə 
çatmaq  vasitəsinə-müvafiq  anlayışын  forмалашması  vasitəsиnə  çevrilir;  müəllim 
dinləyicilərin diqqətini nümayiş etдирdiyi əşyanın (hadisənin) əlamətlərinin eynicinsli 
digər  əşyalarda  (hadisələrdə)  də  olduğuna  yönəldir.  Məsələn,  üçbucaqlı  anlayışınын 
şagirdlərdə formalaşması üçün əvvəlcə bir üçbucaqlı (sivribucaqlı üçbucaq) nümayiş 
etdirilir;  sonra  onun  digər  növləri:  korbucaqlı  üçbucaq,  düzbucaqlı  üçbucaq 
nəzərdən keçrilir; onların bucaqlarının və tərəflərinin vəziyyətindən asılı olmayaraq, 
hamısı  üçün  üç  bucağın  və  üç  tərəfin  ümumi,  səciyyəvi  əlamət  olduğu  xüsusi 
qabardılır.  Nəticədə  əyanilik  təhsildən  ötrü  vacib  olan  anlayışın  (bizim  misalda 
üçbucaqlı anlayışının) formaлашмаsına xidmət edir. 
Göründüyü 
kimi, 
qısaca 
təsvir 
etdiyimiz 
faktlarda 
müəyyən 
qanunauyğunluğun  varlığı  aydın  sezilir.  Həmin  qanunauyğunluq  isə  belədir:  əyani 
vasitələrdən  istifadə  zamanı  şagirdlərin  diqqəti  yalnız  müşahidə  olunan  əşya  (hadisə) 
çərçivəsində  qaldıqda  onlarda  əsasən  təsəvvüрцн  formalaşmasına,  həmin  əşyanın 
(haдisənin)  əlamətlərinin  eyni  tipli  digər  əşyalarda  (hadisələrdə)  də  olduğu 
müəyyənləşdirilərək  ümumuiləşdirildikdə  isə  şagirdlərdə  anlayışların  formalaşmasına 
imkan yaranır. 
Həmin  qanunauyğunluqdan  törəyən  prinsip  isə  ənənəvi  şəkildə  olduğu 
(əyanilik  prinsipi)  kimi  deyil,  əyaniliyin  anlayışa  xidmət  etməsi  prinsipi  kimi  ifadə 
edilməlidir. 
Göründüyü  kimi,  tərbiyə  prinsiplərinin  elmi  əsasları  var.  Bu,  tərbiyə 
qanunauyğunluqlarıdır.  Milli  Pedaqogikada  tərbiyənin  13  qanunauyğunluğu  üzə 
çıxarılmışdır; yəni, tərbiyənin o qədər də prinsipi elmi cəhətdən əsaсlandırılmışdır. 
Tərbiyənin  prinsipi  məfhumunu  səciyyələndirən  əlamətlər.  Yuxarıdakı  şərhdən 
belə  bir  nəticə  çıxır  ki,  tərbiyənin  prinsipi  məfhumunun  mahiyyətini  yeniləşdirmək 
lazımdır. Bu məqsədlə həmin məfhumu səciyyələndirən başlıca əlamətlər açılmalıdır. 
Belə  əlamətlərdən  biri  tərbiyə  prinsipinin  müvafiq  qanunauyğunluqla  bağlılığıdır. 
Çünki  tərbiyə  prinsipi  tərbiyənin  müəyyən  qanunauyğunluqlarынdan  irəli  gəlir, 
deməli, ikinci birincinin elmi əsasıdır. 
Tərbiyə  prinsipinin  elmi  əsasları,  yəni  müvafiq  qanunauyğunluqdan  törəmə 
olduğunu bilən və öz əməli işində onu nəzərə alan tərbiyəçinin fəaliyyəti iki cəhətdən 
uğurlu olur.  O, həm elmi cəhətədən silahlanır, həm də müvafiq prinsipi əldə rəhbər 
tutur.  Deməli,  tərbiyə  prinsipinin  təsir  gücünə  malik  olması  da  onun  başlıca 
əlamətlərindən biridir. 
Tərbiyə  prinsipi,  adətən,  davranışla  əlaqədar  olan  mənəvi  dəyərlərin 
formalaşdırılmasında nəzərə alınır. 
Göstərilən  əlamətləri  nəzərə  alaraq,  Мilli  pedaqogikaда  tərbiyə  prinsipi 
məfhumunun mahiyyəti belə başa düşüлцр: tərbiyənin müvafiq qanunauyğunluğundan 
irəli  gələn,  davranışla  əlaqədar  milli  və  ümumbəşəri  dəyərlərin  formalaşmasına  güclü 
təsir göstərən aparıcı ideyaya onun prinsipi deyilir. 
Bu cür başa düşülən prinsipləri ayrılıqda səciyyələndirək. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə